Həyat, AZANLA NAMAZ ARASI QƏDƏR SÜRƏR.
Loadtr.Com
   
  ƏLİ İBRAHİMOV
  Xəbərlər
 

Qay Yuli Sezar
Əli İbrahimov tarih 25.03.2012, 17:09 (UTC)
 Qay Yuli Sezar

GÖRƏRSİNİZ, BU SEZARDA BİR NEÇƏ MARİ MÜRGÜLƏYİR!

Romanın yaranmasından 693 il keçirdi.Əbədi şəhər böyük Pompeyin qələbəsini bayram edirdi.Əylənən adamlar arasında orta yaşlı,hündür boylu ,səliqəylə geyinmiş ağbəniz bir şəxs biganəliyi ilə diqqəti cəlb edirdi.Sanki onu nə romalıların triumf dedikləri bu təntənə,nə də müharibənin qənimətləri maraqlandırırdı.Yalnız legionların əzəmətli addım səsləri qəlbində əks-səda verir ,onu həyəcanlandırırdı.Ordu elə bir qüvvə idi ki ,istənilən bacarıqlı adamı hakimiyyətin ən yüksək pilləsinə qaldıra bilərdi.Bu yüksəklikdən hətta müqəddəs Olimp belə kiçik bir təpəciyə bənzəyirdi. Bu adam Qay Yuli Sezar idi.Gəncliyindən şöhrət və mənsəb arzusuyla yaşayan Sezarın hakimiyyət başına gəlmək üçün nə legionları ,nə də pulu vardı.

Hələlik Romada hakimiyyət Pompeyin əlində idi.Şəhərin ali idarə şurası olan Senatın binasında da onun möhtəşəm heykəli ucalırdı.Pompeylə rəqabətə girə bilən yeganə şəxs Spartak üsyanını yatırmış ən varlı romalı Mark Lisini Krass idi.Sezar başqaları kimi bu mənsəb sahiblərinə nə pərəstiş,nə də paxıllıq edirdi.O,yalnız öz gücünə arxalanırdı,onun gücü isə iti ağlında,əyilməz iradəsində və qələbə əzmindəydi.

Qay Yuli Sezar e.ə. 100-cü ildə doğulmuşdu.Əsil-nəcabəti ona yüksək mənsəb sahibi olmağa imkan verirdi.Lakin dikbaşlığı ucbatından o,Romanın qüdrətli hakimi Sullanın qəzəbinə düçar olmuşdu.Sezarın qohumu Mari Sullanın hakimiyyət uğrunda apardığı mübarizədə ən təhlükəli rəqibi idi.Uzaqgörən Sulla yeniyetmə gəncdə gələcəyin güclü şəxsiyyətini görür və ə`yanlarına: Görərsiniz,bu Sezarda bir neçə Mari mürgüləyir -deyə ehtiyatlı olmağı tapşırırdı.

Beləliklə,on səkkiz yaşlı Sezar İtaliyanı tərk etməli olur.Yolda o ,dəniz quldurlarına əsir düşür.Onlar 20 talant bac tələb edirlər.O vaxtın hesabıyla ,bu, çəx böyük pul olsa da,Sezar dikbaşlığından qalmır: Yə`ni məni belə ucuz tutursunuz? deyə girov pulunu 50 talanta qaldırır.Əsirlik qırx gün çəkir,Sezar isə sanki istirahətdəymiş kimi şe`r yazır,tez-tez xəyallara dalır amiranə tərzdə hamıdan sakitlik tələb edir.O hərdən quldurlara öz şe`rlərindən oxuyurdu,amma onlardan tə`rif və alqış eşitməyəndə əsəbləşir, kəmsavad və barbar adlandıraraq söyür,hamısını e`dam edəcəyini deyirdi.

Quldurlar bu qəribə gəncin hərəkətlərini qəhqəhə ilə qarşılayır,təlxəklik kimi qəbul edirdilər. Nəhayət ,Sezarın qohumları tələb olunan pulları gətirirlər və o ,əsirlikdən qurtarır.Azadlığa çıxmış Sezarın yubanmadan döyüş gəmiləri tutur,dəniz quldurlarını tə`qib edərək onları haqlayır və söz verdiyi kimi çarmıxa çəkərək e`dam etdirir.Bax,beləcə Sezar öz zarafat ını dəhşətli bir həqiqətə çevirmişdi.

Sullanın ölümündən sonra Sezar Romaya qayıtdı.Lakin burada avaraçılıq onu tez təngə gətirdi və o,Rodos adasına,məşhur ritorika müəllimi Apolloni Molonun yanına gedib ondan natiqlik sənətini öyrənməyə başladı.Sezar müasiri,məşhur natiq Siseron da bu sənəti məhz Apolloni Molondan öyrənmişdi.Deyilənə görə ,Sezar ritorikanın sirlərinə dərindən yiyələnmişdi və çox güclü natiq idi,lakin natiqlik onun məqsədi deyildi,bu sənət ona şöhrət qazanmaq və hakimiyyətə yiyələnmək üçün lazım idi.

MƏN ROMADA İKİNCİ OLMAQDANSA,BURADA BİRİNCİ OLMAĞI ÜSTÜN TUTURAM!

Bir il sonra Sezar yenidən Romaya qayıdır.Bu dövrdə o,artıq natiqlik sənətinə yiyələnmiş və xeyli həyat təcrübəsi qazanmışdı.Görkəmli patrisilərə-əsil-nəcabətli romalılara qarşı məhkəmə proseslərindəki ehtiraslı çıxışları,qara camaat üçün təşkil etdiyi səxavətli məclislər ona sadə xalqın rəğbətini qazandırdı.Sezarın gündən-günə artan şöhrətindən narahat olan bədxahları tez-tez Sullanın sözlərini xatırlayırdılar.Lakin Sezar yaxşı bilirdiki ,hakimiyyət uğrunda açıq mübarizəyə hələ hazır deyil,buna görədə şəhərli cavanlara məxsus ədalarla rəqiblərini çaş-baş salır-guya hakimiyyətə can atmadığını nümayiş etdirirdi.

Krassla dostlaşıb onun rəğbətini qazanan Sezar,nəhayətki,İspaniyanın canişini təyin olundu. İspaniyaya gedən yolda,kiçik əyalət kəndlərinin yanından keçərkən Sezarın ə`yanlarından biri soruşur :


-

Görəsən burada da adamlar vəzifə uğrunda bir -birini didirlər? -Bilmirəm,ancaq mən Romada ikinci olmaqdansa,burada birinci olmağı üstün tutardım!-deyə Sezar cavab verir. İspaniyada Sezar bir çox tayfaları ram edib,müharibədə qazandığı qənimətləri səxavətlə legionerlər arasında bölüşdürürdü.Onların alqışlarını eşidən Sezar birdən-birə anlamışdıki,hakimiyyətə gəlməkdə ona Romanın yoxsul camaatı yox,yalnız sədaqətli legionlar kömək edə bilər.Deyilənə görə,bir gün İspaniyada Herakl məbədinə gələn sezar burada Makedonyalı isgəndərin heykəlini görür və çox kədərlənir.Səbəbini soruşanda isə deyir:

-33 yaşında İskəndər,görün,necə ölkəni idarə edirdi,mən isə bu yaşa çatmışam,hələ bir şərəfli iş görməmişəm.

İtaliyaya qayıdandan sonra Sezar yenidən siyasi mübarizəyə qoşulur.O,Pompeylə Krassı barışdırıb onlarla müttəfiq olur.Beləliklə e.ə. 60-cı ildə Romada Pompeyi ,Krassı və Sezarı birləşdirən hakimiyyət- triumvirad deyilən üçlərin ittifaqı yaranır.Bu,gücün,qızılın və ağlın birliyi idi.Bu qüvvədən məharətlə istifadə edən Sezar e.ə.59-cu ildə Romanın hakimi-konsulu təyin olunur.Ənənəyə görə Romanın bir il ərzində iki konsul bərabər idarə etməli idi. Lakin Sezar işləri elə düzüb qoşdu ki,bütün hakimiyyət təkcə onun əlində cəmləşdi.İkinci konsul Sezarın qorxusundan evində gizləndi və konsulluq dövrünün sonuna qədər küçəyə çıxmadı.Romalılar həmin ili zarafatla Yulinin və Sezarın konsulluq ili adlandırırdılar. Konsulluğu dövründə Sezar Romada yeni binalar tikdirdi.O,romalılar üçün tez-tez məclislər qurur,qladiator döyüşləri təşkil edirdi. Bundan başqa, Sezar əmr etmişdiki şəhərdə baş verən yenilikləri və Roma Senatının məclislərindən hesabatları bina divarları üzərində həkk etsinlər.Bu yazıları ilk qəzetlərin sələfidə hesab etmək olar. Konsulluq dövrü sona çatdıqdan sonra Sezar Qalliyanın Romaya məxsus hissəsinin canişini təyin olundu. Səkkiz il ərzində o ,bütün Qalliyanı fəth etdi və Reyn çayını keçib uzaq Britaniyanın sərhədlərinə yaxınlaşan ilk Roma sərkərdəsi oldu. Bu qələbələr Sezara məğlubedilməz sərkərdə şöhrəti,qalaq-qalaq qızıl və legionların sədaqətini qazandırdı. Əskərlər onu əsl döyüş yoldaşı kimi sevir, Sezar isə öz nöbəsində müharibənin bütün çətinliklərinə onlarla bərabər qatlaşırdı-onlar yediyindən yeyir, əskər tonqalı yanında onlarla bir gecələyirdi.
Döyüşlərin birində bir dəstə legioner qiyam etmiş qalların mühasirəsinə düşdü.Sezar cəmi 7 min əsgərlə qarlı dağları,keçilməz meşələri ,düşmən hücumlarını dəf edib onu ümidlə gözləyən döyüşçülərinin köməyinə gəlmişdi.Bu keçid zamanı Sezar dəfələrlə ölümlə üz-üzə gəlmiş ,lakin ölümü əsgərlərin etibarını itirməkdən üsdün tutmuşdu.Çünki bu legionlarsız hakimiyyət arzusu boş bir xülya idi.

Sezarın Qalliyadaki qələbələrinin zirvəsi Aleziya şəhəri yaxınlığında qallarla döyüşü oldu.Bu döyüşdə Sezar 30-40 min romalıyla 470 minlik qall ordusunu darmadağın etdi. 1 ildən sonra isə bütün Qalliya zəbt edildi.

Sonralar Sezar Qall müharibəsi haqqında qeydlər əsərinda roma əskərlərinin şücayətini təsvir etdi.Bu əsər həmdə onun öz adını tarix üçün əbədiləşdirdi və yazıçı kimi də tanıtdı.Qalliyadaki qələbədən sonra Sezar artıq elə bir gücə malik idi ki,hakimiyyət uğrunda mübarizədə ona mane olan hər kəsi açıq döyüşə çağıra bilərdi.



PÜŞK ATILIB!

Qədim yunan tarixcisi Plutarx e.ə. 50-ci illərin Roma respublikasını açıq dənizdə yırğalanan yelkənsiz gəmiyə bənzədirdi.Çoxları belə hesab edirdiki, Romanı təkhakimiyətlilik xilas edə bilər.Diqtator simasında isə hamı Pompeyi görürdü.Krass hələ e.ə. 53-cü ildə şərqin ən güclü dövləti Parfiyaya qarşı müharibədə həlak olmuşdu. Lakin Sezar Roma siyasilərinin fikirlərini alt-üst etdi:artıq o,hakimiyyət uğrunda açıq-aşkar vuruşurdu.Son vaxtlar Sezar yunan dramaturqu Evripidin sözlərini tez-tez təkrar edirdi:

Bil ki, əməl etməlisən sən həmişə qanuna, Əgər onu pozursansa,poz hakimiyyət naminə.

Hakimiyyət Pompeyi yaman çaşdırmışdı,yaxınlaşan təhlükəni duymur,özündən razı halda fikirləşirdi ki,legionlar onun bircə işarəsinə bənddirlər;ayağını yerə vuran kimi bütun İtaliyanı tutacaqlar.

E.ə. 49-cu ildə Sezar bircə legionla Romaya doğru hərəkət etməyə başladı.O,Qalliya ilə İtaliyanın sərhəddində Rubikon adlanan çayın sahilində yürüşə fasilə verdi.Sezarın tərəddüdünü anlamaq olardı:Rubikonu Keçmək respublikaya qarşı açıq qiyam demək idi.

Deyilənə görə,Sezarın düşərgəsindən bir az aralı uca boylu ,yaraşıqlı bir gənc oturub tütək çalırmış.Döyüşçülər yavaş-yavaş onun başına toplaşırlar.Qəfildən o , əsgərlərdən birinin əlindən şeypuru alıb döyüş havası çalır və çaya atılıb o biri sahilə dogru üzməyə başlayır.

-İrəli,irəli Allahların iradəsi və düşmənlərin ədalətsizliyi bizi döyüşə çağırır.Püşk atılıb!-deyə Sezarda onun arxasınca suya atıllr.Bu səhnə cəsarətli,amma Allahlardan qorxan romalılara çox təsir edir.Onlar möcüzədən ilhamlanır Rubikonu keçirlər.Tədbirli Sezarın ağlından xəbərdar olanlar üçün bu möcüzənin kim tərəfindən düşünüldüyünü analmaq çətin deyil.Bu tarixi hadisədən sonra bir çox dünya qalqlarının dilində Rubikonu keçmək ifadəsi nəyə isə qəti qərar vermək mənasında işlədilir.Sezarın çevikliyi Senatı iflic vəziyyətinə saldı.Keyləşmiş Pompeyi hamı qınayır,istahsa ilə ona ayağını yerə vurmağı təklif edirdilər. Özünü itirən Pompeyçilər Balkanlara tərəf üz tutdular.Sezar paytaxda daxil oldu və özünü Romanın sahibi kimi aparmağa başladı.Xalq tribunu Sezara xəzinədən pull götürməyi isdədikdə o demişdi: -Silah qanunlarla hesablaşmır. Sonra isə tribunu ölümlə hədələyib əlavə etmişdi: Allaha and olsun,bunu etmək mənim üçün deməkdən daha asandır.Sezarla Pompeyin mübarizəsinin taleyi Balkanlarda həll olunurdu.Donanmanın köməyi olmadan Sezar öz ordusunu ərzaqla təmin edə bilmirdi.Lakin döyüşcülər mərdlik və cəsarətlərini itirmir,vuruşurdular.Bununla belə ilk döyüşdə pompey qələbə çaldı,amma Sezarı tam məğlub edə bilmədi.

Ağıllı bir manevrlə Sezar pompeyçiləri Donanmanın köməyindən məhrum etdi və Farsal şəhəri yaxınlığında sərfəli mövqe tutdu.Burada e.ə. 48-ci ildə həll edici döyüş baş verdi.Pompeyin 47 minlik piyada, 7 minlik süvari ordusuna qarşı Sezar 22 minlik piyada və 1000 nəfərlik süvari qoşunu çıxardı. Pompeyin süvari dəstəsi əla silahlanmış gənc roma kübarlarından ibarət idi. Onlar hücuma keçərkən qəflətən Sezarın əhtiyatda qalan leygionlarının əks zərbəsiylə üzləşdilər. Sezarın əmriylə zərbələr düşmənlərin sifətinə endirilməliydişcavan və gözəl romalılar sifətlərinin yaralanıb eybəcərləşəcəyindən qorxaraq qaçmağa üz tutdular.Hücum alınmadı, atlılar geriyə çəkilərək elə öz piyadalarını əzdilər. Sezar ordusunu əks-hücumu pompeyçiləri tamamilə darmadağın etdi.

Olan-qalan gücünü itirən Pompey Misirə qaçmağa məcbur oldu və orada fironun satqın əyanları tərəfindən öldürüldü.İskəndəriyyəyə gəlmiş Sezara yaltaq əyanlar Pompeyin başını göstərdilər.Lakin Sezar üzünü çevirdi və deyijənə görə hətta öz qüdrətli düşməninin cəsədi üzərində göz yaşı tökdü.Bu siyasətçi hiyləgərliyi idi,yoxsa səmimi peşmançılıq-indi heç kim bunu dəqiq deyə bilməz. Sezar bir çox Roma kübarlarını əvf etdi və hətta öz əhatəsinə yaxınlaşdırdı.Misirdə isə o,əyanların hakimiyyət uğrunda mübarizəsinə qarışıb cazibədar Kleopatranı taxt-taca oturtdu.

Tezliklə Sezar Asiyaya yürüş etdi və cəmi üç legionla elə birinci döyüşdə Pont kralı Farnaka qalib gəldi.Romaya məktubunda bu hadisəni o,üç kəlməylə təsvir etmişdi Veni ,vidi, vici

-Gəldim,gördüm , qələbə çaldım. Romaya qayıdandan sonra Sezar beş qələbəsini birdən bayram etdi.Əsgərlərə bahalı hədiyyələr,torpaq paylanır,qara camaata isə hər gün ziyafətlər verilir,tamaşalar göstərilirdi.Üstəlik vergiləri də azaltmışdılar. Artıq e.ə. 45-ci il idi.Sezarı Romanın qüdrətli hakiminə çevirən Rubikon keçidindən düz 4 il ötürdü...
BRUT,SƏN DƏ?!

E.ə. 44-cü ilin 15 mart səhəriydi.Dan yeri hələ sökülməmişdi.Sezar bütün gecəni oyaq qalmışdı.Nə idi onu narahat edən,qəlbini ağrıdan?Neçə müddət əvvəl bir falçı ona mart ayının ortalarında sui-qəsddən qorunmağı məsləhət görmüşdü...

...Sui-qəsd?!Bu kimin ağlına gələ bilərdi?Nankorlar...Mən axı müharibədən sonra hamınızı bağışladım,hamınızı mənsəb,vəzifə sahibi etdim.Pompeyin heykəlini Senatda saxlatdıran mən,bunları isə mənim pulların üstünə döyülən şəklim əsəbiləşdirir!Deyirlər,guya respublikanın qanunları pozulur.İkiüzlülər...Onlar ancaq öz hakimiyyətlərini bərpa etmək istəyirlər.Hələ bu qara camaatı demirəm...həmişə onlara qahmar çıxan mən,Sezar deyildimmi?Mükafatım nə oldu?Sədaqətli Mark Antoni başıma tac qoymaq istəyəndə alqış əvəzinə eşitdiyim bir-iki çəpik səsi oldu,ona görə tacdan da imtina etdim. Nanəciblər!!!Azadlıq istəyirlər!Nəylərinə lazımdır azadlıq-Forumda xırıldayana kimi qışqırmaq üçün,yalan danışmaq,bir-birini aldatmaq üçün?!Mən onlara sakit həyat,tox güzəran bəxş edirəm,onlar isə kif iyi verən hüquqlardan danışırlar.Eybi yox,tezliklə Sezarın qarşısında diz çökəcəksiniz!...Mən qüdrətli parfiyalılar üzərinə yürüş edib onları fəth edəcəyəm,öz legionlarımı Xəzərin sahillərindən və Qafqazdan keçirib Skif çöllərinə ,Almaniyaya aparacağam.Makedoniyalı İskəndərin yürüşlərini kölgədə qoyacağam.Romanın sərhədlərini Okeana qədər genişləndirəcəyəm.Bax,onda hamı,hamı Sezarı Romanın tək hakimi kimi tanıyacaq...

Sezar Romada 500 ilə qədər mövcud olan demokratiya ən`ənələrini pozurdu.Doğrudur,e.ə. 1-ci yüzillikdə Roma daha bu ənənələrlə yaşaya bilmirdi,lakin Respublika hələ təkhakimiyyətliliyi də qəbul etməyə hazır deyildi.

E.ə. 44-cü ilin martında Sezara qarşı sui-qəsd artıq hazır idi.Bu sui-qəsdin təşkilatçılarından biri vaxtilə Sezarın əfv etdiyi və özünə çox yaxın saydığı Mark Yuni Brut idi.Çevriliş arzusunda olanlar nə vaxtsa Romanın sonuncu çarı Tarkvinini devirən Brutu nəzərdə tutaraq divarlara Sən Brut deyilsən!sözlərini yazır,onu qıcıqlandırır və xəyanətə təhrik edirdilər.

Martın 15-i gəlib çatdı.Bir qədər tərəddüddən sonra Sezar,nəhayət ki,Senatda çağırılan vacib yığıncağa getməyə qərar verdi.Yolda o ,tanış falçıya rast gəldi və zarafatla ona dedi: Öz aramızdır,martın ortası gəldi ha.... Doğrudur,gəlib,amma hələ keçməyib-deyə falçı cavab verdi.

Sezar Senata daxil olub əyləşən kimi sui-qəsdçilər ona hücum etdilər.Əlbəyaxa vuruşma başladı.Sezar özünü müdafiə etməyə çalışırdı,amma qatillərin arasında Brutu görəndə əl-ayağı soyudu.

-Sən sə,övladım?Brut,sən də?-deyə toqasını başına çəkib daha müqavimət göstərmədi.Qatillər ona 23 bıçaq yarası vurdular.Sezar həmişə ona göz dağı olan Pompeyin heykəlinin ayaqları altında həlak oldu.

Ertəsi gün Brut Sezarın öldüyünü və Respublikanın bərpa olunduğunu camaata xəbər verdi.Lakin heç kəsdən səs çıxmadı.Bu o demək idi ki,Respublika hələ Sezarın ölümündən xeyli qabaq iflasa uğramışdı.

İllər keçəcək,Sezarın varisi Oktavian Avqust respublikaçıları məğlub edib dahi sələfin başladığı işi sona çatdıracaq,yeni idarəetmə sistemi –imperiya yaradacaq.Sezarın şərəfinə bütün Roma imperatorları adlarının önünə fəxrlə dahi sərkərdə və hökmdar Qay Yuli Sezarın adını əlavə edəcəklər.
 

TQDK sınaq və qəbul imtahanlarının günlərini təyin etmişdir
www.tqdk.gov.az tarih 18.03.2012, 04:31 (UTC)
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə qəbul imtahanlarının günləri təyin edilib. Aşağıdakı cədvəldə qeyd olunan imtahanlar və onlarla əlaqədar tədbirlərin bəzilərinin ilkin planı təqdim olunur:

Sınaq imtahanları
8, 15 (təkrar), 22, 29 (təkrar) aprel
6, 20 may (təkrar-rayonlarda), 3, 10 iyun



Ali məktəblərə ərizə qəbulu
10 aprel-16 may; təsdiq: 16 aprel-18 may


Rus bölməsi üzrə Azərbaycan dili imtahanının 1-cisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü
4 may (saat 18-00)



Rus bölməsi üzrə Azərbaycan dili imtahanı
1-ci 13 may (Bakı və bölgə mərkəzləri)
2-ci 24 iyun (Bakı)




Magistraturaya proqram seçimi
4-12 iyun (saat 11-00)

Magistratura 2-ci imtahan
24 iyun (Bakı, Naxçıvan, Gəncə)

Magistraturaya ixtisaslaşma seçimi
27-29 iyun


Ali məktəblərə qəbul imtahanı

III qrup 1 iyul

I qrup 8 iyul

IV qrup 14 iyul

II qrup 20 iyul









 

Makedoniyalı İsgəndər
Əli İbrahimov tarih 15.03.2012, 21:13 (UTC)
 Tirin işğalı və Misir yürüşü təqribən 2 il vaxt aparır. Bu müddətdə III Dara nəhəng bir ordu toplayır. O, öz ordusuna imperiyanın şərq hissəsinin bütün döyüşçülərini səfərbər edir. Qədim dünya hələ bu sayda bir ordu görməmişdi. Tarixçilər yazırlar ki, fars ordusunun sayı milyona çatardı. Müasir tədqiqatçılar də belə hesab edirlər ki, istənilən halda III Daranın ordusu makedoniyalılardan sayca on qat çox idi. Bu döyüşün onun taleyini həll edəcəyini yaxşı bilən III Dara ona yaxşı hazırlaşmışdı. O, Qavqamela kəndi (mənası «Dəvə tövləsi») yaxınlığındakı əlverişli düzənliyi döyüş yeri seçir. Makedoniya falanqasına zərbə endirmək üçün 200 döyüş arabası hazırlanmşdı. Həmin arabaların təkərinə kərənti bərkidilmişdi. Orduda Hindistandan göndərilmiş 500 döyüş fili də var idi. Əhəməni ordusuna təcrübəli və amansız Əhəməni satrapı Bess komandanlıq edirdi.

Bu döyüşdə də İsgəndərin sərkərdəlik istedadı özünü göstərir. Say və texniki üstünlüyünə baxmayaraq Əhəməni ordusu məğlub olur. III Dara kiçik bir dəstə ilə qaçır. İsgəndər onu təqib etmək üçün ardınca dəstə göndərir. Özü isə ordusunun başında Babilə daxil olur. Babil hakimləri şəhərin darvazalarını qaliblərin üzünə açırlar. Babil kahinləri isə İsgəndəri Babislitan padşahı elan edirlər. İsgəndər Babili öz dövlətinin paytaxtına çevirmək qərarına gəlir. Onun əmri ilə dağılmaqda olan Babil qülləsi sökülür və yerində daha əzəmətlisi inşa olunur. Babil ilahlarına qurbanlar verdikdən sonra İsgəndər öz yürüşünü davam etdirir. Hələ III Darının zəngin xəzinəsinin saxlandığı iki paytaxt şəhəri-Suz və Persepol tutulmamışdı.
Hökmdar hədiyyəsi. Suz şəhəri döyüşsüz ələ keçirilir. Persepol isə Fars əyalətində yerləşirdi. Oraya yalnız «Fars darvazası» adlanan dağ aşırımlarından keçən dar bir yolla getmək mümkün idi. Bu yolu III Daranın ordusunun qalıqları qoruyurdu. İsgəndər öz ordusunu iki dəstəyə bölür. Birinci dəstə dağ çığırları ilə farsların arxasına keçir. Siqnal verildikdən sonra hər iki Makedoniya dəstəsi farsların üzərinə hücum edərək «Fars darvazasını» tutur. Persepola gedən yol açılır. Fasrlar şəhərin müdfaiəsini təşkil edə bilmirlər. Nəticədə şəhər makedoniyalıların əlinə keçir.

Suzdakı dövlət xəzinəsində 50 min talant, Persepoldakında isə 120 min talant, təxminən 5 min ton qızıl var idi. Bu sərvət əsrlər boyu əsarət altında olan xalqların talan edilməsi nəticəsində toplanmışdı. İndi bu zəngin sərvət bütünlüklə İsgəndərin əlində idi.

Hökmdar bu saysız-hesabsız qənimətin bir hissəsini anası Olimpiadaya göndərir. Öz tərbiyəçisi Leonidə isə 500 talantıq ladan və 100 talantılq mirra göndərir. Ladan və mirra nadir ağacların qətranından hazırlanırdı. Onu məbədlərdə qurbankəsmə mərasimi zamanı yandırırdılar. Bu maddənin qiyməti çox baha idi. Bir dəfə uşaq yaşlarında İsgəndər odda yandırmaq üçün ladan götürmüşdü. Bunun üçün Leonid onu ciddi cəzalandırmış və demişdi:

-Yandırmaq üçün ətirli maddələri yalnız ölkələr işğal etdikdən sonra əldə edə bilərsən.

Bu hadisədən xatirə olaraq İsgəndər Leonidə belə bir hökmdar hədiyyəsi göndərmişdi.

İsgəndərin səxavəti və səhvi. Ümumiyyətlə İsgəndər öz səxavəti ilə həmişə fəxr edirdi. Bir dəfə dostu Perill öz qızına cehiz vermək üçün İsgəndərdən pul xahiş edir. Hökmdar ona 50 talant qızıl verir. Bu məbləğdən heyrətə gəlmiş Perill qışqırır:

-On talant artıqlaması ilə bəsdir!

-Sənə artıqlıması ilə bəsdir, -deyə İsgəndər cavab verir. Makedoniyalı İsgəndər üçün isə yetərli deyildir.

Bir dəfə hökmdar fiolsof Anaksarxa bildirir ki, nə qədər istəyirsə, o qədər qızıl götürə bilər. Tezliklə hökmdar əmlkaını idarə edən şəxs dəhşət içərisində İsgəndərin yanına gələrək filosofun 100 talant istəyidini bildirir.

-Düz eləyir, -deyə İsgəndər sakitcə cavab verir. O, bilir ki, onun istədiyini verə biləcək dostu vardır.

İsgəndər ona xahişlə müraciət edəndə sevinir, heç kimin xahişini cavabsız qoymurdu. İsgəndərin yaxınlarından olan Serapion bir dəfə də olsun hər hansısa bir xahişlə ona müraciət etməmişdi. Bir dəfə dostları ilə top oynayan İsgəndər görür ki, Serapion ona top ötürmür.

-Sən nə üçün mənə top ötürmürsən- deyə hökmdar soruşur.

-Axı sən istəmirsən,- deyə Serapion cavab verir.

İsgəndər onun eyhamını başa düşərək gülümsünür və Serapiona böyük məbləğdə pul verlməsi göstərişini verir.

Persepolda Əhəməni şahlarının sarayında İsgəndər İran üzərində qələbə münasibəti ilə ziyafət təşkil edir. Filippin köhnə dostu, yunanlarla makedoniyalıların ittifaqının qızğın tərəfdarı olan yunan Demarat öz ordusu ilə Persepola gələrək sevincindən ağlayır və deyir:

-Ellinlərin öz rəhbərlərinin düşmən taxtında əyləşməsi təntənəsini görməyən yunanlar gör necə səadətdən məhrumdurlar!

Afinadan gəlmiş və və ziyafət zamanı İsgəndərin yanında əyləşmiş məşhur gözəl Tais qədəhi əlinə alaraq qışqırır:

-Afinanın dağıdılmasına cavab olaq gəlin padşah sarayını yandırağın.

İçdikləri şərabın təsirindən İsgəndər və digər makedoniyalılar möhtəşəm saraya od vururlar. Bu İsgəndərin bağışlanılmaz səhvlərindən biri idi.

Bundan sonra İsgəndər III Daranın təqibini davam etdirir. Tezliklə ona xəbər çatır ki, fars ordusunun komandanı Bess III Daranı əsir götürmüş və özünü Əhəməni hökmdarı elan etmişdir. Makedoniyalı atlıları on bir gün sonsuz çöllərlə Bessi təqib edir və nəhayət ona çatırlar. Vəziyyəti belə görən Bess araba karvanını tərk edərək özünə sadiq döyüşçülərlə qaçıb gizlənir. Arabalardan birində İsgəndər III Daranın meyitini görür. Onun yanında yalnız sadiq iti qalmışdı. İsgəndər öz plaşını çıxararaq meyitin üstünə örtür. Sonradan onun əmri ilə III Dara hökmdara layiq dəbdəbə ilə dəfn edilir. III Daranın qatili Bess isə ələ keçirilərək edam olunur.

Hindistan səfəri. E.ə. 330-cu ildə Daranın və Bessin öldürülməsitndən sonra İsgəndən İran dövlətinin tam hüquqlu hökmdarına çevrilir. Makedoniyalı sərkərdələrin bir çox belə hesab edir ki, artıq müharibə qurtarmışdır və İsgəndər İran üzərinə xərac qoyaraq Makedoniyaya qayıtmalıdır. Lakin Makedoniya padşahı bu barədə heç düşünmək belə istəmirdi. O, öz ətrafına fars əyanlarını toplayır, al-əlvan fars paltarları geyinir, fars hakimlərindən birinin gözəl qızı Roksolona ilə evlənir. Onun toyu da fars adət-ənənəsi üzrə keçirilir. İsgəndər III Daranın qızı Statira ilə də evlənir.

Bütün bunlar qocaman Makedoniya əsilzadələrinin xoşuna gəlmirdi. Onlar deyirdilər ki, hökmdar öz vətəinini unutmuşdur, onu barbar ölkə ilə dəyişməyə hazırdır. İsgəndər qəbul zamanı fars adəti üzrə hüzurunda diz çökməyi və təzim etməyi tələb edirdi. Belə adəti azad makedoniyalılar özləri üçün təhqir hesab edirdilər. Onlar bir yerdə döyüşməyə və bir yerdə şənlənməyə adət etmişdilər.

İsgəndərlə dostları və tərəfdarları arasında münasibətlər getdikcə pisləşir. Ziyafətlərin birində İsgəndər olnunla mübahisə edən Qara Kliti nizə ilə vurub öldürür. Sərxoşluqdan ayıldıqdan sonra isə bu hadisədən çox peşiman olur, bir neçə gün tənhalığa qapılaraq ağlayır.
Hökmdarın yaxınları ilə münasibətinin pilsləşməsindən istifadə edərək ona qarşı iki sui-qəsd təşkil olunur. Bunlardan birinə sərkərdə Permanionun oğlu başçılıq edirdi. İsgəndər onu hərbi şuranın mühakiməsinə verir. Məhkəmə qocaman sərkərdənin oğlu barəsində ölüm hökmü çıxardıqda, İsgəndər onunla birlikdə ona və atasına sədaqətlə xidmət etmiş Permanionun da edam olunmasını əmr edir.

Fars döyüşçü dəstələr ilə tamamlanmış Makedoniya ordusu Hindistana yürüşə başalyır. Bir çoxları səfərə çıxarkən ümid edirdilər ki, bu yürüş sonuncu olacaq və onlar nəhayət doğma Makedoniyaya qayıdacaqlar. Makedoniya ordusu e.ə. 326-cı ildə Hind padşahı Porun torpaqlarına soxulur. Por böyük bir ordu toplayır. Onun sərəncamında 2000 döyüş fili də var idi. Gidasp çayı sahilində döyüş olur. Bu döyüşdə Por özü xüsusi igidlik göstərir. Fillər çoxlu makedoniyalı döyüşçünü tapdalayıb məhv edir. Lakin İsgəndərin süvari dəstələri düşmənə güclü zərbə endirərək onun arxasına keçirlər. Nəticədə makedoniyalılar döyüşü udurlar. Por ağır yaralanaraq əsir düşür.

İsgəndər hind padşahının igidliyini yüksək qiymətləndirir. Onu öz torpaq­larının hökmdarı kimi tanıyır və özünün Şərqə getmək niyyətini açıqlayır. Por izah edir ki, Şərqdə güclü orduya və döyüş fillərinə malik digər knyazlıqlar və padşahlıqların torpaqları yerləşir. Bu yol çox uzun və təhlükəlidir. Makedoniya ordusu da irəli getməkdən imtina edir. Bundan sarsılan İsgəndər bir neçə gün öz çadırından bayıra çıxmır. Bu vaxt onun sevimli atı Bukefal da ölür. Padşah öz sevimlisini dəbdəbə ilə dəfn etməyi və həmin yerdə onun şərəfinə Bukefaliya şəhərini salmağı əmr edir.

İsgəndər Hindistan səfərini yarımçıq qoyaraq geriyə qayıtmağa məcbur olur. Bundan sonra o, öz ordusunda qayda-qanun yaratmaq qərarına gəlir. O, elan edir ki, qocalmış və sağlamlığını itirmiş bütün əsgərlər mükafatalandırılacaq və Makedoniyaya yola salınacaqlar. Bu tədbiri makedoniyalılar kəskin etirazla qarşıladılar.

-Qocalar və gücsüzlər, deməli indi biz öz hökmdarımıza lazım deyilk! O, özünü farslarla əhatə edir, bizi isə evə göndərir. Biz gedirik, ancaq hamılıqla!-deyə döyüşçülər qışqırırlar.

Əsgərlərin qarşısına çıxan İsgəndər qəzəblə deyir:

-Siz kasıb, dəridən paltarlar geyinmiş dağlılar idiniz, özünüzü hətta frakiyalı və illiriyalılardan belə müdafiə edə bilmirdiniz. Mənim atam Filipp sizi ellinlər arasında birinci döyüşçü etdi. Mən isə sizləri çoxlü təhlükə və əziyyətlərdən sonra bütün Asiyanın sahibinə çevridim. İndi isə məni tərk edib getməklə hədələyirsiniz? Eybi yoxdur, Makedoniyaya qayıdın, qoy hamı görsün ki, siz öz hökmdarınızı məğlub edilmiş barbarların ümidinə qoyub gəlmisiniz!

İsgəndər öz ətrafından uzaqlaşır və bir neçə gün onların arasında görünmür. Bir müddətdən sonra o, fars əyanlarını yeni yaratdığı orduya sərkərdə təyin etməyə başlayır. Fars ənənəsinə görə onlara hökmdarın «yaxınları» titulu verilir. Bu xəbəri eşidən makedoniyalılar padşah sarayına toplaşırlar. Onlar silahlarını yerə tullayır, qışqırıb ağlayır və bağışlanmalarını xahiş edirlər. İsgəndər onların qarşısına çıxan zaman bir çox döyüşlərdə iştirakçı olmuş qocaman makedoniyalı döyüşçülər həyəcanla ona müraciət edirlər:

-Sən bizi özündən uzaqlaşdırır, farsları isə «yaxınların» adlandırırsan.

-Siz hamınız mənim «yaxınlarımsınız» deyə İsgəndər qışqırır və öz silahdaşlarını qucaqlayraq öpür.

Bundan sonra hökmdar evə qaytmaq istəyənlərin hamısını mükafatlandırır və onları yola salır. Qalanlar isə yeni səfərə hazırlaşırlar. İsgəndər gəmilərlə bütün Afrikanı dolanıb Aralıq dənizinə gəlməyi, İspaniya, İtaliya və Karfageni tutmağı planqlaşdırır. Artıq yunan mühəndisləri Babili dəniz limanına çevirmək üçün Fərat çayının enləndirilməsi və dərinləşdirilməsinə başlayırlar. İsgəndər Babili özünün dünya imperiyasının paytaxtına çevirmək istəyirdi.

E.ə. 323 –cü ildə İsgəndər qəflətən qızdırma xəstəliyinə tutulur. O, günü-gündən zəifləyir. Nə həkimlərin müalicəsi, nə də kahinlərin ibadəti ona kömək etmir. İyunun 10-da dünya fatehi vəfat edir.

Onun ölümündən dərhal sonra sərkərdələr arasında mübarizə başalyır. Əvvəlcə onlar padşahın meyitinə sahiblik, sonralar isə hakimiyyət və torpaq uğrunda vuruşurlar. İsgəndərin meyiti sərkərdə Ptolomeydə qalır. İmperiyanın bölüşdürülməsi nəticəsində ona verilmiş Misirə yola düşən Ptolomey İsgəndəri qızıl tabutda İsgəndəriyyə şəhərində dəfn edir.

Makedoniyalı İsgəndər qeyri-adi imkanlara malik olan nadir və bənzərsiz tarixi şəxsiyyətlərdəndir. O, yüksək fiziki keyfiyyətlərə- gjüclülük, çevikilik və sağlamlığa malik idi. Özü gözəl olmaqla yanaşı, gözəlliyi də qiymətləndirir, xeyirxahlığı və alicənablığı ilə seçilirdi. Ancaq həyatının son illərində hakimiyyətsevərliyi İsgəndərin xasiyyətində bir sıra dəyişiklərə səbəb olmuşdu.

Makedoniyalı İsjəndər görkəmli sərkərdə hesab edlir. O, nə kiçik, nə də böyük döyüşlərdə bir dəfə də məğlub olmamışdı. İsgəndər həm ordusuna komandanlıq edir, həm də həmişə ön sıralarda, ən təhlükəli yerlərdə döyüşürdü. Yunan və makedoniyalıların saysız-hesabsız qələbələri təkcə onun sərkərdəlik məharətinin deyil, həm də şəxsi igidliyinin, əldə silah rəşadətlə döyüşməsinin nəticəsi idi.
 

Oliver Kromvel
Əlisa Nİcat tarih 15.03.2012, 20:57 (UTC)
 Demək olar ki, müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel(Oliver Cromwell) Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin də yaradıcısıdır. O, Hantinqdonda zadəgan ailəsində doğulmuş, gəncliyində Avropa ölkələrində muzdlu döyüşçü kimi gün keçirmişdi. Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq etmişdir. Bir sərkərdə kimi isə o, dühasını çox gec — 40 yaşından sonra göstərmişdi. Əlbəttə, o vaxt İngiltərə parlamenti ilə kral I Karlın konflikti başlamasaydı, Kromvel bəlkə də Hantinqdonda öz zəmilərində əkinçiliklə məşğul olacaqdı. Lakin kral parlamenti buraxanda bir deputat kimi bu Kromveli də narazı saldı. Beləliklə, parlament tərəfdarları ilə royalistlər (kral tərəfdarları) arasında vətəndaş müharibəsi başlandı. Bu hadisə tarixdə çox vaxt İngiltərə Burjua inqilabı adlanır. Royalistlərdən fərqli olaraq parlament tərəfdarları uzun saç saxlamadıqlarına görə onları girdəbaşlar adlandırırdılar. Əvvəllər bütün qraflıqlarda toqquşmalar gedirdi. Sonralar bu könüllü hərbi dəstələr qruplaşaraq həlledici qüvvəyə çevrildilər. Əvvəl parlament dəstələri əsasən muzdlulardan ibarət idi. Hətta onların generalları da pulla tutulurdu. Buna görə bu dəstələr həvəssiz vuruşur, istədikləri vaxt döyüş mövqelərini tərk edirdilər. Nəhayət, müxalifət liderlərinin tələbi ilə az keçməmiş güclü nizamı parlament ordusu yaradıldı və onun ürəyini Kromvelin süvariləri təşkil edirdi.
İlk döyüş (23 oktyabr 1642) heç-heçə qurtarsa da, kral I Karl maneəsiz Londona daxil ola bildi. Lakin noyabrın 13-də yeni toqquşmadan sonra royalistlər məğlub oldu və kral Oksforda çəkildi.
1643-cü ilin sentyabrın 20-nə qədər ölkənin bütün qraflıqlarında baş verən toqquşmalarda gah bu, gah da digər tərəf üstünlük qazanırdı. 1643-44-cü illərdə isə üstünlük yavaş-yavaş parlament qoşunlarının tərəfində oldu. Lakin həlledici qələbə çalmaq tərəflərin heç birinə nəsib olmurdu. Bütün bu saysız toqquşmalardan bezən və bu yolla qəti qələbə əldə etməyin çətin olduğunu görən Kromvel yanvar-mart aylarında ümumi və lordlar palatalarından ordunun yenidən təşkil edilməsi haqqında qanun keçirdi və 22 minlik bir ordu formalaşdırdı. Elə o zaman da məşhur qırmızı mundir tətbiq edildi. Parlamentin qərarı ilə orduda yüksək rütbə daşıyan bütün zabitlər parlamentin üzvü səlahiyyətlərindən məhrum edildilər. 1645-ci ilin iyunun 14-də Neyzbidə I Karlın ordusu girdəbaşların baş komandanı Tomas Ferfaksın başçılıq etdiyi sağ cinahı əzib təqib etməyə başladı. Bundan istifadə edən Kromvel öz süvariləri ilə royalistlərin piyadalarına divan tutub çoxlusunu əsir aldı. Şahzadə Rupertin süvariləri geri qayıdanda girdəbaşların süvariləri ilə döyüşə girməkdən imtina etdilər. Nəticədə kral Lesterə qaçdı. Kromvel royalistlərin bütün artilleriyasını ələ keçirdi. 10 iyul döyüşündə isə kral I Karl bütün ordusunu itirib Şotlandiyaya mərhəmət apardı.
Ernest və Trevor Düpilər Uinston Çörçillin “İngilisdilli xalqların tarixi” əsərindən belə bir sitat gətirirlər: “İkinci vətəndaş müharibəsində kral, Lordlar Palatası, Ümumi palata, lendlordlar və ticarətçilər, şəhərlilər və kəndlilər, yepiskoplar və presviterlər, Şotlandiya ordusu, Uels əhalisi və Britaniya donanması, hamısı yeni tipli ordunun əleyhinə idi. Və bu ordu hamısının öhdəsindən gəldi”.
Kromvelin əleyhinə olan parlament üzvləri kralla danışığa girdilər. Bunu görən Kromvel Londona girib kralı həbs etdi və məhkəmə təşkil edib edam etdi. İngiltərədə krallıq ləğv edildi respublika elan olundu. Ancaq düpilərin yazığı kimi, bu daha çox hərbi diktatura idi. 1649-cu ildə royalistlər İrlandiyaya sığındılar və Kromvel bir-birinin ardınca İrlandiya şəhərlərinin əhalisini ucdantutma qılıncdan keçirib terroru başa çatdırdı. Kromvel Londona qayıtdı, bir az nəfəs dərib bu dəfə Şotlandiyaya girdi. İrlandiyaya etdiklərini burada da tətbiq etdi. Görünür, din adamları dinsizlərdən daha çox qəddar olur. Şotlandiyanı ram etdikdən sonra gözlənilmədən Kromvel ona təklif edilən krallıq taxtından imtina edib, özünü lord-profektor elan etdi və beş ildən sonra yenə gözlənilmədən vəfat etdi.
I Karlın Fransaya qaçan oğlu II Karl İngiltərəyə qayıdıb yeni kral seçildi. Kromvelin nəşi qəbirdən çıxardıb edam edildi və edam edildiyi yerdə də dəfn olundu.
Lakin parlamentin ölkə üzərində hakimiyyəti artıq əbədilik bərqərar olunmuşdu.

 

Napaleon Bonopart
Əli İbrahimov tarih 11.03.2012, 12:29 (UTC)
 Bir vaxt ardı ilə milyonları aparan, fransızları Avropaya qan uddurmağa vadar edən Napoleonun ölümü nədənsə mərhəmət coşqunluğu yaratmadı. Romantizm dövrü gəldikcə isə o, Don Juan, Faust və Prometey kimi qəhrəmanların sırasına qoşularaq mifik qəhrəmana çevrildi. Vandom meydanındakı sütun və triumfal arka Napoleon dövrünün simvolu kimi hələ də yerindədir.


Fransız olana qədər...

Fransanın dahi sərkərdəsi Napaleon Bonoparte Korsika adasında vəkil ailəsində anadan olub. 16-cı Lüdovik kasıblamış zadəgan ailələrinə pulsuz savad almaq imkanı verəndə Napoleonun bacı və qardaşları da bu imkandan istifadə elədilər. Kasıblar içində də ən kasıbı olan Napoleon Korsika patriotizmi və fransız zülmkarlarına qarşı ideyaları təbliğ eləyirdi. Hərbi məktəbi nailiyyətinə görə siyahıda 130 tələbədən 42-cisi kimi bitirərək artilleriya kiçik leytenantı rütbəsini aldı. Bu dövrdə o, özünü zadəgan sayaraq hələ də rəiyyətə nifrət eləyirdi. Napoleon Bonapart imzasını atdığı gündən o, özünü fransız saymağa başladı. Bir az sonra düşünəcəkdi ki, elə Fransanın özüdür...
Başına tac qoymuş inqilab

İnqilabın başında duran Napoleon sonradan imperatorluğa can atdıqca əslində bütün fransız krallarının və məşhur kardinal Rişelyenin arzusunu həyata keçirirdi. O, inqilaba tab gətirmiş köhnə rejimin ünsürlərini yeniləşdirərək inqilab və maarifçilik ideyalarına uyğunlaşdırmışdı. Napoleon son dərəcə mərkəzləşdirilmiş bürokratiya yaradaraq onu bir nəfərin əlində cəmləyə bildi. Bu monarxiya artıq ruhanilikdən, eləcə də kiçik burjuaziyadan asılılıqdan canını qurtarmışdı. Bir sözlə, böyük dövlət maşını işə düşmüşdü. Əvvəl 10 illik konsul oldu, sonra xələfini təyin etmək hüququ ilə ömürlük konsul. İmperator tacını başına taxanda isə ona «tac qoymuş inqilab» ləqəbi verdilər.
Napoleon təkcə Reyn çayının sol sahilinə qədər uzanan Fransanın imperatoru deyildi, həm də İtaliyanın sahibiydi. Qardaşları Jozef Neapolda, Lui Hollandiyada, Jerom Vestfaliyada kral idi. Qələbələrin ardınca gələn uğursuzluqların apofeozunda da onunla imperator kimi rəftar eləmişdilər: Korsikanın yaxınlığındakı Elba adası ona verilmişdi, imperator titulunu saxlamışdı, qoşunu, gəmiləri və saray əyanları da vardı. Amma sakit oturmağı bacarmayan Napoleon yenidən Fransanın üstünə yeridi. Xalq onu yenə də kralların düşməni kimi alqışlayırdı.
«Güc heç vaxt gülməli olmur»
Deyilənə görə, bir dəfə Napoleon postda yatan əsgərə rast gəlir. Dövrün qanununa görə həmin əsgər güllələnməliydi. Napoleon əsgəri oyatmadan onun silahını götürüb postda durur. Vaxt çatanda onun əvəz eləməyə gələn serjant görür ki, imperator postda durub, əsgərsə yatmaqda davam eləyir. Napoleon çox yaxşı anlayırdı ki, çiyninə tüfəng alıb postda duran imperator haqqında xəbər həmən dəqiqə yayılacaq. Belə sərkərdəyə görə ölmə getməzlərmi?
Rus çarı Aleksandr ilə birlikdə teatrda «Edip» tamaşasına baxdıqdan sonra Napoleon həmən gecə yuxuda görür ki, iri bir ayı onun sinəsini parçalayaraq ürəyini tikə parça eləyir. Bir qədər sonra Avropanın ayı adlandırdığı Rusiya üzərinə hücumundakı məğlubiyyətdən sonra o, bu yuxunu bir də yada salır. Çünki bu səfərdən sonra qurduğu imperiya parçalanmağa başlayır.
«Diktatora ölüm!»

Napoleon həyəcanlı ömründə dəfələrlə ölümdə üzbəüz qalsa da, hər dəfə sanki sehrliymiş kimi qurtula bilirmiş. Əlində bayraq qoşunun önündə gedəndə də, baş açılmaz xəstəlikdən saralıb qupquru qurusa da, tauna yoluxmuşların hospitalına getsə də, həmişə vəziyyətdən çıxış yolu tapılırdı. Elə bil ölüm özü «hələ vaxtı deyil» deyib ona yaşamaq şansı verirdi.
Napoleon qoşunu Misirdə atıb Fransaya dönəndə ölkəni idarə edən direktoriya onu fərari elan eləmişdi. Onu ölüm gözləsə də, heç kim xalqın sevimlisini qətlə yetirməyə ürək eləmir. Napoleonun həyatında belə bir epizod da var: Döyüş vaxtı imperatorun yaxınlığına fitili alovlanan bomba düşür. Qaçışıb gizlənən əsgərlərə görk eləməkçün Napoleon ata minib bombanın lap qənşərində durur. Partlayışdan atın içalatı yerə tökülsə də, Bonapartın heç burnu da qanamamışdı. Napoleon üçün hazırlanmış bombalar gah terrorçunun əlində, gah da o keçəndən sonra partlayır. Hətta özünü öldürmək cəhdləri də alınmırdı. Vaterloo döyüşünün uğursuzluğundan və taxt-tacdan imtina edəndən sonra Napoleon sianid kalium qəbul etsə də, ölə bilmədi. İki il cibində gəzdirildiyi üçün təsirini itirmiş zəhər ona səhərədək zülm versə də, subh tezdən günəş çıxan kimi Napoleon da ayağa qalxmışdı.
«Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır»

«Mən taxtda olarkən lütfkarlığımı saxlaya bilmişəmsə, siz fransızlar buna görə Jozefinaya minnətdar olmalısınız. Onun incəliyi və nəvazişi mənim xasiyyətimi yumşaldaraq dəliliyimi ram edə bilirdi».
Onlar tanış olanda Napoleon Fransanın tanınmış adamı, Jozefina Boqarne isə iki uşaq anası, kübar cəmiyyətin gözü və azad dul qadın idi. Evlənmək təklifini qəbul edəndə qadının 32, Napoleonun isə 26 yaşı vardı. Toy hədiyyəsi olan göy yaqut qaşlı üzüyün iç tərəfində yazılmışdı: «Bu, taledir!». Amma toydan iki gün keçmiş Napoleonun təzə gəlini qoyub cəbhəyə getməsi elə bil ki, onların bütün ailə münasibətlərinin təməlini qoyur. Sevgilisindən uzaqlaşdıqca hər dəfə atları dəyişməkçün dayananda Jozefinaya növbəti məktub yazılırdı: «Mən and içmək istəyəndə əlimi sənin portretini saxladığım sinəmin üstünə qoyuram. Sən gələcəksən, eləmi? Mənim yanımda olacaqsan?! Tez gəl!...Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır. Bu bıçaqları daha da dərinə soxma, yalvarıram… Sən 6 aydır ki, mənim portretimi belə əlində tutmursan… Bax, bir az da geciksən, məni xəstə tapacaqsan!.. Əgər məni sevmirsənsə, bu dünyada yaşamağımın mənası yoxdur...»
O isə gəlib çıxmaq bilmirdi. Əsgərlərlə bərabər döyüş meydanlarında yaşamaq Jozefinanın ürəynicə deyildi. Tarixçilər «Napoleon növbəti dəfə qoşunu qoyub getdi» yazanda o, Jozefinanın görüşünə qaçırdı. Jozefina isə Jozefina arabir xəyanətlərinin sayından bezmiş Napoleonun qapısının ağzında ağlayıb səhərəcən üzr diləməli olurdu.
Respublikaya varis lazımdı!

Böyük siyasət, daimi səfərlər, müharibələr onların «ailə» həyatının ayrılmaz hissəiydi. Əvəzində Napoleon zinət əşyalarını çox sevən Jozefinaya qiymətli hədiyyələr edərdi. Tacqoyma mərasimində Jozefina üçün hazırladığı dəfnə budaqları formasında duadema 1040 brilyantla bəzənmişdi. Bu forma 200 il ərzində dəbdən düşmədi.
Şahidlərin dediyinə görə onların davaları eyni ssenari üzrə olurdu: Napoleon mebeli və Jozefinanın çox sevdiyi zinət əşyalarını sındırıb ora-bura tullayır, Jozefina isə enli çarpayıya üzüqoyulu sərilib hönkürür. Səhər başqa imperatorlardın fərqli olaraq bir otaqda yatan cütlüyün yataq otağından şən gülüş səsləri gəlir, qapı açılandan kandarda saçı-başı pırtlaşıq, amma xoşbəxt imperator görünürdü...
Jozefina uşaq doğa bilsəydi, onlar heç ayrılmazdı. Respublikaya varis lazımıydı. Qəlbinin dərinliyinə qədər hələ də əsgər olan Napoleon vəziyyətlə barışmalı və qərara gəlməliydi.

Cavanlıq və bakirəlik tələsi

İmperiyanın maraqları naminə sevimli qadını Jozefina ilə ayrılaraq Avstriya imperatorunun qızı Mariya-Luiza ilə evlənir. Mariya Luiza uşaqlıqdan dövlət maraqlarına xidmət edəcək nikaha hazırlanırdı. Napoleon arvadını dəmir barmaqlıqlar arasında saxlamaq fikrindəydi. Jozefinanın yüngüllüyü ona dərs olmuşdu. Amma xanımının otaqlarını bəzəməkçün ləvazimatı, geyimi, zərgərlik məmulatlarını, qab-qaşığı da şəxsən özü seçirdi. Gəlinin toya gəlməsini gözləməyə səbri çatmayan Napoleon korteji gözləməyərək özü Mariya-Luizanı qarşılamağa çıxmışdı. Napoleon kilsədəki və kubar nicah mərasimlərini gözləməyə də səbri çatmadı....Yeni arvadının cavanlığı və bakirəliyi ona xüsusi ləzzət vermişdi.
O, çox çalışırdı ki, yaxşı ər olsun, arvadını teatrlara, ballara, hətta ova da aparırdı. Onun zəhmətini yerə vurmayan Mariya-Luiza əvəzində Napoleona oğul hədiyyə elədi. Napoleon arvadını imperatriçə, kraliçə və imperiyanın regenti elan elədi. Napoleon Elba adasına sürgün edilən kimi bu qadın oğluyla birgə Vyanaya qayıdaraq öz həyatını yaşamağa başladı. Onu adada gözləyən və Avstriya imperatoruna məktubunda arvadını və oğlunu tələb edən Napoleon əmin idi ki, Mariyanı buraxmırlar. Mariya-Luizanın nikahdan kənar ikinci uşağa hamiləliyindən xəbəri yox idi. Napoleonun vəsiyyətinə görə öləndən sonra ürəyini ikinci arvadı Mariya-Luizaya göndərməliydilər. Amma nə qədər ki, ürəyi döyünürdü o, Jozefinanı düşünürdü...

Yenə Sənsiz...

Napoleonla boşanandan sonra Jozefina Evre ətrafına köçüb zəngin həyat yaşamağa başlamışdı. O istədiyi hər bir şeyi əldə eləmişdi: Yelisey, Malmezon və Navarra malikanələri, illik 3 milyon renta, əvvəlki kimi titul, gerb, mühafizə və hörmət. Napoleon üçün verdiyi saraylar heç nə idi. O, ayrılığı daha baha qiymətə, öz göz yaşlarıyla almışdı. Atdığı arvadının həyatının xırda detallarıyla hələ də maraqlanan Napoleon məktubu məktuba calayırdı. Amma Malmezona gələndə heç vaxt Jozefinanın otağına keçməz, ətrafdakılara «keçmiş arvadını məşuqəsi kimi saxlayır» deməyə imkan verməzdi. Jozefinanın oğlu Yevgeni sonradan İtaliyanın vitse-kralı, qızı Qortenziya isə Holland kralı Lüdovik Bonapartın arvadı və 3-cü Napoleonun anası olur.

«Məşhurluq da nimdaşlaşır»

Napoleon təbabətə inanmırdı, ona görə də həmişə müalicədən imtina edərdi. Ondan soruşanda ki, «Siz fatalistsiz, qəzavü qədərə inanırsınızmı?» — belə cavab vermişdi: «Əlbəttə! Taleyin dediklərinə həmişə qulas asmaq lazımdı. Nə yazılıbsa, o da olacaq!». Sona yaxın müalicədən imtina eləməsini heç gür anlamayan həkiminə «Başa düşürsüz, mən xəstəlikdən ölmək istəyirəm» demişdi. Ölümünə az qalmış Napoleonun xidmətçiləri göydə düşən komet görmüşdülər. Bunu eşidən imperator çığırmışdı: «Komet Sezarın ölümünü qabaqcadan bildirmişdi, mənim ölmümü də xəbər verir! ».
Sona yaxın Napoleon birdən-birə iştah açdı, bir az meyvə yeyib şampan içdi. Sabahısı vəziyyəti ağırlaşanda hava almaqçün onu əlləri üstə bayıra çıxarmaq təklifini eşidəndə «Yox, mən öləndə sizin belə imkanınız olacaq, hələ ki, mənə dəstək olsaz kifayətdi» demişdi.
Napoleon öləndə ağzından bir kəlmə çıxdı: «Jozefina...»

«Uğur dahiləri izləyir»

Həkimlərin diaqnozuna görə, Napoleon mədə xərçəngindən vəfat eləmişdi. Amma ölümündən sonra şayiələr gəzməyə başladı ki, guya onu zəhərləyiblərmiş. 20-ci əsrdə Napoleonun saçını xüsusi avadanlıq vasitəsilə tədqiq edəndə saçın tərkibində «mışyak»ın normadan 13 dəfə artıq olduğunu ortaya çıxarmışdılar. Bu zəhəri ona uzun müddət, az dozalarda verirmişlər. Başqa bir versiyaya görə, zəhər Napoleonun bədəninə mışyak tərkibli yapışqanı olan yaşıl rəngli sevimli divar kağızından da keçə bilərdi. Adaya gələn kimi sürətlə kökəlməsi də mışyakla zəhərlənmənin simptomlarından biri sayılır. Bəzi alimlərsə Napoleonun kökəlməsini onun sona yaxın harmonal xəstəliyin olmasıyla bağlayırlar. Guya onun qanında qadın harmonları kişi harmonlarını üstələməyə başlamışdı.
Aforizmlərı:
Yoxuşa qalxanda dayanmaq olur, enişdə isə mümkün deyil.
Mümkün deyil ifadəsi ağmaqların lüğətindən götürülüb.
Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar.
Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.


 

Xeyrəddin Barbaros
Əli İbrahimov tarih 11.03.2012, 11:58 (UTC)
 Xeyrəddin Barbarossa (Barbaros Hayreddin Paşa və ya Hızır Hayreddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Hızır Reis— Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Suleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəis qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar.
Xızır ve Oruc qardaşları 1516 ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq sultan Səlim Yavuz də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516-1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518 ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər. Bu savaşda İshaq Rəis və Oruc Rəis öldürüldü. Elə həmin il Xızır Rəis Yavuz Sultan Səlimin adına pul buraxdırıb xütbə oxutduraraq ona bağlılığını bildirdi. Yavuz Sultan Səlim də Xızır Rəisi Əlcəzair Bəylərbəyliyinə təyin edərək onu himayəsi altına aldı.

Xeyrəddin Barbarossa (Barbaros Hayreddin Paşa və ya Hızır Hayreddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Hızır Reis— Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Suleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəis qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar.

Xızır ve Oruc qardaşları 1516 ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq sultan Səlim Yavuz də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516-1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518 ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər. Bu savaşda İshaq Rəis və Oruc Rəis öldürüldü. Elə həmin il Xızır Rəis Yavuz Sultan Səlimin adına pul buraxdırıb xütbə oxutduraraq ona bağlılığını bildirdi. Yavuz Sultan Səlim də Xızır Rəisi Əlcəzair Bəylərbəyliyinə təyin edərək onu himayəsi altına aldı.

1519 ildə o, İspaniya donanmasını məğlubiyyətə uğratdı. Əlcəzairi buraxaraq Şərşəl adalarına çəkildi.1520-1522 illər arasında Avropanın Aralıq dənizi limanlarına hücum edərək böyük qənimətlər əldə etdi. 1530-cu ildə Əlcəzairi yenidən ələ keçirdi. 1531 ildə Şərşələ basqın hazırlayan genuyalı admiral Andrea Dorianı məğlubiyyətə uğratdı. 1534 İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin il Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisi buraxmaq məcburiyyətində qaldı. 1536 ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536 ildə Egey dənizindəki Venetsiya koloniyalarını Osmanlı topraqlarına qatdı. 1538-ci ildə Preveze Dəniz döyüşündə səlibçilərin donanmasını məğlub etdi. Tulonda Osmalının müttəfiqi olan fransız donanmasıyla birləşərək 1543 ildə Müqəddəs Roma imperiyasına qalib gələrək Nitsanı ələ keçirdi. 1544-cü ildə İstanbula qayıtdı.
Həyatının son illərini İstanbulda yaşamış və Beşiktaş məhəlləsindəki türbəsində dəfn edilmişdir. Uzun illər Bosfor boğazından çıxan türk gəmiləri onun dəfn olunduğu yerin yaxınlığından keçərkən onun şərəfinə hərbi salam verir, gəmi heyəti isə ruhuna dua oxuyurdu.

 

<- Geri  1  2  3  4  5  6  7  8 ... 12Devam -> 
 
 
Search in the Quran
Search in the Quran:
in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

Prayer Times For 6 Million Cities Worldwide
Country:

Search in the Hadith
Search: in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

English to Arabic to English Dictionary
Find word:
Exact Word / Starting Word Sub Word
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
www.SearchTruth.com

Quran Auto Reciter

Search in Quran and Hadith

Islamic Softwares

Azan Times

Read Quran Online

Listen Quran Online

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol