Həyat, AZANLA NAMAZ ARASI QƏDƏR SÜRƏR.
Loadtr.Com
   
  ƏLİ İBRAHİMOV
  Xəbərlər
 

Pirr
Əli İbrahimov tarih 11.03.2012, 11:45 (UTC)
 Romalıların hökmdar Pirrlə apardığı müharibə çox məşhur olmuşdu.Pirr Makedoniyalı İskəndərin uzaq qohumlarından olub.Onun ölümündən sonra Pirr bir sıra döyüşlərdə iştirak edərək məşhur sərkərdəyə çevrilmişdi.Hətda o dövürdə yaşamış Karfagenli Hannibal qədim dünya sərkərdələri içərisində Pirri ilk sıraya qoymuşdu.Lakin Pirrin böyük ordusu yox idi,o kiçik nəsli mülkünü – dağlı Epir padişahlığını idarə edirdi.
Bu zaman romalılar demək olarki bütün İtaliyanı ələ keçirmişdilər.Appenin yarımadasının cənubunda yunan kaloniyası,böyük şəhər Tarent romalılara itayət etmədi.Açıq döyüşdə tarentliləri məğlub etdi.Tarentlilər kömək üçün Pirrə müraciət etdilər.Pirr onların ordusuna başçılıq etməyə razılıq verdi.Bu vaxt Pirrin sarayında məşhur natiq Demosfenin şagirdi Kineas yaşayırdı.
- Deyin hökmdarım – O Pirrdən soruşdu, - əgər biz Romalılara qalib gəlsək sonra nə edəcəyik?
- Onda biz bütün İtaliyanı ələ keçirəcəyik, - Pirr söylədi.
- Yaxşı bütün İtaliyanı ələ keçirəndən sonra?
- Onda varlı Siçiliyanı ələ keçirərik.
- Sonra?
- Sonra biz Karfageni tabe edərik,dönərik Makedoniyaya,Yunanıstan və Misiridə işğal edərik.
- Aha,sonra nə olacaq?
- Sonrada biz sülh və əminamanlıqda yaşayaraq,xoş söhbətlərimizə davam edərik.
- Elə isə bütün bizi gözləyəcək gələcəkdə qanlı yürüşlər olmadan sülh və əminamanlıqda yaşayaraq niyə xoş söhbət aparmırıq ?– Kineas söylədi.
Pirr bu sözlərə ancaq gülməklə cavab söylədi,çünki ona ancaq kiçik Epirdə oturmaq darıxdırıcı gəlirdi.
Ilk döyüşdə özünə məxsus döyüş sənətindən istifadə edərək Romalıları darmadağın etdi.Romalılar güclü müqavimət göstərsələrdə Pirrin ordusunun manevirləri və döyüş fillərinə qarşı müharibə apara bilmədilər,qaçdılar.bu qələbədən sonra demək olarki İtaliyanın yarısı Pirr tərəfindən ələ keçirildi.Pirrin ordusu yavaş-yavaş Romaya yaxınlaşırdı.Qalların yürüşündən sonra Roma ən ağır təhlükəni yaşayırdı.Pirrin həkimi Romalılara məktub göndərərək böyük pul müqabilində öz padişahını zəhərləməyi təklif etdi.Romalılar Pirrə cavab yazdılar: “Biz səni ölümdən xilas edərək bildiririk ki,bunu sənə yaxşı münasibət bəslədiyimizdən deyil,ona görə edirik ki,qoy heç kim sonra deməsin ki,Roma cəsarət göstərmədən,hiylə yolu ilə qalib gəldi.”
İkinci döyüşdə Pirr bir daha qalib gəldi.Lakin bu döyüşdə Romalılar Pirrin ordusunun böyük hissəsini məhv etdilər.Döyüşdən sonra sərkərdələrdən biri Pirri qələbə münasibəti ilə təbrik etdikdə Pirr belə demişdi:
- Daha belə bir qələbə və biz məhv olduq. Bu döyüş e.ə. 279-cu ildə baş vermiş Askule döyüşü idi.
Romalılar öz ölkələrində vuruşurdu,ona görədə hər dəfə ordu toplaya bilirdi.Pirr isə əlavə kömək olmadan döyüşürdü.Üçüncü döyüşdə Pirr məğlub oldu.Bu zaman Epirin Makedoniya və Yunanıstanla münasibətləri pisləşmişdi.Bu səbəbdən İtaliyanı tərk etdi.Romalılarla müharibəni davam etmək üçün ilk olaraq Makedoniya və Yunanıstanı tabe etmək qərarına gəldi.Yunanıstanın Artos şəhərində gedən küçə döyüşlərində Pirr bir yunan vətəndaşı ilə döyüşməli oldu.Pirrlə şəhərlinin döyüşünü şəhərlinin anası evin damından izləyirdi.Oğlunun təhlükəyə düşdüyünü görən qoca ana əlinə keçən gül dibçəyini Pirrin üzərinə atdı.Dibçək Pirrin başına düşdü və hökümdar öldü.
Bax belə dünyanın qısa zamanda məhşur sərkərdəsinə çevrilən, lakin bir dənədə olsun ölkəni ələ keçirə bilməyən dahi Pirr öldü. Tarixdə isə o yaşadı. “Pirr qələbəsi” məğlubiyyətə bərabər qələbə deməkdir.

 

Atilla
Əli İbrahimov tarih 11.03.2012, 11:42 (UTC)
  Hun girovu tərslik edir
Türk xalqlarının qədim əcdadları olan hunlar eramızdan əvvəlki dövürdə Baykal gölü və Monqolustan ərazisində yaşayırdılar.Böyük Hun imperiyası dağıldıqdan sonra 24 hun tayfası əsrlər boyu yaşadıqları yerləri tərk etdilər.Qərbə doğru irəliləyən bu tayfalar 4-cü əsrdə Volqa və Don çayları ərazisində məskunlaşaraq Qərbi Hun və ya Avropa Hun dövləti kimi tanınan güclü dövlət yaratdılar.
Hun tayfalarının qərbə doğru hərəkəti dünyada böyük dəyişikliklərə səbəb oldu.Hunların yolu üstündə yaşayan tayfalar onların təzyiqinə davam gətirməyib yaşadıqları əraziləri tərk edir,qərbə,Avropanın içərilərinə doğru çəkilirdilər.Tarixdə”xalqların böyük köçü”adlanan bu proses bir neçə əsr çəkdi.
Bu dövrdə Avropanın böyük bir hissəsi Roma imperiyasının tərkibinə daxil idi.Əvvəlki gücünü itirən Roma IV əsrdə iki hissəyə-Qərbi və Şərqi imperiyalara parçalanmışdı.Qərb hissəsi,paytaxtı Ravenna olsa da, yenə Roma dövləti adlanırdı.Şərq hissəsi isə paytaxtı Konstantinopol olan Bizans dövləti idi.”Qocalmış”Roma onun sərhədlərini pozan tayfaların qarşısını çətinliklə alırdı.Dövləti qoruyub saxlamağa çalışan romalılar Hun imperiyasının qüdrətini görüb onunla “mehriban”davranmağa çalışırdılar.onların hunlarla bağladığı müqaviləyə əsasən Roma hər il Hun dövlətinə 350 librə qızıl verməli və bunun müqabilində hun ordusu Romanın apardığı müharibələrdə ona kömək göstərməli idi.O dövrün qayda-qanunlarına görə müqavilə bağlayan tərəflər bir-birinə girov verməliydi.Girov verilənlər adətən dövlət başçısının yaxın adamları olurdu.
Hun hökmdarı Rua kimin girov verilməsini götür-qoy edib qardaşı oğlu Atillanı seçmişdi.O,Roma dövləti və siyasəti barədə dəqiq məlumat almaq istəyirdi.Belə məlumatı isə dərin müşahidə qabiliyyətinə malik olan Atilla verə blərdi.
Atilla 406-cı ildə anadan olmuşdu.O, hökümdar nəslindən idi. Atası Muncuk tez vəfat etdiyindən Atilla əmisi Ruanın himayəsində tərbiyə almış , döyüş sənətini və orduya rəhbərliyi də ondan öyrənmişdi.
Uşaqlıqdan gülü , çevikliyi və ağlı ilə yaşıdlarlndan fərqlənən Atillanın özünəməxsus düşüncə tərzi var idi—hər bir məsələni dərindən öyrənməyi və qiymətləndirməyi bacarırdı.Döyüşlərə adi əskər kimi başlayan Atilla tez bir zamanda 1000 nəfərlik qoşun dəstəsinin başçısı təyin edilmişdi. Attilanın sərkərdəlik istedadı, qalibiyyəti döyüş manevrləri, əskərləri ruhlandırmaq və öz arxasınca aparmaq bacarığı hətta ən təcrübəli hun sərkərdələrin belə heyran qoyur, onunla hesablaşmağa məcbur edirdi. Girov kimi Romaya göndərilmiş Attila bir neçə il orada qaldı. Roma imperatorunun sarayında ona xüsusi diqqətlə yanaşırdılar. Burada Attilaya gələcəkdə Hun dövlətinn hökmdarı ola biləcək bir adam kimi baxırdılar. Attila Roma cəmiyyətində pozğunluq və riyakarlıq görürdü. Hunlar düşmən hesab etdikləri xalqlara açıq döyüşə girirdilərsə, Roma << dost>> adlandırdığı xalqlar arasında nifaq salıb müharibə törədirdi.

Bütün bunlara baxmayaraq, Attilanın Romada keçirdiyi illər onun dünyagörüşünü genişləndirdi və dövlət xadimi kimi formalaşmasında böuük rol oynadı.


Qardaş qətli
Nəhayət, Rua Attilanın geri qaytarılmasına tələb etdi və Roma imperatoru hesabına başa onsuz da ələ ala bilmədiyi bu adamın qayıtmasına etiraz etmədi, Romanı tərk edən Attila dönüb bir daha şəhərə baxdı. O bu riyakarlıq və yalan mənbəyinə ancaq müharibə ilə qayıdacağını özü üçün yəqin etmişdi.Rua tezliklə həyatdan gedəcəyini hiss etmişdi. O na görə də özqndən sonra Hun dövlətini idarə edəcək şəxsləri yanına toplayırdı. Attilanın təicili geri çağırması da bu səbəbdən idi. Rua Attlanı və onun böyük qardaşı Bkedanı hun ordusuna başçı tətin edib Bizans üzərinə göndərdi. Müharibəyə səbəb Bizansın öhdəsinə götürdüyü vergini vaxtında verməməsi və başqa xalqları qarşı qaldırması idi.
Attila bu yürüşdə özünü mahir sərkərdə kimi götərdi. Onun başçılığı altında hun ordusu Balakan yarımadasında qasırğa kimi keçdi. Bizans az qala yalvararaq sülh istədi. Sülh müqaviləsinin şərtlərini Attila atdan düşmədən diqqət etmişdi. Tarixə “ Konstans sazişi” adı ilə daxil olmuş bu müqavilənin şərtlərinə görə Bizans hər il hunlara 700librə qızıl ödəməli, hun qaçqınlarını qaytarmalı, hunlarla müharibə aparan tərəfə kömək göstərməməli, Balakan yarımadasının şimal hissəsindən əl çəkməli idi. Bu qələbələr Attilanın prduda nüfuzunu xeyli artırdı.
434-cü ildə Rua vəfat etdi. Hun hökümdarlığına əsas namizəd Bleda idi. Lakin o, Attilanın orduda böyük nüfuzunu görüb hakimiyyəti qardaşı ilə bölüşməli oldu. Dövləti bərabər idarə etdikləri dövrdə Attila şərq, Bleda isə qərb ərazilərinin hökmdarı sayılırdı. Bu dövrdə Hun dövləti Qara dənizdən Reyn çayına qədər olan əraziləri əhatə edirdi. Buraya cənub Rusiya, Rumıniya və Yuqoslaviyanın şimalı, Macarıstan, Avstriya, cənubi və orta Almaniya daxil idi.
Çox keçmədi ki, qardaşlar arasında narazılıq yarandı. Bleda dövləti möhkəmləndirib sakit həyat sürmək istəyirdi, Attila isə, əksinə, hücumları davam etdirməyi təkid edirdi. Bizans dərhal qardaşlar arasındakı narazılığı düşmənçiliyə çevirməyə çalışdı. Attilaya təsir etməyin çətin olduğunu görən Bizans əsas diqqəti Bledaya yönəltdi. Bledanın qılığına girmiş, onun sarayında yaşayan Bizans əsilzadələri hər vasitə ilə onda qardaşına qarşı inamsızlıq yaratmağa çalışdılar.
Bizanslilar bir tərəfden Hun imperiyasina daxil olan xalqlari üsyana təhrik, diger tərəfdən isə hun döyüşçülerini yalançi vədlərlə şirninkləndirərək öz tərəflərinə cəkirdilər.Xristian rahibləri ölke daxilində xristianliği təbliğ edirdilər. Bu da ölkədə dini təfriqe törədirdi.
Attila bu hadisələri ürek ağrısı ile müşahidə edirdi. Qardaşina bir neçe dəfə xəbərdarliq etsə də,başi eyş-işrətə qarışmış Bleda heç bir tədbir görmürdü. Nəhayət, iş o yerə çatdı ki,boyük bir hun dəstəsi aileleri ilə birlikde Bizans tərəfinə hərbi xidmetə, keçdi. Bu ,Attilanin səbrini tükəndirir ve o,Bleda ile görüşüb ciddi danışmağı qərara aldı. Qardaşların söhbəti alınmadı: səbrsiz Bleda qılıncını sıyırıb Atillaya hücum etdi. Her şey ani olaraq baş verdi.Hücumdan qorunan Atilla qardaşının zərbəsini def edib cavab zərbəsi endirdi...
Dizi üste çöküb qardaşının cansız bədəni sinəsinə sıxan Attila göz yaşlarını ürəyine axtıtdı.
Ayağa duranda gözlərindəki nifrət və qəzəb ətrafindakıları titrətdi. Onu tanıyanlar Attilanın intiqamının amansız olacağına şübhə etmirdiler .Qardaşını hökmdara məxsus hormətlə dəfn eden Attila bu hadisə barədə danişmağı hamıya qadağan etdi.



<< Tanrının qamçısı >>
445-ci ildə bütün Hun imperiyasında hakimiyyəti ələ alan Attila ilk növbədə ölkə daxilində vəziyyəti nizama salmağa başladı.Dini təbliğat aparmaq pərdəsi altında təfriqə salan,əslində isə Roma və Bizansın kəşfiyyatçılar olan xristian missionenrlər ölkədən qovuldular.

Hun dövlətinin tabeliyində 45-ə yaxın xalq yaşayırdı. Attilanın apardığı siasət nəticəsində onun hakimiyyəti dövründə bir dəfə də olsun üsyan baş verməmişdi. Böyük hun hökmdarı ordunun möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. O, hərbi taktikanı təkmişləşdirir, qoşulanra bacarıqlı şəxslərdən komandirlər təyin edir, dəmir nizam- intizam yaradırdı.
Ölkədə əmin- amanlıq yaradıb, ordunu yenidən təşkil etdikdən sonra Atilla müharibəyə başladı.Onun hədəfi qardaşının ölümündə günahkar hesab etdiyi Bizans idi.Konstantinopol üzərinə yeriyən Attila öz döyüşçülərini qorumaq məqsədilə taktiki manevrlərdən istifadə edirdi.Onun göstərişi ilə hun ordusu gözlənilmədən düşmənə yaxınlaşır,zərbə endirib geri çəkilir, təkrar hücumla düşməni darmadağın edirdi.Attilanın bu taktikası qarşısında heç bir ordu dayana bilmirdi.
Hun ordusu artıq Konstantinopolun qala divarları qarşısında dayanmışdı.Bizans imperatoru başını itirmişdi.Şəhərdən gələn ağlamaq və yalvarış səsləri qala divarlarından kənarda eşidilirdi.Bizanslılar Attilanın allah tərəfindən onları günahlarına görə cəzalandırmaq üçün göndərildiyini söyləyirdilər. O gündən bütün xristianlar Attilanı “tanrının qamçısı” adlandırmağa başladılar.Bizanslıların yalvarışları,bir daha Hun dövlətinə çıxmayacaqları haqda andları Attilanı rəhmə gətirdi.O,Bizansdan xərac kimi 2 ton qızıl alaraq döyüşçülərini səxavətlə mükafatlandırdı və qalib kimi geri döndü.
Geri qayıtdıqdan sonra Attila yeni şəhər saldırıb onu paytaxt elan etdi.Bu şəhər bir çox Avropa dillərində indi də Hunqariya adlanan Macarıstanın ərazisində yerləşirdi.
Attila dünyanın müxtəlif dövlətlərindən gəlmiş səfirləri öz sarayında qəbul edirdi.Bu sarayda onunla görüşmüş bir çox avropalılar -qot tarixçisi İordan,Bizans elçisi Priskos öz xatirələrində Attilanın şəxsiyyətinə olan heyranlıqlarını gizlədə bilməmişlərOnların yazdığına görə Attila bəstəboy,enlikürək bir adam idi,xırda qıyıq gözləri, yastı, iri burnu, çal saqqalı var idi. Nadir hallarda gülümsəyir, zarafat edirdi. Dünya malına, ləl- cəvahirata biganə idi- taxta qabda çörək yeyir, adi əskərlər kimi geyinir, silahına daş-qaş taxmırdı. Ona yalan danışmaq mümkün deyildi, çünki iti, zəhmli baxışları sanki adamın ürəyinə sancılırdı. Bu baxışlar altında günahı olan heç bir bəndə tab gətirə bilmirdi. Bununla belə, << Tanrın qamçısı >> ədalətli idi, cəzalandırmağı da bacarırdı, bağışlamağı da. Ona pənah gətirənlərə həmdərd, etibar etdikləri ilə lütfkar idi.


Attila hər gün sarayının qarşısında açıq havada məhkəmə qururdu. Kimliyindən asılı olmayaraq hər bir adam öz dərdi, şikayəti ilə ona müraciət edə bilərdi. O isə şikayət, yaxud xahişlə gələnləri cavabsız qaytarmır, həmişə ədalətli qərar verirdi. 448-ci ildə Bizans Attiladan canını qurtarmaq üçün ona qarşə sui- qəsd hazırlamışdı. Bizansın baş saray xədimi Attilanın elçisi Edekona böyük pul vəd edərək ona sui- qəsdi həyata keçirməyə razə salmışdı. Lakin Attila ilə görüşdə onun nəzərləri qarşısında özünü itirən Edekon hər şeyi açıb danışmışdı. Attila Bizansa səfirlərini göndərərək ağır təhdidlərlə bu işin təşkilatçısının başını istəmişdi. Çətin vəziyyətdə qalan Bizans hun sarayına Bizans əsilzadələrindən ibarət elçi heyəti göndərərək bu məsələni yoluna qoymağa cəhd etmişdi. Gözlənildiyini əksinə olaraq Attila elçiləri çox hörmətlə qəbul etmişdi. O, hətta əvvəl istədiyi torpaqlqrdan imtina etdiyini bildirmiş, heç bir haqq istəmədən Bizans əsirlərini qaytarmışdı. Bütün bunların əvəzində Attila yalnız Bizans saray xədiminin başının göndərilməsini israr etmişdi. Çıxılmaz vəziyyətə düşmüş Bizans Attilanın bu istəyini yerinə yetirməli olmuşdu.

Avropanın fəthi.
Bizansdan sonra Hun dövlətinin ən təhlükəli rəqibi Roma idi. Attila bu ölkədə baş verənləri diqqətlə izləyirdi. Roma da öz növbəsində Hun dövlətini və Attilanı məhv etmək üçün yollar axtarırdı. Bu məqsədlə bir neçə alman tayfaları ilə ittifaq yaratmışdı. Attila bütün bunları bilir və Roma ilə müharibəyə başlamaq üçün bəhanə axtarırdı. Gözlənilmədən belə bir bəhanə Romanın özündən gəldi. Roma imperatoru Vəlentinianın baısı Honoriya Attilaya məktub və üzüyünü göndərərək ona ərə getməyə hazır olduğunu bildirdi. Attila evli olsa da, bu izdivacın Romaya sahib lmaq imkanı verəcəyini düşünərək Valentinianın yanına elçilərini göndərdi. Lakin Valentinian da Attilanın əsl məqsədini başa düşürdü və buna görədə elçilərə rədd cavabı verdi. Bundan hidətlənən Attila 451-ci ildə Romaya müharibə elan etdi.
Hunlar müharibəyə hazırlaşan vaxt bir çoban skif adəti üzrə tiyəsi yuxarı basdırılmış qədim qılınc tapıb onu Attilanın hüzuruna gətirir. Yürüş ərəfəsində qılıncın tapılmasını uğurlu əlamət sayan Attila: << Bu müqəddəs qılınc mənə tanrı tərəfindən dünyanı fəth etmək üçün göndərilib!>> - deyərək onu başı üzərinə qaldırdı. Onu dinləyən on minlərlə hun döyüşçüsü bir ağızdan << Bizi döyüşə apar! >> - deyə hayqırdı.
Romada Attilanın qıınc əhvalatı əsl vahimə yaratmışdı. << Tanrının qamçısı >> indi əlinə qılıncı götürmüşdü. Bundan sonra onun qarşısında kim dayana bilərdi! Romalıların inamına görə bu, müharibə allahı Aresin, yəni Marsın qılıncı idi və bu qılınca sahib olan dünyaya sahib olacaqdı.
451-ci ildə Attilanın başçılığı altında ordu Reyn çayını keçib Roma imperiyasının ərazisinə daxil oldu. Bu orduda hunlara tabe olan alman tayfalarının da döyüşçüləri iştirak edirdi. Qalliyada qarşısına çıxan şəhərləri tar-mar edən hun ordusu Orlean şəhəri ətrafında düşərgə saldı. Elə bu zaman Attilanın kəşfiyyatçıları İtaliya tərəfdən böyük bir ordunun onlara tərəf gəldiyini xəbər verdilər. Attila şəhərin mühasirəsini buraxıb ordusunu Şalon düzənliyinə tərəf çəkdi. Burada o, Roma ordusuna kimin başçılıq etdiyini öyrəndi və bu xəbər onu sarsıtdı.
Əslində Aeti məhz hunların köməyi ilə Romada yüksək mənsəb sahibi olmuşdu. Attlaya təsir edən də uşaqlıq dostunun dönüklüyü idi: << O, əsl romalı olduğunu sübüt etdi >>.
Aetin Katalaun düzəliyində mövqe tutduğunu öyrənən Attila ordusunu həmin istiqamətdə apardı. Hələ heç kim Attilanı döyüş ərəfəsində belə qayğılı görməmişdiə O bilirdi ki, Aeti hunların döyüş taktikasına bələddir. Döyüş meydanını gözdən keçirən Attilanın narahatçılığı bir az da artdı. Bütün bunlar ordunun əsas zərbə qüvvəsini təşkil edən hun suvarilərinin üstünlüyünü azaldır, Attilanı sürətili manevr imkanından məhrum edirdi.
Döyüş gününü səhəri Attila çox tutqun görünürdü. Şamanlar ona döyüşün uğursuz olacağını söyləmişdilər.
Günortaya yaxın hər iki tərəf bir birinə doğru hərəkət etdi və dünya tarixində ən qanlı döyüş kimi tanınan Katalaun döyüşü başladı. Bütün meydan boyu amansız əlbəyaxa çarpışma gedirdi. Bunu görən Attila ehtiyatda saxladığı hunların qarşısına çıxıb onları hücuma səslədi və bu ilə irəli atılıb düşməni geri çəkilməyə məbur etdi. Döyüş bütün günü davam etdi. Ancaq qaranlığın düşməsi hər iki tərəfi döyüşü saxlamağa vadar etdi. Hər iki tərəf ağır itkilər vermişdi. Bu qanlı döyüşdə 165 min nəfərdən çox ölən olmuşdu.
Katalaun döyüşü Attilanın qələbə ilə başa vura bilmədiyi lk və yeganə döyüş idi. Ertəsi gün Attila döyüşü davam etdirməyib geri çəkildi. O, qrdusu üçün əlverişli olmayan ərazidə döyüşmək istəmirdi. Onun geri çəkilməsini məğlubiyyət sayan Roma və Bizans bayram edirdi. Lakin Roma ordusu da o qədər itki vermişdi ki, hunları təqib edə bilmədi.
Attila ordusuna bir neçə ay dinçlik verdikdən sonra qüvvəsini cəmləyib yenidən yürüşə başladı. Bu dəfə o, birbaşa İtaliya üzərinə hücm etdi. Şimali İtaliya və Adriatik dənizi sahilində olan şəhərlər tamamilə yandırılıb dağıdıldı. Bu şəhərlərin əhalisi hun atlarının üzüb keçə bilmədiyi xırda adalara qaçdılar. Sonralar burada Venesiya şəhəri meydana gəldi.
Şimali İtaliyanı yerlə - yeksan etmiş hun ordusu Romaya aparan yolla irəliləyirdi. Romanın hunlarla döyüşə girməyə cəsarəti çatmırdı. Roma sərkərdəsi Aeti qoşun toplamaq adı ilə aradan çıxmışdı. Artıq “ əbədi şəhərin ” hun süvarilərin tapdağı altda qalacağına şübhə yox idi. Məhz bu yürüş zamanı Atillanın Roma papası I Leo ilə görüşü baş verdi...
..... Leo əllərini Atillaya doğru uzadıb , onu Romaya rəhm etməyə çağırırdı. Atilla cəld atdan enib bu ahıl adamı ayağa qaldırdı. O, Leoya çaşqınlıq və heyrətlə baxırdı. Atillanı heyrətə salan Leonun sözləri yox, cəsatəri idi. Bütün Roma sərkərdələrinin qorxudan qaçıb gizləndiyi bir vaxtda bu zəi qocanın cəsarəti Atillada ona qarşı r
Ğbət oyatdı. O, din başçısının sözünü yerə salıb, onu təbəələri arasında hörmətsiz etmək istəmədi. Atilla Roma papasını yola salıb hun ordusuna geri döndərmək əmrini verdi.
Atilla Avropanı yalnız qılıncı ilə deyil, həmdə alicənablığı ilə fəth etdi. O, mənəvi qələbə qazanmışdı. Öz hərəkəti ilə atilla romalıların barbar saydıqları hunların mənən onlardan daha yüksəkdə durduğunu göstərmişdi. Yəqin buna görə avropanın bir çox xalqları Atillanı öz milli qəhrəmanı hesab edirlər.

453 –cü il martın 15 – də böyük toy məclisi qurub misilsiz bir alman gözəli ilə evlənən Atilla həmin gecə burnundan açılan qanaxma nəticəsində vəfat etdi. Xalq arasında belə bir xəbər yayılmışdı ki, onu yenicə evləndiyi arvadı yatdığı yerdə qətlə yetirib....
Atillanın ölümü hunları yasa qərq etdi. Onun nəşini iç – içə qızıl, gümüş və poladdan düzəldilmiş tabuta qoyaraq dəfn etdilər. Deyirlər, Atillanın qəbrinin tapılmaması üçün Tissa
çayının qollarından biri qəbrin üstündən keçirilmiş və bu işin şahidləri öldürülmüşdü.
Oğulları atillanın yerini tuta bilmədilər. Ölkədə hərcmərclik, hakimiyyət uğrunda müharibələr başladı və Hun dövləti dağıldı. Hunların bir hissəsi əcdadlarının 5 əsr əvvəl gəldiyi yolla geri qayıtdılar, digərləri isə avropada qalıb yerli tayfalara qarışdılar.........

 

Sevgi və Ayrılıq
Əli İbrahimov tarih 04.03.2012, 21:28 (UTC)
 Sevgi və ayrılıq gənc cütlüyə baxaraq zövq alırdılar.

Ayrılıq sevgiyə dedi: Mən onları ayıraram, bəhsə girək?

Sevgi dedi: Gəl belə edək – mən onlara bir dəfə yaxınlaşım, sonra qalanı sənlikdir.

Nəçə dəfə istəsən, sən yaxınlaşa bilərsən – onda baxarıq sən onları ayıra bilərsənmi?

Ayrılıq razılaşdı.

Sevgi gənc cütlüyə yaxınlaşdı, onlara toxundu və gözlərinə baxdı: Orda necə qığılcımlar yarandığını gördü. Kənara çəkildi və dedi: Mən işimi bitiridim, indi sənin növbəndir.

Ayrılıq: Yox, mən indi onlara yaxınlaşsam da xeyri yoxdur – indi onların qəlbi Sevgi ilə doludur. Mən sonra gələrəm.

Vaxt keçdi. Ayrılıq bir gün onların evinə baxdı və gördü ki, gənc ana, qucağında körpəsi dayanıb oğlanla söhbət edir. Ümid etdi ki,sevgi artıq keçib və yaxınlaşdı cütlüyə… Onların gözünə baxanda orda minnətdarlıq gördü. Çevrilib otaqdan çıxdı və dedi: sonra gələrəm.

Yenə vaxt keçdi. Ayrılıq yenə bu evə yaxınlaşdı, gördü ki, evdə uşaqlar səs-küy salır, kişi işdən yorğun gəlib, ana uşaqları sakitləşdirməyə çalışır. Dedi ki, indi mütləq onları ayıra biləcəm, sevgi və minnətdarlıq çoxdan bu evdən gediblər.

Amma onların gözünə baxanda orda hörmət və anlaşma gördü. Çevrilib otaqdan çıxdı və sonra gələrəm – deyə düşündü.

Bir müddət beləcə keçdi. Ayrılıq bəhsi unutmamışdı, sevgiyə uduzmaq fikri yox idi. Yenə gəldi, artıq uşaqlar böyümüşdü, ağsaçlı ata onlara nə isə izah edirdi, ana mətbəxdə yemək hazırlayırdı. Onların gözlərinə baxanda orda inam gördü.

Mən sonra gələrəm dedi ve çevrilib getdi.

Bir dəfə gələndə qoca qarını gözü yaşlı gördü və fikirləşdi – Deyəsən mən gecikmişəm, zaman mənim işimi görüb axı. Qadının gözlərinə baxdı və orda xatirə gördü – sevgidən, minnətdarlıqdan, hörmətdən, anlaşmadan ve inamdan bir xatirə.

Yenə bir müddət keçdi. Ayrılıq bu evi unutmamışdı. Yenə ora baş çəkdi: evdə nəvələr qaçışır, hamının qarşısında qoca bir qadın oturub nəsə fikirləşirdi. Ayrılıq baxdı və düşündü: Əsl mənim zamanım gəlib. Artıq çoxdan xatirələri də unudub. Elə qadının gözlərinə baxmaq istəyəndə, O durdu və evdən çıxdı. Ayrılıq onun arxasınca getdi. Qadın qəbirstanlığa gəldi və bir qəbrin yanında dayandı – bu onun ərinin qəbri idi. Qadın heç nəyi unutmamışdı…
 

XOCALI SOYQIRIMI - 26 FEVRAL 1992
Əli İbrahimov tarih 26.02.2012, 08:33 (UTC)
 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildi. Hücumda həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin (Seyran Ohanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib . ("Xocalının işğalına dair istintaq materiallarından").

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirildi. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olun ub Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu, bununla da Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqların "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu , bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə , Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 məshəti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçiriblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
 

Dahilərin Bilmədiyimiz Tərəfləri
www.caspian.ws tarih 05.02.2012, 16:44 (UTC)
 Uilyam Şekspir eyni gündə doğulub və həmin tarixdədə dünyasını dəyişib. 23 aprel 1564-cü ildə dünyaya gəlmiş üstündən 52 il keçəndən sonra 23 aprel tarixindədə vəfat etmişdir.

Şekspirlə eyni gündə daha bir məhşur yazıçı vəfat edib.- Migel de Servantes Saavedra. Məhşur "Don Kixot" əsərinin müəllifidə 23 aprel 1616-cı il tarixdə dünyadan köçüb.

Deyilənə görə Şekspir brokanyer imiş. Qanunsuz olaraq ser Tomas Lusinin ərazilərində maral ovlayırmış.


Corc Bayron

Dahi şair Bayron deyilənə görə axsaq imiş və o özü kimi axsaq və kök qadınları sevirmiş. Venesiyada yaşadığı bir il ərzində o 250 axsaq və kök qadınlar ilə yaşamışdır.

Bayron özünəməxsus kolleksiyası ilədə seçilirmiş. Belə ki, onun kolleksiyasında sevdiyi bütün xanımların saçlarını kəsiklərini toplayırmış. Saçları üzərində hər bir xanımın adı yazılmış konvertlərin içində saxlayırmış.

Bundan əlavə Bayron azyaşlı oğlan uşaqları ilə vaxt keçirməyi xoşlayırmış. Buna heç bir şərh əlavə etmirik. İl ərzində 250 qadın ona azıq edirmiş!

Bayron heyvanlarıda xoşlayırmış..Yox yox yuxarıdakı yazını oxuduqdan sonra bəlkə başqa məna ilə başa düşərsiniz amma ki yaxşı mənada heyvan sevən imiş : ) evində porsuq, meymun, at, tutuquşu, timsah və.s heyvanlarını saxlayırmış.


Çarlz Dikens

Çarlz Dikensin çox ağır və çətin uşaqlığı olub. Uşaq ikən onun atası ömürlük həbs cəzasına məhkum olduğu üçün Çarlz uşaq yaşlarından fabrikdə malların üzrəinə səhərdən axşama kimi etiket yapışdırırmış. Uşaq üçün olduqca çətin işlə məşğul olan Çarlzın yaratdığı yetim obrazları ona görə olduqca inandırıcı alınırmış. Çünki yetimliyin və çətinliyin necə olduğunu ondan yaxşı heçkəs bilməzdi..

Çarlz Dikens həmçinin hipnoz ilə məşğul olurmuş. İnsanları hipnoz edərək istədiyini əldə etməyi bacarırmış.

Ən böyük əyləncəsi isə paris morqlarına gedib tanınmaz meyidlərə tamaşa etmək idi..Çox gözəl və maraqlı əyləncədir elə deyilmi? =)

Oskar Uayld Çarlz Dikensin yazdığqlarına həmişə gülməli lətifə kimi baxırmış. Ümumiyyətlə müasir tıənqidçilər kimi Oskar Uayld da Dikensi yazıçı hesab etməyibmmiş.

Əgər Dikensin işləyəcəyi otaqda stol stul onun istədiyi halda durmazsa o işləmirmiş. Ona görə işə başlamamzdan öncə Dikens mebelləri yerbəyer edirmiş daha sonra işə başlayırmış.

Dikens heykəl və abidələrə o qədər nifrət edirmiş ki, ölməmişdən öncə dəfələrlə demiş və qeyd etmişdir ki, mənim ruhuma hörmət edib onun rahat yaşamağını istəyirsinizsə, mən öləndən sonra qətiyyən mənim heykəl və abidəmi düzəlməyəsiniz. Yeganə Dikensin bürünc heykəli Filadelfiyada ucaldılıb hansı ki, günü bu günədək onun ailəsi tərəfindən həmin heykəl qəbul olunmur.


O.Henry

Amerikalı yazıçı O.Henry öz yaradıcılığına israfçılıq üstündə düşdüyü həbsxanada başlamışdır. O qədər uğurla başlanmışdır ki, tezliklə onunla bir kamera arxasında oturan məhbuslar həbsxanada olduqlarını belə unutmuşdurlar.


Ernest Heminguey

Ernest Heminguey bildiyimiz kimi içki düşkünü və özünə qəsd edən insan olduğu ilə yanaşı o peyrafobiyadan (ictimai çıxışlardan qorxmaq) əziyyət çəkirmiş. Bundan əlavə o, heçvaxt yaxınlarının və dostlarının ona dedikləri tərifə qətiyyən inanmırmış. Lap mənim kimi =)

Heminguey 6 dəfə qəza keçirmiş lakin hamısında bəxti gətirərək sağ qalmışdır. 4 dəfə avtoqəza iki dəfə isə aviaqəza.

Ernestə hərkəs Ata deyə müraciət edirmiş. Çünki o özü belə istəyirmiş.


Gertruda Stayn

Söz tarixində «gey» sözünü ilk dəfə ədəbiyyatda məhz lezbiyan yazıçı Gertruda işlətmişdir. Bu sözün mənasını isə o «itirilmiş nəsil» deyə izah edirmiş.


Onore De Balzak

Onore De Balzak kofeni çox sevirmiş. O, günə 50 stəkan tünd türk qəhvəsi içirmiş. Qəhvə içməyə imkan olmayanda isə o cibində gəzdirdiyi qəhvə dənələrini ağzına alaraq çeynəyərək yeyirmiş.


Edgar Allan Po

Edgar Po ömrüboyu qaranlıqdan qorxurmuş. Ola bilər ki, bu qorxu onun uşaqlıqda dərsi qəbirstanlıqda keçdiyindən sonra yaranıbmış. Belə ki, dahi yazıçının oxuduğu məktəb o qədər kasıb imiş ki, kitab almağa müəllim və şagirdlərin imkanları olmurdu. Riyaziyyat müəllimi isə uşaqları qəbirstanlığa apararaq, hər bir uşağa bir qəbir seçərək həmin insanın doğulduğu və öldüyü tarixi bir birindən çıxaraq onun neçə il yaşadığını müəyyən etməyi tapşıraraq onlara riyyaziyyat dərsi keçirmiş. Bu dərsi metodu isə həqiqətəndə Edgarın həyatında böyük rol oynamış demək. Çünki Edgar Po qorxu ədəbiyyatında yazdığı qprxulu poema və əsərləri ilə əvəzedilmiş yazıçı kimi tarixdə iz qoymuşdur.


Luis Caroll

Bitlz, Cefferson Airplain, Tim Barton və başqa Məhşurları ən çox ilhamlandıran yazıçılardan biri Alisa haqqında nağıllar yazan Luis Caroll hesab olunur.

Əsl adı - Carlz Lyutvidc Johnson olan Caroll gündəliyində və yazdığı bütün əsərlərdə etdiyi bir günahdan əziyyət çəkdiyini qeyd edirmiş. Lakin həmin günah barədə yazdıqlarını ailəsi yandırıb atdığı üçün dahinin etdiyi günah barədə indiyədək heçbir tarixçi öyrənə bilmədi. Ədəbiyyatşünasların dediklərinə görə dünyaca məhşur insanın əsl üzünü hələ heçkəs tanıyıb bilməyib.

Caroll sarı qızdırma, sistit, lümbaqo, ekzema, furunkuloz, artrit, plevrit, revmatizm, yuxusuzluq və bir çox digər xəstəliklərdən əziyyət çəkirmiş. Bundan əlavə yazıçının sutkalarla fasiləsiz olaraq başı ağrıyırmış.

Alisa nağıllarının müəllifi texnologiyanın böyük pərəstişkarı imiş. 3 təkərli velosipedi, adları və tarixləri yadda saxlayan xüsusi sistemi, elektrik qələmi və kitabların üz qabığında əsərin adını yazmağı ilk dəfə o icad etmişdir.



Mark Tven

Mark Tven günə 40 ədəd siqaret çəkirmiş.



John Roland Ruel Tolkien

"Üzüklər hökmdarı" trilogoiyasının müəllifi John Roland dəhşətli dərəcədə xoruldadığı üçün hamamda yatırmış ki, evdəkilərin yuxusuna mane olmasın. Daha bir yadda qalan xüsusiyət isə Rolandda frankafobiya var idi- Bütün fransızlara nifrət edirmiş.



Lev Tolstoy

Sofiya ilə ilk toy gecələrində 34 yaşlı yazıçı 18 yaşlı qızı gündəliyində yazdığı müxtəlif qadınlarla aralarındakı intim münasibətləri qeyt etdiyi yazıları oxumağa məcbur edirmiş. Bunu isə yazıçı belə izah edirmiş- Mən istəyirəm ki bizim aramızda heç bir sirr olmasın. Bunun üçün mən ona açıq aydın yazdıqlarımı oxutdurdum.



Agata Kristi

Agata Kristi disqrafiyadan ( Əl ilə yazı yaza bilməmək) əziyyət çəkirmiş. Onun bütün məhşur romanları diktə edilərək yazılmışdır.



Anton Çexov

Məhşur yazıçı gününün yarıdan çox hissəsini bar və fahişəxanalarda keçirimiş. Başqa ölkələrə getdiyi an ilk olaraq bu cür yerlərin adresi ilə maraqlanırmış.



Uilyam Folkner

Uilyam Folkner bir neçə il poçtalyon işləyirmiş. Daha sonra müəyyən olmuşdur ki, həvəssizliyi üzündən ünvana çatdırmadığı məktubları o zibilxanalara atırmış.



Cek London

Cek London tarixdə öz yazdığı əsərləri ilə milyonlar qazınmış ilk və yeganə yazıçı olmuşdur.



Artur Konan Doyl

Şerlok Holms obrazını yaradan Artur balaca qanadlı rəngbərəng pərilərin olduğuna inanıb onlarla söhbət etdiyini deyirmiş.
 

Mübahisə və əsəb
Əli İbrahimov tarih 04.02.2012, 19:06 (UTC)
 Məlum bir həqiqətdir ki, mübahisə insanları bir-birinə zidd salan, ayrılığa, dava-dalaşa və münaqişələrə səbəb olan haldır. Çox yaxın iki dost arasında yaranan kiçik bir mübahisənin böyüməsi ilə bütün gözəl hisslərin yerini qəzəb tutur. ALLAH "Kəhf" surəsinin 54-cü ayəsində bu pis əxlaqa diqqət çəkərək insanın "ən çox mübahisə edən" olduğunu bildirir. Bu səbəblə möminlər birlik, bərabərlik və qardaşlıq ruhunun zədələnməsinə və ya zəifləməsinə səbəb olan hər cür mübahisə və münaqişədən qətiyyətlə qaçırlar. Çünki ALLAH bu davranışı qəti olaraq yasaqlamışdır:



"ALLAHa və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz..." (Ənfal surəsi, 46)



Ayədə bildirildiyi kimi, mübahisə və münaqişə insanların gücünü qıran, heç bir məsələni həll etməyən, fayda verməyən, şeytanın vəsvəsəsi ilə edilən bir hərəkətdir. Insanın vicdanı münaqişəni, davanı qəbul etmədiyi halda nəfsi onu çəkişməyə, münaqişəyə itələməyə çalışır. Buna görə Quranı özünə rəhbər tutan və hər zaman vicdanına uyan bir adam münaqişənin yaranmasına heç vaxt izn verməz. Bir anlıq qəflət nəticəsində çəkişməyə girsə belə dərhal diqqətini toplayar, ALLAHın hökmünü xatırlayar və gördüyü bu işin ALLAH tərəfindən bəyənilmədiyini dərk edərək ondan dərhal imtina edər.



İman gətirən insanlar gün ərzində cürbəcür adamlarla qarşılaşa bilərlər. Bununla bərabər onlar hansı şərait olursa-olsun münaqişədən qaçırlar. Məsələn, alış-veriş zamanı qoyulan qiymətlər qarşısında satıcı ilə, vaxtında gəlməyən avtobusun sürücüsü ilə, növbə gözləyərkən yavaş işləyən işçilərlə münaqişə etməzlər. Əgər onlara qarşı haqsızlığın edildiyi bir vəziyyətlə qarşılaşsalar, məsələni münaqişə edib hirslənməklə deyil, gözəl bir üsulla və ağıllı bir metodla həll etməyi üstün tuturlar. Rəbbimiz mömin insanın qəzəblənməməsinin vacibliyini "Ali-Imran" surəsində belə buyurur:



"O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. ALLAH yaxşılıq edənləri sevər" (Ali-Imran surəsi, 134)



Quran əxlaqına uyğun yaşayan bir insan özünün əxlaq anlayışını qarşısındakı adamların davranışlarına görə dəyişdirməz. Qarşı tərəf istehza ilə danışa bilər, çirkin sözlər söyləyə bilər, qəzəblənə bilər, pislik edə və ya düşməncəsinə davrana bilər. Ancaq mömin insanın alicənablığı, təvazökarlığı, mərhəməti və mülayimliyi heç bir vaxt dəyişməz. Ona söylənən pis bir sözə pis sözlə cavab verməz. Istehza edənə istehza ilə, qəzəbə qəzəblə cavab verməz. Hirslənən bir insana qarşı sakit olar və özünə nəzarət edər. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində möminlərə bu cür nəsihət etmişdir: "Harada olursan ol, ALLAHdan çəkin və pisliyin ardından yaxşılıq et, bu, onu yox edər. İnsanlara gözəl əxlaqla davran".





Mömin insan hər an hər şeyin onun imtahan edilməsi üçün yaradıldığını bilir. Bu səbəblə də insanlarla münaqişə etmək əvəzinə gözəl sözlər danışmağı, onlara qəzəblənmək əvəzinə qəzəbini udaraq səbr göstərməyi üstün tutur. Bilir ki, bunlar ALLAHın razı olduğu davranışlardır və Onun rizasını qazanmağa ümid edir.



mənbə: "Müsəlmanın 24 saatı" kitabından
 

<- Geri  1  2  3  4  5  6  7  8 ... 12Devam -> 
 
 
Search in the Quran
Search in the Quran:
in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

Prayer Times For 6 Million Cities Worldwide
Country:

Search in the Hadith
Search: in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

English to Arabic to English Dictionary
Find word:
Exact Word / Starting Word Sub Word
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
www.SearchTruth.com

Quran Auto Reciter

Search in Quran and Hadith

Islamic Softwares

Azan Times

Read Quran Online

Listen Quran Online

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol