Həyat, AZANLA NAMAZ ARASI QƏDƏR SÜRƏR.
Loadtr.Com
   
  ƏLİ İBRAHİMOV
  Xəbərlər
 

Baş örtüyü, hicab, kəlağayı...
Elşad Miri tarih 10.09.2012, 15:38 (UTC)
 Baş örtüyü ilə bağlı xeyli müddətdir bilənlər, bilmədiyini bilənlər, bilmədiyini bilməyənlər, bildiyini zənn edənlər, bilmədiyi halda bilgili kimi görünməyə çalışanlar və həddini bilməyən hərşeyşünaslar yazırlar, danışırlar. İnsan heç nə bilməsə də, heç olmasa həddini bilməlidir. Bunu səmimi olaraq bilmək, öyrənmək istəyənlərin fikrinə əsasən belə bir yazı yazmaq qərarına gəldim. Çünki cavab, bilmək istəyənin haqqıdır. Bu haqqı isə haqqı olmayanların əhatə dairəsində saxlamaq haqlılara haqsızlıq olar.

Olduğunu göstərmək, "mən də varam" demək istəyənlər, qonşudan geri qalmamaq fikri ilə həyatlarını sürüyənlər, ziyalı, modern, hansısa klassikin əsrimizdəki davamçısı olduğu iddiasında olanlar və sairlər elə hey bu haqda cızma-qara edirlər. Amma evin su təchizatı xarab olanda qəssab çağırmayan, dişi ağrıyanda ginekoloqa getməyən bu insanlar dinlə bağlı məsələdə dərhal ustad, şeyx olub çıxır qarşımıza. Bəli, hər sahənin ixtisas sahəsi olduğu kimi bu sahə də peşəkarlıq tələb edir. Dərman alarkən hansı maddədən nə qədər istifadə edildiyini əczaçıdan soruşmayanlar, satıcının dediyinə qeyd-şərtsiz əməl edənlər dini məsələdə dərhal "alim" olurlar. Bu məsələləri heç olmasa biləndən soruşsaq, daha məntiqli olmazmı? Hər iki cavabı bir kənara qoyub keçək əsas mətləbə...

Baş örtüyü nədir? Dinlərdə, xüsusilə də vəhyə əsaslanan dinlərdə bu məsələyə münasibət necədir? Birinci olaraq, baş örtüyünün Allahın əmri olması ilə bağlı məsələyə müraciət edək.

İlahi dinlərdə baş örtüyü

Əlimizdə mövcud olan yazılı Tövratda (Elohim) bununla bağlı buyruq olmadığı halda Rabbinik rəvayətlərdə belə deyilir: "İsrail qızlarına başı açıq çöldə gəzmək yaraşmaz", "Arvadının saçlarını göstərməsinə icazə verən kişiyə lənət olsun"... "Başı açıq ailəli bir qadının olduğu məclisdə dua və ibadət etmək qadağandır". Tövratda isə bütün hörmətə layiq və nüfuzlu qadınların başı örtülü olduğu qeyd edilir. İshaq peyğəmbərin həyat yoldaşı, Yəqub peyğəmbərin anası Rəhil, Yusuf və Musa peyğəmbərlərin anaları və sair başı örtülü olaraq təsvir edilir. Hazırda hasidim yəhudi camaatının qadınlarının hamısı pariklə gəzirlər. Yəhudilikdə baş örtüyü əsasən iffət kimi qəbul edilib.

Xristianlığın müqəddəs kitabı olan İncildə belə buyurulur: "Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün... Başıaçıq dua, yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi, yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?" ("Korinflilərə birinci məktubu", 11/5-6).

İslamda baş örtüyü

İndi isə İslamın baş örtüyü ilə bağlı mövqeyinə nəzər salaq. Bildiyimiz və bildiyinizi güman etdiyimiz kimi, İslam dininin əsası Qurani-Kərim və bu kitabı insanlara çatdıran Peyğəmbərin hədisləridir. Qurani-Kərimdə Uca Allah belə buyurur: "Ey iman gətirənlər! ...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər..." ("Əhzab" surəsi, 33/53), "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" ("Əhzab" surəsi, 33/59).

Hicrətin 4-cü ilində gələn bu ayə konkret olaraq peyğəmbərin həyat yoldaşları ilə əlaqəli olaraq göndərilib. Buradakı "pərdə arxasından" olan kəlmə hicab termini ilə məşhur olub. Həmin il başqa ayələrlə bütün mömin qadınlara baş örtüyü əmr edilib. Allah belə buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz özlüyündə görünən istisna olmaqla, zinətlərini göstrəməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər..." ("Nur" surəsi, 24/30-31).

Quranda baş örtüyü, yoxsa sinə örtüyü?

Bilirəm çox absurd sualdır. Amma cavab verilməli məqamlar olduğu üçün belə sərlövhəni seçdim. Bəzi adamlar Qurana tabe olmağın əvəzinə, Quranı özlərinə tabe etdirməyə çalışırlar. Bu çalışmaların nəticəsində də ziddiyyətlər ortaya çıxır. Belələri bu ziddiyyətlər burulğanında qərq olub tarixin vərəqlənməyəcək səhifələrinə urcah olurlar. İndi məsələyə bu prizmadan yanaşaq. Dilçi olduğu halda, özünü dinçi kimi qələmə verərək Quranı tərcümə edən şəxs mövzu ilə əlaqəli yazdığı yazıda belə deyir: "Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə "baş", nə də "saç" sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə müqəddəs Oxuda bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən..."

Bəli, maraqlı və çaşdırıcı izahdır. Çünki məntiqli kimi göründüyü halda, tamamilə ziddiyyətlər ehtiva edən cümlə quruluşudur. Lüğətə müraciət edilərsə, ərəb dilində qadınların istifadə etdiyi örtüklərlə bağlı bunları görmək olar:
1. Burqa (burku): Bütün üzü örtər, 2. Niqab: gözün birini açaraq bağlanan örtükdür. 3. Lifam: Burunun üstünü və gözləri görünən örtükdür. 4. Lisam: Ağzın üstündən etibarən örtülən örtükdür. 5. Xımar: Üz istisna olmaqla, boyunu tamamilə örtən örtükdür və Quranda əmr edilən örtük budur. 6. Nasif: Böyük şərfə oxşayan örtükdür. 7. Miknəə: nasifdən daha böyükdür və belin aşağısına qədər uzanan baş örtüyüdür. 8. Cilbab: Üz istisna olmaqla başdan ayağa hər tərəfi örtən örtükdür. Bunlar lüğətlərdə baş örtüyü ilə əlaqəli olan sözlərdir.

Məntiqdən danışdığı halda məntiqsiz cümlələr işlədənə mən də başqa sual vermək istəyirəm: "Bu qədər sözün hansında baş sözü keçir?" "Nur" surəsindəki ayədə qeyd edilən "xımar" sözü lüğətdə birmənalı olaraq başla əlaqəlidir. Spirtli içki ilə bağlı qadağa da Quranda eyni kökdən, yəni "xamr" sözündən törəyib. İkisi arasındakı müştərək nöqtə "baş"la əlaqəli olmasıdır. Məsələn, "küfr" də "örtmək" deməkdir. Amma başa, yaxud ağıla deyil, ürəyə nisbət edildiyi üçün fərqli kökdən istifadə edilib. Eyni sualı bir də təkrarlayıram. Bunun içində "baş" sözü varmı? Yuxarıda sadaladığım başörtüyü ilə bağlı sözlərin hansında "baş" sözü var?

Buna heç ehtiyac da yoxdur. Ana dilimizdə də belədir. Yaylıq, kəlağayı, yaşmaq, örpək və sair sözlərində "baş" sözü əlavə olunubmu? Çünki hamı bilir ki, kəlağayı, yaylıq baş örtmək üçündür, ayağa geyinmək üçün deyil. Ərəb dilində "nələyn", "xuffətəyn", "cəvrabəyn" da ayağa geyinmək üçündür və heç birində "ayaq" sözü qeyd edilmir. Burada "ayaq" sözü keçmir demək nə qədər məntiqlidirsə, yuxarıdakı sözlərdə "baş" sözünün keçməməsi də o dərəcə məntiqlidir və deyənin məntiqini göstərir.

Baş örtüyü Allahın əmridir!

Məntiqdən bəhs edərək məntiqsiz iddia ortaya atan şəxs yazır: "Burada söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyri-müsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur..." Buna əməl etməyən yoxdursa, Quran onda niyə demir ki, sinələrinizi örtün. Yaxşı eyni məntiqlə biz də soruşaq, "xımar" sözünün içində hanı "sinə" sözü? Bir cümlədə bir neçə ziddiyyət ancaq bu qədər ola bilər. Heç demə, ərəb dilindəki "xımar" sözü qadının sinəsini örtmək üçün imiş. Heç demə, baş örtüyü ilə bağlı Quran ayəsi gələnə kimi qadınlar namazlarını sinələri açıq qılırlarmış... Halbuki bu məntiq təxəyyülü olduğu halda, real məntiqi olmayanlar unudurlar ki, namaz əmri baş örtüyü əmrindən əvvəl, hicrətdən əvvəl əmr edilib. Bu iddialara cəhalət deyilir. Cəhalət elmlər namizədi, elmlər doktoru olmaq deyil, cəhalət həddini bilməməkdir. Həddini bilməyərək bu iddiaları ortaya atanlar da cahildir...

İndi gələk ayədə qeyd edilən "cəyb" sözünə... Bu söz lüğətdə "qopuq, cırıq, kəsilmiş" mənalarına gəlir. Dilimizdə də istifadə etdiyimiz "cib" sözü də "açıq yerlər, yaxanın və qolun açıq yeri", xülasə bir barmağın paltarın içinə girəcəyi bütün açıq yerlərinə deyilir. Elə isə Allahın "Nur" surəsinin 31-ci ayəsindəki əmri necədir və nəyi nəzərdə tutur? Cavabı sadədir: İslamdan əvvəlki dövrdə aksesuar kimi başın üstündən belə atılan örtüyü, bütün boyunu və gərdanlığı da əhatə edəcək tərzdə örtməyi nəzərdə tutur. Bəli, bu əmr Allahı kitabına tabe olanlar, Allaha təslim olanlar üçündür.

Quranı dəyişdirmək istəyənlər...

İslamdan əvvəl göndərilən ilahi vəhyə əsaslanan kitabların dəyişdirilməsinin, təhrif edilməsinin əsas səbəbi bu idi. Həqiqətə tabe olmağın əvəzinə, həqiqəti özlərinə tabe etdirib insanları çaşdırırdılar. Həmin kitablarla bağlı nəticə göz qabağındadır. Amma Quranla bağlı bunu bacarmayacaqlar. Çünki öz iddialarını Qurana əsaslandırmağa çalışanlar, ayələrə yanlış olaraq istinad edənlər heç vaxt istədiklərinə nail ola bilməyiblər.

Allah Quranda geyimin bir nemət olaraq göndərildiyini buyurur: "Ey Adəm oğulları! Sizə həm çılpaqlığınızı örtmək, həm də geyim və bəzəkli libas bəxş etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız" ("Əraf" surəsi, 7/26). Burada təqvasız örtüyün ruhsuz cəsəd kimi olduğu bildirilir. Geyinmək insanın şəxsiyyətinə fikir verilməsi üçündür. Örtünməyin əsasında cinsiyyətin ictimailəşdirilməməsi dayanır. Örtünmək qadın-kişi münasibətinin cinsliklə deyil, şəxsiyyət üzərindən həyata keçirilməsi üçündür. Münasibətlərin zəhərlənməməsi üçündür.

Örtünməyin çərçivəsini və sərhədini əmr edən qadını da kişini də yaradandır. O isə yaratdığını bütün yaradılanlardan yaxşı tanıyır. Bu sərhədi qoyan Allahdır. Müsəlman buna iman gətirib Allahın hökmünə tabe olandır. Kənardan deyənlər və müxtəlif iddia edənlər isə Quranın ifadəsi ilə "Allaha dinini öyrətməyə çalışanlardır" ("Hucurat" surəsi, 49/16). İndi isə gələk "Allaha dinini öyrətməyə çalışanlara..."

Baş örtüyü simvoldur!

Hər kəs simvolu bir cür başa düşür. Simvol görünməyən, bilinməyən, yaxud dərk edilməyən bir şeyi oxşatmaq, uyğunlaşdırmaq kimi müxtəlif yollarla təmsil etmək üçün istifadə olunan nəsnə və ya vasitədir. Eyni cür başa düşənlərə xatırladım ki, bəli, baş örtüyü simvoldur. Nəyin simvoludur? Baş örtüyü siyasətin simvolu deyil, Allaha itaətin simvoludur. İslam dininin əsaslarından biri olan həcc simvollardan ibarət ibadət olduğu kimi, baş örtüyü də simvoldur.

Baş örtüyü simvol olduğu kimi, baş örtüyü qadağası da başqa bir simvoldur. Nəyin simvoludur? Təzyiqin simvoludur. Dindar olmayanların dindar olanlara qarşı zülmünün simvoludur. İnsan haqlarının tapdanmasının simvoludur. Bu simvolla əlaqəli Peyğəmbərin dövründə baş verən bir hadisəni burada qeyd etməyim yerinə düşərdi...

Mədinədə müsəlmanların hər ötən gün gücləndiyini həzm edə bilməyənlər bunu qusmaq üçün yollar axtarırdılar. Bir gün başı örtülü müsəlman bir qadın yəhudilərin Mədinə şəhərindəki Qaynuqa bazarına getmişdi. Zərgər dükanında qadının örtüyünün açılmasına səbəb olan yəhudilər bu mənzərə qarşısında gülüşməyə başladılar. Və bu onların Mədinədəki sonuncu gülüşləri oldu. Nəticədə hamısı Mədinədən köçməli oldular.

Bu hadisəni yazmağımın bir səbəbi var. Bəni Qaynuqa yəhudilərinin qadınlarının da başları örtülü idi. Amma buna baxmayaraq, onların baş örtüyünə verdikləri məna ilə, müsəlmanların inandıqları məna arasında fərqlər var idi. Onlar baş örtüyünü kişinin qadın üzərindəki hökmranlığı olaraq qəbul etdikləri halda, müsəlmanlar bunu Allaha itaətin və ləyaqətin simvolu olaraq qəbul edirdilər. Onlar müsəlman qadının baş örtüyünə hücum edərkən bu simvola hücum etmişdilər.

Milli-mənəvi dəyərlərimizə yadlaşanlar...

Baş örtüyünə qarşı gələnləri, yazanları, etiraz edənləri, susaraq nəticəsinin necə olacağını gözləyənləri bir qədər başa düşmək olur. Çünki uzun illərdən sonra ilk dəfə kontrasta məruz qalırlar. Bu, bədənin isti sudan soyuq suya girməsi nəticəsində yaranan şok effektinə oxşayır. Çünki sovet rejimi elə bir nəsillər yetişdirdi ki, həm ənənələr onlara yadlaşdı, onlar da adətlərə əcnəbiləşdi. İndinin bəzi statusundan asılı olmayan yaşlı şəxsləri adət-ənənələrini, milli-mənəvi dəyərlərini, dinlərini yaşadan analarını, nənələrini, gənc də olsa, başlarını örtənləri geridə qalmış kimi görərək özlərini müasir hesab edirlər. Lakin unudurlar ki, zaman məfhumunun özü nisbi anlayışdır. Müasirlik məfhumu isə hər dövrə görə dəyişən anlayışdır. Bu idraka görə, babalarımız geridə qalıb biz inkişaf edərək müasirləşmişik, ya da övladlarımıza görə biz geridə qalmışıq. Başı açıq təhsilli, zəkalı insanlar olduğu kimi, baş örtüyündən istifadə edən çox ağıllı qadınlar var. Məsələyə geridəqalmışlıq kimi yanaşmaq yumşaq ifadə ilə desək, cəhalətdir. Bu cür insanlar, keçmiş sovet rejiminin sırıdığı ideoloji kinolarda həmişə başı örtülü insanlar yaşlı, açıq-saçıqlar isə gənc, müasir kimi qələmə verilirdi...

Kəlağayının, yaylığın, örpəyin, baş örtüyünün onların timsalında, sovet rejimi müəlliflərinin əsərlərindəki tənqid olunan məqamlar kimi qalıb.

Müdrikləşə bilməyən qoca ruhlu "gənclər"...

Özlərini gənc hesab edərək bunlardan fərqlənmək istəyənlər də əvvəl özlərini ateist hesab etdilər, sonra olmayan dinlərindən imtina etdilər, indi də başlarını örtənləri geri qafalı hesab edərək təzadlı baxışlarını davam etdirirlər. Hətta bunlar bu torpaqları belə özlərinə yad hesab edirlər. Bunlar baş örtüyü olan yerdə özlərini əcnəbi kimi görürlər. Sanki demək istəyirlər ki, "biz sizə görə kafirləşə bilmirik". Belələrinin arasında bəzi qadınlar da var ki, əxlaqın, namusun müasirliyə zidd olduğu fikrinə qapılıb, özlərini bu fikirlərin ağuşuna atırlar. Belə zavallıları isə xalqımız çox gözəl tanıyır...

Baş örtüyü dəb deyil!

Hərşeyşünaslardan biri çıxıb baş örtüyünün dəb olduğunu iddia edir. Həmişə dəblə geyindiyini iddia edənlər nədənsə bu "dəbə" yaxınlarını layiq görmürlər. İnanan bir insana inandığı dəyərlərdən birini tərk etməsini tələb edərək bunu adi davranış olaraq hesab edən adam dəyər, yaxud inanc anlayışından bixəbər zavallıdır. Bu fikirdə olan insanların inandığı bir dəyəri olsaydı, inanan bir insana belə dəyərsiz təklif etməzdi. Heç olmasa bilərdi ki, iman dəb deyil. Dəblər bu iddianın sahibləri kimi dəyişə bilər, zövqlərə görə fərqlilik göstərə bilər, amma iman və imanla əlaqəli məsələ belə deyil, yəni dəyişməzdir.

İslamdan əvvəl qadınlar lüt gəzmirdi...

Din əleyhdarı kimi görünmək istəyənlərdən biri İslamdan əvvəl qadınların lüt gəzdiyini iddia edərək baş örtüyü ilə bağlı ayənin bunun qarşısını almaq üçün olduğunu iddia edir. Hətta bu iddiasına sübut kimi qadınların Kəbəni lüt fırlandıqları ənənəsi olduğunu da bildirir.

Bu iddia, bizə sırınan tarixdəki daş dövrü, homo habilis, homo erektus, homo sapiens, neandertallar kimi nağıllar, əsasən, dinsiz ideologiyanın ortaya atdığı, lakin heç bir sübutu olmayan əsassız iddialardır. Yuxarıdakı iddia da insanın əcdadının lüt gəzməsi ilə bağlı iddia qədər tutarsız və arsız fikirdir. Buna burada üç nöqtə qoyaraq keçək iddianın əsas tərəfinə...

İslamdan əvvəl Kəbənin lüt təvaf edilməsi ilə bağlı məqamlar olub. Amma bu deyildiyi kimi adət və ənənə deyil, ötəri bir hadisə olub. Məkkəlilərlə bağlı bir məsələ də deyildi. Çünki heç bir məkkəli Kəbəni heç vaxt paltarsız təvaf etməmişdi. Məşhur "Fil hadisəsi"ndən sonra məkkəlilər özlərini "Allahın xalqı" elan etdilər və "hums" adlandırdılar. Kənardan gələn insanlara isə "hilli" dedilər. Bir hilli Kəbəni öz paltarı ilə deyil, ancaq yerlilərdən, yəni "humus"dan birinin paltarı ilə təvaf etməliydi. Beləliklə, paltar icarəyə vermək sektoru formalaşdı. Paltarsız təvaf ancaq paltar icarəyə götürməyə gücü çatmayanlarla məhdud olan bir məsələ olub. Bu insanlar da bir müddət əsasən gecə qaranlığında təvaf ediblər...

Buradakı digər arsız iddia Quranın "Nur" surəsində əmr edilən sözün baş örtüyü deyil, sinələrinin örtülməsi ilə əlaqəli olduğunu həya sərhəddini aşaraq dilə gətirirlər ki, bunun cavabını artıq yuxarıda qeyd etmişəm. Yenə də bir nüansı qeyd edim ki, İslamdan əvvəlki cəmiyyətdə örtü azadlığın və hörmətin əlaməti idi, daha doğrusu simvolu hesab edilirdi. Hətta baş örtüyü ilə əlaqəli olan bir hadisəni də burada qeyd etməyim yerinə düşərdi.

Ummu Qirfə binti Rabiə b. Bədr Malikoğulları tayfasının hörmətə layiq bir qadını idi. Ğatafan tayfasından olan iki ordu döyüşmək üçün qarşı-qarşıya dayanmışdılar. Döyüş başlamamış bu qadın baş örtüyünü yerə ataraq müharibənin qarşısını almışdı.

Nəticə

Ölkəmiz əsrlərlə daxildən və xaricdən olan müdaxilələr nəticəsində enerjisini bunlara sərf edib. Hazırda da bunu etdirmək istəyənlər senaristlərinin istəyinə uyğun olan rollarını oynayırlar. Bu kuklaların quyuya atdığı daşı çıxarmaq, xalqın haqlarına qarşı edilən təcavüzün fəsadlarını aradan qaldırmaq üçün xalqımız və xalqımızın haqlarını qorumalı olan dövlətimiz vaxtını itirir. Xatırlayırsınızsa, bir millət iki dövlət olan Türkiyədəki qadağalar itirilmiş illərdən savayı həmin ölkəyə heç nə qazandırmadı. Nəticə necə oldu? Bu gün həmin ölkənin birinci xanımı və qızı, hökumətin başçısının həyat yoldaşı və qızları başı örtülüdür.

Bizim ölkənin rəhbərinin həyat yoldaşı və qızları bir neçə dəfə Məkkəyə umrə ziyarətinə gedərkən başlarını örtmədilərmi? Kimin cəsarəti çatıb bunu dünyəviliyə zidd bir amil kimi ifadə edə bilər?

Qadağaları müdafiə etmək heç kimə nə başucalığı, nə şərəf gətirər... Bu qadağanı müdafiə edən bəzi kişi cinsinə mənsub olanlara fikir verin, bu haqda yazanların, yaxud danışanların əksəriyyəti azadlıqlarını ehtiraslarına qul olaraq itirənlərdir. Bunlar qadınları daha "aydın" və daha açıq görmək istəyirlər. Çünki belələri belə qadınları daha çox öz ehtiraslarının qurbanına çevirə bilərlər, nəinki digərlərini...

Nə mən, nə də başqa biri heç vaxt əxlaq kriteriyalarını bu prizmadan yanaşaraq dəyərləndirmir. Heç kim demir ki, başı açıqlar namussuzdur, həyasızdır, başıörtülülər həyalıdır, yaxud da əksini də heç kim iddia edə bilməz. Bunlar fərdi məsələlərdir. Bu gün məsələyə insan haqların, vicdan azadlığı, dini etiqad azadlığı bucağından baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, başını örtən insan azadlığını bu cür yaşamaq istəyir. Müsəlman qadın Allahın ona bəxş etdiyi azadlığı örtünərək yaşamaq istəyirsə, bundan kimə nə? Bu onun azadlığıdır. Buna qarşı olan etirazı onun azadlığına qarşı edilmiş haqsızlıq olaraq qəbul etməsi təbii haqqıdır. Bunu başa düşən insan müsəlman qadının baş örtüyünün nə mənaya gəldiyini anlaya bilər.

Təhsilimizin dünyəvi olması

Baş örtüyünə qarşı olanlar dövlətimizin dünyəvi olmasını əllərində bayraq tuturlar. Lakin bayrağımızdakı yaşıla hansı mənanın verildiyini ya nəzərə almırlar, ya da istədikləri kimi şərh edirlər. Amma bu şərhçilər hələ də prezident seçilənlərin nəyə görə Qurana əl basdıqlarını ya qavramırlar, ya da cavab tapa bilmədiklərinə görə bunların üstündən ötəri keçirlər. Təhsildə baş örtüyünün olmasına etiraz edənlər də eyni şüarları, yəni təhsilimizi dünyəvi olması ilə əlaqələndirirlər. Amma müstəqilliyimizdən bu yana cavab tapa bilmirlər ki, təhsilimiz dünyəvi idi, yoxsa dünyəvi deyildi? Orta məktəblərdə baş örtüyünü qadağan etmək istəyən dünyəvilər görəsən universitetlərimiz haqqında nə düşünürlər? Universitetlərimiz də bu dünyəvi təhsilin bir hissəsidir, yoxsa onu da zamanla öyrənəcəyik? Məktəblərdən sonra eyni adla, eyni bəhanə ilə, eyni süni gündəmlərlə ba qadağa zehniyyəti universitetlərə də şamil ediləcəkmi (bəzi yerlərdə bu davam edir)? Bütün bu suallara cavabları qoyaq bir kənara... Bir məsələni soruşmaq istəyirəm, daha doğrusu, beyinlərinə gimnastika etdirmək üçün bəzi sualları sadalayaraq tapmaca demək istəyirəm:

Bir məsələni fikirləşirikmi ki, təhsil sistemimizdə dinlə bağlı heç bir fənn heç bir formada tədris edilmədiyi halda, bu insanlar necə dindar olurlar? Necə olur başlarını örtürlər? Demək olar ki, bütün TV-lərimizdə şou-biznesə daha çox efir vaxtı ayrıldığı, mətbuatımızda və saytlarımızda fərqli, bəzən din əleyhinə yazılar dərc edildiyi, faiz, spirtli içkilər, qumarın adi hal aldığı, "Azad qadın" heykəli gözlərimizi mazol etdiyi halda, bu adamlar hardan əmr alırlar ki, özlərinə belə "zülm" edirlər? İnsanlara zorla bir iş etdirmək çətin olduğu halda, bu insanlar könüllü bunları necə edirlər?

Baş örtüyünə qarşı olmadığını iddia edərək kənardan gömrüksüz idxal edildiyi iddiasını ortaya ataraq analarının kəlağayılı, yaşmaqlı, yaylıqlı olduğunu iddia edənlər buna razıdırlarmı həqiqətən? Yoxsa bunda da səmimi və ciddi deyillər? Pul alaraq başlarını örtürlər, siyasi simvoldur, ailələrin təzyiqi ilə başlarını örtürlər, qadınların azadlıqlarının əlindən alınmasıdır kimi iddiaların yiyələri nə danışdıqlarını bilirlərmi? Lap deyək ki, sizin dediyiniz kimidir. Deyək ki, bu insanlar müxtəlif bəhanələrlə başlarını örtürlər. Bundan sənə nə, mənə nə? Peyğəmbərin ifadəsi ilə desək, ürəyini yarıb baxmısan? Bunu Allah əmr etməyibmi? Hər bir insan əməllərinə görə Allaha cavab verməyəcəkmi? Sən məsələnin bu tərəfinə deyil, insan haqlarını müdafiə etmək, yaxud hörmətlə, tolerantlıqla yanaşmaq məcburiyyətində olduğun kimi buna da bu cür yanaş və bu insanların da haqlarını qoru və müdafiə et.

Burada bir günah da Qafqazın müsəlmanlarının rəhbəri olduğu iddiasında olan qurumda və rəhbərliyindədir. Azanın səsinin azaldılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yağan məktub yağışından sonra azanların xəstələrə və yaşlılara görə səsinin alınmasını adı çəkilən İdarənin molla və axundları bir yerdən əmr almış kimi bəh-bəhlə əsaslandırmağa çalışırdılar. Nəticədə ölkə rəhbərliyi məsələyə qarışandan sonra hamı səssizliyə qərq oldu. Nə məktubları yazanlardan, nə məktublara dərkənar qoyanlardan, nə cavab verməli olanlardan səs çıxdı. Nəticədə çıxan azanın səsi oldu.

İndi də eyni situasiyadır. Hamı danışır, əleyhinə yazır, hətta bəziləri kampaniya belə aparırlar. Mən yenə də dünyəvi dövlətimizin rəhbəri cənab İlham Əliyevin son sözünü gözləyirəm. Müxtəlif məscidlərin, bəzi rəsmilərin iddia etdiyi kimi tikililərin sök(dür)ülməsindən sonra Fatiməi-Zəhra məscidi ilə bağlı yekun sözü söyləyərək inananların da prezidenti olduğunu göstərən və himayə edən birinci şəxsin bir cümləsini gözləyir bütün inananlar.

Təklifim

Dinin əsas atributu olan Quran və sünnədəki məsələlərə qismən toxunduq. Bunu deyək ki, qəbul etmirsiniz. Deyək ki, bu sizin stolüstü kitabınızdır və həmişə də belə təptəzə qalır masanızın üstündə. Və baş örtüyü ilə bağlı ayələrə də vaxt tapıb baxa bilmirsiniz. Heç olmasa dünyəvi təhsilimizdə fizika fənnində tədris edilən Eynşteynin sözünə fikir verin. Eynşteyn: "Elmsiz din kor, dinsiz elm isə topaldır", - deyir.

Həmişə adlarından ağızdolusu danışdığımız klassiklərimizin yetişdikləri yerlərə fikir verək. Heç olmasa çıxdığımız qınımızdakı baş örtüyü ilə bağlı məqamları nəzərə alaq. Bunları nəzərə almırıqsa, bir neçə təkliflər yazım:

1. Bakıda, Qubada açılan və ən yüksək səviyyədə qəbul edilən yəhudi məktəbləri kimi tədris ocaqları açaraq müsəlman qızların burada təhsil almasına şərait formalaşdıraq. "Olmaz" deməyin. Yəhudi məktəblərini misal göstərdim.

Əsrin əvvəlində Zeynalabidin Tağıyev və digərləri "Darülmüəllimat" (Qız pedaqoji məktəbinin köhnə adı), "Darülmüəllimin" (Oğlan pedaqoji məktəbinin köhnə adı) adlı məktəblər açmışdılar. 1910-cu ildə Bakıda Balaxanı qız məktəbi fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin orqanı olan "Azərbaycan müəllimi" qəzetinin 28 may 2010-ci il tarixli sayında belə yazılıb: "Artıq 1919-cu ildə Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün (40 nəfər idi) pansion açıldı. 1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakıda Darülmüəllimin və Darülmüəllimat, Nuxada Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və Şuşada belə tipli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu" (http://www.muallim.edu.az/arxiv/2010/20/04.htm). Burada qeyd edilən "darülmüəllimat" ancaq qızların təhsil aldığı məktəb, yaxud seminariya, "darül-müəllimin" isə sadəcə oğlanların təhsil aldığı məktəblərdir. Hətta Stalinin vaxtında, Azərbaycanda "Puşkin" adına qızlar məktəbi var idi. Amerikada və Avropada əsrlərdir fəaliyyət göstərən qızların və oğlanların ayrı oxuduqları məktəblər fəaliyyət göstərir. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar məktəbini bura misal kimi qeyd edə bilərik. Həmçinin təhsil nazirinin həmişə təriflədiyi özəl sektor, daha doğrusu Çağ Öyrətim işlətmələri şirkətinin özəl liseylərinin hamısında oğlanlar təhsil alırlar.

2. Qiyabi təhsil. İnsan təhsili sadəcə dörd divardan ibarət olan məktəbdə almır. Təhsil, elm çoxmənalı bir sözdür. Hazırda universitetlərə qəbul olanların əksəriyyəti repitetor yanına gedənlərdir. Orta məktəblərin 9-cu sinfindən repitetor yanına getməyə başlayanlar var. Bu da imkana görə dəyişən bir məsələdir. Təhsildəki problemləri bununla əlaqələndirmirəm. Bu problemləri ölkə başçısı, prezident administrasiyasının rəhbəri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri dəfələrlə bildiriblər. Ona görə mənə bu yerdə söz demək düşməz. Əgər başı örtülü qızları məktəbə getmələri yasaqlanırsa, ya özəl məktəblər açılsın, ya da ibtidai sinifdən sonra qiyabi təhsilə icazə verilsin. Müəllim tutan valideynlər övladlarını hazırlaşdıracaqlar. Çünki bizim valideyn kağız üzərində də olsa, övladının diplom alması üçün inəyini satacaq qədər "cəsarətli"dir. Qiyabi təhsil alan və hazırlaşan şagird imtahan verərək sinifdən-sinfə keçə bildiyi kimi, şəhadətnamə və ya attestat almaq üçün də imtahan verərək sənədini alacaq.

3. Sonuncu təklifim... Yuxarıda sadaladığım təkliflər yeni siniflərin, yeni təbəqələşmələrin formalaşmasına gətirib çıxara bilər... Başı örtülü qızların təhsil almasına icazə verin. Ən gözəl həll yolu budur. Süni gündəmlərlə inkişaf edən ölkəmizi inkişafdan saxlamayaq. Cəhalət ən böyük düşməndir. Bu insanları oxumaqdan yayındıraraq savadsızlar ordusu formalaşdırmayaq və cahilləşdirməyək. Vətəndaşlarımızı cəhalətə atmaq xalqa və dövlətə qarşı ən böyük düşmənçilikdir. Çünki sonra da yeni layihələrə "Qızlar məktəbə" layihəsinə də ehtiyac qalmasın.
 

Dahilərin savaşı: Eynşteyn və Nils Bor
Əli İbrahimov tarih 28.07.2012, 09:05 (UTC)
 «Əgər Eynşteyn haqlı çıxsaydı, o zaman hər şey yerlə-yeksan olardı»

Nils Bor

«Doğurdanmı, siz hesab edirsiniz ki, Tanrı bəxtə-bəxt qumar oynayır?»

Albert Eynştyen

"Əgər kvant mexanikası səni dərindən sarsıtmamışsa, deməli sən onu hələ başa düşməmisən"

Nils Bor

1922-ci il. Dekabr. İsveçin paytaxtı Stokholm qara bürünüb. Kral Musiqi Akademiyasına gedən yolu durmadan təmizləyirlər. Bura İsveç kralı Qustav Adolf gələcək. Kral və şahzadə İnqeborq ilin Nobel mükafatlarını təqdim edəcəklər. Mükafatı alacaq şəxslərin arasında fiziklər Albert Eynşteyn və Nils Bor da var.

Mərasim başa çatdıqdan sonra hər iki Nobel laureatı şaxtalı havada piyada, söhbət edə-edə otelə gedəcəkdilər. Onlar əslində dərdləşmir, mübahisə edirdilər. Heç bir zaman bitməyəcək mübahisənin təməli elə həmin gün qoyuldu.

Bundan əvvəl Bor və Eynşteyn bir dəfə Berlində görüşüblər. Bor kayzer Vilhelm institutunda kvant mexanikasından leksiya oxuyurdu. Onu demək olar ki, alqışlamırdılar. Çünki çoxları yeni ideyanı demək olar ki, anlamırdı. Səhərisi gün Bor gənc fiziklərlə qeyri-rəsmi şəraitdə görüşmək təklifi aldı. Onu qapıda Eynşteyn qarşıladı. Tarixin qədərini dəyişəcək iki dahi ilk dəfə Fris Qaber villasında görüşdülər.

Eynşteynin dünyasını dağıdan nəzəriyyəsi

20-ci illərin başlanğıcında mikrodünyanı araşdıran fiziklər belə bir qənaətə gəldilər ki, mikrodünya makrodünyadan tamamilə fərqlənir. Kopenhagen Nəzəri Fizika İnstitutunun yaradıcısı Nisl Bor (hal-hazırda Nils Bor İnstitutu adlanır) 1920-ci ildə mikrohissəciklərin tək halda hərəkətlərinin qanunauyğunluğa zidd olması ideyasını irəli sürdü. Ən yaxşı halda mikrohissəciyin hərəkət istiqamətini başlanğıcda təxmin etmək olardı. Bununla da fizikada və ümumiyyətlə, dünya elmində inqilab edəcək kvant mexanikasının əsası qoyuldu.

Bu ideya Eynşteynin dünya görüşünə dəhşətli zərbə idi. Eynşteynə görə dünya Tanrının yaratdığı mütləq harmoniyadan ibarətdi və bu harmoniya hissəcikləri özündən kənarda saxlaya bilməzdi. O, əvvəldən sona qədər Bor məktəbinin irəli sürdüyü nəzəriyyəni ciddi qəbul etmədi və ömrünün sonuna qədər kvant mexanikasına qarşı vuruşdu. Baxmayaraq ki, kvant mexanikasının rüşeym nəzəriyyəsini o, özü irəli sürmüşdü.

Eynştyen hesab edirdi ki, mikrohissəciklər daha diqqətlə araşdırılmalıdır. O zaman onların qanunauyğun hərəkətlərini təyin etmək mümkün olacaq. Kvant mexanikası yaranan ərəfədə Eynştyen teoretik fizikanın böhran keçirdiyini önə sürərək yeni nəzəriyyənin yaranmasına ehtiyac olduğunu bildirmişdi. «Xoşbəxt o adamdır ki, bu dövrü görəcək», deyə Eynştyen yazmışdı. Amma çox qısa zamandan sonra ortaya atılan yeni nəzəriyyələr onun bütün dünyagörüşünə ölümcül zərbə vurdu.

20 illərin ortalarından başlayraq dünyanın bütün aparıcı fizikləri kvant mexanikası ilə məşğul olmağa başladı. Yeni nəzəriyyənin yaradıcıları arasında dövrün ən görkəmli fizikləri yer alırdı. Və təbii ki, aparıcı rol Nils Bora aiddi. Məhz Bor kvant mexanikasına qan və bədən verdi.

«Əgər Eynşteyn haqqlı çıxsaydı...»

Bir dəfə məşhur alman fiziki Şredinher Kopenhagenə Borla görüşməyə gəlir. İki- üç saat çəkən mübahisədən sonra Bor Şredinheri küncə sıxışdırdı. Bu mübahisədən sonra alman fizik qəfildən xəstələnir və bir neçə gün Borun evində qalmalı olur. Bor isə öz arqumentlərini sübut etmək üçün xəstə alimin başının üstündə dayanaraq durmadan öz sübutlarını irəli sürür və deyirdi: «Şredinher, sən razılaşmalısan...»

1927-ci ildə Brüsseldə 5-ci Solovi konfransı toplaşdı. Konfransın məqsədi yeni nəzəriyyələri müzakirə etməkdi. Konfransa Eynşteyn də qatıldı. Hər kəsi həyəcanlandıran bir məsələ vardı. Eynşteynin reaksiyası. Hamıdan çox isə Nils Bor həyəcanlanırdı. O, ümid edirdi ki, Eynşteyn onların nəzəriyyəsinə qoşulacaq və bununla da kvant mexanikası problemi öz həllini tapacaq.

Amma gözləntilər özünü doğrultmadı. İki alim arasında mübahisə elə birinci gün, çay süfrəsi arxasında baş verdi. Eynşteyn yeni naməlum eksperimentin keçirilməsini istəyirdi. O, hesab edirdi ki, həmin eksperimenti keçirsələr, kvant mexanikası yox olacaq.

Bütün konfrans boyu alimlər Eynşteynin eksperimentini danışdılar. Konfransın sonunda yemək stolu arxasında Bor Eynşteynə qarşı yeni analizini ortaya qoydu. Eynşteyn razılaşmasa da mübahisəni davam etdirmək üçün arqumentləri çatmadı. Ancaq Nils Borun arqumentləri qarşısında təslim olmayan dahi alim məşhur misalını dilə gətirdi:

«Doğurdanmı, siz hesab edirsiniz ki, Tanrı bəxtə-bəxt qumar oynayır?» Borun cavabı daha lakonik olmuşdu: "Eynşteyn, bəsdir Alllaha nə etmək gərəkdiyini diktə etdin!"


Evə dönərkən Bor Heyzenberqə söyləmişdi: «Çox faciəvi vəziyyət yaranmışdı. Əgər Eynşteyn haqlı çıxsaydı, o zaman hər şey yerlə-yeksan olardı». Sonradan o, bu sözləri bir neçə dəfə söyləyəcəkdi. Çünki Eynşteyn mütləq harmoniyanı ölənə qədər müdafiə edəcəkdi.

1930-cu ildə keçirilən növbəti Solovi konfransında iki dahi arasında daha kəskin bir savaş başladı. Hər şey 3 il öncəsinin təkrarı idi. Eynşteyn yenə də yeni hiyləgər eksperimentini irəli sürmüşdü. O, heç konfransın başlanmasını da gözləmədi. Səhər yeməyində aləm bir-birinə qarışdı. Eynşteynin yeni eksperimenti hər kəsdə təlatüm yaratdı. Bir çoxlarına görə problem yenidən və başından araşdırılmalıydı. Ancaq üç il əvvəl olduğu kimi Bor axşama yaxın Eynşteynin arqumentlərinin əsassız olduğunu isbat etdi. Elə həmin axşam da o, yenidən üç il əvvəl söylədiyi cümləni söylədi: «Bu doğrudan dəhşətli səhnə idi..»

«Axşamın xeyrindən sabahın şəri yaxşıdır»

Buna baxmaraq Eynşteyn neçə il əvvəl Bora qonaq gələn Şredinher kimi tərk-silah olmadı. 1933-cü ildə kvant mexanikasının araşdırıcıları yenidən Brüsseldə toplaşdı. Bu dəfə Eynşteyn iştirak etmirdi. Almaniyada Hitler hakimiyyətə gəlmiş və o, ABŞ-a mühacirət etməyə məcbur olmuşdu. Avropanı tərk etməmişdən əvvəl o, Brüsseldə Borun şagirdi və əməkdaşı Rozenfeldlə görüşmüş və yenə də kvant mexanikasını müzakirə eləmişdi. Rozenfeld elə gəlmişdi ki, Eynşteyn artıq Borun arqumentlərini qəbul edib. Doğrudur, nisbilik nəzəriyyəsinin müəllifi mikrohissəciklərin qarşılıqlı hərəkətləri barədə ziddiyyətli fikirlər irəli sürmüşdü, buna baxmayaraq elə hiss olunmuşdu ki, ümumi şəkildə Eynşteyn kvant mexanikasının tələbləri ilə razılaşır.
Ona görə də Bor rahat şəkildə öz teoriyasını Brüsseldə müdafiə etdi. Heç bir problem belə yaranmadı. Amma iki ildən sonra Podolski və Rozenlə birlikdə Eynşteynin məqaləsi dərc olundu. Məqalədə kvant mexanikasını kəskin tənqid edən Eynşteyn demək olar ki, Borun ideyasını məhv eləmişdi. Özü də məhz Borun öz arqumentlərindən istifadə edərək.

«Elə bil ki, aydın havada göy guruldayıb ildırım çaxdı», deyə Rozenfeld sonradan xatırlamışdı. Bor və onun əməkdaşları bu vaxt tamam başqa səmtdə çalışırdılar. Ancaq bədxəbəri eşidincə Nils Bor əlindəki işi bir kənara tullayıb Rozenfeldə diktə etməyə başladı. Həddindən artıq həyacanlı olan alim çaşqın vəziyyətdə idi. Fikirlərini belə toparlaya bilmirdi: «Biz hər şeyi yenidən yoxlamalıyıq. Hər şey açıq və aydın olmalıdır».

Hər şey göründüyündən daha çətindi. Eynşteynin arqumentlərini təkzib etmək heç də asan deyildi. Nils Borun içini şübhələr çeynəyirdi. Kvant mexanikasının dahi nümayəndəsi başını tutmuşdu: «Onlar nəyi nəzərdə tuturlar? Siz bunu başa düşürsünüz», deyə əməkdaşlarından soruşmuşdu. Nəhayət o, özünün sevimli kəlməsini söyləmişdi: «Axşamın xeyirindən sabahın şəri yaxşıdır», deyərək əməkdaşlarına evə getməyi əmr etmişdi.

Sübh tezdən Bor Rozenfeldə diktə etməyə başlamışdı. Amma heç bir şeyin sonu görünmürdü. Onun öz arqumentləri indi onun özünə şübhəli görünürdü. Hər şeyi təzədən, sıfırdan başlamaq gərəkirdi. Bor özü-özünə tələsməməyi təlqin etməyə başladı. Bütün boşluqlar doldurulmalıydı.

Eynşteynə cavabın hazırlanması 6 həftə çəkdi. Nils Bor doğurdan bütün hesablamaları yenidən apardı. Hər şeyi sıfırdan araşdırdı. Bor öz nəzəriyyəsinə yeni heç bir şey qatmadı. Sadəcə öz arqumentlərini daha da gücləndirərək, özünün deydiyi kimi bir sıra məsələlərə daha çox aydınlıq gətirdi. Bu hesabat daha çox Bor və Eynşteyn arasındakı fəlsəfi ziddiyyəti daha aydın bir şəkildə ortaya qoydu. Bir müddət sonra Eynşteyn Moris Soloviyə kvant mexanikası teoretiklərinin doqmatik materializmindən şikayətlənmişdi.

Yeni hesabatını dərc etdirən Bor özünün qalibiyyətini elan edirmiş kimi, yenə də məşhur kəlamını təkrarlamışdı.: «Əgər Eynşteyn haqlı olsaydı...»


Avropadan Amerikaya köçən savaş

Onların savaşı Eynşteynin ölümünə qədər davam elədi. Hətta ABŞ-da, Prinstonda birlikdə çalışdıqları zaman belə durmadan mübahisə etdilər. 1940-cı ildə Danimarka Hitler tərəfindən işğal olunduqdan sonra Borun həyatına birbaşa təhlükə yaranmışdı. Buna baxmayaraq o, Kopenhageni tərk etmək istəmirdi. Çünki bütün tədiqatlarını və araşdırmalarını burada aparmışdı. 1941-ci ilin oktyabr ayında keçmiş əməkdaşı və yaxın dostu Heyzenberq onun yanına gəldi. Heyzenberq artıq Berlində çalışır və Almaniyada atom bombası yaratmaq üçün çalışan alimlər qrupuna rəhbərlik edirdi. Heyzenberq Bordan onlara qatılmağı xahiş etdi. Nils Bor birmənalı olaraq təklifdən imtina etdi.
1943-cü ildə hər iki cəbhədə müharibənin Almaniyanın əleyhinə dönməsi atom bombasının yaradılmasını nasistlər üçün zərurət halına gətirdi. Gestapo agentlərinə Nils Boru oğurlayıb Almaniyaya gətirmək əmr olundu. Əmri şəxsən reyxsfürer Himmler vermişdi. Lakin ingilis kəşfiyyatı gestapodan daha cəld davrandı. Nils Bor gizli yolla Londona gətirildi. Yolda o, az qala öləcəkdi.

Londonda Bor atom bombası üzərində çalışmağa başlayır. 1944-cü ildə onu gizlicə saxta sənədlə ABŞ-a keçirdilər. Çünki alman əks-kəşfiyyatı hər yerdə onun izini axtarır. Əks-kəşfiyyata Boru öldürməyi əmr eləmişdilər. ABŞ-da Bor atom bombası üzərində çalışan alimlərə məsləhətlər verir.

Bor Ruzveltə və Çörçilə məktub yazaraq atom bombasının sirrini Stalinlə paylaşmağı təklif edir. Ondan şübhələnməyə başlayırlar. Hətta onu rus agenti adlandıranlar da tapılır. Buna baxmyaraq Ruzvelt Boru qəbul edib onun təşvişlərini dinləyir. Çörçill isə görüşdən imtina edir. Borla Baş nazirin görüşməsini istəyən feldmarşal Smers bu zaman Çörçilə belə deyir: «Onunla görüşmək, Şekspirlə, ya da Napoleonla görüşmək kimi bir şeydir».

Bu arada onların Eynşteynlə olan mübahisəsi davam edir. Nəzəri fizikanın iki dahisinin fəlsəfi baxışları toqquşmaqda davam edir. Bu isə həmin dövrdə elmin və fizikanın inkişafına misilsiz töhfələr verir.

Eynşteynlə Borun arasındakı böyük savaşın mahiyyətində nisbilik nəzəriyyəsinin müəllifinin bütün dərki ilə mütləq harmoniyaya inanması idi. Eynşteyn kosmik bədən teoriyasının müəllifi kimi enerjinin mütləq harmoniyadan doğduğuna inanırdı. O klassik fizikanın ən önəmli kəşflərindən biri olan, Lomonosov tərəfindən irəli sürülən enerji heçdən yaranmır, bir formadan başqa formaya keçir, və itmir postulatını bir mənalı olaraq qəbul edirdi.

Maraqlıdır ki, hələ də Eynşteynin Nils Bora qarşı irəli sürdüyü arqumentlər demək olar ki, çox az araşdırılıb. Nils Bora məğlub olan Eynşteynə görə mikrohissəciklər daha diqqətlə və daha ayrıntılı araşdırlmalıdır. O zaman mikrohissəciklərin harmoniya qanunauyğunluğuna tabe olması sözsüz ki, ortaya çıxacaqdı.

Nils Bor da eyni zamanda Eynşteyn üzərində qalib gəlməsinə baxmayaraq heç vaxt özünü qalib kimi hiss eləmədi. Əksinə, o, özünü bədbəxt hesab edirdi. Çünki 20-ci əsrin istisnasız dahisi olan Eynşteyni özünün haqlı olmasına inandıra bilməmişdi. 1948-ci ildə Eynşteynlə növbəti dəfə mübahisə edən Bor ondan ayrıldıqdan sonra yaxınlarına söyləmişdi: «Mən özüm özümə nifrət edirəm». Çünki Bor növbəti dəfə Eynşteyni öz inancına yönləndirməyi bacarmamışdı.

Ömrünün son illərində Eynşteynə çox yaxın olan məşhur alim Maks Born onun ölümündən sonra yazmışdı: «Nə Borun fəlsəfəsi, nə kvant mexanikasının böyük nailiyyətləri Eynşteyni onların teoriyasını qəbul etməyə zorlaya bilmədi. O hesab edirdi ki, kvant mexanikası gələcəkdə daha yaxşı bir şeylə əvəz olunmalıdır». Bunu Eynşteynin instinkti deyirdi. Hansı ki, onu heç bir zaman aldatmamışdı.

Ancaq əsas fakt odur ki, məhz Eynşteyn Nils Boru kvant mexanikasını inkişaf etdiməyə zorlamışdı. Eynşteyn Boru durmadan irəli itələmişdi.


Eynşteyn üçün əsil Danimarka yağı

1920-ci ildə Eynşteyn və Nils Bor ilk dəfə görüşürkən Eynşteyn onu evinə dəvət etmişdi. Müharibədən sonra inqilab dönəmini yaşayan Almaniyada qıtlıq idi. Eynşteynlərin evlərində çaydan başqa heç bir şey yox idi.

Evə döndükdən sonra Bor Eynşteynlərin necə kasıb yaşaması haqqında arvadına danışır. Bundan qəmgin olan Borun arvadı ərinə təklif edir ki, Eynşteynlərə böyük bir parça əsil Danimarka yağı yollasınlar. Elə də edirlər.

20-ci əsrdə dünyanı kökündən dəyişən iki böyük dahi 30 ildən artıq bir-birləri ilə savaşsalar da, onlar ölənə qədər bir-birilərinə sonsuz hörmət elədilər. Hər halda onlar soyuq savaş aparmadılar…
 

Zəm - Zəm quyusunun sirri
Əli İbrahimov tarih 10.06.2012, 13:07 (UTC)
 Zəm–Zəm quyusu və onun tarixi haqqında qismən də olsa, hər kəsin məlumatı vardır. Məhz elə buna görə də bu günkü yazıda suyun yaranma tarixi haqda deyil, özünəməxsus qəribəlikləri və özəllikləri haqda söhbət açmaq istəyirəm.Tarix boyu bir çoxları Zəm-Zəm suyunu adi quyu suyu olaraq qəbul etsə də, aparılan araşdırmalar onun qəribə özəlliklərini üzə çıxardı.

1971-ci ildə bəzi alimlər Zəm-Zəm quyusunun dəniz səviyyəsindən aşağı olması və Məkkənin mərkəz nöqtəsində yerləşməsini nəzərə alaraq içməyə yararsız olduğunu iddia etməyə başladılar.Onların rəyinə əsasən qurunt suları çökəklikdə yerləşən Zəm-Zəm quyusuna doğru axaraq onu içməyə yararsız hala gətirə bilərdi.

Səudiyyə Ərəbistanı başçısı kral Feysəlin əmri ilə bu məsələnin araşdırılması məqsədilə qısa müddətdə işçi qrupu yaradıldı.Zəm-zəm quyusundan alınan nümunələr analizdən keçirilmək məqsədilə məşhur avropa labaratoriyalarından birinə göndəriləcəkdi.Bu işə rəhbərlik edən o zamankı, kənd təsərrüfatı və su ehtiyyatları naziri Muin Əddin Əhməd Zəm-Zəm quyusunun xüsusiyyətlərini və qəribəliklərini tədqiq edir.Nazir qeydlərində göstərir ki, Zəm-Zəm quyusu haqqında onun məlumatı az deyildi. Amma bu onun Zəm-Zəm quyusu ilə yaxından ilk tanışlığı idi. Bu dəfəki tanışlıq Zəm-Zəm quyusu haqqında daha çox məlumat əldə etməyə imkan verdi.Quyunun ən qəribə cəhətlərindən biri çox dərin olmaması və bol sulu olmasıdır. Quyuda araşdirmalarımalar apararkən ilk növbədə onun ölçülərini öyrənməyə başladı. Dərinliyi 18 , eni 14 addım olan Zəm-Zəm quyusu İbrahim peyqəmbərin zamanından etibarən bu günədək hər il zəvvarlara, Məkkə və Mədinə şəhərlərinə milyon tonlarla su verməkdədir.

Xüsusi təmizlikdən keçəndən sonra Zəm-Zəm quyusunun dibinə endi.Su onun çiyinlərindən idi.Quyuda araşdırmalar apararkən ilk növbədə suyun gözünü axtarıb tapmaq tələb olunurdu.O,çox axtarsa da suyun mənbəyini tapa bilmədi. Suyun mənbəyini tapmaq üçün yeganə bir yol qalırdı-quyu suyunu güclü su nasoslarla tam çıxarılması.Çox qəribədir ki, nasosların fasiləsiz işləməsinə baxmayaraq quyudan su tükənmir, eyini səviyyədə qalırdı. Nisbətən daha güclü nasoslar quraşdıraraq quyudakı suyun səviyyəsini qismən dı olsa azaltmağa cəhd edilir.Lakin su olduğu səviyyədən aşağı düşmür.Son dəfə quyuya enib suyun mənbəiyni tapmağa cəhd edilir.Yalnız bu zaman qəribı bir şeyin şahidi olur. Quyunun dibində, ayağının altındakı qumun tərpəndiyini hiss edir. Addım atdığı hər yerdə bunu hiss ediri. Zəm-Zəm quyusunun dibi tam olaraq su fışqırırdı.O yalnız indi təzyiqlə çıxan bu su axınının qarşısında su motorlarının niyə aciz qaldığını başa düşü.Sonra tədqiq olundu ki, Zəm-Zəm quyusuna onun divarlarından heç bir su sızması yoxdur.Quyuya dolan su ancaq quyunun dibindən-yerin tərkindən çıxan suyun hesabınadır.Bu isə qurunt suların quyuya axması ilə bağlı mövcud iddialara və şübhələrə son qoymaq üçün kifayət idi. Daha sonra isə analiz məqsədilə quyudan götürülən nümunəni avropa labaratoriyalarından birinə göndərildi. Çox keçmədi ki,analizin nəticələri açıqlandı. Nəticələrdə qeyd olunurdu ki, Zəm-Zəm suyunun tərkibində Məkkənin digər su qaynaqlarının sularına nisbətən kalsium və maqnezium daha çoxdur. Bu isə öz növbəsində susuzluq və yorğunluğun aradan qaldırılmasında zəvvarlara daha müsbət təsir göstərir. Ancaq analizin ən maraqlı göstəricilərindən biri də Zəm-Zəm suyunun mikrobları məhv edən florla da zəngin olması idi.

Beləliklə, analiz suyun içməiyə tam yararlı olduğunu təsdiqləyir.Yarandığı gündən bəri bu quyunun suyu bir dəfə də olsun nə quruyub,nə də azalıb.Yüz illər boyu çıxan bu su öz təbii keyfiyyətlərini hələ də qoruyub saxlamaqdadır.Bu suya nə həcc mövsümündə, nə də başqa vaxtlarda xlor əlavə edilmir.Quyunun başqa qəribəliklərindən biri isə digər quyulardan fərqli olaraq divarlarında mamır və başqa bitkilərin bitməməsidir. Bu isə Zəm-Zəm suyunun öz təbii dadını qoruyub saxlamaqda mühüm əhəmiyyət kəsb edir.
 

Uzun Həsən
Əli İbrahimov tarih 22.04.2012, 20:33 (UTC)
 Ağqoyunluların Amid bəyliyi

Oğuz tayfalarından biri olan Ağqoyunluların soykökü “ Kitabi – Dədə Qorqud ” qəhrəmanı Bayandur xana gedib çıxır. Erkən orta əsrlərdə Ağqoyunlular çox geniş bir ərazidə məskunlaşmışdılar. Bu əraziyə Cənubi Qafqazda Qafqaz dağları ilə Araz çayının arası, Göyçə gölünün ətrafı, alagöz yaylaqları, Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri daxil idi.

XIV əsrin sonları- XV əsrin əvvələrində Əmir Teymurla müttəfiqlik və dostluq münasibətləri yaradan Ağqoyunlular öz siyasi rəqibləri olan Cəlairilər və Qaraqoyunlulara qarşı mübarizə aparmış, Şərqi Anadolunun cənub torpaqlarında əsas siyasi qüvvəyə çevrilmişdilər. Qara Yuluq Osman bəy tarixi mənbələrdə Amid bəyliyi adlanan Ağqoyunlu Oğuz dövləti yaratmağa nail olmuşdu. Bu dövlətin mərkəzi Diyarbəkr idi. Dövləti idarə edən sülülə isə ulu babaları Bayandur xanın adı ilə Bayandurlar adlanırdı.

Qara Yuluq Osman bəydən sonra hakimiyyətə gəlmiş Cahangir Mirzənin dövründə (1434 – 1453) dövlətin birliyi günü-gündən zəifləyirdi. Onun vəfatından sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda çəkişmələr başladı. Yalnız Cahangir Mirzənin arvadı Sara xatının müdrikliyi və saraydakı nüfuzu sayəsində dövlətin varlığı qorunub saxlandı. Sara xatın oğlu Uzun Həsənin Ağqoyunlu taxtına çıxmasına nail oldu.

Uzun Həsən Cahangir bəyin oğlanları arasında hərbi istedadı və siyasi uzaqgörənliyi ilə seçilirdi. O , hakimiyyətə gəldikdən sonra Amid bəyliyi xeyli möhkəmləndi. Şərqin, türk-müsəlman dünyasının ilk qadın diplomatı olan Sara xatın dövlət həyatının bütün sahələrində oğlunun ən yaxın məsləhətçisi idi.

XV əsrin 50-ci illəri idi. Yenə də Azərbaycan torpaqlarının başı üzərini qara buludlar almışdı. Hakimiyyət, taxt-tac uğrunda tayfalar arasında qanlı çarpışma gedirdi. Ağqoyunlularla Qaraqoyunlular bir-birinə qənim kəsilmişdilər. Qaraqoyunlu dövlətinin zəiflədiyini duyan Uzun Həsən yaranmış əlverişli şəraitdən istifadə edərək, Azərbaycanda vahid dövlət yaratmaq istəyirdi.


Trabzon məsələsi

XV əsrin ortalarında Ağqoyunlularla Osmanlı dövləti arasında münasibətlər çox gərgin idi. Azərbaycanın siyasi-coğrafi mövqeyi Avropa- Şərq ticarətində onun rolunu artırırdı. Buna görə də Osmanlı sultanı Fateh II Mehmet bu bölgəyə yiyələnmək üçün böyük səy göstərirdi. Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də öz rolunu oynadı.

Ağqoyunluların 1204-1461-ci illərdə mövcud olmuş Trabzon (Trapezund) yunan dövləti ilə dostluq əlaqələri var idi. Üstəlik Uzun Həsən Trabzon imperatorunun qızı Feodora ilə evlənmişdi. Onun adını dəyişərək Dəspinə xatın qoymuşdular. Bu qohumluq münasibətlərinə görə Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Həm də Trabzonun Ağqoyunlular üçün böyük iqtisadi əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirləri üçün Qara dənizə əlverişli çıxış yolu idi.

II Mehmetin Trabzon üzərinə hücumu ilə Osmanlı imperatorluğu və Ağqoyunlu dövləti arasında müharibə başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci ildə Qoyluhisar adlandırılan yerdə baş verdi. Bu döyüş Ağqoyunluların qələbəsi ilə başa çatsa da, rəqib öz gücünü hələ tam göstərməmişdi.



Ana-oğul sövdələşməsi

Fateh II Mehmet Ərzincan yaxınlığında Bolqar yaxınlığında Bolqar dağının ətəyində yerləşən Yassıçəmən yaylağında düşərgə salıb yeni döyüşə hazırlaşırdı. Ağqoyunluların vəziyyəti xeyli çətinləşmişdi, çünki osmanlılarla müharibə onları əldən sala, ölkə daxilində hərbi-siyasi güc nisbətini Qaraqoyunluların xeyrinə dəyişə bilərdi. Vaxt qazanmaq, osmanlılarla müvəqqəti də olsa, sülh əldə etmək lazım idi.

Dəfələrlə bu cür vəziyyətlərdən çıxış yolu tapan Sara xatın bu dəfə də oğlunun köməyinə gəldi. Ana ilə oğlu arasında olmuş söhbət o dövrün tarixi salnamələrində öz əksini tapmışdılar.

Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatın oğlunu dinlədikdən sonra dedi:

- Düz deyirsən,oğlum,indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.

- Bunu ancaq sən edə bilərsən,ana

- Doğru deyirsən. Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət- ənənələrinə dərindən bələddir. Yəgin ki, mənim sözümü yerə salmaz

- Ana, sən ikinci bir məsələni də həll etməlisən. Trabzonun varlığını qoruyub saxlamağa çalışmalısan. Ancaq əgər bu məsələdə sultanın təminatını ala bilməsən, çox da təkid etmə. Əsas məsələ onunla sülhə nail olmaqdır.



Yassıçəmən sülhü

Bir neçə gündən sonra Sara xatın çoxlu qiymətli hədiyyələr və mötəbər bir elçi heyəti ilə Yasııçəmənə yola düşdü. Sultan II Mehmet onu böyük bir ehtiramla qarşıladı, əlindən tutaraq öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirdi. Onlar bir – birinə “ ana “ , “ oğul “ – deyə müraciət edirdilər.

Sultan Mehmet dedi:

-Ana, Həsən bəylə savaşa girmək istəmirəm.O da mənim qardaşım. Biz bir – birimizlə anlaşsaq, yaxşı olmazmı?

Sara xatın yaranmış bu fürsətdən dərhal istifadə etməyə çalışdı:

-Elədir,oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş – qardaşa əl qaldırmaz. Lakin unutma ki, Trabzon imperatorunun qızı Dəspinə xatın Həsən bəyin arvadıdır.

-Mənim Həsən bəylə işim yoxdur. Qoy o, Azərbaycanda hakimiyyətini gücləndirsin. Lazım gəlsə bu işdən ona kömək də edərəm. Trabzona gəlincə isə, ana, gərək məni bağışlayasan, artıq tarix bu xristian dövlətinin ölüm hökmünü vermişdir.

Müdrik qadın sultanı bu fikirdən daşındırmağın mümkin olmadığını görərək çox təkid etmədi.Bəlkə də, ürəyinin dərinliyində bu işdən razı da qaldı. Çünki, dünyada baş verən hadisələrdən yaxşı baş çıxaran Sara xatın bilirdi ki, Trabzon Ağqoyunlu – Osmanlı münasibətlərini gərginləşdirmək üçün Qərb dövlətlərinin əlində alətdir. Bununla belə, Sara xatın Trabzon xəzinəsini yarıya bölmək barədə II Mehmet razılığını aldı. Bu hadisə 1461 – ci ildə baş vermişdi. Yassıçəmən sülh müqaviləsi Azərbaycan diplomatiyasının böyük uğuru idi.



« Əbu Səid Fateh II Mehmet ola bilməz! »

Osmanlılarla münasibətləri yoluna qoyan Uzun Həsən Qaraqoyunlularla mübarizəyə başladı. 1467 – ci ilin noyabrında baş vermiş Muş döyüşündə Qaraqoyunluların məğlubiyyəti onların süqutunun başlanğıcı oldu. Bu döyüşdə Qaraqoyunlu hökmdarı Cahanşah öldürüldü. Bağdada qədər bütün ərazilər Uzun Həsənin əlinə keçdi.

Qaraqoyunluların xalqın dəstəyini itirməsindən məharətlə istifadə edən Uzun Həsən az bir zamanda Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz ələ keçirdi. 1468 – ci ildə o, Təbrizə daxil olaraq Ağqoyunlu dövlətinin yaradıldığını elan etdi.

Qaraqoyunlu dövlətinin dağılmasından sonra Teymurilərlə Ağqoyunluların münasibətləri kəskinləşdi. Uzun Həsən Teymuri hökmdarı Əbu Səidlə müharibəyə girməkdən ehtiyat edərək anası Sara xatının başçılığı ilə elçi heyətini onun yanına göndərdi. Sara xatın bütün diplomatik məharətini işə salsa da, Əbu Səidi mövqeyindən döndərə bilmədi. Bu, hökmdar Ağqoyunlu dövlətinin qüvvətlənməsini özü üçün böyük təhlükə hesab edirdi. Sara xatın geri qayıdıb Uzun Həsənə belə dedi: « Əbu Səid Fateh II Mehmet ola bilməz! » Ağbirçək anasının sözünün yerə düşməsi Uzun Həsənə bərk təsir etdi və onun Əbu Səidə qarşı nifrətini artırdı. Ağqoyunlu hökmdarı bu düşməninə qarşı bütün hərbi – siyasi bacarığını işə saldı.

1468 – ci ilin payızında Azərbaycanın cənub torpaqlarına daxil olan Əbu Səidə buradan hərəkət edərək Qızılağacda – Xəzərin sahillərində məskən salmışdı. Düşmənə qarşı mübarizədə Uzun Həsən Şirvanşah Fərrux Yassar və Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi blokadaya aldılar. Aclığa düçar olan düşmən qoşunu dağılmağa başladı. Əbu Səid vəziyyətin ağırlığını görüb sülh təklif etsə də, Uzun Həsən razılaşçadı. Teymuri ordusu ağır məğlubiyyətə düçür oldu.

Beləliklə, Uzun Həsən qısa müddətdə Kürdən cənubda olan Azərbaycan torpaqlarını, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı əhatə edən qüdrətli bir türk – Azərbaycan dövləti – Ağqoyunlu imperatorluğu yaratmağa nail oldu.


Qərbin arxadan zərbə siyasəti

Uzun Həsənin hakimiyyəti illərində Azərbaycan özünün xarici siyasətində yeni mərhələyə qədəm qoydu. Ağqoyunlu imperatorluğu dünyanın siyasi iqlimini müəyyənləşdirən dövlətlərdən birinə çevrildi. Ağqoyunlularla Venesiya şəhər respublikası, Böyük Moskva knyazlığı, Polşa, Macarıstan, Avstriya, Çexiya, Almaniya, Vatikan və s. Ölkələr arasında əlaqələr yaranmışdı. Uzuz Həsənin sarayına axışan diplomatların ardı-arası kəsilmirdi. Venesiya respublikasının isə burdada daimi səfirliyi var idi. Ağqoyunlu imperatorluğunu Azərbaycan tarixində Avropa ölkələri ilə geniş diplomatik əlaqələr qurmuş ilk dövlət saymaq olar.

Uzun Həsənin Avropa ölkələri ilə yaxınlaşmaq siyasəti xristian dünyası tərəfindən sevinclə qarşılandı. Qərb dövlətləri Uzun Həsəndən osmanlılara qarşı mübarizədə istifadə etmək niyyətində idilər. Osmanlı imperatorluğunun sürətlə Avropanın içərilərinə doğru irəlilədiyi bir zamanda Qərb bu dövlətə qarşı arxadan zərbə vurmaq siyasəti yürütməyə başladı. Qərbin məkrli planına əsasən osmanlılara zərbə Ağqoyunluların əli ilə vurulmalı idi. Buna görə də Qərb dünyası Uzun Həsəni “ İkinci Teymur” adlandırır və ona çox böyük ümidlər bəsləyirdi.

«Qaraman böhranı» Ağqoyunlu – Osmanlı ziddiyətlərini son həddə çatdırdı. Mühüm hərbi-strateji əhəmiyyətə malik olan, Ağqoyunlular üçün Aralıq dənizinə çıxış rolunu oynayan Qaraman bəyliyi Ağqoyunlu dövlətinin müttəfiqi idi. Sultan II Mehmet 1468- ci ildə Qaraman bəyliyinin varlığına son qoymuşdu.

O zaman Uzun Həsənin Osmanlı imperatorluğuna qarşı müharibəyə başlamaq planı yox idi. O, Aralıq dənizinə çıxış yolu açmaq üçün Suriyanı tutmaq istəyirdi. Lakin Qərbin və Ağqoyunlu sarayına sığınmış Qaraman şahzadələrinin iftiraları və təhrikləri nəticəsində Uzun Həsən qərarını dəyişməli oldu. Sultan II Mehmetin Avropada hərbi əməliyyatlar aparmasından istifadə edən Ağqoyunlu dövləti 1472 – ci ilin baharında Osmanlı imperatorluğuna qarşı müharibəyə başladı. Beləliklə, Qərbin məkrli siyasəti baş tutdu: Ağqoyunlu və Osmanlı imperatorluqları arasında qanlı müharibə, daha doğrusu, qardaş qırğını başlandı.

Ərzincandan Qaraman istiqamətində hərəkət edən Ağqoyunlu ordusu osmanlılara qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı. Venesiya höküməti buraya Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisləri göndərməyə söz vermişdi. Lakin venesiyalılar iki türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdılar və müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə düşdü.

II Mehmet Ağqoyunlu ordusunu Anadolunun şərqində qarşılamaq qərarına gəldi. Onun ordusu Fəratın sağ sahili ilə Malatya yaxınlığına qədər irəlilədi. Burada – çayın sol sahilində Ağqoyunlu qüvvələri mövqe tutmuşdu.

1473 – cü il avqustun 1-də Malatyada Ağqoyunlularla osmanlılar arasında döyüş başladı. Uzun Həsənin tətbiq etdiyi düzgün döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşununun əsas zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkə bildi və II Mehmet ağır məğlubiyətə uğradı. Osmanlı qoşununu təqib edən Ağqoyunlu süvariləri 1473- cü il avqustun 11-də onları Ərzincanla Ərzurum arasında, Otluqbeli adlanan yerdə qabaqladılar. Otluqbeli, bəzən də Tərcan adlanan bu döyüşdə Ağqoyunlular sayca çox olsalar da, odlu silahlardan isrifadə edən Osmanlı ordusu qalib gəldi. Tarixçi Oruc bəy Bayat həmin döyüş haqqında yazır: «İki nəhəng ordu bir-birilə döyüşə başladı və döyüş tamam iki gün çəkdi. Qələbənin sultanın tərəfində olmasını deyənlər haqlıdırlar. Lakin qələbə sultana o dərəcədə baha başa gəldi ki, o, Uzun Həsənin ölkəsinə hücum etməyə cəsarət etmədi. »


«Həsən padşahın qanunları»

Uzun Həsən uzaqgörən dövlət xadimi idi. O yaxşı başa düşürdü ki, uğurlu hərbi qələbələr nəticəsində yaradılmış Ağqoyunlu imperatorluğu ərazicə geniş olsa da, daxilən möhkəm deyil. Hər hansı xarici təhlükəni dəf etmək üçün ilk növbədə, güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Bu məqsədlə Uzun Həsən islahatlar keçirdi. Ölkəni iqtisadi həyatını dirçəltmək, ölkə daxilində nizam – intizamı möhkəmlətmək üçün xüsusi «Qanunnamə» hazırlatdı.

«Qanunnamə» ölkə iqtisadiyyatının canlanmasını təmin etməli idi. Bu sənədə əsasən kəndlilərdən alınacaq vergilərin miqdarı dəqiqləşdirildi. Qanunların tətbiqi nəticəsində vergiyığan məmurların özbaşınalığına son qoyuldu, yığılan vergilərin birbaşa xəzinəyə daxil olması təmin olundu. Salnaməçi Xandəmir yazırdı ki, vergi islahatı nəticəsində əkinçilərin vəziyyəti xeyli yaxşılaşdı.«Uzun Həsənin günbəgün artmaqda olan ədalətindən Arran, Azərbaycan, Fars, Kirman, Əcəm və Ərəb İraqları abadlaşmağa başladı»

Uzun Həsənin «Qanunnamə»si yalnız vergi sisteminin deyil, dövlətin bütün daxili işlərinin qaydaya salınması üçün vacib sənəd idi. Hərbi-köçmə tayfaların, əyan və feodalların mərkəzi hakimiyyətə tabe etdirilməsində «Qanunnamə»nin böyük rolu var idi. Bu sənədin əhəmiyyəti o qədər böyük idi ki, bütün XVI əsr boyu qüvvədə qalmışdı. «Qanunnamə» sonralar «Həsən padşahın qanunları» adı ilə məşhurlaşdı. O dövrün başqa salnaməçiləri də öz yazılarında Uzun Həsənin ədalətini qeyd edirdilər.

Uzun Həsən dövlətin mənafeyini hər şeydən üstün tuturdu. Bu yolda o, ən yaxın adamlarına belə güzəşt etmirdi. Böyük oğlu Uğurlu Məhəmmədin xəyanətini ona bağışlamamış, edam etdirmişdi.

Uzun Həsən dünya hərb sənətində baş verən yenilikləri diqqətlə izləyirdi. O, nizami ordu yaradır, onu odlu silahlarla təmin edir, topçuluğun inkşafına xüsusi diqqət yetirirdi. Bu məqsədlə Venesiyadan mütəxəssislər də dəvət etmişdi.

Uzun Həsənin dini siyasəti də dövlətin möhkəmlənməsinə yönəldilmişdi. Ölkənin ərazisində yaşayan qeyri-müsəlman əhali dini mənsubiyyətinə görə təqib olunmurdu. Uzaqgörən hökmdar ölkədə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Ona görə də bacısı Xədicəbəyimi Səfəvi Şeyx Cüneydə, qızı Aləmşahbəyimi isə onun oğlu Şeyx Heydərə verməklə məzhəb ayrılığının qarşısını almağa çalışırdı. Bu izdivaclarda o, həm də siyasi məqsəd güdürdü: kifayət qədər nüfuza və tərəfdarlara malik səfəviləri öz tərəfinə çəkmək və onların hərbi gücündən istifadə etmək istəyirdi.

Görkəmli dövlət xadimi elmin, maarifin inkşafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimləri öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən Quranı Azərbaycan dilinə tərcümə etdirmiş, o dövrün görkəmli tarixçi – salnaməsi Əbu Bəkr əl-Tihraniyə Oğuz türklərinin tarixindən bəhs edən «Kitabi – Diyarbəkriyyə» adlı kitab yazdırmışdı.

Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan Uzun Həsən 1478- ci ildə vəfat etdi və Təbrizdə dəfn olundu. Təəssüf ki, onun varisləri qüdrətli Ağqoyunlu dövlətini qoruyub saxlaya bilmədilər.
 

Atabəy Şəmsəddin Eldəniz
Əli İbrahimov tarih 20.04.2012, 19:53 (UTC)
 Belə rəvayət edirlər ki, qədim el adəti üzrə bir dəfəyə 40 qul alana axırıncını pulsuz verərmişlər. XII əsrin birinci yarısında Dərbəndin qul bazarında bir qul alverçisi 39 qul sat­mış, sonuncunu isə müftə vermişdir. Həmin axırıncı qul Elddəniz olmuşdur. Qul taciri qulları ara­baya doldurub uzaq İraqa sürmüşdür. Hava isti olduğundan tacir gecələr yol gedər, gün­düzlər dincələrmiş. Qulların ən kiçiyi və zəifi Eldəniz yolda bir neçə dəfə arabadan yıxılar­mış. Hər dəfə də onu qaldırıb arabaya qoyarmışlar. Lakin o, bir dəfə də yıxılanda, artıq ona məhəl qoymamış, araba karvanını sürüb getmişlər. Səhər gözlərini açan Eldənizi dəhşət bürüsə də, özünü ələ almış və axşam çağı karvanı haqlamışdır. Tacir gözlərinə inanmamış, gəncin diribaşlığına, cəsarətinə və özünə inamına heyran qalmışdır.

İraqda Səlcuq sultanının vəziri Sümeyrəmi qulları alarkən Eldənizi bəyənmir və onu almaqdan imtina edir. Lakin Eldənizin kövrəlməsi və yalvarması vəziri yumşaldır. Az keçmir ki, vəzir ismaililər tərəfindən qətlə yetirilir. Onun var-dövləti ilə birlikdə qulları, o cümlədən Eldəniz də sultan Mahmudun ixtiyarına keçir. Sultan Eldənizin qabiliyyətinə, ağıllı olmasını görüb ona rəğbət bəsləyir. Eldəniz at minməkdə, qılınc oynatmaqda, ox atmaqqda tay-tuşlarına nümunə olur. Sultanın əmri ilə Eldənizə ərəb və fars dillərini, ilahiyyatı və digər elmləri öyrədirlər. Çox keçmədən onu sultan mətbəxinin başçısı (əl-xivan salar) təyin edirlər. Bu o dövrə görə çox şərəfli və etimadlı vəzifə hesab olunurdu. Sultan Mahmudu əvəz edən Sultan II Toğrul (1132-1135) Eldənizin sədaqət və səmimiliyinə inanır. Onu şəxsi mühafizə dəstəsinə daxil edir. Bir qədər sonra isə Eldəniz sultanın azyaşlı oğlu Arslan şahın atabəyi (qəyyumu) təyin olunur. Eldəniz həm də sultanın arvadı Möminə xatının dərin rəğbətini qazanır. Onun məsləhəti ilə saray çəkişmələrindən uzaq olaraq tezliklə əmir rütbəsinə yüksəlir. Sultan II Toğrul vəfat etdikdən sonra yerinə qardaşı sultan Məsud (1135-1152) keçir. Sultan Məsud Eldənizi Toğrulun dul qadını Möminə xatınla evləndirir. Həmin qadından Eldənizin iki oğlu, bir qızı olur. Oğlanları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan ata şərəfini uca tutan, ata-anaya layiq övladlar kimi böyüyür, onun vuran əli, döyünən ürəyi olurlar.

“Böyük Atabəy”. 1136-cı ildə sultan Məsud Arranı Eldənizə bağışlayaraq ona “Şəm­səddin”, yəni “Dinin günəşi” titulunu verdi. O, Bərdədə yerləşən iqamətgahına gəlir. Tezliklə öz müstəqilliyinə qədəm qoyur. Sonralar bu dövlət onun adı ilə Eldənizlər dövləti ad­landırıldı. 1141-ci ildə Səlcuqların Azərbaycan hakimi Qara Sunqurun vəfatından sonra bütün Azər­bay­canın idarəçiliyini də ələ keçirdi. Eldənizin yaratdığı yeni dövlətin ərazisi genişləndi, hökmü gücləndi. O, öz əqidəsinə sadiq qalaraq, Azərbaycanda dərin hörmət və ehtiram qazandı.

Təbiətən mülayim, sülhsevər və əmin-amanlığı qoruyan Eldəniz həm də cəsarətli, sö­zünün sahibi, ciddi, tələbkar bir siyasətçi idi. Sultan Mahmudun vəfatından sonra İraq Səl­cuq sultanlığının daxilində siyasi vəziyyət kəskinləşir. Onun varisləri hakimiyyət uğrunda mü­ba­rizə başlayır. Hakimiyyət Sultan Məhəmmədin əlinə keçir. O, Şəmsəddin Eldənizi öz haki­miy­yəti üçün əsas təhlükə hesab etdiyindən narazı əmirləri öz ətrafına toplayaraq güclü ordu ilə qəflətən Azərbaycana hücum edir. Araz çayı vadisində davam edən bir neçə günlük döyüşdə Eldəniz məğlub olur. O, Azərbaycan hakimliyindən imtina edərək, yalnız Arranın idarəçiliyi ilə kifayətlənməli olur. Bir neçə ildən sonra yenidən bütün Azərbaycan üzərində hakimiyyətini geri qaytarmağa müvəffəq olur. Onun səyi ilə İraq Səlcuq sultanı Sultan Slüeyman II Torğrulun oğlu Arslan şahı taxt-taca qanuni varis elan edir.

1160-cı ildə sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Arslan şah taxta çıxmalı olur. Bu hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün Eldəniz 1160-cı ilin noyabrında 20 minlik ordu ilə Həmədana gəlir. Əyanlar, əmirlər və sadə xalq onu ehtiramla qarşılayırlar. Tacqoyma mərasimindən sonra oğul­luğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz “Böyük Atabəy” adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü, kiçik oğlu Qızıl Arslan isə ordunun baş komandanı təyin edilir. Hamısı əlbir, dilbir olaraq, bir-birinə arxa durur­lar. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.

Dövlətçiliyimizin böyük təssübkeşi. Atabəy Eldəniz faktik olaraq İraq Səlcuq sultan­lığının hökmdarına çevrilir. Bu sultanlığa daxil olan ölkələrin və vilayətlərin hakimləri ona sədaqət andı içirlər. Əslində sultan Arslan şah Eldənizin məsləhəti ilə hərəkət edir, onun fikrlərini həyaia keçirirdi. Eldəniz isə ağıllı, müdrik siyasət yerdir, tabe olmaq istəməyn bütün vilayət hakimlərini itaətə gətirirdi.

Eldəniz ən parlaq qələbəni Həmədan, Rey və Qəzvin döyüşlərində qazanır. Bu qələbələrdən qorxuya düşən əmirlərin çoxu ondan vassal asılılığını qəbul etməli oldular. Eldəniz “nikah diplomatiyası”na da əl atır; barışmaz müxalifətçi Rey hakimi İnancın qızı Qüteybə (bəzi mənbələrdə Qətibə) xatını oğlu Məhəmməd Cahan Pəhləvana alır.

Atabəy Şəmsəddin Eldəniz Cənubi Qafqazdan İran körfəzinədək uzanan geniş torpaqları əhatə edən qüdrətli bir dövlət yaradır. Onun idarəsi altında olan torpaqlar Tiflisdən Məkrana qədər olan əraziləri əhatə edirdi. Azərbaycan, Arran, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey də ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri Şirvan, Xuzistan, Hilat və Xnus hakimləri vassal kimi onun adına pul kəsdirirdilər. Eldənizin yaratdığı qüdrətli Azərbaycan türk dövləti-Eldənizlər dövləti çoxminillik dövlətçilik tariximizdə özünəməxsus yer tutur. Talanlardan, aramsız müharibələrdən cana doymuş xalq rahat nəfəs alır, qurub- ya­rat­maqla məşğul olur. Ölkə çiçəklənir, əkinçilik, ticarət və sənətkarlıq inkişaf edir. Atabəy Eldəniz elm, sənət adamlarına qayğı göstərir, mədəniyyətin inkişafına şərait yaradır.

Şəmsəddin Eldəniz ölkəmizin qərb sərhədləri üçün təhlükə törədən gürcü çarı ilə də haqq-hesab çürütməli olur. Gürcülərin 1161-ci ildə Ani, Dəbil və Gəncə şəhərlərinə dağıdıcı hü­cumlarına cavab olaraq Eldəniz 1163-cü ildə güclü qoşunla Gürcüstan üzərinə yürüş edir. O, əvvəlcə gürcüləri Dəbildən qovub çıxarır, gürcü çarı III Georgi ağır məğlubiyyətə düçar olur. Həmin yürüşün iştirakçısı olmuş Azərbaycan tarixçi-salnaməçisi yazırdı: “Gürcülər biabırcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, sayı-hasabı yox idi. Axurları gümüşdən düzəldilmiş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənlərb olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar da lazım gəlirdi. Bunlardan birini Sultana (Arslan şaha-Ə.Q) göndərdilər. Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə olan 2000 dinar pul da göndərdilər. O, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmadana yolladı ki, adamlar onlardan su içsinlər”.

Bir neçə döyüşdə dalbadal sarsıdıcı məğlubiyyətə uğrayan gürcülər sakitləşdilər. 1175-ci ildə ölkəmizin qərb sərhədlərində vəziyyət sabitləşdi, ərazi bütbövlüyümüz bərpa edildi.

“Rey problemi”nin həlli. Şərq sərhədlərində də vəziyyət sabit deyildi. Nişapur və Rey hakimləri Eldənizlərə itaətdən çıxaraq Xarəzmşahların tərəfinə keçmişdilər. Bu xəbəri eşidən Eldəniz dərhal güclü qoşunla Reyə yürüş edir. Xarəzmşahlarla Əmir İnancın birləşmiş qüvvələri məğlub edilir. Əmir İnanc isə Rey qalasında gizlənərək öz vəzirini Eldənizlə danışıqlar aparmağa göndərir. Eldəniz Rey hakiminin nankorluqlarının dəfələrlə şahidi olmuşdu. İndi dar məqamda yenə hiylə işlətdiyini yaxşı başa düşürdü. O, deyirdi: “Əmir İnancın bizə etdiyi pislikləri mən dəfələrlə bağışladım. Hətta aramızda qohumluq münasibətləri də yaratdım. Ancaq bu harın və qudurmuş əmir mənim elədiklərimə əvəz olaraq həmişə itaətdən çıxmağa cəhd etmiş, düşmənlərimlə birləşmişdir. Bu dəfə ona aman yoxdur”.

Eldənizin qətiyyəti burada da özünü göstərir. O, Əmir İnancla danışıqlardan imtina edərək vəzirə deyir: “Sən hesab edirsən ki, İnanc mənimlə sülh bağlayacaq və sən də onunla Reydə qalacaqsan, Bu heç zaman olmayacaq! Sən iki yoldan birini seçə bilərsən. Ya öz ağanla ölkədə qalmalısan, bu halda hər ikiniz sağ qala bilərsiniz. Ancaq belə olsa, sən ömrünü kaçıbçılıq və mərhumiyyət içində keçirərsən. Ya da mənim tərəfimə keçib, onun məhv edilməsi üçün əlindən gələni əsirgəməməlisən. Rey, İsfahan və Azərbaycan hakimi olan oğlum Cahan Pəhləvanın yanında qalarsan. Əgər bu yolu seçsən mən öz vədlərimi həyata keçirməyə and içib, söz verirəm”. Vəziyyəti belə görən vəzir Eldənizin tərəfinə keçir və İnancı aradan götürür. Beləlilkə, Eldəniz diplomatiyası “Rey problemi”ni də müvəffəqiyyətlə həll edir.

Şəmsəddin Eldəniz mahir siyasətçi, uzaqgörən bir diplomat idi. Onda ağıl və güc bir­ləş­mişdi. O, dikbaş və narazı əmirləri, itaətdən boyun qaçırmağa can atan vassal hakimləri mər­kəzi hakimiyyətə tabe etmək üçün onlara vədlər və qiymətli hədiyyələr verməklə öz tərə­finə çəkirdi. Bəzən isə özünün hərbi gücünə arxalanırdı. Onun siyastlə hərbi gücü bacarıqla əlaqələndirməsinin nəticəsi idi ki, həm İraq Səlcuq sultanlığında, həm də Eldənizlər döv­lə­tində daxili vəziyyət sabit idi. Eldənizin dövlət idarəçiliyində ardıcıl və qətiyyətli olması, sul­tan hakimiyyətinin nüfuzundan bacarıqla istifadə etməsi, tədbirli xarici siyasət yeritməsi bir daha sübut edir ki, Azərbaycan Eldənizlər dövlətinin yaradıcısı öz dövrünün məşhur siyasi və dövlət xadimi olmuşdur.

Eldəniz öz ömür-gün yoldaşı, müdrik qadın Möminə xatına həmişə sadiq olmuş, onu özünə sirdaş, arxa, dayaq hesab etmişdir. Bəzən oğulluğu Arslan şah onun hədsiz hakimiyyətindən narazı qaldıqda bu qadın öz analıq hüququndan istifadə edərək barışdırıcı rolunda çıxış edir, öz oğlunu atalığına qarşı hörmət və ehtirama dəvət edirdi. Ülvi bir məhəbbətlə sevdiyi bir insanın vəfatı Eldənizi bərk kədərləndirir. Naxçıvanda bu gözəl insana əbədi bir abidə ucaltmağa qərar verir. Lakin Möminə xatının vəfatından iki ay sonra- 1176-cı ildə Şəmsəddin Eldəniz də vəfat edir. Onun yerinə keçən oğlu Məhəmməd Cahan Pəhləvan atasının bu arzusunu yerinə yetirir. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvani Möminə ana üçün əbədi bir abidə inşa edir. Öz gözəlliyi və bənzərsizliyi ilə bu gün də Azərbaycan memarlığı tarixində şərəfli yer tutan Möminə xatın türbəsi Şəmsəddin Eldənizə və Möminə xatına əbədi məhəbbət abidəsidir.

Eldənizin vəfatından sonra oğlanları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan atalarının siyasətini davam etdirir, ölkənin inkişafında xüsusi rol oynayırlar.
 

Əmir Teymur
Əli İbrahimov tarih 29.03.2012, 21:39 (UTC)
 Sevinməyin Düşmənlər indi üstünüzə Topal Teymur gəlir.

Alaçığın divarı boyu üzüyuxarı bir qarışqa özündən böyük yük daşıyırdı. Hərdən hamar yerə düşəndə ayağı sürüşür, bir az dayanıb sanki nəfəsini dərirdi, sonra yenə özünə həkk gəlirdi...

Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısı unutmuşdu. Əslinə qalsa,qolu daha ağrımırdı, daha doğrusu, sağ qolunu heç hiss etmirdi. Sağ ayağını tərpədəndə isə kəskin ağrıdan bağırmaq istəyirdi. Bir neçə gün əvvəl Sistan qoşunu ilə döyüşdə ayağından və belindən ox yarası almış Teymuru sadiq silahdaşları Gərmsir vilayətinə gətirmişdilər. Artıq ikinci gün idi ki, o, alaçığından çıxmırdır. Girişin ağzıda duran keşikçilər onun əmiri ilə təbibdən başqa heç kimi içəri buraxmır, özləri də qorxudan girmirdilər. Hərdən içəridən inilti səsi kəsiləndə yavaşça keçəni aralayıb taxta uzanmış Teymura baxırdılar: “ Birdən Sərdar özünə qəsd eləyər”.

Bu günlər ərzində sərkərdənin yaralarına məıhəm qoyan təbib “Yaramsağalacaqmı, yeriyə biləcəmmi?”soruşan Teymuru “İnşallah , hər şey yaxşı olar” deyə sakitləşdirirdi. Nəhayət, bu gün səhər o qorxa-qorxa sərdara dəhşətli həqiqəti söylədi: qolu işləməyəcək, ayağı axsayacaq. Deməli hər şey bitdi. Puç oldu o xülyalar-yenilməz sərkərdə, qüdrətli hökmdar olmaq arzusu. Harada görünüb ki, şikəst adam hökmdar olsun?! Iran şahları oğul- uşaqlarını şikəst edirlər ki, onların yerini tutan olmasın. İndi sən gəl bir qol, bir ayaqla,Çingiz soyundan olmaya-olmaya hakimiyət uğrunda mübarizə apar,ölkələr fəth elə! Şikəst sərkərdənin arxasınca hansı döyüşçü qədər?!. İlahi,kimə lazımdır bu həyat?!. Pərvərdigara, nə idi günahım, niyə bu oxları ürəyimə yönətmədin?!.

...Divardakı qarışqa yerində zağımaqdan yorulub sağa yönəldi. ?Bir qədər gedib dayandı. Yenə üzünü yuxarı çevirdi, bığçıqlarını ora-bura tərpədib yenidən yuxarı dırmanmağa başladı.

Görəsən nə var orada, yuxarıda,bu həşərat özünü belə həlak edir?Allah bilir, bəlkə də tanrı bütün canlıları elə yaradıb ki, hamısı yuxarıya, nəyinsə zirvəsinə çatmaq istəyir. Məndə istəyirdim...

Teymur 1336-cı ildə Amudərya ilə Sırdərya arasında yerləşən Mavəraünnəhrdə, Xacə İlqar deyilən bir kənddə dünyaya gəlmişdi. Atası Turğay, Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı. Çox illər sonra, fatehliyinin zirvəsinə çatan sərkərdə öz tərcüməyi-halında bu sözlər həkk etmişdi: “Mən on iki yaşımda ikən özümdə fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaşımda isə at çapmaq və ovçuluqda olan ustalıqlarım barədə düşünməyə başladım Əksər vaxtımı Quran oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələrində keçirirdim”.
Teymurun cəsarətini və bacarığını görən bir neçə dəliqanlı onun başına yığışdl. Düşmən tayfalara qarşı hərb meydanına atılanda onun dəsdəsində cəmi on adam vardı. Onlardan yeddisi atlı, üçü piyada idi. Sonra piyadalar bu kiçik dəsdənin üç atını qaçırdılar. Kiçicik dəsdə ilə qalan Teymur düşmənlərinin hücumuna məruz qaldı. Onu əsir tutub zindana atdılar. Gənc Teymur 62 gün zindan həyatı yaşadı. Həyayət,o,fürsət tapıb keşikçini öldürdü və azadlığa çıxdı. Bu zamanlar Monqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücüm edib bu varlı ölkəni ələ keçirmişdi. O,25 yaşlı Temuru Keş vilayətinə hakim təyin etdi . Monqolustana qayıdan Tuğluq Teymuru Mavəraünnəhrdə onun oğlu İlyas Xacə əvəz etdi.

Nüfuzlu bir türk əmirinin nəvəsi ilə evlənən Teymur İlyas Xacəyə quluq etmək istəmədi. O, qayını hüseynlə hərbi ittifaq bağladı. Bu ittifaq Mavəraünnəhrdə İlyas Xacəni devirə biləcək bir gücə malik idi. Qohumlar öz aralarında tez-tez ölkədə hakimiyəti ələ keçirmək barədə danışırdılar. Ancaq bu arada Sistan döyüşü baş verdi.

Lənətə gəlmiş Sistan valisi!... Məndən düşmənlərinə qarşı yardım istədi. Dedi ki, qalalarını azad etsəm, altı ay qoşunumu ərzaqla təmin edəcək. Sən demə, fikri başqaymış, məni gücdən məhv etmək istəyirmiş. Beş qalasını azad etdim, o isə mənə arxadan zərbə vurdu. Xain!... Rəqibə inanmaq lazım deyil, onu əzmək lazımdır. Bax, bu qarışqa kimi.
Teymur bir azca dikəlib var gücü ilə divardaki qarışqaya tərəf üfürdü. Qarışqa yox oldu. Teymur taxtdan əyilib yerə nəzər saldı. Orada da həşəratı görəmmədi. Qarışqanın simasına sank özünə həmdart tapan Sərdar elə bir az saitləşdi.Bu neçə gün ərzində ilk dəfə mürgülədi.

... Nə qədər yatdığını özü də bilmirdi. Göz qapaqlarını açanda qarşısında kiçik qara bir nöqtənin tərpəndiyi gördü. Bir-iki dəfə gözünü açıb-yumdu və bir daha diqqətlə baxdı. Qarışqa divarda, həminki yerində idi və əvvəlki kimi üzüyuxarı dırmanırdı. Nə inadkar məxluqdur bu. Düz yeri qoyub divara dırmanır. Bəlkə, belə lazımdı?. Bəlkə,xöşbəxtlik zirvəyə çatmaqda deyil, ona can atmaqdadır? Bəlkə, yol daha çətin olduqça insanda bir o qədər xoşbəxt olur? Onda mən niyə zarıyıram?! Yəni bu qarışqa qədər də olmadım? Böyük iş olub, ayağım axsayacaq! Güya ki, ölkələri qaça-qaça fəth edəcəydim. Ağlım yerində,qüdrətimi itirməmişəm.

Yaralanmış ayaqla Sistan qoşununu məğlub etdim... Yox, sevinməyin, düşmənlər indi üstsnüzə Topal Teymur gəlir. O sizdən mərhəmət diləmir, lakin siz də ondan aman gözləməyin.

Teymur salamat qoluna dirsəklənib taxtda oturdu. Ağrılara baxmayaraq yaralı ayağını yavaş-yavaş taxtdan aşağı salladı. Ayağa qalxdı, ancaq yeriyə bilmədi. Bütün ətrafı lərzəyə gətirən bir səslə qışqırdı:

Ey,kim var orda?!.

Çingiz nəslindən olmayan Teymur Hakimiyyətə gəlir!

İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüz dən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas Xacəyə qarşı mübarizə aparmaq üçün o yenidən qaynı Hüseynlə birləşdi. 365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. İlyas Xacənin qoşunu ilə Teymur və Hüseyin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər. Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zağıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. Ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içəilərinə doğru aparırdı. Lakin Hüseyin hərbi qüvələri onun hücumunu dəstəkləmədi, yavaş-yavaş geri çəkilməyə başladı. Teymur bu döyüşdə az qala mühasirəyə düşəcəkdi. Yalnız öz şücaətinə və döyüş bacarığına görə o, silahdaşları ilə düşmənin əhatəsindən çıxıb Hüseynin dəstəsi ilə birləşə bildi. Qohumlar cənuba, Amudəryaya tərəf üz tutdular,çayı keçib yenidən Bəlx vilayətində köç saldılar.
Teymur qayını Hüseynin hərəkətindən narazılığını bir kəlmə ilə də büruzə vermədi. Lakin o, artıq başa düşmüşdü ki, dar ayaqda Hüseynə arxa çevirmək olmaz. Bu andan etibarən qohumların müasibətində soyuqluq yarandı. Teymur qayını Hüseynin hərəkətindən narazılığını bir kəlmə ilə də büruzə vermədi. Lakin o, artıq başa düşmüşdü ki, dar ayaqda Hüseynə arxa çevirmək olmaz. Bu andan etibarən qohumların münasibətində soyuqluq yarandı.Artıq İlyas Xacə üçün Səmərqəndə yol açıq idi. Lakin bu zaman monqol xanlarının hakimiyyətinə qarşı çıxan sərbadarlar Səmərqəndə mədrəsəsini tələbəsinin Mövlanzadənin başçılığı iləİlyas Xacəyə qarşı müqavimət göstərməyə qərar verdilər. Səmərqəndə yaxınlaşan monqol xanının ordusu sərbadarların qurğu tələyə düşdü və böyük itki verərək geri çəkildi.

1336-cı ilin yazında qoşunla Səmərqəndə yaxınlaşan Teymur və Hüseyn şəhər ətrafında düşərgə salıb sərbadarlara elçi göndərdilər və görüşmək istədiklərini bildirdilər. Görüş zamanı onlar sərbadarların qəhramanlığını təriflədi və onların şərəfinə ziyafət verdilər. Lakin ertesi gün Hüseynin əmrilə sərbadarların başçıları tutulub qətlə yetirilirdi. Mövlanzadəyə qahmar çıxan Teymur yalnız onun azad buraxılmasına nail oldu. Beləliklə,Teymur və Hüseyn Səmənqərdi tutub şəhərə sahib oldular. Lakin qohumların münasibətlərin gün- gündən pisləşdi. O dövrdə bəylər,xanları arasında olan çəkişmələr hamını-torpaq sahiblərini, tacirləri, rühaniləri bezdirmişdi. Teymur bunu yaxşı başa düşür, onları inandırırdı ki, hakimiyyət başına gəlsə,bütün ölkəni birləşdirəcək və hərcməcliyə son qoyacaq.Bütün bunlara görə Mavəraünnəhrdə Teymurun nüfuzu daha güclü idi və əgər istəsəydi,o, ölkənin hakimi ola bilərdi. Lakin Çinqiz xanın soyundan olmadığına görə Teymur hökmdar taxtına əyləşməyə tələsmirdi. Buna görə də o, taxta həmin soydan olan Soyurqatmış xanı çıxardı.

Teymurun arvadı öldükdən sonra onun Hüseynlə münasibətləri artıq düşmənçiliyə çevrilmişdi.Zəkalı və tədbirli Teymurun nüfuzunu qəbul etməyən və ona paxılıq edən Hüseyn Bəlx qalasına köçdü, xəzinəsini bura gətirdi və qalanı möhkəmləndirməyə başladı. Bunun nə demək olduğunu başa düşən Teymur artıq Hüseynin güclənməsini gözləyə bilməzdi. 1370-ci ildə öz qoşunu ilə Bəlx şəhərini mühasirəyə alan Teymur böyük itki hesabına olsa da, qalanı ələ keçirdi. Onun müttəfiqi Keyxosrov Hüseyni öldürdü. Teymur Hüseynin xəzinəsinə sahib oldu və döyüşçülərinə şəhəri talamağa icazə verdi. Tarixçilərin yazdığına görə döyüş qabağı məkkəli üləma Səyid Bərkə bu savaşın Teymur üçün uğurlu olacağına dəmiş və ona öz əlli ilə hakimiyyət rəmzi olan təbil və bayraq vermişdi. 1370-ci il aprelin 9-da Bəlxdə toplanan türk minbaşılarının qurultayında Teymur türk ənənələləri ilə ağ keçə üzərində yuxarıya qaldırıldı və ülema Seyid Bərkənin oxuduğu duadan sonra Mavəraünnəhr ölkəsinin əmiri elan edildi. Əmir Teymur Səmərqənd şəhərini özünə paytaxt seçdi. O, dərhal uzun müddətdən bəri tamamilə dağıdılmış ölkədə quruculuq işlərinə başladı və tez bir zamanda nizam-intizamı və asayişi bərpa etdi. Teymur Çingiz xan nəslindən olmadığına görə “xan” titulu daşıya bilməzdi, buna görə də Əmir Teymur olaraq qaldı.
Göydə tək olan Allah kimi, yerin hakimi də tək

Olmalıdır.

Mavəraünnəhr hakiminə doqquz il lazım gəldi ki, cığatay ulusunun bütün ərazilərini tabə edib öz imperiyasının yaratsın. Ən çox müqavimət göstərən Cənubi Xarəzm oldu. Buranın hakimi Yusif Sufi hər dəfə Teymurun şərtlərini qəbul edib ogedəndən sonra bildiyini edirdi. Nəhayət, 1379-cu ildə Xarəzm Teymurun imperiyasına qatıldı. Hərçəng bundan doqquz il sonra Xarəzmdə Süleyman Sufinin başçılığı ilə yenidən üsyan qalxdı. Bu dəfə Teymur üsyanı amansızlıqla yatırdı: Sufi sülaləsinin kökünü kəsdi, ticarət mərkəzi olan Urgənci yerlə-yeksan etdi, əhalisini Səmərqəndə köçürtdü. Ölkə daxilində hərbi-siyasi birliyi bərpa edən Teymuru indi ən çox narahat edən qonşu Cuci ulusu idi. Burada möhkəmlənən Urus xan Qızıl Ordanı da özünə tabe edib böyük xaqanlıq yaratmaq istəyirdi. Əgər bu birlik baş tutsaydı, Teymurun dövləti üçün ciddi təhlükə yarana bilərdi. Buna görə də o, Urus xanın səylərinə mane olmaq üçün bəhanə axtarırdı. Nəhayət, belə bir bəhanə onun əlinə düşdü.

1376-cı ildə Cuci ulusundan Toxtamış adlı birisi Urus xanın əlindən qaçıb Teymurun yanına gəldi. Xan onun atasını itasətsizliyə görə öldürmüşdü. Toxtamış Əmir Teymurdan intiqam üçün qoşun istədi. Trymur düşündü ki, Toxtamışa kömək edib, onu hakimiyyətə gətirsə, bu xaqanlığı özünə ən azı mütəffiq edər. Bu fikirlə o, Toxtamışa qoşun verib yola saldı. Lakin Toxtamış Urus xanla döyüşdə məğlub oldu. Belə olduqda Teymur öz ordusuyla hücuma keçib Urus xanı öldürdü və Toxtamışı taxta oturtdu. Lakin az keçməmiş Urus xanın siyasətini davam etdirən Toxtamış Qızıl Ordanı özünə tabe edib güclü dövlət yaratdı. Onun ordusu qonşu dövlətlərə Rusiyaya, Qafqaza, Azərbaycana, hətta Teymurun hökmranlıq etdiyi Mavənaünnəhrə hücumlar etdi.

1395-ci ildə Şimali Qafqazda, Terek sahillərində Toxtamışın ordusu ilə döyüşə girən Teymur onu darmadağın etdi. Bu döyüşdən sonra Qızıl Ordanın Volqa sahilərindəki, Krımdakı Şimali Qafqazdakı bir çox şəhərləri talan edildi, əhalisi əsir alınıb qul kimi satıldı. Əmir Teymurun Xərəzmə və Qızıl Ordaya qarşı yürüşləri Orta Asiyada möhkəmlənmək və güclü dövlət yaratmaq məqsədi güdürdü. Lakin Teymur bununla kifayətlənmirdi. Böyük qənimtlər əldə etmək, imperiyasının hərbi və siyasi qüdrətini artırmaq üçün o, İrana, Azərbaycana, Kiçik Asiyaya, Hindistana müzəffər yürüşlər etdi. İranın tam zəbt edilməsi iyirmi il çəkdi. Teymurun İsfahanda törətdiyi kütləvi qətl tarixin yaddaşında tayı-bərabəri olmayan bir qırğın kimi qaldı.Şəhəri tutmuş Teymur onu məhəllələrə bölüb əmirlərinə tapşırmışdı ki, əhalidən xərac yığsınlar. Lakin əhali üsyan qaldırıb bütün məmurları öldürdü. Bundan qəzəblənən Teymur şəhəri yenidən tutub qoşununa əmir etdi ki, hər bir döyüşçü ona ən azı bir isfahanlı başı gətirsin. Bu qırğında 70000 İsfahan sakini qətlə yetirildi. Teymur bu kəllələrdən güllər düzətməyi əmr etdi ki, başqalarına da görk olsun.

Bu zaman Azərbaycanda Əmir Teymura itaət göstərməyən əsas qüvvə Qaraqoyunlulardı. Qaraqoyunlu Qara Məhəmməd Teymurun göndərdiyi ordunu məğlub etmişdi. Əmir Teymur Azərbaycan uğrunda gedən döyüşlərdə Qaraqoyunlu əmirlərinin müqavimətini axıra qədər qıra bikmədi. Qara Yusifin ciddi müqaviməti və itaət göstərməməsi Teymur daha da gəzəbləndirmişdi. Sonralar azərbaycanlı sərkərdənin İldırım Bayazidə sığınması Əmir Teymurla Osmanlı sultanı arasında münasibətlərin pisləşməsinə və müharibəyə səbəb olmuşdu. 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurla İldırım Bayazidin orduları arasında hələdici döyüş oldu. Hər tərəfdən iki yüz min döyüşçünün iştirak etdiyi bu savaşda osmanlı ordusu darmadağın edildi və qüdrətli türk sultanı əsir alındı. Türkün türkü qırdığı bu qanlı döyüş Kansantinopolun alınmasını 50 il yubatdı. Əmir Teymur düşmənə qarşı amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. O, Fars hakimi Şah Mənsuru məğlub edib öldürsə də, onun haqqında demişdi: “Qırx ildən bəri savaş görmüş qəhramanlarla döyüşdüm. Ancaq Şah Mənsurun göstərdiyi şücaət və cürəti kimsədən görmədim”.Azərbaycanda Əmir Altın cəmi üç yüz nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidən Teymur buna təəsüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bayazidlə də ehtiramla davranırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı. 1339-cu ildə Əmir Teymur çoxdan bəri heç bir fatehin ayağı dəymədiyi Hindistana yürüş etdi. Dəhli sultanı Mahmud ona qarşı 50 minlik qoşun və 120 döyüş fili çıxardı. Döyüş fəndlərindən məharətlə istifadə edən Teymur bu döyüşdə də qalib gəldi və xeyli hindlini əsir götürdü.

Uğurlu hərbi yürüşlərindən vəcdə gələn Teymur düşünürdü ki, əgər göydə allah təkdirsə , yerdə də hakim tək olmalıdır. Lakin qarşıda fəth olunmamış çox ölkələr dururdu. Onlardan biri də nağılar ölkəsi Çin idi.

Mən Tanrının Qulu Teymur...

1405-ci ilin soyuq fevral gecələrindən biri idi. Asiyanın yarısını fəth etmiş 69 yaşlı Əmir Teymur qədim Otrar şəhərində, ölüm yatağında idi. O hələ də həkimi Fəzlullahın onu ölümün pəncəsindən xilas edəcəyinə inanırdı. Buna görə də, Çinə hərbi səfərin təxirə salınması haqda fikirləri qəti rədd edirdi.Teymur həmişə olduğu kimi, yenə də ulu Tanrıya bu səfərin də zəfərlə başa çatması üçün dualar edir, ondan möhlət istəyirdi.

Ömrümün 57 ilini at belində keçırdim. 25 yaşımda yaralanıb qolumu itirdim, topal qaldım...Mənə Teymurləng deyirlər . Topal Teymur deyən də var. Ancaq bu ad heç kimdə istehzal doğurmur. Əksinə, çoxlarının canına üşütmə salır. On yeddi hərbi yürüş etdim. Əvəzsiz bahadırlar sayəsində çox yerlər fəth etdim. 27 ölkənin xaqanı oldum... Turan, İran, Rum, Məğrib, Suriya, Misir, İraqi-Ərəb, İraqi- Əcəm, Mazandaran, Gilan, Şirvan, Azərbaycan, Fars, Xorasan, Dəşdi-Qıpçaq, Böyük Tatarıstan, Xərəzm, Xütən, Kabulistan, Baxtərzəmin, Hindistan... İskəndərdən bəri heç kim bu qədər əraziyə sahib olmamışdı... Deyirlər çox qəddəram, amansızam. Elə blirlər adam öldürməkdən ləzət alıram. Düzdür,eddi sülaləni kökünü kəstim, yüz minlərlə adamı qətlə yütirdim. Ancaq birini göstərsinər ki, naxax yürə qanını tökmüşəm.Məni aldadırdılar, mənə xəyanət edirdilər, məndə öldürürdüm.Belə olmasa, buboyda islam dünyasına hakim ola bilərdimi? Mən heç kimi aldadmamşam, həmişə sözümün üstündə durmuşam, hətta hücumdan qabaq xəbardarlıq etmişəm. Elə olub ki, düşmənimi igidliyinə görə bağışlamışam. Şairlərə, üləmalara, tacirlərə himayədar olmuşam. Teymurun yadına şair Əhməd Kirmani düşdü. Qoca fatehin saralmış sifətində xəfif təbəssüm göründü.

Bir dəfə ədiblərin məclisində Əmir Teymurla şair Kirmani arasında belə bir əhvalat olmuşdu. Söhbət insan şəxsiyyətini necə qiyməntləndirməkdən gedirdi. Əmir Teymur Kirmaniyə xitabən soruşdu:

-Əgər mən satılası olsaydım, sən məni neçə paraya qiymətləndirərdin?

- 25 quruşa! – deyə şair cavab verdi.

- Şair, sən bilirsən ki, mənim yalnız qurşağım bu qiymətə dəyər.

-Zatən mən də elə onu nəzərdə tutaram.

Sonralar “Teymurnamə” əsərini yazmış şairini bu zarafatına Teymur ürəkdən gülmüşdü.

Yüz minlərlə müsəlmanı qılıncdan keçirmiş Teymur Allaha dərindən inanır , daim yanında quran gəzdirir və onu mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi , Teymurun qılınc hesabına nail olduğunu o, duaları ilə möhkəmləndirirdi. Böyük fateh öz məktublarını “ Mən , Tanrının qulu Teymur” sözləri ilə başlayırdı.

Əmir Teymur uzaqgörən dövləti xadim idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı, fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirmirdi. Nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttatları və nəqqaşları da imperiyasının paytaxtına yığırdı. Bu gün dünyanı heyranı qoyan məşhur Səmərqənd abidələrinin bir çoxu Teymurun vaxtında ucaldılmışdı.

Əmir Teymur İmperiyasının ayrı-ayrı vilayətləri arasında əaqə yaradılmasında tacirlərin roluna xüsüsi qiymət verirdi. O, Avropa hakimlərinə məktublarında yazırdı: “ Bütün aləm ancaq :tacirlərinəməyi sayəsində gülşən olur.Tacirlərin sıxışdırılması yol verilməzdir.Mən istərdim ki, biz bu yerlərə firəng tacirlrini necə himayə ediriksə,bizim tacirlərimizə də o yerlərdə eyni cür münasibət bəslənilsin” Teymur eyni zamanda tacirlərin azğınlaşmasına,xalqın soyulub-talanmasına da yol vermirdi.

... Artıq fevralın 17-i idi.Səhər Fəzlullah özündə cəsarət tapıb Əmirə demişdi ki,vəsiyyətini eləsin ,yoxsa gec olar.Deyirlər Ölümqabağı insanın bütün həyatı gözləri önündən keçir.Teymurun yadına isə daşlar düşdü... Hər dəfə yürüşə çıxanda onun döyüşçüləri yolda bir yerə hərəsi bir daş atırdı.Böyük bir daş təpəsi yaranırdı.Səfərdən qayıdanda hərəsi bu təpədən bir daşgötürürdü.Təpə balacalanırdı.Ancaq yerdə daşlar qalırdı.Teymur ayaq saxlayıb həmin daşların önündə xəyala dalırdı,həlak olanların ruhuna dua oxuyurdu...

Görəsən,mənim daşımın üstündə ağlayan olacaqmı?..

Teymurun yaxınları artıq onun yatağı önündə yığışmışdılar.Güclə danışan Əmir yalnız bir neçə söz deyə bildi:”Məni seyid bərkənin ayağı altında basdırın... Bir də ki... Nə olursa olsun,qılımcı əlinizdə möhkəm tutun...Zəifliyi qəlbinizə yaxın buraxmayın.Zəyiflik ağlınızı çaşdırar,ruhunuzu məhv edər,qoymaz məqsədinizə çatasınız.Eşidirsiniz?..Zəyif olan məqsədinə çatmayacaq...”
 

<- Geri  1  2  3  4  5  6  7  8 ... 12Devam -> 
 
 
Search in the Quran
Search in the Quran:
in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

Prayer Times For 6 Million Cities Worldwide
Country:

Search in the Hadith
Search: in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

English to Arabic to English Dictionary
Find word:
Exact Word / Starting Word Sub Word
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
www.SearchTruth.com

Quran Auto Reciter

Search in Quran and Hadith

Islamic Softwares

Azan Times

Read Quran Online

Listen Quran Online

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol