Həyat, AZANLA NAMAZ ARASI QƏDƏR SÜRƏR.
Loadtr.Com
   
  ƏLİ İBRAHİMOV
  Xəbərlər
 

Zəngəzur aslanı, yaxud ermənini gözündən vuran bəy oğlunun faciəli sonu
Əli İbrahimov tarih 06.02.2013, 19:09 (UTC)
  Həmin dövrdə Azərbaycan Demokratik Cümhuriyyəti ən ağır günlərini yaşayırdı. Bir tərəfdən daxildəki qüvvələrin xəyanəti, o biri tərəfdən erməni daşnaklarının bütün ölkə boyu törətdikləri qanlı qətliamlar, digər yandan da Rusiyadan əsən bolşevizm küləkləri və bu havaya uyan bolşeviklərin əməlləri gənc Respublikanı ölüm-dirim savaşı qarşısında qoymuşdu.


«Sıra Qarabağın olacaq!»

Daha gərgin vəziyyət daşnak hökumətinin ciddi-cəhdlə sahiblənmək istədiyi Qarabağda, Zəngəzurda, Naxçıvanda yaranmışdı. Bu baxımdan gənc Cümhuriyyətin üzləşdiyi həmin çətin durum təbii ki, Azərbaycan Parlamentində də müzakirə olunurdu. 1920-ci il yanvar ayının 21-də parlament üzvlərindən birinin Qaryagindən Bakıya - rəhbərliyə ünvanladığı teleqramdan oxuyuruq: "Zəngəzur qəzası dördüncü gündür ki, erməni dəstələri nizamlı qoşun hissələri ilə birgə Qubadlıdan Xocahana qədər 50 verstlik məsafəni artilleriya və pulemyot atəşlərinə tuturlar. Dinc əhali arasında xeyli qurbanlar var… …Azərbaycanın bu gözəl guşəsini tamamilə məhv olmaq təhlükəsindən xilas edin! Zəngəzurdan sonra sıra artıq Qarabağa gələcək! Bütün itkilərə görə Azərbaycan xalqı və bütün türk xalqları qarşısında siz məsuliyyət daşıyırsınız!"


Bu teleqramı göndərən şəxs Azərbaycan Demokratik Respublikası parlamentinin Zəngəzur qəzasından olan millət vəkili Cəlil bəy Sultanov idi. Onun parlamentdəki çıxışlarının birinin stenoqramından isə oxuyuruq: "…Zəngəzurda daşnaklarla mübarizəni yalnız qəzadakı yerli qüvvələr aparırlar".


Cəlil bəy Sultanov çıxışında "daşnaklarla mübarizəni qəzadakı yerli qüvvələr aparırlar" dedikdə bu bölgədə daşnak ordusu ilə vuruşan, müqavimət hərəkatına rəhbərlik eləyən Aslan bəy Sultanovu və onun hərbi qüvvələrini nəzərdə tuturdu.


Dosye

Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov. 1888-ci ildə Zəngəzur qəzasının Qubadlı bölgəsində Hacılı kəndində anadan olmuş, ilk təhsilini kənddə əmisi oğlu Həsən bəyin müdir olduğu dördillik rus məktəbində almışdır. Aslan bəy Sultanov sonradan Qori seminariyasını, ardından Rusiyada ali hərbi məktəb bitirmişdir. Böyük təşkilatçılıq qabiliyyətinə, fenomenal hərbi istedada malik olmaqla yanaşı, həm də fərd olaraq son dərəcə cəsarətə və döyüşkənliyə sahib Aslan bəy Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə Zəngəzur qəzasının mahal pristavı vəzifəsində çalışmışdı. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası Mərkəzi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun əmriylə Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilib.


Niyə məhz Sultanov?

Aslan bəy Sultanova verilmiş Fövqəladə Komissarın Mandatında yazılıb: "Bu mandat sahibi yoldaş A.Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilir. Azərbaycan Respublikası Mərkəzi Hakimiyyətinin nümayəndəsi kimi ona bu qəzaların ərazisində fövqəladə və məhdudiyyətsiz səlahiyyətlər, yəni vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəsi həbs eləmək, istintaqa cəlb etmək, həmçinin qurumların təşkili kimi hüququ verilir. Bütün partiya, təşkilatları, idarə və müəssisələr, hərbi təşkilatlar yoldaş Aslan Sultanovun əmrlərini sözsüz yerinə yetirməlidirlər. Onun əmrlərinə qarşı çıxan hər kəs dərhal həbs olunmalı və İnqilabi Tribunala verilməlidir".


Mandatdan da göründüyü kimi, Aslan bəy Sultanov böyük bir ərazidə mülkü və hərbi sahədə fövqəladə şəkildə geniş səlahiyyətlərə malik bir dövlət rəsmisi olmuşdu. Maraqlıdı, görəsən, keçmiş müsavatçıya, Müsavat hakimiyyəti dövründə Zəngəzur qəzasının qəza mahal pristavı, yəni qəzaya daxil olan rayonların bütün pristavlarının rəhbəri olan Aslan bəy Sultanova göstərilən bu etimad nəylə bağlı idi? Onu da unutmayaq ki, Aslan bəy Sultanov həm də böyük, nüfuzlu bir zadəgan nəslinin nümayəndəsi idi və nəsil-nəcabəti Zəngəzurun məşhur soylarından birinə mənsub idi. Həmin dövrə nəzər salsaq, görərik ki, yüksək vəzifələrə ancaq Kommunist Partiyasının üzvləri olanlar irəli çəkilirdilər. Bütün bunlar onu deməyə əsas verir ki, əslində, bolşeviklər Aslan bəyi sinfi düşmən kimi məhv eləməli idilər. Ancaq yox... Yaddan çıxarmayaq ki, Sovet hakimiyyətinin qurulduğu ilk illərdə bunu eləmək o qədər asan məsələ deyildi. Ən azından, Sultanovlar nəslinin şanlı-şərəfli keçmişləri, sadə Qarabağ və Zəngəzur camaatı arasında böyük hörmətləri, nüfuzları vardı. Deməli, Sultanovun şəxsiyyəti və nüfuzu Sovetləri bu işə vadar eləmişdi. Ona görə də, tələsmədən, əvvəlcə Sultanovlar soyunun əcdadları və ayrı-ayrı nümayəndələri barədə məlumata diqqət edək.


Sultanovların şəcərəsi…

Tədqiqatçı Ənvər Çingizoğlu özünün "Püsyan eli" adlı fundamental araşdırmasında yazır ki, Sultanovlar soyunun ulu babası XVII əsrin sonlarında yaşamış, sonradan «sultan» rütbəsi almış Məhəmməd bəy Püsyandır. Hacı Məhəmməd Sultanın törəmələri bəylərbəylik alaraq, xanlıq dönəmində Püsyan, rus üsuli-idarəsi dövründə isə Sultanov soyadını daşıyıblar. Kərbəlayi Hüseynin Aslan bəy da daxil dörd oğlu olmuşdur ki, onların hamısı dövrlərinin gözüaçıq, ziyalı adamları kimi ad çıxarmışdılar.


Sultanovlar soyadının digər məşhur simaları isə Aslan bəyin əmisioğlulları idi. Bunlardan birinin - Azərbaycan Cümhuriyyəti Parlamentinin millət vəkili, Cəlil bəy Sultanovdan artıq bəhs etdik. Aslan bəy Sultanovun digər əmioğulları - Xudabaxış bəy Sultanov Qəza İnqilab Komitəsinin sədri, Behbud bəy Sultanov istintaq komissiyasının üzvü, İsrafil bəy Sultanov Qəza milis idarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsində çalışırdılar. Onu da qeyd edək ki, adları çəkilən Sultanovların hamısı hələ inqilabdan əvvəl də bölgədə böyük nüfuz sahibi olan insanlarıydılar və Aslan bəy də təbii ki, həmin mürəkkəb, hər kəsə inanmağın çox çətin olduğu dövrdə mandatının verdiyi səlahiyyətlərə uyğun şəkildə belə məsuliyyətli vəzifələri yaxından tanıdığı bu şəxslərə etibar eləyə bilərdi. Aslan bəy Sultanovun digər əmisioğlu isə Müsavat Hökumətində Dəniz Naziri vəzifəsini tuta-tuta bolşeviklərlə əlbir olan məşhur inqilabçı Çingiz İldırım idi. Çox maraqlıdı ki, nə Aslan bəy, nə də digər əmioğulları əsasən siyasi əqidəyə, kommunistlərə münasibətə görə Çingiz İldırımla heç vaxt yaxın olmayıblar.


Sərrast atıcı…

Müsavat Hakimiyyəti süqut etdikdən sonra da Zəngəzurda erməni daşnaklarına qarşı özünün hərbi qüvvələri hesabına qəhrəmanlıqla savaşan Aslan bəy faktoru XI Qırmızı Ordu Komandanlığını və mərkəzi hakimiyyəti onunla hesablaşmaq zorunda saxlamışdı. Mərkəzdə hamı anlayırdı ki, daşnaklarla mübarizədə Aslan bəyin qüvvəsinə arxalanmadan qələbə qazanmaq çox çətin olacaq. Bu məsələdə təbii ki, elə ancaq adı gələndə daşnakları qorxuya salan Aslan bəy Sultanov xofu da vardı. Belə ki, Aslan bəy Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, öz qüvvəsi və nüfuzu ilə Zəngəzurda erməni vəhşiliyinə, erməni təcavüzünə qarşı savaşlarda həmişə ön sırada olub. Belə qəhrəmanlıqlardan biri 1920-ci ilin may ayına təsadüf edir. Həmin vaxtlar Andronik daşnak hökumətinin başçısı Njdeni daha da gücləndirmək üçün qəddarlığı ilə ad qazanmış, əli minlərlə müsəlmanın qanına batmış general Manuku hər cür silah-sursatla təchiz olunmuş orduyla Zəngəzura göndərir. Manukun ordusu Laçının Zabux dərəsi deyilən yerinə yaxınlaşanda, bunun necə böyük təhlükə olduğunu anlayan Laçınlı Soltan bəy adamlarını Aslan bəy Sultanovun yanını göndərir və qüvvələri birləşdirib Manuka qarşı birgə savaş açmağı təklif edir. Aslan bəy Zabux dərəsinə üz tutur və birləşmiş qüvvələrin birgə döyüş planını hazırlayır. Səhər isə heç kimin gözləmədiyi bir hadisə baş verir. Sübh tezdən düşmən ordusunun yerləşdiyi ərazini nəzərdən keçirməyə gedən Aslan bəy uzaqdan günəş şüasının nəyinsə üstünə düşüb parıldadığını görür. Hərbçi Aslan bəy bu işartının durbinin şüşəsi olduğunu, durbin sahibinin isə komandir, yəni Manuk olduğunu anlayır. Beləcə, sərrast atıcı olan Aslan bəyin xeyli uzaq məsafədən durbinin işartısıyla hesablayıb atdığı güllə daşnak Manukun həyatına son qoyur. Erməni qoşunlarının arasına çaxnaşma düşür, Aslan bəy Sultanov vaxt itirmədən hücum əmri verir. Bu döyüşdə Aslan bəyin gülləsiylə başsız qalmış düşmən ordusu darmadağın edilir, xeyli silah-sursat, hərbi qənimət əldə edilir. Bu döyüşün sorağı daşnaklar arasında böyük həyəcana səbəb olur, bütün Ermənistan Manukun belə biabırçı ölümünə yas saxlayır... Aslan bəy daşnaklarda bax belə xof yaratmışdı...


Beləcə, bu kimi onlarla irili-xırdalı döyüşlərdən qalibiyyətlə çıxmış Aslan bəy Sultanovun daşnaklarla mübarizədə nə qədər lazımlı olduğu 1920-ci il sentyabr ayının 18-də Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Təşkilat Komitəsinin birgə iclasında müzakirə olunur. Nəriman Nərimanovun, Dadaş Bünyadzadənin, müdafiə və dəniz komissarı Əliheydər Qarayevin də iştirak elədiyi elə həmin iclasdaca qərara alınır ki, mərkəz və XI Qırmızı Ordu Komandanlığı bu ağır şəraitdə Aslan bəy Sultanovla birləşsin".


«Düşmənimin düşməni mənim dostumdu…»

Beləliklə, XI Qırmızı Ordunun komandanlığı tərəfindən Zəngəzurda daşnaklara qarşı müharibə aparmaq missiyası ilə Zəngəzura ezam olunmuş general Semyonov Aslan bəylə görüşür, onu inandırır ki, yeni yaranmış Sovet Hökuməti Azərbaycan Demokratik Cümhuriyyətindən daha demokratdır. Aslan bəy həm də siyasi məsələlərdən baş çıxaran bir insan idi. Onun daşnaklara qarşı apardığı mübarizə 28-ci diviziyanın planları ilə üst-üstə düşürdü. O, tamamilə haqlı olaraq «düşmənimin düşməni mənim dostumdu» prinsipini qəbul eləyərək fəaliyyətə başladı. Onu da xatırladaq ki, yerli qəza hökumətini təşkil eləmək də bolşeviklər arasında nüfuz sahibi olan Çingiz İldırıma yox, kommunist partiyasının üzvü olmayan, heç zaman da olmayacaq Aslan bəyə tapşırılır. Aslan bəy bu səlahiyyətdən istifadə eləyərək ətrafına kommunist olmayan, inandığı əqidə yoldaşlarını yığaraq yerli qəza hökumətini təşkil edir. İlk dövrlər, daha doğrusu Nəriman Nərimanov başda olmaqla Mərkəzi Hakimiyyət rəhbərlərinin verdikləri sözə əməl eləyəcəkləri ana qədər lazımi işlər görülür, Aslan bəyin hərbi istedadı sayəsində böyük uğurlar qazanılır, Zəngəzurda daşnaklara qarşı uğurlu əməliyyatlar həyata keçirilir.


O dövrdə Aslan bəyin özünün də "Zəngəzurun partizan hərəkatı" adı ilə tanınan özünümüdafiə qüvvələri vardı ki, bu iki hərbi qüvvənin daşnaklara qarşı birgə müharibə planı hazırlanır. Qırmızı Ordunun Aslan bəyin qüvvələri ilə birləşməsindən təşvişə düşən Nijde hiyləyə əl atmağı qərara alır. O, öyrədilmiş yaşlı erməni kişilərini və qadınlarını gül-çiçəklə, duz-çörəklə general Semyonovun yanına göndərərək Sovet hakimiyyətini qəbul etdiklərini, silahlı müqavimət göstərməyəcəklərini bildirirlər. Semyonov daşnakların bu təklifinə inansa da, Aslan bəy bunun bir erməni hiyləsi olduğunu bildirir və plan üzrə hərəkət eləməyi təklif edir. Ancaq Semyonov bu fikri tərəddüdlə qarşılayaraq qoşunun Qafan istiqamətində hərəkətinə əmr verir. Onda Aslan bəy "mən öz adamlarımı göz görə-görə ölümün caynağına verə bilmərəm, bizim yollarımız ayrıldı" deyərək, yeni əks-plan hazırlamağa başlayır. 28-ci diviziya isə axşam artıq daşnakların tələsinə düşmüşdü. Nijde mühasirəni tamamlayıb hücuma keçir, 28-ci diviziyanın buralara bələdçiliyi olmayan komandirləri, əsgərləri nə eləyəcəklərini bilmirlər. Ən çətin məqamda isə yenə Aslan bəyin hərbi qüvvəsi özünü döyüş yerinə çatdırır, 28-ci diviziya mühasirədən qurtulur, daşnaklara sarsıdıcı zərbə vurulur. Bu döyüşlərdə Sultanovun Kərim və Lətif adında məşhur dəstə komandirləri misilsiz şücaətlər göstərirlər, Aslan bəy özü isə başından yaralanır. Deyirlər, Soltanovun başından yaralandığını görən Semyonov şəxsən özü xilaskarının yarasını sarıyır.


Fövqəladə komissar

Bu hadisədən sonra Aslan bəy Sultanovun fitri hərbi istedadını görən Semyonov daşnaklarla müharibədə bütün planların onun tərəfindən hazırlanmasını təklif edir. Növbəti qanlı döyüş Gorusun komendantı, Andronikin köməkçisi, daşnak ordusunun baş komandanı Sumbatın çoxsaylı qoşunu ilə olur. Bu döyüşün də taleyi «quşu gözündən vuran» Aslan bəyin döyüş zamanı yenə uzaq məsafədən Sumbatı güllə ilə alnından vurub öldürməsiylə həll olunur. Qarabağdan Nijdeyə köməyə gələn general Dronun da ordusu darmadağın edilir, daşnaklar üzərində tam qələbə qazanılır. Döyüşün əsas qəhrəmanlarından olan Aslan bəy Sultanov, Semyonov və onun alay komandiri polkovnik Çelov mərkəz tərəfindən qızıl medalla təltif olunurlar. Bundan sonra Aslan bəyə Qırmızı Ordunun yüksək komandanlığının təkidi ilə general səlahiyyətli yüksək vəzifə verilir. Aslan bəy artıq xatırlatdığımız vəzifəyə – Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı vəzifəsinə təyin olunur. Və bundan sonra Aslan bəy Sultanova, onun vətən, millət üçün gördüyü işlərə ciddi şəkildə kölgə salınması, onun fəaliyyətinin ləkələmə kampaniyasına başlanılır. Onun özü isə heç vaxt fəaliyyətini siyasiləşdirmək, mövqeyindən sui-istifadə eləmək, yaxud vəzifə tutmaq həvəsində olmamışdı. Təsadüfi deyil ki, "indi Azərbaycana mənim siyasi bacarığım yox, hərbçiliyim lazımdır" deyərək, təyinatdan bir müddət sonra fövqəladə komissar vəzifəsindən imtina etmiş, doğma qəzasına qayıtmış və Zəngəzur milis idarəsinin rəisi vəzifəsini daşımağa başlamışdı. Buna baxmayaraq, o vaxt Zəngəzur qəzasındakı bütün məsul vəzifələri onun təyin elədiyi adamlar tutduğundan, yalnız milis rəisi deyil, həm də qəzada real güc sahibi idi. Təbii ki, bu məqam həm yerlərdəki, həm də mərkəzdəki kommunistləri narahat edirdi. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Kommunist bolşeviklər partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Bürolarının 1920-ci il noyabr ayının 30-da keçirdikləri iclasda Zəngəzur torpaqları Ermənistana verilmişdi. Təbii ki, Aslan bəy bununla barışmır, mərkəzə qəti etirazını bildirir.


Bir müddət əvvəl Zəngəzurda daşnakların torpaq arzularını gözlərində qoyduğu, onlara qarşı qəhrəmanlıqla mübarizə apardığı üçün general Nijde Aslan bəyin başına külli miqdarda pul mükafatı təyin eləmişdi. Ancaq daşnak Nijdenin Zəngəzur qartalını aradan götürmək üçün ayırdığı mükafata ehtiyac qalmırdı. Təəssüf ki, mərkəzdə və yerlərdə olan kommunistlərin əməlləri bundan daha effektli təsir eləyirdi... Məhz onların xain əməlləri sayəsində təkcə Aslan bəyin yox, həm də Azərbaycanın gözəl guşəsi olan Zəngəzurun taleyi müəyyənləşməyə başlamışdı. Təbii ki, Aslan bəy kimi igidlər və Azərbaycan üçün xeyirli olmayan tale...


Erməninin Nərimanovdan tələbi

Həmin dövrdə yerlərdəki kommunistlərdən mərkəzə göndərilən donosların, şikayət məktublarının da ardı-arası kəsilmirdi. Məsələn, Zəngəzur Qəzası yerli kommunist partiyasının məsul katibi olan Nəzər Heydərovun 1921-ci il aprel ayının 21-də mərkəzə ünvanladığı məktubundan oxuyuruq: «Qəza hakimiyyətinin başında kommunist partiyasının üzvü olmayan Sultanovlar dayanırsa, o zaman qəza hakimiyyətinin idarə olunmasında başıpozuqluq və hərc-mərclik yaranır, kommunistləri isə tezliklə ölüm gözləyir…»


Dəhşətlisi onda idi ki, bu məsələdə ermənilərlə Azərbaycan kommunistlərinin fikirləri üst-üstə düşürdü. Əgər Azərbaycan kommunistləri əlavə səlahiyyət, karyera üçün ermənilərlə işbirliyinə gedirdilərsə, ermənilər də onlara Zəngəzurda tam möhkəmlənmək üçün böyük maneə olan Aslan bəy xofundan, onun bu torpaq alverinə qarşı etirazından qurtulmaq istəyirdilər. Beləcə, bu şeytan birliyin əməlləri tam sürətlə, özü də planlı şəkildə işə düşür. Bu planın nə qədər xəyanətkar bir plan olduğunu anlamaq üçün Faiq Abdullayevin «Zəngəzur aslanı» kitabından götürdüyümüz faktlara nəzər salaq. 1921-ci il mart ayının 21-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədrinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və Azərbaycan İnqilab Komitəsinin sədrinə göndərdiyi məktubu olduğu kimi oxuyuruq: «Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri sizdən xahiş edir ki, təcili olaraq Zəngəzur mahalının Azərbaycan hissəsinin Qubadlı qəzasının aşağıdakı əksinqilabçılar təcili olaraq geri çağırılsın: 1. Xudabaxış bəy Sultanov, Aslan bəy Sultanov, Behbud bəy Sultanov, İsrafil bəy Sultanov, İsfəndiyar bəy Hocaxanski. İnqilab Komitəsinin aşağıdakı tərkibdə təşkil olunmasını təklif edirik: İnqilab Komitəsinin sədri Nəzər Heydərov, onun yoldaşları Oruc Babayev, katib Canbin Möminov, milis rəisi Əli Şərifov…»


Göründüyü kimi ermənilər xahişdən, təklifdən daha çox Azərbaycan kommunistlərinə əmr verirlər ki, kimi hansı vəzifədən çıxarmaq, kimləri isə o vəzifələrə qoymaq lazımdır. Arxivdəki bu sənədə Nəriman Nərimanov tərəfindən qoyulan dərkənar isə daha dəhşətlidir. Nərimanov Xalq Daxili İşlər Komissarı Həmid Sultanova göstəriş verir ki, ermənilərin təklifini olduğu kimi icra etsin. Burada bir haşiyə də çıxaq. Ermənilərin Aslan bəy Sultanov başda olmaqla Zəngəzurdakı vətənpərvər insanların vəzifələrindən götürülməsi xahişlərini başa düşmək olar. Bəs ermənilər nəyə görə məhz məktubda adları çəkilənləri bu vəzifələrdə görmək istəyirdilər?


«…Sərrast atıcı və ermənilərin düşmənidir!»

Məsələ ondaydı ki, 1920-ci il noyabr ayının 20-də Zəngəzurun Ermənistana birləşdirilməsiylə bağlı çağırılmış qurultaya erməni Armenak Qaragözov rəhbərlik etmiş, ermənilərin Zəngəzurda hökumət işlərinə gətirmək istədikləri Nəzər Heydərov, Oruc Babayev kimi kommunistlər isə qurultay qəza komitəsinin rəyasət heyətinin üzvləri idilər. Məktubda milis rəisi vəzifəsinə təklif olunan Əli Şərifov isə bir müddət əvvəl hökumətin milyon yarıma qədər pulunu mənimsəmiş, buna görə Xudabaxış Sultanov tərəfindən həbs edilmişdi. Yəni, ermənilər Zəngəzurda o adamları görmək istəyirdilər ki, onlar torpaqların ermənilərə verilməsi işində iştirak eləmiş olsunlar, həmçinin gələcək təcavüzkar planlarında onlara nəinki maneə olmasınlar, həm də yardımçı olsunlar. Beləcə, erməni və Azərbaycan kommunistlərinin niyyətləri baş tutur. Ermənistan kommunistlərinin rəhbərinin 1921-ci il mart ayının 28-də Nərimanova göndərdiyi ultimativ formalı məktubdakı təkliflər həyata keçirilir. 1921-ci il aprel ayının əvvəllərində eynən ermənilərin təklif etdikləri kimi Aslan bəyin təşkil elədiyi Qəza İnqilab Komitəsi mərkəz tərəfindən buraxılır, Aslan bəy Sultanov tutduğu vəzifədən azad edilir, Xudabaxış bəy isə həbs olunur. Bu işin ikrah doğuran tərəflərindən biri də odur ki, məlum dəyişikliklər barədə Aslan bəy Sultanova heç bir məlumat verilmir. Aslan bəy mərkəzin bu əməllərindən xəbər tutanda isə Azərbaycan İnqilab Komitəsinə ittihamedici məktub göndərərək məsələlərin yenidən araşdırılması üçün komissiya göndərilməsini tələb edir.


Bundan sonra Aslan bəyin tələbiylə Mərkəz Qubadlı qəzasına komissiya göndərir və 1921-ci il may ayının 29-da komissiya üzvünün Nəriman Nərimanov və partiyanın Ali İqtisad Şurasının sədri Mirzə Davud Hüseynova ünvanlanan məlumatında yenə qarayaxma kampaniyasının davamı kimi məqamlar olsa da, bəzi həqiqətlər də yer alıb. Məsələn, məlumat sahibi bildirir ki, yerli bəylərin Qırmızı Orduyla birləşmələrinin kökündə onların ermənilərə nifrəti dayanır. Həqiqətən, etiraf eləməliyik ki, Aslan bəy Qırmızı Orduyla birgə məhz erməni daşnaklarına qarşı vuruşmuşdu. Məlumatın bir yerində isə müəllif xüsusi olaraq yazır: «Qəza Milis İdarəsinin rəisi Aslan bəy Sultanov sərrast atıcı və ermənilərin düşmənidir!»


«Məni Aslan bəy dəfn eləsin…»

Komissiya tərəf nümayiş etdirsə belə, müəyyən işlər də görülür. Belə ki, Xudabaxış bəyin böhtanla həbs olunması qərarına imza atan kommunistlər ay yarımdan sonra onun azad olunması barədə qərara imza qoyurlar. Bölgədə narazılıq dalğasının artdığını görən mərkəzi hakimiyyət yeni yaranmış yerli hökumətdə Aslan bəyi Xanlıq qəza komissarı təyin edir. Ancaq Aslan bəy hakimiyyətdən incidiyindən uzunmüddətli məzuniyyətə çıxmışdı. O, bir də işinə 1922-ci ilin oktyabr ayının sonlarında qayıdır. Belə ki, Xanlıqda baş verən qiyamdan sonra Mərkəzi hakimiyyətdən gələn vəzifəli adamlar ondan bu qiyamın yatırılmasını xahiş edirlər. Bəzi mənbələrdə Nəriman Nərimanovun da şəxsən ondan "Azərbaycan parçalanır, bunun qarşısını almaq üçün bütün hərbi gücünüzdən və nüfuzunuzdan istifadə eləyin" xahişində olduğunu yazılır. Bundan sonra Aslan bəy işə qarışır, qiyamın rəhbəri Qoçu Təhməzə vaxtilə aralarında yaxşı münasibət olduğunu xatırladaraq bildirir ki, Azərbaycanın parçalanmasına yol vermək olmaz. Ancaq qarşı tərəf bu təklifi qəbul etmir və tərəflər arasındakı döyüşdə Aslan bəy Sultanov Qoçu Təhməzi öldürür. Deyirlər, qiyamçı can üstündə olanda ətrafındakılara vəsiyyət eləyir ki, Aslan bəy onun meyitini «gədə-güdənin əlinə verməyib, şəxsən özü dəfn eləsin». Aslan bəy zəmanənin düşmən saldığı mərd soydaşının bu vəsiyyətinə əməl eləyir, kommunistlərin etirazına baxmayaraq, Qoçu Təhməzi şəxsən özü ədəb-ərkanla dəfn elətdirir.


7 illik mübarizə

Bütün bu xidmətlərindən sonra belə mərkəzi hakimiyyətin və yerli kommunistlərin ona qarşı olan qərəzləri səngimək bilmir. Sonunda Aslan bəy bolşeviklərdən üz çevirir və Qarabağdakı, Zəngəzurdakı ona sadiq bütün hərbi qüvvələrini hərəkətə gətirərək, müqavimət hərəkatına başlayır. Bu mübarizə sərasər 7 il çəkir. 1929-cu ilin yayında evinə gəlib uşaqlarıyla görüşən Aslan bəyin gəlişindən xəbər tutan hökumət dəstəsi evi mühasirəyə alaraq onu təslim olmağa çağırır. Rədd cavabından sonra atışma başlayır, Aslan bəy silahlıları evdən uzaqlaşdırmaq üçün atışa-atışa meşəyə tərəf gedir. Ancaq artıq o yaralanmışdı. Xeyli məsafə qət etdikdən sonra Zəngəzur aslanı Pəyhan adlanan ərazidə həlak olur. Deyirlər, yerli hökumət onun meyitinə kimsənin yaxınlaşmasına, basdırılmasına belə icazə vermir. Ancaq bütün hədə-qorxulara baxmayaraq, onun cənazəsi Qarağac kəndinə gətirilir, ətraf kəndlərin də camaatının iştirakı ilə dəfn olunur...


Ölümündən sonra onun qohum-əqrəbası pərən-pərən salınır, ailəsi isə Nuxanın Daşburun kəndinə sürgün edilir. Buradan onların Qazaxıstana sürgün olunmaları planlanıbmış. Ancaq kiçik bir təsadüf bütün ailəni onları gözləyən məşəqqətlərdən xilas edir. Mircəfər Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədri işləyən vaxtlarda yolu Nuxaya düşür və burada insanlar qarşısında çıxış edir. Onun rus millətindən olan yaşlı yavəri camaatın arasında gəzəndə Aslan bəyin qardaşı Süleyman bəylə rastlaşır və bu barədə Mircəfər Bağırova məlumat verir... Məsələ bundaydı ki, Aslan bəy Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı vəzifəsini daşıyanda Mircəfər Bağırovun da həmin dövrdə onun rəhbərliyi altında işlədiyi arxiv sənədləriylə təsdiq olunur. Onların yaxın tanışlığı isə Aslan bəyin bir dəfə Mircəfər Bağırovu və sonradan ona yavər olacaq həmin rusu quldurların mühasirəsindəykən real ölümdən qurtarmasıyla başlayıb. Mircəfər Bağırov sonralar da həmişə Aslan bəyin şəxsiyyətinə böyük hörmət bəslədiyindən, ailəni Qazaxıstana sürgün olunmaqdan xilas edir. O, sonralar da Sultanovlar ailəsinə rəğbətini gizlətmir. Hətta onları repressiyadan qorumaq üçün soyadlarını dəyişmələrini də Mircəfər Bağırov bu ailəyə məsləhət görüb. İndi Sultanovlar ulu babaları Kərbəlayi Hüseyn bəyin atası Abdulla bəyin adıyla "Abdullayev" soyadını daşıyırlar.


70 illik Sovet Hakimiyyəti dövründə Aslan bəy Sultanovun nəsli Azərbaycana neçə-neçə ziyalı, dövlət adamı verdi. Bu böyük nəslin nümayəndələri indi də dövlətin, dövlətçiliyin yanında olaraq müstəqil Azərbaycanın möhkəmlənməsi üçün çalışırlar. Ancaq onların hər biri üçün ən böyük qələbə babalarının uğrunda qan tökdüyü doğma Qarabağın, Zəngəzurun azad olunacağı gün olacaq... Bu qələbə Aslan bəy Sultanov kimi qəhrəmanların mərd ruhları naminə qazanılmalıdır!
 

İSLAM TARİXİNİN MÜBAHİSƏLİ DÖYÜŞ VƏ HADİSƏLƏRİ
??? tarih 04.02.2013, 15:59 (UTC)
 1. Cəməl döyüşü (Hicri 36-cı il):
Əli ibn Əbu Talibə (r.a) beyət edildikdə Talha və Zubeyr (r.anhum) Məkkəyə getmək üçün Əlidən izn istədilər və Əli onlara icazə verdi. Talha və Zubeyr Məkkədə möminlərin anası Aişə (r.anha) ilə rastlaşdılar. O da Osmanın (r.a) qətli xəbərini eşitmişdi. Məkkədə toplaşıb Osmanının intiqamını almaq qərarına gəldilər. Yələ ibn Munəyyə Bəsrədən, Abdullah ibn Amir isə Kufədən gəlib onlara qoşuldu. Onlar Osmanın qisasını almaq fikrində idilər.
Beləliklə onlar öz tərəfdarları ilə Məkkədən çıxıb, Osmanın (r.a) qatillərinin ardınca Bəsrəyə getdilər. Onlar Osmanın (r.a) müdafiəsinə zəif yanaşdıqları üçün özlərini təqsirli hesab edirdilər. Bu zaman Əli (r.a) Mədinədə idi. Həmin vaxt Osman ibn Hənif Əlinin əmri ilə Bəsrəyə vali təyin edilmişdi. Onlar Bəsrəyə çatanda Osman ibn Hənif (r.a) adam göndərib gəliş səbəblərini soruşdu.
Onlar dedilər: "Biz Osmanın qatillərini istəyirik".
İbn Hənif "Gözləyin Əli gəlsin!" dedi və onlara şəhərə daxil olmağa imkan vermədi.

Sonra, Osmanın (r.a) qətlində iştirak edən Cəbələ adlı bir nəfər yeddi yüz nəfərlik bir dəstə ilə onların üzərinə getdi. Talha və Zubeyr onlara qalib gələrək əksər tərəfdarlarını öldürdülər. Bəsrə əhalisinin çox hissəsi Talha, Zubeyr və Aişənin dəstəsinə qoşuldu. Allah bütün səhabələrdən razı olsun!
Əli (r.a) Bəsrəyə rəhbərlik edən valisi Osman ibn Həniflə Talha, Zubeyr, Aişə və tərəfdarları arasında döyüş baş verdiyini eşitdikdə, Talha və Zubeyrə qarşı on minlik qoşun hazırlayıb Mədinədən Kufəyə yola düşdü.
Bu açıq-aşkar göstərir ki, onlar Əli (r.a) ilə döyüşməyə getməmişdilər. Əli (r.a) özü onların qarşısını kəsmək üçün Bəsrəyə gəlmişdir. Heç də iddia olunduğu kimi, Talha və Zubeyr Əliyə qarşı döyüşmək üçün toplaşmamışdılar. Əgər onlar Əliyə qarşı üsyan etmək istəsəydilər Bəsrəyə deyil, birbaşa Mədinə şəhərinə gedərdilər.

Talha, Zubeyr, Aişə və onlarla birlikdə olan camaat heç vaxt Əlinin (r.a) xəlifəliyindən imtina etdiklərini söyləməmişdilər. Heç ona qarşı mənfi fikirdə olmamış, haqqında nalayiq danışmamış, nə də başqasına beyət etməmişdilər. Onlar heç ona qarşı döyüşməyə də getməmişdilər. Çünki həmin vaxt Əli Bəsrə şəhərində yox idi. O, Mədinədə idi.

Əl-Əhnəf ibn Qeys deyir: Osmanın qətlindən sonra mən Talha və Zubeyrlə qarşılaşdım və dedim: Osman artıq qətlə yetirilib, mənə nə məsləhət görürsünüz? Onlar dedilər: Sənə Əlinin yanında olmağı məsləhət görürük.

Əl-Əhnəf ibn Qeys deyir: Osmanın qətlindən sonra Məkkədə Aişə (r.a) ilə qarşılaşdım və dedim: Mənə nə məsləhət verirsən? Aişə (r.a) dedi: Sənə Əlinin yanında olmağı məsləhət görürəm.




Döyüşdən öncə sülh danışıqlarına cəhd:

Əli Miqdad ibn əl-Əsvəd və Qa`qa ibn Amrı Talha və Zubeyrlə danışığa göndərdi. Miqdad ibn əl-Əsvədlə Qa`qa ibn Amr bir tərəfdən, Talha və Zubeyr isə digər tərəfdən döyüşün baş verməməsi haqda yekdil rəyə gəldilər və hər iki tərəf məsələyə öz baxışını açıqladı.
Talha və Zubeyrin baxışına görə, Osmanın qatillərini boş buraxmaq olmazdı. Əli isə düşünürdü ki, hal-hazırda Osmanın qatillərinin izinə düşmək məsləhət deyil, bunu ara sakitləşdikdən və işlər yoluna qoyulduqdan sonra etmək lazımdır. Hamı Osmanın qatillərindən qisas alınmasının tərəfdarı idi. Sadəcə, bu işin icrasının vaxtı haqda səslənən fikirlər fərqli idi.
Hər iki tərəf arasında ittifaq əldə edildikdən sonra, qoşunlar ən xeyirli gecə yaşadıqları halda, Səb`ilər (Osmanın qatilləri) ən pis gecələrini keçirirdilər. Çünki hər iki tərəf qatillərdən qisas alınmasının zəruriliyi haqda ortaq rəyə gəlmişdilər. Bu fikir Təbəri, ("Məcmu əl-Fətava" 3/517. ),İbn Kəsir, ("Əl-Bidayə vən Nihayə" 7/2509.), İbn əl-Əsir, ( "Əl-Kamil fit-Tarix" 3/120.) İbn Həzm ("Əl-Fasl fil miləl vəl əhva vən nihəl" 4/293.) və həmin hadisəni qələmə alan başqa tarixçi alimlərin qeydlərinə əsasən deyilir.

Bundan sonra Səb`ilər (Osmanın qatilləri) bu ittifaqın baş tutmaması üçün bir araya gəldilər. Gecə yarı idi və hamı yatırdı. Səb`ilərdən bir dəstə adam Talha və Zubeyrin ordusuna hücum edərək bir neçə nəfəri öldürüb qaçdılar. Talha və Zubeyrin dəstəsi Əlinin onlara xəyanət etdiyini düşünüb səhər açılanda Əlinin qoşununa hücum etdilər. Əlinin qoşunu da elə düşündü ki, Talha və Zubeyr ona xəyanət ediblər. İki tərəf arasında çəkişmələr davam etdi və günorta üstü döyüş qızışdı.

Döyüşü dayandırmaq cəhdləri:

Hər iki qoşunun ağsaqqalları döyüşün qarşısını almağa çalışdılar, lakin buna müvəffəq olmadılar. Talha deyirdi: "Ay camaat, siz səsinizi kəsəcəksiniz ya yox!" Lakin onun dediyinə məhəl qoyan yox idi. Bunu görən Talha dedi: "Təəssüflər olsun! Ay oda nəsib olan qurd-quşlar, müvəqqəti tamah dalınca düşmüsünüz". ("Tarix Xəlifə ibn Xəyyat" 182. )

Əli onlara döyüşməməyi əmr edir, lakin onun sözünə əhəmiyyət verən yox idi. Aişə (r.a) döyüşün dayandırılması üçün Kəb ibn Sur adlı bir nəfəri əlində Quranla göndərir. Lakin səb`ilər onu oxla vurub öldürürlər.
Allah qorusun! Döyüş qızışanda heç kəs onu sovuşdura bilmir. Buxari İmriul Qeys adlı şairin şeirindən bu beytləri qeyd etmişdir:
Döyüş ilk baxışdan gənc görünər,
gözəlliyiylə cahilləri aşiq edər.
Qızışanda, od tutub yananda
ərsiz qarı kimi öndən qaçar.
Çallaşmış, gözdən düşmüş, köhnəlmiş
qoxulamağa, öpməyə ikrah oyatmış.
("Səhih əl-Buxari" Kitabul Fitnə, Bab əl-Fitnətulləti təmucu kəmovc əl-bəhr.)
Cəməl döyüşü hicrətin otuz altıncı ilində, yəni Əlinin (r.a) xilafətinin ilk çağlarında baş vermişdir. Döyüş günortadan sonra başlamış və həmin gün günəş batana qədər davam etmişdi.
Əlinin 9r.a) qoşununda on min nəfər toplaşmışdı. Talha və Zubeyr tərəfdə isə beş-altı min adam var idi. Əlinin bayrağı Məhəmməd ibn Əli ibn Əbu Talibdə, qarşı tərəfin bayrağı isə Abdullah ibn Zubeyrdə idi.
Bu gündə çox müsəlman qətlə yetirildi. Bu böyük bir fitnə idi. Allahdan səhabələr üçün rəhmət və razılıq diləyirik.

Talha və Zubeyrin qətli:
Həmin gün Talha, Zubeyr və Məhəmməd ibn Talha vəfat etdi. Zubeyr və Talha bu döyüşdə iştirak etməmişlər. Rəvayətə görə, Zubeyr (r.a) döyüş meydanına gəldikdə, Əli ibn Əbu Taliblə qarşılaşır. Əli (r.a) ona deyir: "Xatırlayırsan, Peyğəmbər (s.a.v) demişdi ki, sən haqsız yerə mənə qarşı döyüşəcəksən". Bunu eşidən Zubeyr meydandan çıxır və döyüşdə iştirak etmir.

Bəli, onun döyüşdə iştirak etməməsi doğrudur. Lakin onunla Əli arasında belə bir söhbət olubmu? Daha doğrusunu Allah bilir. Bu rəvayətin tarix kitablarında mövcud olmasına baxmayaraq, mötərbər isnadı yoxdur. Zubeyrin bu döyüşdə iştirak etməməsi daha məşhur rəvayətdir. Zubeyr, İbn Cərmuz adlı bir nəfərin əli ilə xəyanətkarcasına qətlə yetirilmişdir.

Talha isə, camaatı döyüşü dayandırmağa səslədiyi zaman, səhvən tuş gəldiyi oxla qətlə yetirilmişdir. Məşhur rəvayətlərə görə oxu atan Mərvan ibn əl-Həkəm olmuşdur. Ox onun ayağında olan köhnə yarasına girmiş və bu səbəbdən də vəfat etmişdir. Allah ondan razı olsun!

Döyüş başa çatdıqda çoxlu insan həlak olmuşdu. Xüsusilə döyüşün qızğın çağları Aişənin (r.anha) dəvəsinin qorunması ətrafında gedirdi. Bu dəvə onlarda simvolik xarakter daşıdığı üçün qoşun bütün qüvvəsi ilə onu müdafiə edirdi. Ona görə də dəvənin yerə çökməsi ilə döyüş səngidi və dayandı. Beləliklə, Əli ibn Əbu Talib (r.a) qələbə çaldı.
Əslində bu döyüşdə heç kəs qələbə çalmayıb. Əksinə həm İslam, həm də müsəlmanlar bu döyüşdən zərər görüblər.

Döyüşdən sonra:

Döyüş başa çatdıqdan sonra Əli (r.a) ölən insanların cəsədləri arasında dolaşdı. Talha ibn Ubeydullahın cəsədini gördükdə onu qaldırıb, üzündən torpağı təmizlədi və dedi: "Ey Əbu Məhəmməd, səni səma ulduzları altında atılmış görmək mənə çox ağırdır".

Bu sözlərdən sonra Əli (r.a) ağladı və dedi: "Bunu görməkdənsə iyirmi il əvvəl ölmək mənə daha əzizdir".

("Tarix Dəməşq İbn Əsakir əl-Müxtəsər", 11/207. "Usudul Ğabə" 3/88. Busiri demişdir: Sənədin rəvayətçiləri etibarlıdır. Onun bu rəvayətini Hafiz ibn Həcər "Mətalibul Aliyə" adlı əsərində (4/302) bu rəvayətin sözlərini azacıq fərqli şəkildə qeyd etmişdir.)

Həmçinin, Əli (r.a) Məhəmməd ibn Talhanı da ölmüş vəziyyətdə gördü və ağladı. Məhəmməd ibn Talha çox ibadət etdiyi üçün Səccad ləqəbi qazanmışdı. Allah ondan razı olsun!
İstisna olmadan bu döyüşdə iştirak edən bütün səhabələr onun baş verməsinə peşman oldular.

Zubeyri qətlə yetirən İbn Cərmuz, əlində onun qılıncını tutub Əlinin (r.a) yanına daxil oldu və dedi: "Zubeyri öldürdüm, Zubeyri öldürdüm!" Bunu eşidən Əli (r.a) dedi: "Bu qılınc bir çox məqamlarda Peyğəmbəri (s.a.v) qəm-qüssədən xilas etmişdir". Sonra Əli: "Səfiyyənin (yəni, Zubeyrin) qatilini cəhənnəmlə müjdələyin!" – deyərək həmin adamın onun yanına yaxınlaşmasına icazə vermədi.
("Tabaqat ibn Səd" 3/105. Sənədi həsəndir (məqbuldur).)

Döyüş başa çatdıqdan sonra Əli (r.a) Möminlərin Anası Aişəni (r.anha) hörmət-izzətlə Peyğəmbərin (s.a.v) şəhərinə yola saldı. Bu bir vaxtlar Peyğəmbərin (s.a.v) Əliyə (r.a) verdiyi göstəriş idi.

Əli (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) ona belə demişdir: "Səninlə Aişə arasında bir hadisə baş verəcəkdir". Əli (r.a) dedi: "Ey Allahın rəsulu, bədbəxt olan mən olacağammı?" Peyğəmbər (s.a.v ) dedi: "Xeyr. O hadisə baş verəndə onu evinə geri qaytar".
(Əhməd: 6/393. İbn Həcər "Fəthul Bari" əsərində (13/60) hədisin sənədinin həsən olduğunu demişdir.)
Əli (r.a) də Peyğəmbərin dediyini yerinə yetirdi.

Nə üçün Əli (r.a) Osmanın (r.a) qatillərindən qisas almadı?
Əli məsələyə xeyir və zərər prinsipi ilə yanaşırdı. O, fikirləşirdi ki, qisası birdəfəlik tərk etmək yox, gecikdirmək daha məqsədəuyğundur. Bu səbəbdən o, qisası gecikdirdi. Bir vaxtlar "İfk" hadisəsində Peyğəmbərlə (s.a.v) buna bənzər hal baş vermişdi. O zaman bəziləri Aişəyə (Allah ondan razı olsun) böhtan atmış və onun haqqında dedi-qodular danışmışdılar. Dedi-qodu aparanlar arasında Həssan ibn Sabit, Həmnə bint Cəhş, Mistah ibn Əsasə və ən böyük böhtançı olan Abdullah ibn Ubey ibn Səlul var idi. Həmin ərəfədə Peyğəmbər (s.a.v) minbərə çıxaraq dedi: "Ailəmə əziyyət verən insana qarşı edəcəyim hərəkətə görə məni kim üzürlü sayar? (O, bu sözləri ilə Abdullah ibn Ubey ibn Səlula işarə edirdi) Səd ibn Muaz ayağa qalxıb dedi: "Ya Rəsuləllah, mən səni üzürlü sayıram. Əgər o bizdən – Ovs qəbiləsindəndirsə, onu öldürərik. Yox, əgər qardaş Xəzrəc qəbiləsindəndirsə, əmr edərsən, onu da öldürərik".

Səd ibn Ubadə qalxıb Səd ibn Muaza, Useyd ibn Hudeyr isə Səd ibn Ubadəyə etiraz etdi. Peyğəmbər (s.a.v) onları sakitləşdirməyə çalışdı.
( "Səhih əl-Buxari" Kitabul Məğazi, Bab hədisul-ifk. ? 4141. Müslim; Kitab ət-Tövbə: ? 2770.)

Bundan sonra o bu işin çətinliyini başa düşdü. Hələ Peyğəmbər (s.a.v) Mədinəyə hicrət etməmişdən əvvəl Ovs və Xəzrəc qəbilələri Abdullah ibn Ubey ibn Səlulu özlərinə başçı təyin etmək qərarına gəlmişdilər. Ona görə də Abdulla ibn Ubey mədinəlilər arasında böyük hörmətə malik idi. O, Uhud döyüşündə Mədinə qoşununun üçdə bir hissəsini qoparıb geri döndərməsinə nail olmuşdu. Baxın bu məqamda Peyğəmbər (s.a.v) Abdullah ibn Ubey ibn Səlulu qamçılatmadı. Buna səbəb nə idi? Səbəb Peyğəmbərin (s.a.v) camaatın xeyrini düşünməsi idi. Çünki həmin adamın qamçılanması xeyirdən çox ziyana səbəb olardı.
Əli (r.a) də qisası gecikdirməyin daha xeyirli olduğunu düşünürdü. Əslində Əli (r.a) Osmanın (r.a) qatillərini öldürə bilməzdi. Çünki qəbilələri onların müdafiəsində durur, fitnələr davam edir və dövlətdə əminamanlıq tam təmin edilməmişdi. Kim deyə bilərdi ki, onlar Əlini (r.a) öldürməzdilər? Bundan sonra Əlini (r.a) də onlar öldürdülər.

Baxın sonralar xilafət Müaviyənin (r.a) əlinə keçəndə o da Osmanın (r.a) qatillərini öldürmədi. Buna səbəb nə idi? Çünki artıq o da məsələyə Əlinin (r.a) düşüncəsi ilə yanaşırdı. Əli (r.a) xəlifəliyi dövründə məsələyə reallıq baxımından, Müaviyə (r.a) isə nəzəri baxımdan yanaşırdı. Xilafətə gəldikdən sonra o da işin reallığını anladı. Doğrudur, Müaviyə (r.a) adam göndərməklə onların bəzilərini öldürtmüşdü, lakin digərləri isə Əbdülməlik ibn Mərvanın xilafətində Həccacın sərkərdə olduğu vaxta qədər yaşayırdılar. Nəhayət o zaman sağ qalan qatillər də öldürüldü.
Sözün qısası, Əli (r.a) qorxaqlıqdan deyil, ümmətin xeyirini düşündüyü üçün onları öldürə bilmirdi.

2. Siffin döyüşü (Hicri 37-ci il):

Müaviyə Osmanın qatillərindən qisas alınmayınca Əliyə beyət etməyəcində israr edirdi. Cəməl döyüşünü bitirdikdən sonra Əli (r.a) Müaviyənin beyətinin mütləqliyini qeyd edərək bildirdi: "Müaviyə ya beyət etməli, ya da döyüş olmalıdır". Əli yüz minlik qoşunla Şam torpaqlarına Siffin adlı yerə üz tutdu. Müaviyə Əlinin ona tərəf gəldiyini eşitdikdə minbərə çıxaraq dedi: "Əli İraq camaatı ilə sizin üzərinizə gəlir. Nə fikirləşirsiniz?" Məsciddə olanlar başlarını aşağı tutub dayanmışdılar. Zülkila əl-Himyəri adlı bir nəfər qalxıb dedi: "Səndən demək, bizdən etmək". Camaat isə hələ də susurdu.

Əli (r.a) də minbərə çıxıb Allaha həmd səna etdikdən sonra dedi: "Maviyə Şam camaatı ilə sizin üzərinizə gəlir. Nə fikirləşirsiniz?" Məscid camaatı arasında hay-küy yarandı. Hərə bir tərəfdən "Ey möminlərin əmiri, belə edək... filan cür edək..." – deyirdi. Əli yaranmış hay-küydən camaatın nə dediyini başa düşə bilməyib təəsüflənərək "İnnə lilləhi və innə ileyhi raciun" “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyə-deyə minbərdən endi.
( "Tarixul İslam - Əhd əl-Xuləfə ər-Raşidin", səh 540.)
Baxın o Şam camaatı, bu isə İraq camaatıdır. Şam əhalisi döyüşkən və mübariz idilər. İraqlılar isə qarışıqlığı və özbaşınalığı sevən bir kütlə idilər. Sonralar Əliyə (r.a) qarşı döyüşənlər və onu öldürənlər də özləri oldular. Bu haqda sonra danışacağıq.
Hicrətin otuz yeddinci ili Səfər ayında Əli (r.a) Siffinə çatdı.

Müaviyə xilafətə qarşı çıxırdımı?

Əbu Muslim əl-Xovlani Müaviyənin yanına daxil olub dedi: "Sən Əliyə qarşı çıxırsan, sən özünü onunla bir tutursan?"
Müaviyə dedi: "Xeyr, Allaha and olsun, mən bilirəm ki, Əli daha fəzilətli və xilafətə ən layiq olandır. Lakin siz bilmirsiniz ki, Osman zülmə məruz qalaraq öldürülmüşdür? Mən onun əmisi oğluyam və onun intiqamını tələb edirəm. Gedin Əliyə deyin ki, Osmanın qatillərini mənə versin. Bu halda bütün rəhbərliyi ona təslim edərəm". Əli bu təklifi eşitdikdə, onunla razılaşmadı və qatilləri qaytarmaqdan imtina etdi. ( "Tarixul İslam - Əhd əl-Xuləfə ər-Raşidin", səh 540. Sənədi səhihdir.)
Müaviyə özünün xəlifə olduğunu demirdi və Əli ilə xilafət mübahisəsi aparmırdı. Ona görə də irəlidə qeyd edəcəyimiz kimi, döyüşdən sonra imzalanan müqavilədə "Möminlərin əmiri Əli ilə Müaviyə ibn Əbu Suyfan arasında ittifaq" – sözlərini yazdıqda Müaviyə dedi: "Möminlərin əmiri yazma! Əgər mən sənin Möminlərin əmiri olduğuna beyət etsəydim, sənə qarşı döyüşməzdim. Sadəcə özünün və mənim adımı yaz!" Sonra Müaviyə üzünü katibə tutub dedi: "Onun məndən üstünlüyünə və İslamı tez qəbul etməsinə görə, adını mənim adımdan öncə yaz!" ( "Əl-Bidayə vən Nihayə" 7/288.)

Əli ilə Müaviyə arasında olan döyüş heç zaman iki xəlifə arasında baş verən müharibə sayıla bilməz. Bu döyüşün səbəbi yayılan şayiələrdə deyildiyi kimi, heç də xilafət mübahisəsi deyildi. Əsl səbəb Əlinin Müaviyəni vəzifəsindən azad etmək istəyi, Müaviyənin isə əmisi oğlunun qisasını almadıqca, yaxud qatillər ona verilmədikcə, rəhbərliyi təslim etməyəcəyində israrlı olması idi.
Əlinin qoşunu yüz min, Müaviyənin qoşunu isə yetmiş min nəfərdən təşkil olnmuşdu. Bu döyüşdə Əli tərəfdən vuruşan Ammar ibn Yasir adlı səhabə həlak oldu. Peyğəmbər həmin səhabənin ölümü haqda belə buyurmuşdu: "Ey Ammar, səni zalım tayfa öldürəcəkdir".
(Buxari: Kitabus Salət, Bab ət-təavun fi binaəl məscid, ? 447. Müslim: Kitabul Fitnə: ? 2915.)

Əhməd ibn Hənbəl "Səni zalım tayfa öldürəcəkdir" hədisi haqda soruşulduqda demişdir: "Mən bu haqda danışmaq istəmirəm, susmaq daha yaxşıdır. Peyğəmbər (s.a.v) onun zalım tayfa tərəfindən öldürüldüyünü qeyd etmişdir", deyərək Əhməd susdu.
(Xəllal "Əs-Sünnə" səh 463, ? 722.)

Haqq kimin tərəfində idi?
İbn Həcər deyir ki, Bütün Əhli Sünnə alimləri mübahisələrdə Əli ilə birgə döyüşənlərin haqlı, Əliyə qarşı döyüşənlərin isə haqsız və zalım olduqları qənaətindədilər. Lakin bu qarşı tərəfin məzəmmət edilməsinə əsas vermir. Alimlər deyirlər ki, onlar ictihadlarında yanılmışdılar.
("Fəthul Bari" 13/72.)

Həmçinin İbn Həcər deyir ki, Əhli Sünnənin yekdil rəyinə əsasən, haqlı tərəf tanındığı halda səhabələrin etdikləri səhvlərə görə onlara qarşı pis danışmaq əsla yolverilməzdir. Çünki onların bu döyüşləri ictihaddan irəli gəlmişdir.
( "Fəthul Bari" 13/37.)

Təbəri Əliyə dəstək verənlərin haqlı olduqlarını göstərmək üçün deyir: "Müsəlmanlar arasında baş verən ikitirəli məsələlərdən daim qaçmaq və çəkilib evində oturmaq mövqeyini seçmək vacib olsaydı, heç bir qanun tətbiq edilməz və batilin batilliyi sübuta yetməzdi. Əksinə fasiqlər cinayət etmək üçün özlərinə fürsət tapardılar".
( "Fəthul Bari" 13/37.)

Mənim fikrimcə bu söz bir tərəfin açıq-aşkar haqlı olduğu məqamlara aiddir. Lakin qarışıq və anlaşılmayan məsələlərdə kənara çəkilmək lazımdır. Ona görə də çoxları bu döyüşdə iştirak etməkdən imtina etmişdilər.
Demək biz Talha, Zubeyr və Aişənin, habelə Əli və onun tərəfdarlarının bu döyüşə ictihada əsaslanaraq qatıldıqlarına etiqad etməliyik. Bu döyüşlər ortaya çıxan bir fitnənin təzahürü idi. Ələlxüsus Cəməl döyüşü hazırlıqsız və istəksiz baş vermişdi.
İbn Həzm və İbn Teymiyyə əksər alimlərin bu haqda danışmaqdan imtina etdiklərini nəql etmişlər. İbn Teymiyyə deyir: "Əgər kimsə desə ki, döyüşü Əli başlayıb, ona belə cavab verilir: "Əvvəlcə onlar Əliyə itaətkarlıq göstərməkdən və beyət etməkdən boyun qaçırmış, Əlini Osmanın qətlində əlbir olan zalım kimi qəbul etmişdilər və bu haqda şayiəni məqbul saymışdılar. Şam camaatı arasında Əlinin Osmanın qətlinə razılıq verməsi haqda şayiə yayılmışdı. Onlar bu şayiəni dörd şeyə görə qəbul etmişdilər:
• Osmanın qatillərindən qisas almamaq;
• Cəməl döyüşü;
• Mədinə şəhərindən çıxıb Osmanın qatillərinin sığınacağı sayılan Kufədə məskən salması;
• Osmanın qətlində ittiham olunan bəzi insanların Əlinin qoşununda yer alması.
Bu dörd səbəbə görə Şam əhlinin cahil təbəqəsi yayılan şayiəyə, yəni Osmanın qətlində Əlinin əlbir olmasına inanmışdılar. Lakin əslində Əlinin bu qətldə əli yox idi. Əksinə o, Osmanın qatillərini lənətləyirdi". Əgər kimsə desə ki, bu amil onlara qarşı döyüşməyə əsas vermir, onda ona belə cavab veririk: "Əli Osmanın qatillərindən qisas almaq iqtidarında olmadığına görə, Şam camaatının ona qarşı döyüşməyə haqları yox idi. Hətta, Əli aciz olduğuna görə yox, istər məsələni düşünərək, istərsə də günah iş tutaraq qatillərdən qisas almasaydı, yenə də bunlar şamlıların camaatı parçalamasına və beyətdən imtina etməsinə əsas vermirdi. Əksinə Əliyə beyət etmək İslam dini və müsəlmanlar üçün xeyirli olardı.

Hansı səhabələr bu döyüşlərdə iştirak etmişdi?
Cəməl və ya Siffin döyüşlərində iştirak edən səhabələr aşağıdakılardır:
Əli ibn Əbu Talib, Talha, Zubeyr, Aişə, Abdullah ibn Zubeyr, Həsən, Hüseyn, Ammar, İbn Abbas, Müaviyə, Amr ibn əl-As, Qeys ibn Səd, əl-Qa`qa ibn Amr, Cərir ibn Abdullah, Xuzeymə ibn Sabit, Əbu Qatadə, Əbulheysəm ibn Ət-Teyhan, Səhl ibn Səd, Cabir ibn Abdullah, Abdullah ibn Cəfər, Ədiy ibn Hatim, əl-Əşəs ibn Qeys, Cariyə ibn Qudamə, Fudalə ibn Ubeyd və Numan ibn Bəşir.
Bu döyüşlərdən imtina edənlər isə bunlardır:
Sə`d ibn Əbu Vaqqas, Sə`d ibn Zeyd, Abdullah ibn Ömər, Məhəmməd ibn Məsləmə, Usamə ibn Zeyd, Əbu Hureyrə, Zeyd ibn Sabit, İmran ibn Huseyn, Ənəs ibn Malik, Əbu Bəkrə əs-Səqafi, əl-Əhnəf ibn Qeys, Əbu Əyyub əl-Ənsari, Əbu Musa əl-Əşari, Əbu Məsud əl-Ənsari, əl-Valid ibn Uqbə, Səid ibn əl-As, Abdullah ibn Amir, Adbullah ibn Amr ibn əl-As, Əbu Bərzə əl-Əsləmi, Əhban ibn Seyfi, Sələmə ibn əl-Əkva. Ümumiyyətlə, səhabələrin əksəriyyəti bu döyüşlərdə iştirak etməmişdilər. Allah onlardan razı olsun!

Təhkim (işin münsiflərə həvalə edilməsi) hadisəsi:
Siffin döyüşü təhkim hadisəsi ilə yekunlaşdı. Hadisə belə baş vermişdir. Döyüşün həddindən artıq qızışdığını görən döyüşçülər Quranları nizələrin ucuna taxıb göyə qaldırıldıqdan sonra döyüş dayandı. Əli (r.a) mübahisənin bitməsi üçün bu işin münsiflərə həvalə edilməsinə razılıq verdi. Təhkim hadisəsinin vaxtını Ramazan ayına təyin etdikdən sonra, Əli Kufəyə, Müaviyə isə Şama qayıtdı. Vaxt yetişəndə Əli Əbu Musanı, Müaviyə isə Amr ibn əl-Ası münsif kimi göndərdi. Bu məşhur hadisənin baş verməsi belədir.
Amr ibn əl-As və Əbu Musa əl-Əşari münsif təyin edildikdən sonra, Əli ilə Müaviyəni rəhbərlikdən azad etmək haqda yekdil qərar qəbul etdilər. Əbu Musa minbərə çıxdı və dedi: "Mən bu üzüyümü barmağımdan çıxartdığım kimi Əlini xəlifəlikdən azad edirəm". Sonra üzüyünü barmağından çıxartdı. Amr ibn əl-As da minbərə çıxdı və dedi: "Mən də Əbu Musa kimi, üzüyümü barmağımdan çıxartdığım kimi, Əlini xəlifəlikdən çıxarır, üzüyümü barmağıma taxdığım kimi, Müaviyəni xəlifə təyin edirəm. Bundan sonra hay-küy başladı. Əbu Musa qəzəbli halda oranı tərk etdi. Lakin Kufəyə Əlinin yanına deyil, Məkkəyə getdi. Amr ibn əl-As isə Şama qayıtdı.
( "Tarixut Təbəri" 4/51."Əl-Kamil fit tarix" 3/168. Amr ibn əl-As görkəmli səhabələrdən idi. O məcburi şəkildə Məkkədən Mədinəyə hicrət etmişdi. Yəni "Mühacir" idi. Mühacirlərdə isə münafiqlik sifətləri yox idi. Çünki onların buna ehtiyacları da yox idi. Çünki onlar iman gətirdikləri üçün Məkkə böyükləri tərəfindən hər cür əzab-əziyyətə dözürdülər. Münafiqlər Mədinə camaatı arasında mövcud idi. Peyğəmbər (s.a.v) demişdir: "Əl-Asın hər iki oğlu, Amr və Hişam mömindirlər". (Əhməd: 2/304).

Bu hadisə uydurmadır, yalandır. Bu hadisəni digər uydurma hadisələr kimi, Əbu Mixnəf uydurmuşdur.
Həqiqətdə isə hadisə haqq əhlinin mötəbər yolla rəvayət etdikləri kimidir. Buxari öz tarix kitabında bunları qeyd edir: Təhkim hadisəsinin vaxtı yetişdikdə Amr ibn əl-As Əbu Musa əl-Əşari ilə görüşərək dedi: "Sən bu haqda nə düşünürsən?" (O, ortaq məxrəcə gəlməyi nəzərdə tuturdu.)
Əbu Musa dedi: "O, Peyğəmbər (s.a.v) ölərkən razı qaldığı kimsələrdəndir". ( O, bu sözləri ilə Əli ibn Əbu Talibi nəzərdə tutur.)
Amr ibn əl-As dedi: "Bəs, mənə və Müaviyəyə necə baxırsan?"
Əbu Musa dedi: "Əgər o sizi özünə köməkçi tutsa ona kömək edərsiniz. Əgər Əli sizə ehtiyac duymasa, siz olmasanız da Allahın dini yaşayacaqdır". ("Ət-Tarixul Kəbir" 5/398. Təhkim hadisəsi haqda Təbərinin "Tarix" kitabında Əbu Mixnəfin rəvayətləri fəslinə baxmaq olar.) Bununla məsələ bitdi və Amr ibn əl-As Müaviyənin, Əbu Musa əl-Əşari isə Əlinin yanına bu xəbərlə qayıtdı.
Birinci rəvayət isə üç şeyə əsasən uydurmadır:
Birincisi, rəvayətin isnadı zəifdir. İsnadda Əbu Mixnəf adlı yalançı var.
İkincisi, müsəlmanlarin xəlifəsini nə Əbu Musa əl-Əşari, nə də başqası vəzifədən çıxara bilməz. Əhli Sünnəyə görə, xəlifə bu cür asanlıqla çıxarıla bilməz. Necə ola bilər ki, iki nəfər adam möminlərin əmirini çıxarmaq üçün yekdil qərara gəlsinlər. Bu doğru söz deyil. Təhkim hadisəsinin nəticəsinə görə, Əli müsəlmanlarin xəlifəsi kimi Kufədə otursun, Müaviyə isə Şamda əmir kimi qalsın və bu şəkildə iki tərəf arasında müharibəyə son qoyulsun.

Üçüncüsü, qeyd etdiyimiz səhih rəvayət, Əbu Mixnəfin rəvayətinin uydurma olmasını aşkar edir.

 

Oğlanlar indiki qızları niyə bəyənmir?
Milli.Az tarih 29.01.2013, 19:53 (UTC)
 Bəzən bu baxımdan gənc nəslin qızlar barədə fikirlərini normal qarşılamırlar. Bu baxımdan bir neçə gəncin öz həmcinsləri barədə fikirləri öyrənilib.

Görəsən, gənclər qızlarda hansı xüsusiyyətləri bəyənmirlər?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ənvər Guşənişin qızların qara geyinmələrini və səmimi olmamasını bəyənmir:

“Çoxları dəyərlərə bağlıdırlar və istədikləri kimi yaşaya bilmirlər. Ona görə də qəribə bir effekt alınır. Belə ki, özləri kimi ola bilmirlər. Əksəriyyəti bədii ədəbiyyatı həddindən çox az oxuyur”.

Təfəkkür Universitetinin tələbəsi Elkin Xəlilov Azərbaycan gəncliyində problemlərin çox olduğunu deyib. Onun sözlərinə görə, bunlardan biri də xanımların, oğlanlara nisbətən ailə həyatına tez meyl etməsidir:

“Sanki 18 yaşı tamam olan bir xanıma elçi gəlinmirsə, o, özünü evdə qalmış hesab edir və depressiyaya düşür. Bizim xanımların əksəriyyəti karyera haqqında düşünmür və düşünəni belə onu ailə həyatına dəyişməyə hazırdır. Xanımların işə meylli olmaması, cəmiyyətdə kişilərin üstünə yük salmış olur. Yəni bir çox xanımlar belə düşünürlər ki, onlar evdə olmalıdır, kişi isə işləməlidir. Buda cəmiyyətdə gender bərabərliyinin pozulmasına və kişilərin üzərində yükün çox olmasına səbəb olur. Bir də Azərbaycan xanımlarının çoxu etiraz etməyin hələ nə olduğunu bilmirlər. İstər bu məişətdə olsun, istərsə də cəmiyyətdə. Fikir versəniz, elə qonşu Türkiyədə gənc xanım tələbələr necə aktivdirlər, cəmiyyətdə baş verən proseslərə biganə qalmırlar. Amma bizə gəldikdə xanımlarda bu hiss olunmur. Burada mentalitet deyə bir çürük psixologiyada rol oynayır. Yəni problemlər tək xanımlarda deyil, həm də kişilərdədir. Cəmiyyətimizin inkişafı, onun normal bir hala gəlməsi üçün bəzi köhnə fikirləri silib atmaq lazımdır. Burada da əsas məsələ mentalitetdir. Biz bu cür fikirləri beynimizdən silib atmasaq, sivil cəmiyyət qura bilməyəcəyik”.

Sankt-Peterburq Stomotoloji Tibb kollecinin tələbəsi Rövşən Bəyov bildirib ki, bəyəndiyi qız xasiyyəti, onun xasiyyəti ilə uyğun olmalıdır:
“Üzeyirə qulaq asan və məktəbdə tarix kitabını oxuyub tarix bilirəm deyən qızları bəyənmirəm. Oğlanların əhatəsinə qoşulmaq üçün özünü oğlan kimi aparan və yalançı qızları bəyənmirəm. Seçdiyim qızın zövqü öz zövqümlə üst-üstə düşməlidir. Bu o demək deyil ki? qızdan üstün olmalıyam. Sadəcə, zövqlər və maraqlar oxşamalıdırlar”.

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Cavanşir Vəliyev qızların çox sual verməsini bəyənmir. Onun sözlərinə görə, qızlar daima sıxıntı içində yaşayırlar: “Sanki həyatlarında heç bir maraq yoxdur və həyatları çox maraqsız keçir. Həyatlarında əyləncə yoxdur. Birdə qızların çoxu tez ərə getmək istəyirlər, elə bil ərə gedəndə nə isə olur”.

Dövlət İdarəçilik Akademiyasının tələbəsi Elnur İsmayılov, əsasən, qızların geyimlərinin xoşuna gəlmədiyini deyib: “Qara paltar geyinməsinlər. Yəni bu rəngdən çox istifadə etməsinlər. Bir az kitab oxusunlar. Türklərdən başqa o biri millətlərə də baxsınlar. Kitabı əzbərləməsinlər və qiymət üçün oxumasınlar”.

Tələbə Eldəniz Qasımov qızların lazım olduğundan artıq naz etmələrini heç də bəyənmir:
“Azərbaycanlı xanımları özünəməxsus gözəlliyə malikdirlər və elə özlərinə məxsus nazlı olurlar. Belə həddən artıq nazlı olmağı, lovğalıq kimi də adlandırmaq olar. Əsas cəhətləri budur”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Amil Məmmədov qızlarda ağıl və sadəliyin olmasını bəyənir. Özlərini lovğa aparmasını isə heç bəyənmir: “İstərdim qızların intellektual səviyyəsi və dünya görüşü normal olsun. Deməsin ki, “ABŞ-da və Fransada olmaq istərdim”. Özlərini olduqları kimi aparsınlar”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Ramil Bəyov qızlara düz söz deyəndə inanmadıqlarını, yalan deyəndə isə inandıqlarını deyir. O, qızların bu xüsusiyyətini bəyənmir: “Onlarla görüşmək istədiyini deyən kimi mental damarları tutur və “yox dəlisən?!” kimi söz deyib özlərini gözdən salırlar. “Sevirəm” sözünü deyən kimi, Qurana qədər and içdirirlər. Bunlar xoşagəlməzdir. Oturub bir yerdə çay, kofe içmək olmur. Deyirlər “dəlisən, qohumum görər”. Bir də gizli nömrə ilə başqa qız adı ilə zəng edib oğlanı yoxlamaq kimi fikirlərini bəyənmirəm”.

Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Rəmzi Kərimov qızları geyimlərinə və kitab oxumadıqlarına görə bəyənmir. Bundan başqa qızlarda bəyənmədiyi xüsusiyyətlərin çox olduğunu deyib: “Bunların hamısı bədii kitab oxumadıqlarının nəticəsidir. Düzdür, bədii kitab oxumaq insana o qədərdə kömək etmir, amma yaradıcılığa və fikirlərin təkmilləşməsinə kömək edir. Bədii kitab oxuyan qızın ən azından danışıq qabiliyyəti səlis, öz imicini tapa bilər, insanlarla ünsiyyətdə olmaq ona rahat olar, cəmiyyətdə öz mövqeyini daha tez tapar. Əfsus ki, bizim qızlar ancaq dərs vəsaitləri ilə kifayətlənirlər”.
 

Azərbaycanda “Facebook”un nə qədər istifadəçisi var?
A N S P R E S S tarih 29.01.2013, 19:37 (UTC)
 İyulun 1-də Azərbaycanda “Facebook” şəbəkəsi istifadəçilərinin sayı 411 min 840 nəfər olub. Müqayisə üçün qeyd edək ki, iyunun 2-də bu göstərici 390 min 660, prelin əvvəllərində 355 min 640, martın 4-də 324 min 880, fevralın 1-də 312 min 720, yanvarın 4-də isə 279 min 100 nəfər olub.

“Facebakers”in versiyasında görə, son 3 ayda Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 86 min 960 nəfər və ya 26,77%, son bir ayda 21 min 180 nəfər və ya 5,42%, son iki həftədə 8 min 420 nəfər (2,09%), son bir həftədə isə 4,96% artıb.

Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə reytinqdə 95-ci (iyunun əvvəlində 94-cü, apreldə 96-cı, martın 4-də 96-cı, fevralın 1-də 94-cü) yerdədir. Azərbaycan bu göstərici ilə Belarus (103-cü yer), Qazaxıstan (104-cü yer), Latviya (105), Moldova (115), ermenistan (119), Özbəkistan (139), Qırğızıstan (157), Tacikistan (181) və Türkmənistan (187) kimi ölkələri qabaqlayır.

“Facebook” istifadəçilərinin sayına görə dünya liderləri ABŞ (151 milyon 350 min 260 nəfər), İndoneziya (38 milyon 860 min. 460), Böyük Britaniya (29 milyon 880 min 860), Hindistan (29 milyon 475 min 740 ) və Türkiyədir (29 milyon 459 min 200).

Azərbaycanda əhalinin 4,96%-i, internet istifadəçilərinin isə 8,81%-i “Facebook”dan istifadə edir. Ölkəmizdəki “Facebook” istifadəçilərinin 46%-i 18-24 yaş, 25%-i 25-34, 11%-i 16-17, 7%-i 13-15, 6%-i 35-44, 3%-i 45-54, 1%-i isə 55-64 yaşında və 65 yaşdan yuxarıdır. “Facebook” istifadəçilərinin əksər hissəsi kişilərdir (64%).

Ümumilikdə isə dünyada “Facebook” istifadəçilərinin sayı 711 milyon 286 min 270 nəfərdir. Bir ay əvvəl bu göstərici 689 milyon 332 min 770 nəfər idi.
 

Sayımız 9 356 000 oldu
ANSPRESS tarih 29.01.2013, 19:33 (UTC)
 Azərbaycan əhalisi 9 356 000 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci il ərzində ölkə əhalisinin sayı 121,4 min nəfər artıb ki, bu da 1,3 faiz artım deməkdir. Əhalinin yarıdan çoxu – 52,9 faizi şəhərdə yaşayır.

Azərbaycanda qadınların sayı kişilərə nisbətən yenə də çox olaraq qalır – 50,4 faiz. Beləliklə hər 1000 nəfər kişiyə 1016 qadın düşür. Ölkədə gənclər əhalinin 30,3 faizini təşkil edir. Komitə ötən il doğulan körpələrin gözlənilən ömür uzunluğunu da hesablayıb.

Belə ki, hesablamalara görə, körpələr üçün ömür uzunluğu 73,8 yaş təşkil edəcək. Qızlar oğlanlardan 5 il çox yaşayacaq – oğlanlar üçün 71,2, qızlar üçün isə 76,5 yaş müəyyən olunub.
 

SEÇİM SƏNİNDİR! YENİ İL, YOXSA MÜSƏLMAN BAYRAMI...
www.azerislam.com tarih 03.01.2013, 17:34 (UTC)
 Bu yazını səbrlə və sona qədər oxumağınız məsləhətdir.

Hələ günəş çıxmamış, Corc yuxudan oyanıb ayağa qalxdı. Səs salmadan əvvəl xanımını (Teranı) oyatdı. Tera heç təəccüblənmədi. Çünki Corc axşamdan ona hazırlıqlar etməsini tapşırmışdı. Tera durub Corcun və uşaqlarının paltarını ütülədi. Onların iki oğlu var idi, Maykl və Andrey. Maykl Andreydən 2 yaş böyük idi.

Paltarlar hazır olandan sonra Tera səhər yeməyini hazırlamağa mətbəxə keçirdi ki, Corc ona: Bu gün Qurban bayramıdır, onsuz da bayram namazına kimi bir şey yeməyəcəyik. Tələsmə, biz gələnə kimi hazırlayarsan – dedi. Corc uşaqların otağına keçib yavaşca onları da oyatdı. Andrey gözünü açan kimi atasına: Papaaaa, məni də aparacaqsan bayram namazına?
Corc: Bəs nə. Sənsiz heç gedərəmmi gözümün işığı?!

Maykl durub əl-üzünü yuyan kimi atasına dedi ki: Ata, mən gedim baxım görüm qurbanlıq qoyun neyniyir. Ot ya su lazımdırsa qoyum gəlim.

Corc: Bax gör ipi dolaşmayıb? Dardısa, bir az boşalt, narahat olmasın.

Yaxşı – deyərək Maykl həyətə qaçdı.

Hamı paltarını geyib hazır durmuşdu. Corc: Ananızla sağollaşın gedək, yoxsa bayram namazına gecikərik – deyə uşaqlara səsləndi.

Uşaqlar analarına sağ ol deyib maşına tərəf qaçdılar. Andrey qabaqda oturmaq istəyirdi, amma Maykl onu güclə arxaya keçirdi.

Bayram namazından sonra onlar evə döndülər. Uşaqlar sevinə-sevinə qoyun bağlanan yerə qaçdılar. Tera qışqıraraq onları çağırdı: Gəlin üst-başınızı dəyişin sonra gedin!

Corc bıçağı hazırladı. Sonra gəlib qoyunun ayaqlarını bağladı və yerə uzandırdı. Uşaqlar gələnə kimi qoyunu sığallayırdı.

Corc dedi: Maykl, Andrey, hərəniz bir tərəfindən tutun.

Corc qoyunu qibləyə tərəf uzatdı, bismillah, Allahu Əkbər deyib kəsdi.

Onlar qoyunun ətini bir neçə hissəyə bölüb həm qonşularına, həm də yaxınlıqda yaşayan qohumlarına göndərdilər.

Artıq günorta idi. Birdən Corc ayağa qalxıb Teraya üzünü tutaraq: Lap yadımdan çıxmışdı ki, bu gün bazar günüdü. Tez pencəyimi ver mən gedim kilsəyə - dedi. Andrey: Papaaa, mən də gəlim? Corc: Yox, siz qalın, evdə ananıza kömək edin, mən bir saata qayıdacam.

Təəccüblənirsiniz? Corc müsəlmandır, yoxsa xristian?! Kilsəyə gedirsə, deməli xristiandır. Bəs yaxşı xristianlar bəyəm bizim qurban bayramını qeyd edirlər?! Əlbəttə yanılmırsınız. Onlar bizim bayramları qeyd etmirlər. Yuxarıda yazılan hekayə isə heç bir zaman baş verməyib, baş verməyəcək də. Bəs biz niyə onların bayramlarını qeyd edirik?! Niyə bizlərdə Kristmas, Yeni il, Valentin və sairə kimi bayramlar təmtəraqla qeyd olunur?!

Allah təala buyurub: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” [əl-Bəqərə 2:120]
 

<- Geri  1  2  3  4  5  6  7  8 ... 12Devam -> 
 
 
Search in the Quran
Search in the Quran:
in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

Prayer Times For 6 Million Cities Worldwide
Country:

Search in the Hadith
Search: in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

English to Arabic to English Dictionary
Find word:
Exact Word / Starting Word Sub Word
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
www.SearchTruth.com

Quran Auto Reciter

Search in Quran and Hadith

Islamic Softwares

Azan Times

Read Quran Online

Listen Quran Online

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol