|
|
|
Xəbərlər  |
|
|
Quran əxlaqı: Sadiqlik
Əli İbrahimov tarih 04.02.2012, 19:06 (UTC) | | Bir insana qarşı sevgi duyulmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də "sədaqət"dir. ALLAH Quranda möminləri sədaqətlərindən ötrü mükafatlandıracağını bildirir. Bu səbəblə Rəbbimizin bəyəndiyi bu əxlaq xüsusiyyətini möminlər qeyd-şərtsiz tətbiq edirlər. Möminlərin bu xüsusiyyətini ALLAH bir ayəsində belə açıqlayır:
"ALLAH (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, ALLAH bağışlayandır, rəhm edəndir!" (Əhzab Surəsi, 24)
Möminlər ən çətin anlarda da ALLAHa və iman edənlərə olan sədaqətlərindən əsla qaçınmırlar. ALLAH Quranda Hz. Musaya tabe olan gəncləri nümunə göstərərək möminlərin bu xüsusiyyətinə diqqət çəkmişdir:
"Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı. Musa dedi: “Ey qövmüm! Əgər ALLAHa iman gətirmişsinizsə və təslim olmuşsunuzsa, Ona təvəkkül edin!” (Yunus Surəsi, 83-84)
İman edənlər və elçilər tarix boyunca öldürülmə, zənginlik və etibarın əldən alınması, böhtana uğrama kimi təhdidlər altında yaşamışlar. Həyatları boyunca bir-birlərindən ayrılmayan müsəlmanlar ALLAHa olan sevgiləri, qorxuları və bağlılıqları səbəbindən bütün bu təhlükələri nəzərə almış və bunlardan qorxmamışlar. ALLAHa olan bu qeyd-şərtsiz sədaqətləri möminlərin bir-birlərinə qarşı coşğulu sevgi duymaları üçün kafi bir səbəbdir. ALLAH Quranda möminlərin bu xüsusiyyətlərini belə xəbər verir:
"Möminlər yalnız ALLAHa və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, ALLAH yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!" (Hucurat Surəsi, 15) | | |
|
İbrətamiz Hekayə
Əli İbrahimov tarih 04.02.2012, 19:05 (UTC) | | Bir dəfə yəhudilər Musa peyğəmbərdən soruşdular: “İnsanlardan ən ağıllısı kimdir?” Musa peyğəmbər cavab verdi: “İnsanlardan ən ağıllı olanı mənəm.” Allahın onun bilmədiklərini də bildiyini demədiyi üçün Allah onu qınadı və ona dərs vermək üçün buyurdu ki, “Həqiqətən iki dənizin qovuşduğu yerdə oturan bəndəm səndən daha çox bilir!” Musa peyğəmbər soruşdu: “Bəs mən onu necə tapa bilərəm?” Allah buyurdu: “Boxçana bir balıq qoy və yola çıx. Balığı itirəcəyin yerdə onu tapacaqsan.”
Musa peyğəmbər qulluqçusu ilə birlikdə yola çıxdı. Qulluqçusu boxcada balığı daşıyırdı. Onlar bir qayalıqda yatdıqları zaman balıq sürüşüb dənizə düşdü və üzüb getdi. Onların bundan xəbəri olmadı və oyandıqda yola davam etdilər. Günorta Musa peyğəmbər qulluqçusuna dedi:
- Naharımızı gətir yeyək, biz lap əldən düşmüşük.
Qulluqçusu boxçaya baxdıqda balığın orada olmadığını gördü və dedi:
- Biz qayalıqda olduğumuz zaman mən balığı itirmişəm. Onu xatırlamağı mənə şeytan unutdurub. Görünür balıq dirilib naməlum şəkildə dənizə getmişdir.
Musa peyğəmbər isə dedi ki, “Bizim istədiyimiz də elə budur!” və onlar izləri ilə geri, qayalığa qayıtdılar. Qayalıqda onlar öz paltarına bürünmüş bir nəfərə rast gəldilər. Musa peyğəmbər dedi:
- Sənə sülh olsun! (Əs salamu əleykum!)
- Sənin ölkəndə bu cür salamlamağı haradan bilirlər? – Xızır soruşdu.
- Mən – Musayam!
- İsrail oğullarından Musa?
- Bəli. Mən sənə öyrədiləni səndən öyrənmək üçün ardınca gələ bilərəm?
- Ey Musa, mənim yanımda qalmaq üçün sənin səbrin kifayət etməz. Allah mənə batini elmi öyrətmişdir, sən isə mən bilənlərdən agah deyilsən. Sənə isə zahiri elmləri öyrətmişdir və onları isə mən bilmirəm. Mən sənin elminə zidd hərəkət etsəm sən mənə qarşı çıxacaqsan.
- İnşallah, sən mənim səbrli olduğumu görəcəksən və mən sən deyənlərdən kənara çıxmayacam! – Musa peyğəmbər dedi.
- O zaman səbəbini izah etmədikcə məndən heç bir şey soruşma.
Onlar yola düşdülər. Gəmiləri olmadığı üçün, sahildə dayanan bir gəmiyə yaxınlaşdılar. Gəmiçilər Xızırı tanıyıb onları özləri ilə ödənişsiz göturməyə razı oldular. Gəmidə olduqları zaman Xızır gəminin taxtalarından bir neçəsini sındırdı. Musa peyğəmbər dedi:
- Bu insanlar bizi qarşılıqsız gəmilərinə götürüblər, sən isə onların gəmisinə zərər verirsən ki, onları batırasan? Sən çox böyük qəbahət işləyirsən!
- Sənə mənim işlərimə dözə bilməyəcəyini demədimmi? – deyə Xızır cavab verdi
Musa peyğəmbər üzr istədi və dedi:
- Məni unutduğum üçün danlama.
Onlar quruya çıxdıqdan sonra, yolla gedərkən başqa uşaqlarla oynayan bir oğlan uşağına rast gəldilər. Xızır o uşağı tutdu və öldürdü. Musa peyğəmbər dərhal dedi: “Sən heç bir günahı olmayan cana qıydın! Sən həqiqətən çox pis bir iş gördün!” Xızır dedi:
- Mənim yanımda səbrli qala bilməyəcəyini sənə demişdim.
- Əgər bundan sonra sənin etdiklərini yenə sorğu-sual etsəm, daha mənimlə yoldaşlıq etmə. – deyə Musa peyğəmbər peşman olduğunu bildirdi.
Onlar yollarına davam etdilər və bir kəndə gəldilər. Kənd əhlindən yemək istədilər, lakin kəndlilər onları xoş qarşılamadılar. Onlar orada yıxılmaqda olan bir divar gördülər. Xızır bu divarı təmir etdi. Musa dedi:
- Əgər istəsəydin, bu iş üçün yemək pulu ala bilərdin.
Xızır isə dedi:
- Burada bizim yollarımız ayrılır. İndi isə əməllərim zahirən səhv göründüyü üçün onlar barədə sənə xəbər verim. Mindiyimiz gəmi bir neçə kasıba mənsub idi. Onların padşahı salamat gəmiləri zorla sahiblərindən alırdı. Mən gəmini qorumaq üçün onu sındırmışdım. Oğlan uşağının valideynləri mömin insanlar idi, onun özünün isə böyüyəndə kafir olub valideynlərini səhv yola çəkəcəyindən ehtiyat etdim və onu öldürdüm. Əvəzində o ailəyə daha mərhəmətli başqa bir övlad verilməsi üçün dua etdim. Divar isə orada yaşayan iki yetim oğlanın idi və altında xəzinə vardı. Allah onların böyüyüb həddi-buluğa çatdıqdan sonra xəzinəni çıxarmalarını istədi deyə divarın uçmuş yerini təmir etdim. Mən bunları özümdən etmədim, Allahın buyuruğunu yerinə yetirdim. Sənin dözə bilmədiyin əməllərin mənası budur. | | |
|
Şeytanın fitnəsi
Əli İbrahimov tarih 04.02.2012, 19:04 (UTC) | | Mahmud adında bir şəxs, kimsəsiz bir yerə bağlanmış, gecə-gündüz ALLAHA (c. c) ibadət edir və heç bir günah iş etmirdi. Bu adamı Şeytan yoldan çixarmağa başladı. Şeytan necə olursa-olsun bu adamı ibadətdən və duadan uzaqlaşdırmaq istəyirdi. Çünki bu adamın etmiş olduğu dualarla minlərlə günah sahibinin günahını ALLAH silirdi. Şeytan adamı aldatmaq üçün müxtəlif hiylələrə müraciət etdi. Lakin heç cür aldada bilmədi. Ən sonunda şeytan işin asanını tapmışdı. Çünki Mahmud, çox ibadət edir, mütteqi, züht və təqva sahibi bir şəxs idi amma, alim deyildi. Yəni dini elmləri çox bilməzdi. Ondan ötəri onu aldatmaq asan olacaqdı. Şeytan planını belə tətbiq etdi: Kürəyində cübbəsi, əlində dəyənəyi başında sarığı, əlində təsbehi olduğu halda dümağ saqqalıyla şeytan, Mahmudun qapısını doydu. Mahmud qapını açdıqdan sonra, kim olub haradan gəldiyini və nə üçün gəldiyini soruşdu. Şeytan ona bu cavabı verdi: " -Mən dünya nemətlərindən uzaq, ömürünü ALLAHa ibadətlə keçirmək istəyən bir kimsəyəm. Bir ALLAH dostu tapıb özümə yoldaş əldə etmək üçün çox yer gəzdim, Məmləkətinə yaxınlaşdığımda, sizin adınızı eşitdim. Sizin də bütün məqsədiniz ALLAHın razılığını qazanmaq olduğuna görə, məni də qəbul et birlikdə ibadətə davam edək, "-dedi. Şeyx Mahmud, onun şeytan olduğunu və özünün ayağını sürüşdürmək üçün gəldiyini haradan biləcəkdi. Yoldaşlığı qəbul etdi. Birlikdə ibadətə başladılar. Aradan zaman keçir, Mahmud ibadət edir, yeyir, içir və digər insanlar kimi yaşayır, lakin Şeytan ALLAHa ibadət edər görünür, yemir-içmir, yatmır və bütün zamanını ibadətlə kecirirdi. Mahmud, yeni dostuna heyran qalmışdı. Aradan çox zaman keçmədən dözə bilməyib sorusdu: "-Ey ALLAHın saleh qulu, sən bu mərtəbəyə necə çatdin. Mən illərdən bəri ibadət edərəm. ,yeyib, içməkdən xilas ola bilmədim. Sənsə bütün zamanını ibadətə ayıra bilirsən. Nə olar bunun sirrini mənə də öyrət mən də sənin kimi olum," dedi. Şeytanın istədiyi olurdu. Hiyləgərcə danışdı "-Bunun asanı var! Əvvəla böyük bir günah işləyəcəksən, sonra da ona tövbə edəcəksən. Böyük günah işləmiş olduğundan ALLAHdan daha çox qorxmağa başlayacaq və beləcə mənim kimi, sən də hər cür insani xüsusiyyətlərdən xilas olmuş olacaqsan,"- dedi. Mahmud, ne kimi bir günah işləməsi lazım gəldiyini soruşdu. Şeytan artıq bayram edirdi. Çünki ovunu aldatmışdı. -Zina edə bilərsən, dedi. şeyx: "Edə bilmərəm ", dedi. Bu səfər şeytan: "Adam öldür!" dedi. Mahmud yenə "Onu da edə bilmərəm" dedi. şeytan: "İçgi iç"dedi. ..Mahmud, fikirləşdi. Onu bir az yüngül görmüşdü: -Onu edə bilərəm dedi. Bunu eşidən Şeytan sevincindən dəli olurdu. Mahmud, birbaşa meyxanaya gedib bir miqdar içki istədi. İçkini verən qadın idi. İçdikcə içdi və sonunda sərxoş olub qadına zina etməyi düşünməyə başladı. Şeytanda Mahmudun ürəyindəki vəsvəsəni çoxaldırdı.. Mahmud,tamam sərxoş olduqdan sonra meyxanaçı qadınla zina etdi. Bu onun üçün çox pis bir şey idi. ..Eşitsələr nə deyərlərdi. Ən yaxşısı o qadını öldürüb basdırmaq idi. ..Və elə etdi. Qadını öldürüb meyxananın arxasında bir yerə basdırdı. Lakin hadisə eşidilməkdə və yayılmaqda gecikmedi. Mahmudu tutub məhkəməyə çıxardılar, Qatil olduğu üçün edam edilərək öldürülməsinə qərar verildi. Mahmud edam kürsüsünə çıxmış, artıq ip boğazına keçirildikdən sonra onu qurtaracaq heç kim yox idi. Şeytan qarşıda göründü. "-Bu hal nədir ey dostum," dedi. Mahmud cahilliyindən hələ qarşısındakı adamın Şeytan olduğunu başa düşməmişdi :" -Görürsən ey ALLAHın sevimli qulu məni qurtar" deyə Şeytana yalvarmağa başladı. şeytan: "Bir şərtlə səni qurtararam. O da mənə səcdə edəcəksən" dedi. Mahmud : -Görürsən ip boğazıma keçirilmiş necə səcdə edə bilərəm, deyincə də: -İşarə ilə səcdə edə bilərsən, dedi. Mahmud başıyla işarə edərək səcdə etdi və imansız olaraq öldü. Elmsiz əməl insanı haralara apara bilir. Əgər Mahmud şəriəti bilsəydi içgi içməklə ALLAHa yaxın ola bilməyəcəyini qavrayardı. | | |
|
Niyə İslam ölkələrinin bir çoxu geridə qalmışdır?
Əli İbrahimov tarih 25.01.2012, 19:28 (UTC) | | Bu mövzuya daxil olmamışdan qabaq demək lazımdır ki, İslam ölkələri dedikdə onları iki əsas üzərində ayırmaq lazımdır: biri Allahın qoyduğu qayda-qanun, bəşər həyatının kamil proqramı ilə gedən ölkələr və o birisi isə dinin təhrif edilməsi və xurafatlaşdırılması ilə gedən ölkələr. İslam ölkələrinin geridə qalma səbəbinin bir çoxunun tarixi kökləri vardır. Burada 4 əsas amili qeyd etmək olar:
1. Müsəlman dini əqidəsinə görə haqq yolunda irəliləmək istəyir. Dini yolunu azdığından və dünyapərəstliklə bağlı fəsadlara düçar olduğundan süstləşir və geridə qalır.
2. Fasid siyasi sistemlərin də bu sahədə rolları mühümdür. Bu cür sistemlər müsəlmanları inkişaf etdirmək yerinə ancaq qüdrət əldə edib, müsəlmanların xəzinələrini soymaqla məşğuldurlar. Bu cür siyasət Peyğəmbərin (s) vəfatından sonra özünü göstərmişdir. Bu sistem müsəlmanların mədəniyyətinə, siyasətinə və ictimaiyətinə böyük ziyan vurmuşdur.
3. Müsəlman ölkələrini geridə qalmış vəziyyətdə saxlamağa çalışan hegemonlar və istismarçılar.
4. Müsəlmanların başını təfriqə ilə qataraq, daxili müharibələr yaratmaqla müsəlman ölkələrinin geridə qalmasına səbəb olmuşdular.
Nə səbəb oldu ki, Qərb inkişaf etdi?
Bunun səbəbləri çoxdur. Onlardan ən mühümü isə dünyaya hakim olan qanunları tanımaq və Allahın bəşərin ixtiyarına qoyduğu imkanlardan düzgün istifadə etməkdir. Onlardan bəzilərinə işarə edək:
1. Səlib döyüşləri zamanı qərblilərin İslam və şərq mədəniyyəti ilə tanışlığı və dünyaya səyahət etmək. İslam mədəniyyətinin Qərbə sirayət etməsi.
2. Avropada renessans və insanların arasında olan xurafatla mübarizə aparmaq.
3. Kilsəni ölkə idarəsindən uzaqlaşdırmaq və idarə üçün yeni sistem yaratmaq.
Qeyd etmək lazımdır ki, Avropa orta əsrlərdə zülmətə qərq olmuşdu. Kilsə xurafi fikirləri ilə elimin inkişafının qarşısını alırdı. Halbuki, Qərb alimləri İslam alimlərinin təsiri altında qalmışdılar.
Ona görə də onlar Avropada yenilik etmək qərarına gəldilər. O dövrdə kilsə hakim idi və bütün alimlərin inkişafına mane olurdu. Kim ki, hansısa elmi inkişafını nümyiş etdirmək istəyirdisə, kilsə onu cadugər adlandırıb tonqalda yandırırdı. Halbuki, o zamanda İslam ölkələrində elm inkişaf etmiş və elmi mərkəzlər yaradılmışdı. Yüzlərlə avropalı bu mərkəzlərdə təhsil alırdılar. İslam təlimləri hamını elmə, tədqiqə və yaradılışı tanımağa dəvət eirdi. Bu zaman Avropa ayıldı, özündə dəyişikliklər etdi və inkişaf etdi.
| | |
|
10 həyat dərsi
Albert Eynşteyndən tərcümə tarih 08.01.2012, 20:17 (UTC) | | 1. Marağınızın arxasından gedin.
"Mənim xüsusi bir qabiliyyətim yoxdur. Yalnız marağımın arxasınca gedirəm."
Sizin marağınızı çəkən nədir? Nəyi ən çox maraqlanırsınız? Mənim maraqlandığım səbəb bəzi insanların müvəffəqiyyətli olub bəzilərinin ola bilmədiyidir. Buna görə illərcə müvəffəqiyyət üzərinə işlədim. Marağınızın arxasınca gedərsəniz müvəffəqiyyətə çatarsınız.
2. Əzm qiymətsizdir.
"Çox ağıllı olduğumdan deyil, problemlərlə məşğul olmaqdan imtina etmədiyimdən bacarıram."
Təyin etdiyiniz yolun sonuna çatacaq qədər səbirlisinizmi? Məktub markalarının gedəcəyi yerə çatana qədər məktuba yapışıb qalmasından ötəri çox qiymətli olduğu deyilər. Poçt markası kimi olun və başladığınız işi bitirin.
3. Bu günə adapta olun.
"Gözəl bir qızı öpərkən düz avtomobil istifadə edən biri, öpüşə layiq olduğu diqqəti vermir deməkdir."
İki atı eyni anda sürə bilməzsiniz. Bir şeylər edə bilərsiniz amma hər şeyi edə bilməzsiniz. İndiyə adapta olun və bütün enerjinizi bu anda etdiyiniz işə verin.
4. Təxəyyül güc verər.
"Təxəyyül hər şeydir. Sizi gözləyən gözəlliklərin qabaqcılı kimidir. Təxəyyül məlumatdan daha əhəmiyyətlidir."
Təxəyyülünüz gələcəyinizi təyin edər. Eynşteyn belə deyər: ‘Zəkanın gerçək göstəricisi təxəyyüldür, məlumat deyil'. Buna görə təxəyyülünüzün kobudlaşmasına icazə verməyin.
5. Səhv edin.
"Heç səhv etməmiş bir insan yeni bir şey sınamamış deməkdir."
Səhv etməkdən qorxmayın. Əgər necə oxuyacağınızı bilsəniz səhvlər sizi daha yaxşı bir mövqeyə gətirə bilər. Müvəffəqiyyətli olmaq istəyirsinizsə etdiyiniz səhvləri üçə qatlayın.
6. Anı yaşayın.
"Mən gələcəyi heç düşünmürəm, nə də olsa gələcəkdir."
Gələcəyi nizamlamanın tək yolu olabilidiyiniz qədər indi də olmaqdır. Bu anda dünəni ya da sabahı dəyişdirə bilməzsiniz. Əhəmiyyətli olan tək an indidir.
7. Dəyər yaradın.
"Müvəffəqiyyətli olmağa deyil, qiymətli olmağa çalışın."
Zamanınızı müvəffəqiyyətli olmaq üçün xərcləməyin, dəyərlər yaradın. Əgər qiymətli olsanız müvəffəqiyyət özbaşına gələcəkdir.
8. Fərqli nəticələr gözləməyin.
"Dəlilik: Eyni şeyləri təkrar təkrar edib fərqli nəticə gözləməkdir."
Hər gün eyni şeyləri yaşayaraq fərqli görünməyi gözləyə bilməzsiniz. Həyatınızın dəyişməsini istəyirsinizsə özünüzü dəyişdirməlisiniz.
9. Məlumat, təcrübədən gəlir.
"Məlumat məlumat deyil. Bilmənin tək yolu təcrübədir."
Bir mövzunu müzakirə edə bilərsiniz amma bu sizə yalnız fəlsəfi bir anlayış qazandırar. Bir mövzunu bilmək istəyirsinizsə onu təcrübə aparmalısınız.
10. Qaydaları öyrənin, daha yaxşı oynayın.
"Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz. Beləcə hər kəsdən yaxşı oynaya bilərsiniz."
Etməniz lazım olan iki şey var. Birincisi oynadığınız oyunun qaydalarını öyrənmək. İkincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək. Bu iki şeyi etsəniz müvəffəqiyyət sizinlə olar! | | |
|
Rokfeller necə yaxşılaşdı?
Əli İbrahimov tarih 30.12.2011, 22:25 (UTC) | | Con Davison Rokfeller 43 yaşında ikən dünyanın ən böyük inhisarını — " Standart Oyl Kompani" -ni yaratdı.Lakin 53 yaşında ikən əsəb gərginliyi keçirib zəiflədi və mədə xəstəliyinə tutularaq, saçları vıə kirpikləri töküldü. Başı saçsız və qorxulu görünüşdə olduğu üçün parik taxmaq məcburiyyətində qalmışdı. Dünyada ən varlı insan olmasına baxmayaraq, hətta dilənçinin də imtina edəcəyi pəhriz yeməkləri ilə yaşayırdı.
Rokfelleri bu vəziyyətə salan nə idi? Pula elə bağlanmışdı ki, ticarətdə gəlir etdiyi zaman rəqs edir, şapkasını yerə atıb, ətrafında hərəkət edirdi. Lakin pul itirdiyi zaman xəstələnirdi. Bir dəfə Qreyt Leksin üzərindən 40 min dollar dəyərində buğda aparmışdı. Çox bahalı hesab etdiyinə görə 150 dollarlıq sığortanı qəbul etməmişdi.Həmin gecə Eria gölü üzərində müdhiş fırtına qopdu. Rokfeller, yüklədiyi ərzağı itirməkdən o qədər qorxurdu ki, o biri gün səhər şəriki Corc Qardner otağa gəldiyi zaman, onu otağında o başa, bu başa gəzdiyini gördü. Qardnerə: " Tez ol, əgər gec deyilsə, sığortanı imzalayıb — imzalamamağı aydınlaşdıraq" — dedi. Qardner tez bir zamanda şəhərə endi və sığortanı imzaladı. Lakin ofisə qayıtdığı zaman, Rokfeller daha əsəbi halda idi. Çünki həmin anda bir teleqraf almış və yükün fırtınadan xilas olaraq heç bir zərər çəkmədən lazımi yerə çatdığını öyrənmişdi. 150 dolları boş yerə xərcləmişdi. Bu səbəbdən xəstələnmiş və evə gedib yatmışdı. Halbuki onun gəliri minlərlə dollar idi. Lakin 150 dollar səbəbilə sanki həyatının sonu idi.
Heç kim onu sevmirdi. Hətta onun qardaşı da ona nifrət edirdi. Şəxsi həyatı təhlükə altında idi. Artıq şəkilləri hər yerdə ticarət həyatənda məğlub olan rəqibləri tərəfindən ayaq altına atılırdı. Belə ki, bütün bunlara görə səhhəti pisləşmişdi. Nəhayət həkimlər onu şok vəziyyətinə salacaq xəbəri bildirdilər. Artıq iki yoldan birini seçməli idi: Ya pulunu və məyusluqlarını, ya da həyatını… Bu haldan çıxmayacağı təqdirdə öləcəyini bildirdilər.
Rokfeller, həkimlərin tövsiyəsi ilə işindən imtina etdi və özünə diqqət etmək fürsəti əldə etdi. Başqa insanlar haqqında da düşünməyə başladı. Yəni ilk dəfə nə qədər gəlir əldə edəcəyini bir yerə qoyub, pulu ilə bəşəriyyətə necə xidmət edəcəyi ilə maraqlanmağa başladı.
Ən əvvəl məbədlərə pul göndərməyə başladı. Miçiqan gölünün ətrafında kiçik bir kollecin pul çatışmamazlığı səbəbilə bağlanma təhlükəsi olduğunu öyrəndikdə, milyonlarından bir qismini sərf edərək, onu bugünkü Çikaqo universiteti halına gətirdi.
Zəncilərə kömək etməyə çalışırdı. Tuskeqi adlı zənci kollecinə də böyük məbləğdə yardım etdi. Çəngəl qurdu adlanan mikroblara qarşı aparılan mübarizəyə qoşuldu. Həmin mikrob haqqında mütəxəssis olan Çarlz həmin xəstəlikdən bir xəstəni xilas edəcəyini, lakin bunun pulunu kimin verəcəyini dediyi zaman, pulu Rokfeller ödədi. Bu xəstəliyə qarşı milyonlarla dollar sərf edərək, böyük bir təhlükənin qarşısını aldı.
Belə ki, bütün bunlardan sonra Con Rokfeller, insan haqqında düşündüyü və onların mənafeyi naminə çalışdığı üçün, zehnində və qəlbində rahatlıq tapdı. Bəli, nəhayət razı və xoşbəxt oldu. 53 yaşında pul hərisi Rokfeller, ölümlə üz-üzə qaldığı zaman, insanlar haqqında düşünüb xeyriyyəçilik məqsədilə pul xərcləməyə başladıqda, həyatı dəyişdi və 98 yaşına qədər yaşadı.
| | |
|
|
|
|
|
|
|