|
|
|
Xəbərlər  |
|
|
“UÇAN BOŞQABLAR” - TAM MƏXFI SƏNƏDLƏR
Əli İbrahimov tarih 13.02.2010, 21:19 (UTC) | |
1960-cı illərin sonunda, demək olar ki, SSRİ-dəki əksər əyalət qəzetlərində (əsas etibarilə komsomolçu gənclərin orqanı olan qəzetlərdə) ən qədim əyyamlardan başlayaraq bizim günlərə qədər naməlum uçar obyektlərin müşahidələrində bəhs edən bir "Ensiklopediya NLO" kitabından nömrdən nömrəyə davam etdirilən bir silsilə materiallar çap olunmağa başlanmışdır. Amma gənclərin hədsiz marağına səbəb olmuş həmin "silsilə materiallar"ın qarşısı nədənsə alınmış, onlar yasaq edilmiş, qəzetlər cəzalandırılmışlar.
NLO üzərində maraqlı müşahidələrdən biri isə 1976-cı ilin 19 sentyabr günü qeydə alınmışdır. Belə ki, qonşumuz İranda, Tehran şəhəri yaxınlığında naməlum bir uçar gəmini səmada seyr edən sakinlər durmadan polis idarəsi və digər yerlərə zəng çalıb xəbər verdikdən sonra havaya dərhal iki "fantom" tipli qırıcı təyyarə qaldırılmış və naməlum kosmik gəmini vurmağa cəhd göstərilmişdir. Lakin atəş açılan məqamda raketlərin elektron idarəetmə ssitemi və bir para cihazlar gözlənilmədən sıradan çıxmışlar. Tehran höküməti bu sirli "əhvalat"ın araşdırılması üçün SSRİ və ABŞ-dan yardımçı almağı xahiş etmiş və bu yardım göstərilmişdir. Belə ki, gəminin İran paytaxtı yaxınlığında endiyi yer sahəsi əsaslı surətdə müayinə olunmuş, qurğunun torpaq üzərində qoyduğu izin dərinliyinə əsasən onun ümumi kütləsi təxminən müəyyən edilmişdir.
Bu özünəməxsus hadisələrdən sonra, demək olar ki, sabiq SSRİ-də naməlum uçar obyektlərin tədqiqi ilə yenə yrarıaçıq,yarıməxfi şəkildə ciddi məşğul olmağa başlanmışdır. Buna da səbəb, deyəsən 1977-ci ilin 19 sentyabrın 20-nə keçən gecə Petrozavodsk şəhərinin səmasında baş vermiş izahedilməz bir əhvalatın, dəqiq desək göydə "meduzaya" oxşar nəhəng bir uçar obyektin peyda olub uzun müddət şəhər üzərinə işıq və od-alov saçması olmuşdur. O zamankı Komunist partiyasının başçıları bundan təşvişə düşüb bu cür "əcaib-qəraib" qəziyyələrin tədqiqi üçün indi Elmlər Akademiyasının nəzdində xüsusi bir "Komisiya"nın yaradılmasın tapşırmışlar. Bundan sonra sabiq SSRİ-də 90-cı illərə qədər, demək olar ki, bir-birinin ardınca naməlum uçar obyektlərin tədqiqi ilə məşğul olan 7-yə qədər gizli elmi-tədqiqat institutu, Müdafiə Nazirliyində isə təxminən 10-a yaxın məxfi hərbi müəssisə təşkil olunmuşdur. 1978-ci ildə isə BMT Baş Assambleyasının 32 və 33 -sessiyalarında "NLO problemi rəsmi gündəmə çıxarılmış və təklif olunmuşdur ki, naməlum uçar obyektlərin tədqiqilə bağlı nəticələrin yayınlanması və uzlaşdırılmasına nəzarət edən xüsusi bir Agentlik yaransın. Bu belə, nə sabiq SSRİ-də, nə indiki Rusiya Federasiyasında son günlərə qədər dövlət səviyyəsində özgəplanetli kosmik gəmilərin bu ərazidə müşahidə olub-olunmaması barədə heç bir rəsmi təkzib verilməmişdir. Müəyyən müddət keçdikdən sonra bizim günlər açıqlanmış məxfi sənəd və real faktlara əsaslanaraq demək olar ki, keçmiş SSRİ-də nəinki mütəzəm surətdə özgəplanetli gəmilər müşahidə olunmuş, hətta onların bir neçəsi bu ərazidə yerə düşüb tikə-tikə olmuşlar. O zaman, bir qayda olaraq "soverşenno sekretno" qrifi altında saxlanılan, lakin 1991-ci ildə SSRİ dağıldıqda və Rusiyada KQB-nin yenidən təşkil olunmasından sonra üzərindəki həmin "tilsim" götürülmüş, bir çox əhəmiyyətli sənədlərlə tanış olmaq imkanına malik bir neçə mütəxəssisdən əldə olunmuş materialların yalnız cüzi bir hissəsini və o zamankı informasiya vasitələrində arabir dərc olunmuş bəzi faktları nəzərdən keçirək. Üzərindən "tilsim"i açılmış həmin materiallardan məlum olur ki, "Petrozavodsk möcüzəsi"ndən bir il sonra, 1978-ci il avqustun 24-də Xabarovsk şəhərinin 100 kilometrliyində keçirilən hərbi təlimlər zamanı bir tağım əsgər qəzaya uğramış "göbələk papağı" biçimli, gümüş rəngli bir qurğuya rast gəlmişdir. Diametri 6m., qalınlığı 3m., ümumi çəkisi isə, təqribən 700-750kq-a bərabər həmin "papağı" ilk öncə qonşuluqdakı hərbi aerodroma, oradan da onu dikuçarla (vertolyot) Novosibirsk şəhərinə gətirmişlər.
Sən demə həmin kosmik gəmi içində koma halında, boyu 120 sm. çatan boz dərili insanabənzər bir "Səma övladı" tapılmışdır. Onu xüsusi bioloji laboratoriyaya aparıb orada saxasalar belə, mütəxəssislər onun ömrünü yalnız iki həftə uzada bilmişlər. Jurnalistlərin bu müstəsna qəziyyə haqda hər hansı bir informasiya əldə etmək ciddi-cəhdlərinin qarşısı ordu komandanlığı və KQB rəhbərliyi tərəfindən qətiyyətlə alınmışdır.
Həmin ilin yayında Qazaxıstanda Borli deyilən bir gölün sahilində aşkar olunmuş digər diskvari kosmik gəminin qırıntılarını da dikuçarla "bağlı şəhərcik" Stepnoqorsk-2-yə aparılmışdır. Gəmi içində tapılmış ağır yaralı bir Səma Övladını isə Semipalatinsk şəhərinin xüsusi klinikasına çatdırmışlar. Bir neçə gündən sonra o da keçinmişdir. Meyit yarılan zaman daxili orqanların vəziyyəti və strukturundan aydın olmuşdur ki, nəfəs almaqdan ötrü özgəplanetliyə vaxtaşırı təmiz oksigen verildiyi üçün o dünyasın dəyişmişdir. Halbuki bu hallarda ona karbon qazı verilməliymiş. Yeddi il sonra 1985-ci ildə həmin Səma Övladının cəsədini Moskva yaxınlığındakı Vnukovoda gizli yeraltı laboratoriyaya gətirmişlər ki, elə o vaxtdan bu günə kimi cəsəd orada saxlanılır.
1979-cu il 17 fevral günü Sibirin Lena çayı sahilindəki Jiqansk şəhəri yaxınlığında, içində kimi Səma Övladı yerləşib, üstü güzgü təki parıldayan əzilməmiş bütöv bir disk əldə edilmişdir. Təqribən, "Zonnerli" olduğu müəyyən edilmiş "qonaqlar" yenə Moskvaya gətirilib hədsiz" məxfilik şəraitində, amma bu dəfə Dövlət Universitetində müayinə edilmişlər. Diskin içində isə yanacağı "115-ci transuran elementi"ndən ibarət nüvə reaktoru tapılmışdır. Elə həmin ilə Sverdlov vilayətində də daha bir saf qalmış disk aşkar edilmişdir. 1981-ci ilin 15 may günü isə yenə Vnukovada qeyri-adi bir əhvalat baş vermişdir. Həmin gün Vnukova aeroportu üzərində diametri nə az, nə çox 600m-ə çatan nəhəng naməlum bir uçar obyekt 120km. yüksəkliyində asılmışdır. Bu zaman onun düz ortasından "şimşək çaxmış" və nəticədə, günəş tutulduqda onun ətrafında əmələ gələn "taca" oxşar nəhəng bir halə yaranmışdır. Ardınca, bu halənin ortasında qara bir kvadrat peyda olmuş, o da iki ağ xətlə çarpazlanmışdır. Bundan sonra gəmidən üç kiçik obyekt ayrılmış, onlardan ikisi müxtəlif istiqamətlərə uçub getmiş, ana gəmi isə yavaş-yavaş öz yerindən uzaqlaşmağa başlamışdır. Onun yerində qalmış üçüncü kiçikobyekt bir neçə kilometr aşağı enib yarım saat SSRİ-nin Mərkəzi Aeroportunu "diqqətlə seyr etdikdən" sonra o biri gəmilər təki itib yox olmuşdur.
O zaman "Vnukovo üzərində NLO" mövzusuna dair hər hansı bir məlumatın yayımlanması qəti qadağan edilmişdir. Yalnız bir il sonra İtaliyada nəşr olunan "Qente" adlı bir jurnalda bu haqda ətraflı bir material çap edilmişdi.
1982-ci ilin yayında isə Baykal gölü sularında təlim zamanı su altındakı bir qrup hərbi akvalanqçı təsadüfə naməlum üzgüçülərə rast gəlmişlər. Üzgüçülər zahirən adi insanlardan fərqlənməsələr də, boyları 3m-dən az olamışdır. Bu zaman "dəniz səyyahları"nın başında akvalanq və maska əvəzinə, yumru şəffaf şlem varmış. Baykal gölünün suyu 50m. dərinlikdə buz kimi olsa da, gəlmə varlıqların əynində bədənə kip geyilmiş bircə hidrokostyum olmuşdur ki, bu da adi insan üçün bu dərinlikdə "fövran ölüm" deməkdir.
Məlum olur ki, yeddi akvalançıdan ibaət bir qrup üzgüçü məxluqların biri üzərinə tor atmaq istədikdə azman onların yeddisinə də elə bir zərbə endirmişdir ki, bir anda yeddisi də su üzərinə çıxmışdır. Sonradan onlardan üçü dünyasını dəyişmiş, dördü isə ömürlük zəlil qalmışdır. Sən demə, elə hmin vaxt Baykal, İssıq, Sarez və digər göllər üzərində diskəoxşar nəhəng obyektlərin müşahidəsi barədə Türgüstan hərbi dairə qərargahına "soverşenno sekretno" möhürü altında xüsusi raportlr daxil olmağa başlamışdır. Aydın olmuşdur ki, naməlum uçar obyektlər qəfildən həmin göllər üzərində görünüb həddindən iti sürətlə göllərin sularına qərq olmuş və eləcə də oradan çıxmışlar. Açıqlanmış digər "məxfi sənəd"dən məlum olmuşdur ki, 50-ci illərdə SSRİ hərbi gəmilərinin əksər ekipajları Qırmızı və Qara dənizlərin sularında naməlum uçar obyektlərin iti sürətlə sudan çıxıb səmaya qalxmasının şahidi olmuşlar.
Ardınca, 1982-ci ilin 18 may günü Omsk şəhərinin 270km. Cənub-şərqində, tayqada salınmış bir kəndin yaxınlığında, diametri 6.5m. bərabər olub, ortasında həm yuxarı, həm aşağıdan gümbəzəbənzər çıxıntıları olan qəzaya uğramış bir disk aşkarlanmışdır ki, onu Novaya Zemlya adasına aparmışlar. 1983-cü ilin yayında isə Qazaxstan ərazisindəki Sarı Şaqan adlı bir yerin səmasında cənub istiqamətində uçan bir kosmik uçar qurğu "Terra-3" deyilən eksperimental lazer qurğusu ilə vurulmuş, hərbçilərin əlinə ellips biçimli bir gəmi və bir Səma Övladı düşmüşdür.
1991-ci ilin oktyabr ayında sabiq SSRİ komonavtı P.Popoviçin sorğusuna cavab olaraq KQB-də bir "Sini paket" deyilən gizli sənədlər qovluğu üzərindən "soverşenno sekretno" qrifi götürülmüşdür. Burada vaxtilə yerdə, göydə, hətta dənizlərin dərinliklərində radar ekranlarında NLO-nun müşahidəsindən bəhs edən hədsiz geniş məlumat üzə çıxarılıb hissə-hissə mətbuatda dərc olunmaqdadır. Qovluğdakı sənədlər içində 1984-cü ldə baş vermiş bir maraqlı hadisənin təsviri aşkarlanmışdır. Belə günlərin bir günü Həştərxa rayonunun Havadan Mühafizə sistemi tərəfindən Xəzər dənizinin şərq sahili üzrə 2000m. hündürlükdə uçan naməlum bir obyekt qeydə alındıqdan sonra havaya iki qırıcı təyyarə qaldırılmış, amma onların həmin obyekti vurmaq cəhdləri heç bir nəticə verməmişdir. Atəşə tutulan gəmi dərhal yer üstündən 100m. yüksəklikdə ona heç cür atəş aça bilməmişlər. Beləliklə, naməlum obyekt alçaq hündürlükdə uça-uça bir neçə hərbi hissənin üzərindən (oralarda onun foto şəklini çəkmişlər) keçərək Krasnovodsk şəhərinə yaxınlaşan zaman yenə iki hərbi dikuçar onu vurmaq istəmişdir. Amma bu dəfə obyekt dərhal yuxarı qalxıb dikuçarların uça bilmədiyi yüksəklikdə səmada asılmışdır.
Daha bir kosmik gəmi qəzası 1984-cü ilin 15 may günü Qazaxstanın Cezkazqan vilayətində baş vermişdir. Bu dəfə də diametri 6,5m-ə çatıb orasında kiçik gümbəzləri olan diskəbənzər bir qurğu yerə düşüb parçalanmış, amma onun içində heç kim olmamışdır. Bu kosmik qurğunu da Stepnoqrosk-2 şəhərciyinə aparıb ciddi mühafizə olunan bir yeraltı bunkerə yerləşdirmişlər. Amma bir qədər sonra onu Moskva yaxınlığındakı Balaşixaya, o vaxt rəsmi sənədlərdə "hərbi hissə" adlanan bir bağlı müəssisəyə çatdırmışlar. Əldə olan məlumata görə, bu kosmik quğu indiyə kimi orada qalmaqdadır.
1985-ci ilin 3-15 mart günləri vaxtaşırı Gürcüstanın Batumi və Poti şəhərləri üzərində uçub ətrafa işıq saçan br diskvari obyekti ələ keçirmək, onu tutub saxlamaqdan ötrü edilən bütün ciddi-cəhdlər uğursuzluqla nəticələnsə də, elə həmin ilin 11 iyul günü Şimali Qafqazdakı Proxladnı qəsəbəsi yaxınlığında bir kosmik qurğu qəzaya uğramış və deyilənə görə, bu dəfə o qırıcı bir təyyarə tərəfindən vurulmuşdur. Həmin uçar qurğunun içində ikisi ölmüş, biri sağ qalmış üç Səma Övladı tapılmışdır. Zahirən sürünən məxluqlar - kərtənkələ, ilan və s. oxşayan, gödək boylu ölənlərin boz rəngli tüksüz dərisi, hər əldə isə dörd barmağı varmış, 2 metrlik böyu ilə fərqlənən sağ qalmış gəlmənin əllərində isə beş barmaq olmuşdur. Bu Səma Övladlarının sonrakı aqibəti heç kimə bəlli deyildir. Amma gəminin əzilib büzülmüş gövdəsi Volqoqradın 100 kilometrliyindəki raket poliqonunun yaxınlığına gətirib çöldə qazılmış yeraltı bunkerdə gizlədilmişdir. Bir müddətdən sonra həmin poliqona Moskvadan xüsusi komisiya təşrif gətirib bütün təfərrüatı ilə kosmik qəzanın səbəblərini araşıdırmağa başlamış, kosmik gəmini axtarıb tapanlar, onu poliqona gətirənlər və içindəki cəsədləri müayinə edənlərin hamısı bir ucdan "dövlət sirrinin açılmaması" ilə bağlı bir sənədi imzalamağa məcbur edilmişlər.
| | |
|
Dünyanın 7 Möcüzəsi
Əli İbrahimov tarih 10.02.2010, 20:36 (UTC) | | 1.Semiramidanin asma bağları Semiramidanın asma bağları – Qədim şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. əfsanəyə görə bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altı mərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydançada tikilmişdi. Bu meydanmada 6 cərgə pilləvari terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvarı bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi.Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxlarıı fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı.
2.Misir ehramları və Sfinks Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər - Misir fironlarının sərdabələri təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz hüdudsuz idi, onları Allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrde tikilmişdir. Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular. Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda sərdabə qane etməmiş və o, sərdabənin yanına bütöv qayadan yonulmuş daş keşikçi qoymağı əmr etmişdir. Keşikçi insanbaşlı və aslanbədənlidir. O, Sfinks adlanır.
3.Artemidanın Efes şəhərindəki məbədi Qədim yunan ilahəsi Artemidanın Kicedilik Asiyanın Efes şəhərindəki məbədi Dünyanın üçüncü möcüzəsi sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-ci ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur.
4.Olimpiyadakı məbəddə Zevsin heykəli Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş Allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü möcüzə idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli Allahın sülhsevər olmasına işarı idi) vardı. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncü (plaşı), saçları və saqqalı isə qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım sacedillarla haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.
5.Halikarnasda Mavsolun məqbərəsi Beşinci möcüzə Kicedilik Asiyada Kariya padşahlığılın paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Ucadilyaruslu məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. İkinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dordatlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun və Artemisiyanın heykəlləri, həmcədilinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır). Mavsolun adından mavzoley sözü yaranmışdı.
6.Rodos nəhəngi Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıq sevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada Dünyanın ən böyük heykəlini qoymağa qərara aldılar.Heykəltəraş Xarosun yaratdığı və Rodos nəhəngi adlanan bu heykel altıncı möcüzə idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş Allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəedicisi sayırdılar.
7.İsgəndəriyyədəki mayak Eramızdan əvvəl təqribən 280-ci ildə Nil cedilayının mənsəbindəki Faros adasında(İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim yunanının ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci möcüzəsi sayılan ucadilyaruslu bu qüllənin hündürlüyü 120 metre çatır. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı. | | |
|
HAZIRLIQ KURSLARININ 100 FAIZLIK "KEYFIYYƏTI"
Əli İbrahimov tarih 08.02.2010, 17:17 (UTC) | | - Ata, bu həftə kompüter kursumu bitirirəm, mənə 10 manat lazımdı.
- Aylıq ödənişini əvvəlcədən vermisən, neynirsən pulu?
- Axı sertifikat almalıyam?!
Bu və bu tipli başqa suallarla bu gün bir çox ailələr üzləşir. Söhbət müxtəlif dərsanələrin təklif etdiyi xidmətlərlə - ali məktəblərə hazırlıq, xarici dil, kompüter kursları ilə bağlı problemlərdən gedir. Müstəqillik əldə etdikdən sonra yağışdan sonra çıxan göbələklər kimi meydana gələn hazırlıq kurslarını saymaqla qurtarmaz desək, mübaliğəyə yol vermiş olmarıq. Hər gün metroda rastlaşdığımız, qəzet səhifələrindən oxuduğumuz və şəhərin müxtəlif yerlərində hazırlıq kurslarının işçilərinin payladıqları reklam vərəqələri buna sübutdur. Hər birinin də öz dərs üslubu, güzəştli xidmətləri və qiymətləri. Özü də tələbələrə yüksək keyfiyyətə təminat verməkdə bu "dərsanə"lərdən heç də biri digərindən geri qalmır. Bilik yarışından çox reklam yarışına çıxdıqları bəlli olur. Odur ki, üz tutduq keyfiyyətə zəmanət verən hazırlıq kurslarına, görək, nə dərəcədə verdikləri sözə əməl edirlər. Yolumuzu "Parfenon" Elm Təhsil Mərkəzindən (ETM) saldıq. Maraqlıdır, görəsən, bu dərsanənin rəhbərliyi nəyə əsasən öz reklam vərəqələrində keyfiyyətə 100% təminat verir? Sualımıza mərkəzin direktoru Elnur Manafov aydınlıq gətirir. Bir müddət əvvəl "Kolizey" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan direktor "Parfenon"un kiçik bir zaman kəsiyində fəaliyyət göstərməsinə baxmayaraq yüksək nailiyyətlərə sahib olduğunu söylədi. Tələbəni kursa qəbul edərkən müqavilə bağladıqlarını və yazılı olaraq qarantiya verdiklərini də deyən direktorun sözlərinə görə, oxumayan tələbəyə "Parfenon"da yer yoxdur. Tələbənin bilik səviyyəsinin yoxlanmasına gəlincə, o, hər həftə sınaq testləri keçirdiklərini bildirdi. Əgər tələbə ayda üç dəfə 3 qiyməti ilə qiymətləndirilərsə, onu kursdan uzaqlaşdırırlar. Belə halda tələbəyə dərs almadığı günlərin pulu geri qaytarılır. "Tələbə bizim kursu bitirirsə, deməli, o, öyrəndiyi dərsi super bilir" deyən E.Manafov belə güvənli olmasının səbəbini həm də direktoru olduğu kursda dərsləri yüksək səviyyəli müəllimlərin tədris etdiyini, "ali təhsili olmayan bura işə götürülə bilməz" deyərək müəllimlərin bir çoxunun hətta Almaniya, Türkiyədə təhsil aldıqlarını bildirdi. Onun dediyinə görə, burada təhsil alanların təxminən 35%-i ödənişlə hazırlaşır. Belə ki, bu kursda təhsil alan çoxluğu şəhid ailələrindən olanlar, qaçqın və məcburi köçkün övladları təşkil edir. Ödənişli təhsil alanlara güzəşt olaraq dərs vəsaitləri pulsuz verilir. Sertifikat məsələsinə gəlincə, direktor onun pulsuz verildiyini söylədi: "Əgər bir sertifikat 3000 manata başa gəlirsə, nəyə görə tələbədən 50000 manat alıb özümü alçaltmalıyam?" E.Manafov qanuni fəaliyyət göstərdiklərini vurğulayaraq dedi ki, rəhbərlik etdiyi təhsil mərkəzi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Daha sonra isə hər addımda reklamıyla rastlaşdığımız "Meridian" Elmi Tədris Mərkəzinə müraciət etdik. Lakin necə salam verdiksə, eləcə də sağollaşdıq. Çünki telefonun dəstəyini qaldıran xanım bizi bir neçə dəqiqə gözlətdikdən sonra "bizim kursdan yazmağa ehtiyac yoxdur" deyib dəstəyi asdı. Elə biz də elə hesab elədik... Müraciət etdiyimiz növbəti hazırlıq kursu "Sabba-97" Tədris Mərkəzi oldu. "Təminat, keyfiyyət, rahatlıq, münasib qiymətlər" (təriflər reklam vərəqələrindən götürülüb) təklif edən, "tədrisi bitirənlərə diplom və işədüzəltmədə kömək" vəd edən bu dərsanənin direktorunu isə düz 3 gün, özü də günün müxtəlif saatlarında axtarsaq da, yerində tapa biləmdik. Telefonu qaldıran xanım elə hey "direktor yoxdu, sabah zəng edin" deməklə və sonuncu dəfə sözümüzü kəsib dəstəyi üzümüzə qapatmaqla kifayətləndi. Sonuncu "insident"dən sonra çox yox, azacıq hiyləgərlik eləmək qərarına gəldik. Bu hiyləgərlik isə "Araz"ın başında çatladı. Ancaq müştəri kimi buna çox asanlıqla nail olduq. Və öyrəndik ki, bura dinləyicilər imtahan əsasında qəbul olunur. Lakin kursda təhsil almaq üçün imtahanın nəticəsi o qədər də rol oynamır: istənilən balla daxil olmaq mümkündür. İmtahan isə ona görə keçirilir ki, abituriyent səviyyəsinə uyğun qrupda yerləşdirilsin. Qeyd edək ki, "Araz"da da abituriyent müqavilə əsasında tədrisə başlayır. Müəllimlərə gəlincə, hamısı ali təhsillilərdir. Bu mütəxəssislər işə qəbul zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında sınaqdan keçirlər. Bu da hamısı deyil. Kursun müəllimləri eyni zamanda ali təhsil ocaqlarında da dərs deyirlər. Abituriyentlərə dərs vəsaitləri isə pulsuz verilir. O ki qaldı sertifikata, abituriyentin bilik göstəricisi elə onun ali məktəbə qəbul olmasıdı. Xatırladaq ki, bütün bunları "Araz" kursuna "getmək istəyən" "bacım" üçün öyrəndim. Mövzu ilə əlaqədar tələbələrin də fikirlərini öyrəndik. Jurnalist və "dinləyici" kimi kurslardan aldığımız cavablardan tam fərqli cavablar aldıq. Məsələn, 19 yaşlı Aytən Həsənova "Sabba-97" firmasının təklif etdiyi kompüter kursunun dinləyicisidir. O da əksəriyyət kimi bu kurs haqda məlumatı qəzetdə verilən reklamdan götürüb. Dörd aylıq kursa yazılan Aytən burda cəmi 2 ay dərs alıb. "Səs-küy içində olan otaqlarda dərsi istədiyim kimi qavraya bilmirdim" söyləyən tələbə bu kursdan özü imtina etdiyini dedi. Sertifikata gəlincəsə, onun sözlərinə görə, bunun üçün ondan köhnə pulla 50000 manat pul istəyiblər: "Nə öyrənmişdim ki, sertifikat da alım? Özüm-özümü aldatmayacaqdım ki?" BDU-nun jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Nəsibə Yusifovadan isə lap oriжinal bir hekayət eşitdik. Nəsibə adını çəkmək istəmədiyi dil kursu barədə bunları söylədi: "Rus dilindən hazırlıq kursuna yazılmışdıq. Müəllim cins kateqoriyasını izah edirdi. Bir sözün eyni zamanda üç cinsə aid edilməsinin mümkünlüyünü söyləyən müəllim nümunə üçün "çanta" sözünü götürdü və "əgər çantanı qadın götürürsə, o, qadın, kişi götürürsə, kişi cinsinə aid edilməlidi" deyə bildirdi. Təəccübümüzü gizlədə bilməyib müəllimdən soruşduq ki, hansı ali məktəbi bitirib? Cavabında məlum oldu ki, hazırda Azərbaycan Neft Akademiyasının energetika fakültəsinin 3-cü kurs tələbəsidi". ABU-nun beynəlxalq hüquq fakültəsinin 2-ci kurs tələbəsi Ylkər Səlimova ali məktəbə "Araz"da hazırlaşıb. Arzusu BDU-nun hüquq fakültəsində oxumaq olsa da, tale onu bura gətirib. O, bunun səbəbini həm özündə, həm də kursda görür. Onun fikrincə, fərdi repetitor yanında daha geniş öyrənirsən, kursda isə qəbul proqramına düşən konkret məsələlər ümumiləşdirilərək keçilir. "Bu isə əslində əzbərçiliyə gətirib çıxarır" deyən Ylkər "Araz"ın üstün cəhətlərindən biri kimi tez-tez sınaq imtahanlarının keçirilməsi olduğunu vurğuladı: "Sınaq imtahanlarına getdikcə qəbul imtahanı¥na psixolж¬Øiəhətdən hazır olursan və həyəcan hissi olmur." Təhsil Nazirliyinin hazırlıq kursları üzərində hər hansı nəzarəti olmasıyla da maraqlandıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin sözlərinə görə, sözügedən məsələ ilə əlaqədar onlar heç bir nəzarət funksiyası daşımırlar. "Çünki bu kurslar tələbəyə qanuni bir sənəd vermir" söyləyən B.Hüseynzadə bildirdi ki, kurs keyfiyyətə zəmanət verməkdə yalnız müqavilə bağladığı istifadəçinin qarşısında məsuliyyət daşıyır: "Hazırlıq kursları Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək işə başlayırlar və öz fəaliyyətlərində azaddırlar". | | |
|
|
|
|
|
|
|