|
|
|
Xəbərlər  |
|
|
Ölüm zamanı insan nə hiss edir
Əli İbrahimov tarih 15.07.2011, 21:01 (UTC) | | Suda boğularaq ölmək
Bir insan ən çox çaxnaşma salma və suyun soyuqluğu səbəbindən boğulur. Suya batıb-çıxarkən insanların çoxu nəfəsini tutub saxlamağa çalışır. Bu ən çox 90 saniyə davam edir. Sonra suyu udmağa, öskürməyə və daha da çox su udmağa başlayır. Tənəffüs yollarından su içəri daxil olaraq, nəfəs almağa maneə törədir, bu əsnada sinədə yüngül bir yanma və ağrı hiss olunur. Rahatlıq beyinə oksigen getməməsinin əlamətlərindəndir. Oksigensiz qalan ürək və beyin bir müddət sonra fəaliyyətini dayandırır.
Qan itirmə nəticəsində ölmək
Bədəndə 5 litr olan qandan 750 ml. və ya daha az itirildikdə, insan müalicə edilə bilir. 1,5 litr və ya ondan çoxunu daxili və ya xarici qanaxma ilə itirən insan, əvvəl üşüyür. Sonra susuzluq, yorğunluq və baş gicəllənməsi hiss edir. Daha sonra şüurunu itirir.
Başın kəsilməsi
Elm adamları və tarixçilər, ölən insanın kəsilən başı görməsi barədə mübahisə edirlər. Mütəxəssislərə görə beyin, baş kəsildikdən sonra 30 saniyəyə qədər işləyir.
Asılaraq ölmək
Bu cür ölüm, ümumiyyətlə intihar hadisələrində və ya keçmiş edam forması vəziyyətində olduğu bildirilir. Boyuna asılan ipin beynə gedən arteriya damarlarını tıxaması nəticəsində, adam 10 saniyə içərisində özündən gedir. Lakin ipin səhv taxılması, bu müddəti 10-15 dəqiqəyə qədər uzada bilər. İctimai tərzdə edam olunanı görən şəxslər, çox vaxt adamın əziyyətlə çırpınmasını izləyiblər. Bu cür olduğu halda, nəfəs kəsilir. İp arteriyalara təsir etmədiyi üçün, insan özündən getmir və acı çəkir.
Elektrik vurmasından ölmək
Elektirik vurması zamanı ürək, funksiyasını bir anda itirir. Edam məqsədilə istifadə edilən elektrik kürsüsündə isə, elektrik verildiyi an insan özündən gedir və ağrısız bir şəkildə ölür. Bunu etmək üçün elektriki çatdırılmasını kafi şəkildə təmin etmək üçün, məhkumun başının hər iki yanına elektrod yerləşdirilir. Başın üstünə qoyulan sintetik süngər isə elektrodlara bağlanır.
Yanaraq ölmək
Əvvəlcə saçlar və qaşlar yanır. Sonra dərinin üzərindəki sinir hüceyrələri yanmağa başlayır. Bu insana çox ağrı verir. Sinir hüceyrələri bir müddət sonra öldüyü üçün ağrı sona çatır. Yananların əksəriyyəti, yanma səbəbindən deyil, tüstü və qazlar səbəbindən nəfəs ala bilmədiklərinə görə ölür.
Zəhərli iynə ilə edam
Bu edam növü, ilk dəfə 1977-ci ildə Oklahomada elektrik kürsüsünə alternativ olaraq istifadə edilib. Mütəxəssislər ardıcıl olaraq 3 ədəd iynə vurmaqla buna nail olurdular. Bunlardan birincisi ağrını yox etmək, ikincisi nəfəs almağı dayandırmaq, sonuncusu isə kalium xlorid məhlulu ürəyin fəaliyyətini dayandırmaq üçün məhkuma iynə vasitəsilə vurulur. Bütün miqdarların ölümcül dərəcədə olmasına baxmayaraq, şahidlər məhkumların bəzən öldükləri zamanın uzandığının şahidi olurlar.
İnfakt
Ürək infarktı, əslində filmlərdə göründüyü qədər sürətli və dramatik deyil. Ən çox rast gəlinən simptomlar sinədə başlayan ağrı, bədəndə sıxışma kimi təsirini göstərə bilər. Bunlar ürək əzələsinin oksigensizlik səbəbindən sıxılmasının nəticəsidir. İnsanlar çox vaxt infarkt keçirdiklərini hiss etmirlər. Kiçik bir infarktın insanı 10 saniyə ərzində öldürə biləcəyi unudulmamalıdır.
Hündürlükdən yıxılaraq ölmək
O qədər də ağrı vermir. 145 metrdən yıxılan bir insan yerə saatda 200 km sürətlə düşür. Bu sürətlə düşəndən sonra insanların 75%-i yerə dəydikdən sonra ölür. Səbəbi isə, ürək və ağ ciyər parçalanması, ya da qabırğaların qırılaraq daxili orqanları kəsməsidir.
| | |
|
III qrup üzrə imtahanlarda 70 faiz abituriyent kəsilib
TQDK tarih 15.07.2011, 20:59 (UTC) | | İyulun 6-da III qrup üzrə ali və orta təhsil məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə görə, imtahanlarda iştirak edən 30 min 981 abituriyentdən 8 min 981 nəfər müsabiqədə iştirak hüququ qazanıb. Yəni, imtahanlarda iştirak edən abituriyentlərin 70 faizdən çoxu müsabiqədə iştirak hüququnu itirib.
KEÇİD BALI AŞAĞI SALINIB
III ixtisas qrupu üzrə imtahanlar iyulun 3-də keçirilib. Abituriyentlərə 5 fənn üzrə 125 sual təqdim olunub.
Abituriyent Aytəkin Hüseynova deyir ki, qəbul imtahanında gözlədiyi nəticəni əldə edə bilməyib. Onun sözlərinə görə, xüsusilə, ədəbiyyat və tarix fənlərində çətin, mübahisəli suallar olub. Aytəkin Hüseynova imtahan nəticələrinə görə, 576 bal toplayıb. Amma deyir ki, bundan daha yaxşı nəticə gözləyirmiş.
«İMTAHAN SUALLARI HƏDSİZ ÇƏTİN İDİ»
«Mən 600-dən artıq bal toplayacağımı düşünürdüm. Amma tarix, ədəbiyyatdan düşən suallar olduqca çətin idi. Mənimlə birlikdə hazırlaşan digər abituriyentlər də yaxşı nəticə göstərə bilməyiblər. Bu il ki, suallar olduqca çətin idi».
Digər abituriyent Emil isə imtahanda 331 bal toplaya bilib. Amma deyir ki, sınaq imtahanlarında 400-dən artıq bal toplayırmış.
«Adətən qəbul imtahanlarında sınaqdan daha çox bal toplanılırdı. Bu dəfə suallar hədsiz dərəcədə çətin idi. 331 balla yalnız ödənişli ixtisaslara düşə bilərəm».
«ƏGƏR SUALLAR ÇƏTİN İDİSƏ… »
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Nağızadə isə qəbul imtahanlarında sualların çətin olması ilə bağlı səslənən iradlarla razılaşmır:
«Suallar mütləq mənada hamısı çətin ola bilməz. İmtahan suallarının bir hissəsi sadə, bir hissi orta, bir hissəsi isə çətin suallardan ibarət olur. Bu ümumi standartdır. Yəni, bütün suallar nə çətin, nə də asan ola bilər. Əgər bütün suallar çətin idisə, 269 nəfər 600-dən yuxarı nəticə göstərib, onlar üçün suallar niyə çətin olmadı? Bütün sualların çətin olması ilə bağlı fikirlər səsləndirmək absurddur».
III ixtisas qrupu üzrə 269 nəfər 600-dən çox bal toplayıb. Bu qrup üzrə ən yüksək göstərici isə 691 baldır.
«İMTAHAN SUALLARI ÇƏTİN DEYİL, MƏKTƏB TƏHSİLİ AŞAĞIDIR»
XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyevhesab edir ki, qəbul imtahanlarında düşən suallarla abituriyentlərin bilik səviyyəsi arasındakı qeyri-bərabərlik məktəbdə verilən təhsilin aşağı olması ilə bağlıdır:
«Yəni, məktəbdə demək olar ki, təhsil verilmir. Abituriyentlər, şagirdlər imtahanlara repetitor yanında hazırlaşırlar. Danılmaz faktdır ki, bu gün repetitor təhsili məktəb təhsili üçün alternativdir. Bu ilki test tapşırıqları ötən ilki tapşırıqlarla müqayisədə elə də çətinləşdirilməyib. Məsələn, digər post sovet ölkələri ilə müqayisədə bu test sualları orta diaqnostik suallardır. Orta səviyyəli test suallarıdır. Qəbul imtahanlarındakı test sualları ilə abituriyentlərin bilik səviyyələri arasında qeyri-bərabərlik məktəb təhsilinin aşağı olmasın ilə bağlıdır».
2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssələrinə qəbula 110 min 423 nəfər sənəd verib. Növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.
| | |
|
Ruh Çağırma Nədir?
ƏLİ İBRAHİMOV tarih 10.04.2011, 18:22 (UTC) | | Ruh çağırdıqlarını iddia edənlər, bəzi qafil insanları müxtəlif şəkillərdə aldatmaqdadırlar. Bunlardan ən məşhuru budur: Kahin, yəni, ruh çağıran adam bir stol üstündə bir neçə fincan düzər və bəzi hərflər sərər. Guya, çağıracağı ruhun adını söyləyər. Bir az sonra fincanda tərpənmələr başlar, stoldan "Taq, taq!.." səsləri gələr. Bu vaxt, hərflər sağa sola doğru hərəkət edər.
Ruh çağırma hadisəsinin, həqiqətən ruhlarla bir əlaqəsi var? Kahinlərin çağırıb danışdıqlarını iddia etdikləri, həqiqətən ölmüş insanların ruhlarıdır? Əgər bunlar, ölmüş insanların ruhları deyilsə, stola vuraraq səs çıxaranlar kimlərdir?
Əvvəl bunu ifadə edək ki, kainatda heç bir şey məqsədsiz, sahibsiz və başıboş deyil. Heç bir şey öz halına buraxılmamış, təsadüfə həvalə edilməmişdir. Kainatda canlı-cansız hər məxluq bir nizamın əsəridir və təsir altındadır. Heç bir şey, Cənabı Haqqın qoyduğu əhatəli qanunların hökmündən xaric deyil.
Həm Cənabı Haqqın, insan ruhunu, məxluqlar içində ən şərəfli və ən gözəl bir mahiyyətdə yaradıb, o ruhu yüksək üstünlüklərlə bəzəməsi, kainatı ona yönəltməsi və onu özünə dost olaraq seçməsi açıq-aşkar göstərir ki, onun idarəsini və qənaətini, başqa əllərə təslim etməz. Bəzi səfeh hoqqabazlara buraxmaz.
İnsanın öz cəsədi üzərindəki hakimiyyəti də əlində deyil. Məsələn, yediyi bir loxmanın, boğazından keçdikdən sonra, necə bölündüyünü, hər üzvə nə qədər paylandığını da bilməməkdədir. Öz iç aləmindəki bu qədər şeylərdən xəbəri olmayan insanın, ruhlar üzərində gücü iddia etməsi nə qədər gülünc bir iddiadır, tərif edilə bilməz.
Yerdə və göydə nə varsa, hamısı Allahın hakimiyyəti altındadır. Buna görə də, ruhlar da öz başlarına buraxılmamışlar. Onlar öz iradələriylə, dilədikləri kimi hərəkət edə bilsəydilər, bəlkə də, bir qismi dünyaya gəlmək istəməyəcək, gəlsə də getmək istəməyəcəkdi.
İsra Surəsinin, 85-ci ayəsində, "Ruh Allahın əmrindəndir" buyurulmaqdadır. Ayədə açıq-aşkar olaraq, insan ruhunun, Allahın əmrindən gəldiyi bildirilməkdədir. Əmri İlahidən gələn bir ruha, hansı qüvvət təsir edə bilər və onda hakimiyyət sahibi ola bilər?
Yenə bir çox ayələrdə, insan ruhunun, ölümdən sonra da başıboş buraxılmadığı, bəyan edilməkdədir. Məsələn, Mömin Surəsi, 46-cı ayədə də, "Onlar (qəbir içində qiyamət gününə qədər) səhər və axşam alova tutulacaqlar" buyrulur. Bu ayədə də açıq olaraq, kafirlərin qiyamət gününə qədər əzab görəcəkləri bildirilir. Nəhl Surəsi 32-ci ayədə isə möminlər haqqında belə buyrulur: "Bunlar (o kəslərdir ki) mələklər ruhlarını ən yaxşı halda alar. Və onlara: 'Salam sizin üzərinizə olsun. Etdiklərinizin qarşılığı olaraq Cənnətə daxil edilirsiniz deyərlər."
Ölümdən sonrakı hallar və qəbir əzabı haqqında Həzrəti Rəsulullahın (s.ə.s.) bir çox hədisləri mövcuddur. Bunlardan birində belə buyrulur:
"Qəbir (hər kəsin əməlinə görə) ya Cənnət bağçalarından bir bağça, və ya Cəhənnəm çuxurlarından bir çuxurdur."
Demək olar ki, aləmdə, hər məxluq kimi, ruh da, başıboş deyil. İnsanın ölümündən sonra ruhu, qəbir aləmində daimi bir fəaliyyətə tabe olmaqla, bir əzab və ya gözəlliyə nail olar. | | |
|
İslam futbolu qadağan edirmi?
www.startaz.com tarih 13.03.2011, 15:14 (UTC) | | 2010 Dünya Çempionatı keçirildi. Dünyanın əksər ölkələri demək olar ki, izlədi. Bəzi ərəb dövlətlərində problemlər yaşandı, bəzilərində isə qadağan olundu. Futbola baxmağa görə öldürülənlərdə oldu, məhkəməyə çıxarılanlarda. Bütün bunlar da məhz İslam ölkələrində baş verdi. “Hizbullah” İslam Müqavimət Təşkilatı Somalidə futbol üzrə dünya çempionatına baxan 2 azarkeşi güllələyərək daha 30 şəxsi həbs edib. Hadisə 12 iyunda Argentina – Nigeriya matçı keçirilən zaman baş vermişdir.
Bəs görəsən onların etdikləri doğrudurmu? İslamda futbolu qadağan edəcək bir şey varmı?
İslam qadağa dini deyil. İslamda yalnız insanın özünə ziyan olan şeylər qadağan edilir. İslam dini idmanı dəstələyir. İdman sağlamlıq olduğu üçün, sağlamlıq da İslamda gözəl şeydir. Əgər insan idmanla məşğul olarkən mənəvi və fiziki cəhətdən sağlam olursa, din buna xoş münasibət bəsləyir. İslam nöqteyi-nəzərindən idman o zaman qadağan olar ki, insana həmin məşğuliyyət zərər vurar. Həmçinin futbolda bu qəbildəndir. İnsana zərəri olmayan bir şeydir. Futbol daim müzakirəli mövzu olsa da hər iki tərəf dindarların fikirlərinə də nəzər salarıq.
1-cilərin qeyd etdiyinə görə futbol o zaman haram olar ki, orda külli miqdarda pul qoyuluşu var. Oyunlara pul qoymaq isə İslamda haramdır. Futbol yarışları keçirmək, oyuna baxmaq dini baxımdan haram deyil. Lakin burada maddi maraq güdülməməlidir. Əgər futbol oyununa pul qoyulursa, burada pul qoyan, pul alan və həmin oyundakı futbolçu da haramla işlə məşğul olmuş sayılır. Ancaq oyunçuların alqı-satqısı haramdır deyərək fikirlərinə fikir əlavə edirlər. Buna səbəb olaraq qeyd edirlər ki, futbolçuların alqı-satqısı nəticədə insanı köləlik altına salır. Yəni insan qul kimi alınıb-satılır. Bu da İslam dinində yolverilməzdir, çünki din insanın qul kimi alınıb-satılmasını birmənalı olaraq pisləyir. Həqiqi ibadətlə məşğul olan insan bu işə getməməlidir”.
2-cilər də 1-cilərin fikirləri ilə razılaşırlar. Amma oyunçuların alqı-satqısı haqqında söylənilən fikirlər üst-üstə düşmür. 2-cilərin dediyinə görə oyunçuların bir klubdan başqasına transfer olunmasında heç bir qəbahət yoxdur. Oyunçunun qazandığı pul onun halal qazancıdır. O bu pulun müqabilində əziyyət çəkir. Heç kim futbolçunu hansısa klubda oynamağa məcbur etmirsə, burada heç bir qəbahət yoxdur. Transfer müqavilələrində həm oyunçunun, həm də klub rəhbərinin mənafeləri və hüquqları nəzərə alınır. İslamda qul anlayışı isə insanın zorakılıqla əsarət altında alınıb-satılmasıdır. Futbolda oyunçunun transferi qul kimi satılmaq demək deyil. 2-cilər həmçinin onuda qeyd edirlər ki, futbola qoyulan pullarda futbolçuların və futbola baxanların günahı deyil. Günah mərc edib, pul qoyanlardadır. Və bu zaman fubol məhz onlar üçün haram olur.
| | |
|
Futbol qumarı bizə nə vəd edir?
www.startaz.com tarih 13.03.2011, 15:13 (UTC) | | Futbol oyunlarına qoyulan mərciləri, əhali arasında isə totalizator kimi tanınan bukmeyker kontorlarında qızğın mübahisə, müxtəlif proqnozlar, sonsuz həyəcan, böyük ümidlər və ən əsası pul qazanmaq şansı var. Çoxu bura istirahət adı ilə qəlir. Bir oyuna “stavka” edəndən sonra həmin oyuna istəyirsən baxasan.
İdman matçlarına pul qoyuluşlarını özündə təzahür etdirən totalizator oyunları Azərbaycana bir neçə il öncə ayaq açıb. Tədricən inkişaf edən bu sahə artıq şəbəkə formasında qurulub. Təsadüfi deyil ki, avtobusda, metroda, küçədə, parkda hətta işdə mərc edib, hesab verənlərlə rastlaşırsan. Vaxtilə riyaziyyat və fizika dərsliklərində başa düşməyə çətinlik çəkdiyimiz koofisient anlayışı indi mərc edənlərin dillər əzbərinə çevrilib. Koofisient bir növ nəticənin faizlə ifadəsidir. Bütün dünyada proses oxşar ssenari üzrə gedir. Qələbə, heç-heçə, məğlubiyyət, bir oyunda 3 qoldan çox, yaxud az vurulacaq topların sayı ilə ölçülən “bolşe və menşe” anlayışları həvəskarlara məlumdur. İlk qola hansı futbolçu imza atacaq, birinci hissədə neçə qol vurulacaq, oyunda neçə sarı, qırmızı vərəqə, künc zərbəsi, aut olacaq. Hətta oyuna hansı komandanın başlayacağına da pul atmaq olar. Bir sözlə, bu futbol qumarında proqnozların sayı-hesabı yoxdur. Proqnozlar təkcə futbol ilə məhdudlaşmır. Sadəcə bütün idman növləri arasında ən geniş yayılanı futbol olduğuna görə məhz bu oyuna diqqət çox ayrılır.
Amma totalizator oyunları həmişə pul, kef və yüksək əhval-ruhiyyə gətirmir. Bu oyunların böyük faciələrə səbəb olduğu, evini, mülkünü, maşınını itirənlər, böyük borc faizləri altına girənlərin varlığı da bir reallıqdır. Bu oyunlara pul qoyuluşu edənlər daima əsəb gərginliyi içində olur, həyəcan keçirirlər. İş o yerə çatır ki, hətta vətəndaşlarda bu oyuna təhlükəli bağlılıq yaranır.
“Əgər insan hansısa bir oyundan asılı qalırsa, əlbəttə bunun psixi duruma təsiri olur. Burada mənfi təsir daha çoxdur. Düzdür burada biz müsbət emosiyalardan da danışmaq olar. İnsan udur, sevinir. Müəyyən mənada insan daxili boşluğunu bununla doldurur. Burada insan həm psixi, həm də fiziki asıllığa düçar olur. Fiziki asıllığı müalicə etmək olur. Alkoqolizm və narkomaniyada bu asıllığı aradan qaldırmaq mümkündür. Amma psixiki asıllığı aradan qaldırmaq çox çətindir. Mərc oyunlarının özündə də psixi asıllıq yaranır. İnsan oyunda udur, uduzur. Özü də başa düşmür ki, necə gəlib belə asılı vəziyyətə düşüb”, - deyə psixoloq Dəyanət Rzayev vurğuladı.
Bəzən insan avtomobilini, evini, yaxud, yüksək məbləğli nağd pul qoyuluşu etməkdən belə çəkinmir. Bu risklər onlara heç də həmişə sevinc gətirmir. Ətrafımızda avtomobilini, evini, bütün varidatını uduzanları görmək çətin deyil. Çünki, totalizator oyununa demək olar ki, cəmiyyətin hər təbəqəsinin nümayəndələri qatılır.
“Mən “stavka” verməyə az məbləğlə başlamışdım. 3-5 manat atıb, arabir udurdum. Uduzduğum günlər isə daha çox idi. Bilirdim ki, böyük məbləğ itirmirəm. Ona görə də, yenə kontorlara gedir, həvəslə oyunlara pul qoyurdum. Tədricən bu həvəs qızğın ehtirasa çevrildi. Bir dəfə 2 min manatlıq “stavka” qoydum və uduzdum. Həmin an özümü çox pis hiss edirdim. Elə buna görə, qazanmaq ümidi ilə təxminən bir ay sonra bu dəfə 10 min manat pul qoyuluşu etdim. Variantım tutmadı. O gecə özümə yer tapa bilmirdim. Bir də pul qoyuluşu etməyəcəyimə söz verdim”, - deyə futbol qumarının qurbanı Emin qeyd etdi.
Emin kimi insanların sayı az deyil. Bundan sonra oxşar aqibətlə üzləşənlərin olacağını da heç kəs istisna etmir. Dünyanın ən güclü bukmeyker kontorlarının öz şərikləri var. Onlar klublarla əlbir işləyərək, lazım olan vaxtda qarşılaşmanın nəticəsini istəklərinə uyğun tənzimləyirlər. Yəni oyunun nəticəsini alıb-satırlar. Bu isə bir çoxlarının bədbəxtçiliyinə səbəb olur. Təsadüfi deyil ki, Avropanın aparıcı klubları həm də “oyun fırladan” imicini də qazanıblar. Bu təhlükəli perspektivi əvvəlcədən görən Azərbaycanın futbol biliciləri yerli totalizatorda milli klublarımızın oyun nəticələrinə pul qoymağı qadağan ediblər.
Amma yenə də əsas məsələ bu deyil. Top kimi yuvarlaq futbol qumarında, son nəticədə udan olmur. Burada birinin sevinci, digərinin kədəri hesabına başa gəlir. Həm, dinimiz baxımından qumar haramdır. Pulla oynanılan hər oyun qumar sayıldığından, futbol qumarı da haram sayılır. Haramdan da uzaq olmaq gərəkdir.
| | |
|
TQDK 2011-ci il yanvarın 23-də respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək
TQDK tarih 30.12.2010, 18:29 (UTC) | | Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il yanvarın 23-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirəcək.
Yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə etmək mümkün olacaq.
Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala biləcək. Bunun üçün onlar Komissiyanın internet saytında yerləşdiriləcək linkə daxil olaraq ödəmə kartlarını əldə edəcəklər.
Sonrakı sınaq imtahanlarının isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub. | | |
|
|
|
|
|
|
|