|
|
|
Xəbərlər  |
|
|
İSLAMDAN ÇİXARAN 10 ŞƏRT
http://selef.my1.ru/forum/3-1-1 tarih 27.12.2011, 20:54 (UTC) | | Əziz Qardaş və Bacılar
Bilirik ki, namazda, orucda və həccdə elə əməllər var ki, onları heçə endirir, həmçinin elə də əməllər var ki, islamı kökündən dağıdır. Əgər qısa şəkildə sadalasaq, bunların 10 növü var:
1. İbadətdə ALLAH`a şərik qoşmaq. Bu barədə ALLAH (s.t.) quranda deyir: Həqiqətən hər kim ALLAH`a şərik qoşursa, ALLAH cənnəti ona haram edər və onun yeri od içərisindədir. Zalımların yardımçısı yoxdur (o dünyada).(5/72)
2. Hər kim özü ilə ALLAH arasında vasitəçi təyin edərsə, hansı ki ondan yardım diləyir, onlardan şəfaət diləyir və onlara güman edirsə, bütün imamların yekdil rəyinə görə o, küfrə düşmüşdür. Quranda ALLAH bu barədə deyib: Ondan savayı başqasını yardımçı qəbul edənlər deyərlər: Bunlara ona görə tapınırıq ki, ALLAH`a yaxınlaşmağımıza vasitəçi olsunlar.(39/3)
3. Müşrikləri (ALLAH a şərik qoşanları) kafir kimi tanımamaq, onların küfrü barədə şübhədə olmaq və ya onların doğru yolda olduqlarını qəbul etmək küfr sayılır. Quranda ALLAH bu barədə deyib: Möminlər ALLAH`a və onun rəsuluna iman gətirənlərdir və sonra öz imanında şübhəyə düşməmişlər.(49/15)
4. Kim əmin olarsa ki, kiminsə yolu peyğəmbərin yolundan daha mükəmməldirsə, və onun qərarı peyğəmbərin qərarından üstündürsə, o, kafirdir. Həmcinin bura daxildir:
1.) İnsanların təyin etdikləri sistem və qanunların İslam Şəriətindən üstün olmasına əmin olmaq:
a) və ya İslam quruluşu iyirminci əsrdə yaramır,
b) və ya İslamın müsəlmanların geridə qalmasına səbəb olması,
v) və ya insanla onun Rəbbi arasındakı münasibətdə İslamın məhdudlaşması və digər həyati məsələləri əhatə etməməsi.
Yer üzərində haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar Haqq yolu görsələr onu qəbul etməzlər, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. (7/146)
2.) ALLAH`ın oğrunun əlinin kəsilməsi və yetkinlik yashına catmış evli olan zinakarın daş-qalaq edilməsi barədə qərarının yerinə yetirilməsinin müasir ab-havaya (zəmanəyə) uyğun gəlməməsini mülahizə etmək.
Necə ola bilər ki, onlar ALLAH`ın dinindən başqa din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona (ALLAH a) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (3/83)
3.) ALLAH`ın şəriət işlərində, cəza təyin etmədə və digər işlərdə nazil etdiyini deyil, başqa qərar cıxarmanın mümkünlüyünə əmin olmaq, hətta o bu qərarın şəriət qərarından üstün olmamasına əmin olsa belə küfrə düşür. Çünki o bununla ALLAH ın haram buyurduğunu halal etmiş olur. Və hər kim ki, ALLAH ın qadağan etdiyi və haram olması tamamilə məlum olan və hec bir şübhə doğurmayan, hansı ki, zina, alkaqol, sələmçilik, şəriətdən kənar qanunlarla idarə etmək kimi haram əməlləri halal hesab edirsə, bütün müsəlmanların rəyinə əsasən o, kafirdir.
Yoxsa müşriklərin ALLAH`ın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır? Əgər qəti söz (cəzanın qiyamətə saxlanılması) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. (42/21)
5. Kim ALLAH`ın elçisinin gətirdiyinə və onun müəyyən etdiyi qaydalara nifrət bəsləyərsə, o, küfrə düşmüşdür, hətta o, bu qanunlara əməl etsə belə. ALLAH ın (s.t.) bu sözlərinə görə: Ona görə ki, onlar ALLAH ın nazil etdiyindən xoşlanmırlar. Onda ALLAH əməllərini məhv etdi.(47/9)
6. Kim Rəsulullahın gətirdiyindən hər nəyə isə rişxənd etsə həqiqətən o, küfrə düşmüşdür. ALLAH`ın bu sözlərinə görə: De ki, ALLAH`a, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz? Üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz.(9/65-66)
7. Sehr, cadu. Bura daxildir: kişini öz qadınına olan məhəbbətindən uzaqlaşdırmaq və ona qarşı nifrət hissi oyatmaq, insanı etmək istəmədiyi bir işi şeytani metodla etməyə həvəsləndirmək. Kim bunları etsə və ya razılığını bildirsə o, kafir olmuşdur. ALLAH`ın bu sözlərinə görə: Halbuki, o iki mələk: « Biz imtahanıq, sən gəl kafir olma! » deməmiş hec kəsə (sehr) öyrətmirdilər. (2/102)
8. Bütpərəstləri, müşrikləri dəstəkləmək, müdafiə etmək, müsəlmana qarşı onlara kömək etmək küfr sayılır. ALLAH bu sözlərinə görə: Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. ALLAH zalım tayfanı düz yola yönəltməz! (5/51)
9. Kim əmin olsa ki, bəzi adamlar Mühəmməd (s.a.s.) Şəriətindən çıxa bilər, o kafirdir. ALLAH`ın bu sözlərinə görə: Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə ziyana uğrayanlardan olar!(3/85)
10.Tamamilə ALLAH`ın dinindən yayınmaq, imtina etmək, uzaqlaşmaq və ya elə bir şeydən imtina etmək ki, onsuz İslam öz qüvvəsini itirir və onu öyrənməmək və onun üzrə əməl (hərəkət) etməmək küfr sayılır. ALLAH`ın sözlərinə görə: Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz şübhəsiz ki onlardan intiqam alacağıq!(32/22)
Əziz qardaş və baçılar İslamı kökündən dağıdan bu əməllərdən özünüzü qoruyun ! | | |
|
Dünyanın sonunun gələcəyinə dair boşa çıxmış proqnozlar
Əli İbrahimov tarih 26.12.2011, 20:52 (UTC) | | Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr ) konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək:
* 1533, 18 oktyabr — Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi;
* 1688 -1700 — şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi;
* 1736, 13 oktyabr — ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması;
* 1833, 12 noyabr — ABŞ-da güclü ulduz yağışı səbəbi ilə gələcək dünyanın sonunun gözləntisi tarixi;
* 1843, 3 aprel və 7 iyul — Uilyam Millerin ardıcılları tərəfindən Bibliyadakı peyğəmbərliklərin yozumuna uyğun olaraq İsa Məsihin ikinci zühurunun və Məhşərin başlanğıcının gözləndiyi günlər;
* 1919, 17 dekabr — Amerika meteoroloqu Albert Portun hesablamalarına görə 6 planetin paradı, Günəşdə partlayışlar və Yerin yanması nəticəsində dünyanın sonunun yetişməsi;
* 1945, 21 sentyabr, saat 5.33 — amerikalı keşiş Çarlz Lonqun vəhyinə əsasən Yerin yanması və dünyanın axırı;
* 1954, 20 dekabr — Amerikalı həkim — təmasşünas Çarlz Lauqhedin öncəgörmələrinə əsasən güclü zəlzələlər və daşqınlar nəticəsində dünyanın sonunun yetişməsi tarixi;
* 1970, 31 dekabr, saat 24.00 — Həqiqi Dünya Amerika xristian kilsəsinin hesablamalarına əsasən dünyanın sonu;
* 1980, 29 aprel — ABŞ dağlarında sığınacaq yaratmış Leland Censen və Çarlz Heynqin bəhai təriqətinə görə nüvə müharibəsi nəticəsində dünyanın sonu;
* 1996, 17 dekabr — Amerika öngörücüsü Şeldon Nidlin proqnozlarına görə yadplanetlilərin və mələklərin kütləvi şəkildə gəlməsi ilə Yer üzünün yanıb külə çevrilməsi ilə dünyanın sonu;
* 1998-2001 — Çili astronomu Karlos Munyen Ferraronun hesablamalarına görə Bernar-1 planetinin Günəş sistemindən keçməsi nəticəsində dünyada həyatın sonu;
* 2001, 11avqust — bəzi Amerikalı astronomların hesablamalarına görə Yerin və Günəş sisteminin qara dəliyə sovrulması nəticəsində dünyanın sonu;
* 2009 — Piter Lorinin yozumuna görə Nostradamusun senturiyasında dünyanın sonu ilə bağlı tarix. Armageddon ( xeyirlə şər arasında son döyüşün olacağı İsraildəki ( Fələstindəki ) dağ.
Planetimiz şükür ki, hələ duruş gətirir və yalnız Uca Allahın bildiyi qiyamət gününə qədər dayanıb — duracaq. İndiyədək yaradılmışların " ən alisi və şüurlusu olaraq " bizim üzərimizə düşən vəzifə isə çox sadədir: Xaliqimizin iradəsinə zidd getməmək və Onun yaratdığı nə varsa, heç birinin təkamül qanunlarını pozmamaq. Allahın verdiyi şüurdan ilk növbədə elə Onun özünün bizə nələr demək istədiyini anlamaqdan, doğru — dürüst, halal yaşamaqdan ötrü istifadə etmək, vəssalam. Allah bizi qorusun. AMİN! | | |
|
Mafiyanın qanlı tarixi
İlqar Atayev tarih 23.12.2011, 18:36 (UTC) | | “Ədalətli cəmiyyət”in qanunlarını pozmaq ölüm deməkdir
10 fevral 1986-cı ildə Polermoda başlayan, İtaliya tarixində ən uzun və gərgin məhkəmə prosesi nəhayət ki, 16 dekabr 1987-ci ildə başa çatdı. 21 ay 35 gün çəkən məhkəmə prosesi zamanı ölkədə siyasi böhran yarandı, üç hökumət dəyişdi.
Proses zamanı çoxsaylı qətllərdə, narkotik maddə alverində ittiham olunan 474 mafioz qanun qarşısında cavab verdi. Dövlət ittihamçılarına nitq söyləmək üçün 12 məhkəmə iclası və 50 saatdan çox vaxt lazım oldu.
İtaliyada bundan da çox uzanan, vaxt aparan məhkəmə prosesləri olmuşdu. Və mafiya başçıları birinci dəfə deyildilər ki, onun qarşısında cavab verirdilər. Lakin ilk dəfə idi ki, sənəd və dəlillərlə "Koza Nostra" adlı mafiya sindikatının həqiqətən olması sübuta yetirilirdi. İlk dəfə idi ki, 28 mafiya başçısı ən ağır cəzaya - ömürlük həbs cəzasına məhkum edildi. Qalan 383 nəfər ümumilikdə 4675 il həbs cəzası aldılar.
"Koska"
Mafiyanı çox zaman hörümçək toruna bənzədirlər. Lakin bu bənzətmə həyatın bütün sahələrinə öz caynağını ilişdirmiş mafiya haqda tam təsəvvür yaratmır.
Cinayətkar sindikat nə qədər güclü olsa da dövlətlə müqayisə də çox zəif olmalı idi. Lakin nədənsə İtaliya mafiyası artıq 100 ildir ki, fəaliyyətdədir. Özü də ildən-ilə daha da güclənir. Səbəb isə...
Səbəb isə Siciliyanın özünəməxsus həyat tərzi, yaşayışı ilə bağlıdır. Mafiya haqda kitablar yazmaqla məşhurlaşmış macar Qabor Hellert yazır: "Mafiozların metodları dövlət qanunları ilə uzlaşmır. Lakin kiçik qəsəbə, kənd və şəhər əhli bu metodları qanuni sayır, onlara əməl edirlər".
"Onereta Soçeta" italyancadan tərcümədə "ədalətli cəmiyyət" deməkdir. Mafiya üzvləri öz münasibətlərini məhz "Onereta Soçeta"nın prinsipləri üzərində qururlar.
Mafioz ailəsi "Koska" adlanır. Adətən "ailə" yaxın qohumlardan və yaxınlardan ibarət olur. Qanunları pozan "ailə" üzvünü çox ciddi bir cəza gözləyə bilər. Ən ağır cəza isə "lupura"dır. "Lupura" karteçlə atəş açan qısa tüfəngdir. Düzdür "lupura"nı artıq çoxdandır ki, müasir avtomatlar, partlayıcılar əvəz edib. Lakin "lupura" mafiyanın indiyədək rəmzi simvoludur.
Bəzən böyük bir ərazi mafioz "ailə"nin təsiri altına düşür. Maraqlar üst-üstə düşdükdə bir neçə "ailə" birləşərək "klan" yaradırlar. Çox zaman müəyyən ərazi üstündə klanlar arasında toqquşmalar baş verir.
"Kupol"
İtaliya mətbuatı "Koza Nostra"nı dünyanın və zamanın ən güclü cinayətkar sindikatı adlandırır. "Koza Nostra" italiyancadan tərcümədə "bizim iş" mənasını verir. Özündə 24 "ailə"ni birləşdirən bu sindikatda bir neçə min cinayətkar var. Sindikatın illik gəliri bəzən varlı Avropa dövlətlərinin illik gəlirindən belə çox olur. Kiçik firmaların mühafizəsi, daşınmaz əmlak bazarında möhtəkirlik, faizlə kredit ayırmaq, sənaye, kommersiya kompaniyalarında iş görməklə yanaşı sindikat əsas gəliri narkotik maddələrin istehsalı və daşınmasından qazanır. "Koza Nostra"nın İtaliya-Amerika və Siciliya klanlarının narkotikdən əldə etdiyi gəlir illik 30-50 milyard dollar təşkil edir.
II dünya müharibəsi qurtaranadək siciliyalılar narkotikaya maraq göstərmirdilər. Müharibə qurtardıqdan sonra Nyu-Yorkdakı "ailə"lər öz keçmiş həmyerlilərini yola gətirə bildilər. Siciliya Amerikadakı ailələr üçün narkotiklərin daşınma bazası kimi vacib idi. 12 sentyabr 1957-ci ildə Palermoda klanlar "tarixi görüş" keçirdilər.
Amerikalı mafioz "boss Bananas" ləqəbli Co Bananno "Kupol" yaratmağı təklif etdi. Zaman keçdikcə "Kupol" "Koza Nostra"nın hökumətinə və tribunalına çevrildi. "Kupol"un idarə heyəti komissiya adlanır. Komissiyada mafioz-yaşlı aristokrat, böyük torpaq sahələri olan Mikelle Qreko, həm də cavan, əslən Karleonedən olan Luçano Lidji təmsil olunmuşdu. Lidji müasir mafiozlardan idi. O, ilk dəfə cinayət məsuliyyətinə 19 yaşında ikən, qətl hadisəsi törətdiyi zaman, 1944-cü ildə cəlb olunmuşdu. Lakin 11 il keçdikdən sonra Polermo məhkəməsi Lidjiyə sübutların olmaması (?) ucbatından bəraət verdi. 1963-cü ilin noyabrında 7 korobinyer (poils) qətlə yetirildi. Polis mafiyaya qarşı amansız represiyalara başladı. 1964-cü ilin mayında Lidti və onun 63 tərəfdarı tutuldular. Lakin yenə də bossun cinayətini sübuta yetirmək mümkün olmadı. Şahidlər susmağa üstünlük verdilər. Tutulanlar isə əvvəllər istintaqa verdikləri ifadələri məhkəmə zamanı dəyişdilər. Lidji yenə də bəraət aldı.
Lidji 1970-cı ilin mayında amerikalı bosslar Qaetano Badalamenti, Cerelando Buşetto ilə birgə "oğru cəmiyyət"i yaradır. "Cəmiyyət"in məqsədi iri sənayeçiləri oğurlayıb böyük pullar müqabilində azadlığa buraxmaq idi.
Ancaq cinayətkarlar bu dəfə çox təhlükəli yola əl atdıqlarını başa düşmədilər. 1974-cü ildə Lidji həbs olundu. Və bu dəfə ömürlük həbs cəzasına məhkum edildi. Lidji həbsxanada olsa da, öz etibarlı adamını "Totto" ləqəbli Salvatore Riyni vasitəsilə Karleone klanına rəhbərlik edirdi.
"Etirafçı"lar
"Koza Nostra"nın iş mexanizminin sirrlərini ilk dəfə Tomazzo Buşetto açdı. "Don Mazino" ləqəbli bu adam "komissiya"ya rəhbərlik edənlərdən biri idi. Sonradan "Don Mazino"nun klanı Karleone klanı tərəfindən ağır məğlubiyyətə uğradı. Lidjinin tərəfinə keçməyənlərin aqibəti ölüm oldu. Buşetto Amerikaya qaçdı. Tezliklə Birləşmiş Ştatlar onu tutub İtaliyaya təhvil verdi.
Qeyd edək ki, öz cinayətlərini etiraf etmiş canilərin problemi ilə bağlı İtaliyada çoxsaylı diskussiyalar keçirilirdi. Nəhayət 1970-ci ildə İtaliya qanunvericiliyində müəyyən dəyişikliklər edildi. Cinayətlərini səmimi etiraf edənlərin izahatları əsasında bir sıra məhkəmə prosesləri keçirildi. "Qırmızı briqada" adlanan terrorçu qruplaşmanın üzvləri, o cümlədən çoxlu sayda cinayətkar ünsürlər həbs edilərək mühakimə olundular. 13 iyul 1984-cü ildə "etiraf"çı mafioz Tomazzo Buşetto İtaliyaya gətirildi. Mafiya tərəfindən "Don Mazino"ya yönəlmiş qəsdin qarşısını almaq üçün hökumət ciddi təhlükəsizlik tədbirləri gördü. Məhkəmənin keçirilməsi üçün Palermoda dəmir bunker tikildi. Amfiteatra oxşayan məhkəmə zalı ilə müttəhimlərin arasında güllə keçirməz şüşə salındı. Bunkerin ətrafında qalın dəmirlərdən sədd çəkildi. Bütün bunlara 40 milyard lir xərcləndi. Məhkəmə başlayan zaman bunkeri yerdə zirehli maşın, göydə hərbi vertolyat və çoxsaylı korobinyer qoruyurdu. İçəriyə, məhkəmə zalına ancaq vəkillər, hakim, müttəhimlərin, zərərçəkənlərin qohumları və bir neçə jurnalist buraxıldı.
Buşettonun verdiyi ifadələr bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Cinayətkar sindikat 78 qətl hadisəsində günahlandırıldı. "Koza Nostra"nın "komissiya" üzvləri Mikello Qreko başda olmaqla ömürlük həbs cəzası aldılar. Tomazzo Buşetto ifadə verməklə yaxasını ömürlük həbs cəzasından qurtardı. Məhkəmə ona cəmi 3 il həbs cəzası verdi. Tezliklə keçmiş mafioz ailəsi ilə birgə, təhlükəsizliyini qorumaq məqsədilə ABŞ-a təhvil verildi. Hətta Federal Təhqiqatlar Bürosunun Narkotiklərə qarşı mübarizə şöbəsində Buşettoya məsləhətçi vəzifəsi də verildi.
"Tribunal"ın hökmü
İtaliya cəmiyyəti Palermo məhkəməsinin qərarını razılıqla qarşıladı. Ancaq çoxları qeyd edirdilər ki, mafiyanın ancaq bir neçə strukturuna zərbə dəyib. Əsas sindikat isə fəaliyyətdədir. Məhkəmə keçirilən 21 ay 35 gün ərzində Palermoda da vəziyyət həqiqətən çox sakit idi. Lakin məhkəmə qurtarandan 16 gün sonra "lupura" yenə işə düşdü. Şəhərin mərkəzində 3 uşağı və çoxsaylı şahidlərin gözü qarşısında məhkəmənin bəraət verdiyi keçmiş cinayətkar Antonio Çulla avtomatla deşik-deşik edildi. Mafiya "tribunal"ı öz hökmünü vermişdi.
| | |
|
Abituriyentlərin nəzərinə!
www.tqdk.gov.az tarih 20.11.2011, 21:37 (UTC) | |
1) 2012/2013-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda aşağıda göstərilən iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq:
I ixtisas qrupu – riyaziyyat və fizika;
II ixtisas qrupu – riyaziyyat və coğrafiya;
III ixtisas qrupu – riyaziyyat və tarix;
IV ixtisas qrupu – riyaziyyat və kimya.
2) 2012/2013-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III ixtisas qrupunda ixtisaslar DT və XH altqruplarına bölünməyəcək, ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq.
| | |
|
Xakerlərin rütbələri
Əli İbrahimov tarih 20.11.2011, 21:35 (UTC) | | 1. Hacktivistlər: Hacktivistlər özlərinə görə pis və ya səhv olan ictimai və ya siyasi problemləri dilə gətirmək məqsədiylə müəyyən saytları hack edərək öz mesajlarını yerləşdirərlər. Əleyhdar fikirli saytları ələ keçərib zərər verərlər.
2. Qara Şapkalılar: Hər cür proqramı, saytı və ya kompüteri təhlükəsizlik səhvlərindən faydalanaraq qıra bilən ən bilinən hackerlər, sistemləri istifadə edilməz hala gətirər və ya gizli məlumatları oğurlayar. Ən zərərli hackerlər qara şapkalılardır.
3. Ağ Şapkalılar: Ağ şapkalılar da hər cür proqramı, saytı və ya kompüteri təhlükəsizlik səhvlərindən faydalanaraq qıra bilir, ancaq qırdığı sistemin səhvlərini sistem idarəçisinə bildirərək, onların düzəldilməsini və zərərli kəslərdən qorunmasını təmin edir.
4. Boz Şapkalılar: Qanuniyollarla hücum edən, yaxşı və ya pis ola bilən hackerlərdir.
5. Proqram quldurları: Proqram quldurları kompüter proqramlaşdırarının kopya qorumalarını qıraraq, bu proqramları icazəsiz olaraq paylamasına imkan verib pul qazanarlar. Bazarda pirat oyun və proqram CD-lərini proqram quldurları təmin edir.
6. Phreakerlər: Telefon şəbəkələri üzərində çalışan, telefon sistemlərini hack edərək pulsuz danışmağa çalışan kəslərdir.
7. Script Kiddie: Script kiddielər hackerliyə etina edən, orta məktəb yaşlarında zərər verməyə istiqamətli kəslərdir. Tam mənasıyla hacker deyildirlər, hackerliyə etina edərlər. Script kiddieler ümumiyyətlə istifadəçilərin e-poçt və ya mesajlaşma parollarını oğurlayarlar.
8. Lamerlər: Lamerlər hackerlərlə heç bir əlaqəsi olmayan, öyrəndikləri bir neçə termin və sahib olduqları proqramlarla, ətrafda "mən bir hackerəm" deyərək gəzişən uşaq yaşdakı kəslərdir. Zərər vermə meylindədirlər.
| | |
|
Ailə xoşbəxtliyinin sirri!!! Qardaşlara nəsihət.
Əli İbrahimov tarih 08.08.2011, 11:48 (UTC) | | Ailənizdə xoşbəxtliyin olmasını istəyirsinizsə aşağıdakı tövsiyəlrə diqqət yetirin.
1.Bil ki, zövcəndən qısamüddətli uzaqlıq etmən sənin ailə bağlılığına səbəb ola bilər, lakin uzunmüddətli uzaqlıq isə bu əlaqələrin yox olmasının bir təkanı ola bilər.
2.Sən qadının təbiətini bilməlisən ki, heç bir çətinlik olmadan onunla necə düzgün rəftar edəcəyini biləsən.
3.Aranızda heç bir problemin davamını sabaha qoymayın.
4.Keçmiş təcrübələrindən və ya keçmiş nişanlın yaxud zövcənlə olan əlaqələrindən söz açmaqda həzər et!
5.Həyatını təbii şəkildə yaşa və nəsə qeyri adi bir şey gözləmə.
6.Hər dəfə əlinə fürsət düşdükdə zövcənə olan məhəbbətini ona söylə.
7.Həzinlik və narahatlıqla daima mübarizə apar və hər zaman sevincək və üzügülər ol!
8.Hər bir xırda məsələyə diqqət yetirmə.
9.Həyatının şəriki olan zövcənin ürəyində sənə qarşı inam yarat və sən də ona inan.
10.Xoşbəxt olmaq üçün münasib qadınla evlənmək kifayət deyil, gərək sən də münasib şəxs olasan ki buna nail olasan.
11.Təmizlik imanın əlaməti və sevginin sübutudur.
12.Şəxsiyyətindən saydığın bəzi haqlardan imtina et ki, həyatında sənə şərik olanın gözəl sifətlərindən ləzzət alasan.
13.Öz nəfsinlə ihtimam etdiyin kimi şərikinlə də ihtimam et. Özün üçün sevdiyini onun üçün də sev.
14.Əta etmək və götürmək. Bunların hər ikisi ikitərəfli anlaşılmaya qayıdır. Heç vaxt əta etdiyindən daha çox götürməyə və ya hər şeyi götürüb heç bir şey əta etməməyə həris olma.
15.Kişi qadından onun nümunəvi qadın olmasını, hər bir işin öhtəsindən layiqincə gəlməsini, ona məhəbbət bəsləməsini, yaxşı xidmət etməsini, istiqanlı olmasını istəyir. Qadın isə kişidən onun etimad edilə biləcək güclü bir şəxsiyyət, onun ehtiyaclarını ödəməyə qadir olmasını istəyir. Həmçinin qadın öz ərinin həyatında sonuncu zövcə olacağına əmin olmaq istər.
| | |
|
|
|
|
|
|
|