Həyat, AZANLA NAMAZ ARASI QƏDƏR SÜRƏR.
Loadtr.Com
   
  ƏLİ İBRAHİMOV
  Xəbərlər
 

QURANDA SƏHV AXTARAN ŞƏRQŞÜNASIN BAŞINA GƏLƏNLƏR
AzeriMuslims tarih 01.11.2010, 20:43 (UTC)
 Xristianlığın dərin bilicisi, Bibliyanın görkəmli tədqiqatçısı şərqşünas alim Dr. Miller səhv tapmaq məqsədi ilə Qurani–Kərimi oxumaq qərarına gəlir və düşünür ki, tapılacaq səhvlər müsəlmanların xristianlığa çağırılması zamanı işə yaraya bilər.
O, elə hesab edirdi ki, Quran səhralardan və bu qəbildən olan şeylər haqda 14 əsr bundan qabaq yazılmış qədim bir kitabdır. Ancaq Quranda gördükləri onu dəhşətə gətirdi. O, Quranda Peyğəmbərin (s) xanımı Hz. Aişə və qızı Fatimə (Allah onlardan razı olsun!) haqqında bir dənə də olsun ayə və surəyə rast gəlmədiyi halda, orada Hz. Məryəmə aid bütöv bir surənin olması faktının şahidi oldu. Alim bir çox xristian kitabında və incillərdə Hz. Məryəmə aid bəzi məlumatların olduğunu bildirsə də Quranda Hz. Məryəmə verilən əhəmiyyətin üstünlüyünü etiraf edib. Digər tərəfdən, Məhəmməd peyğəmbərini adının Quranda beş dəfə çəkildiyi halda İsa peyğəmbərin adının orada 25 dəfə qeyd edilməsi onu olduqca heyrətə gətirib.

Bütün bunlarla yanaşı, Miller Quranı oxumağa davam edir. “ən-Nisa” surəsinin 82-ci ayəsini – “Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar!” oxuduğu zaman daha da heyrətlənir və bu ayə haqqında yazır: “Bildiyimiz kimi, hal-hazırda bütün elmi naliyyətlər səhvlərin ortaya çıxarılması, yaxud da irəli sürülmüş nəzəriyyələrdə səhvlərdən uzaq qalmaq prinsipinə əsaslanır ki, bunu vasitəsi ilə də hər hansı bir elmi kəşfin doğruluğu sübuta yetirilir. Çox qəribədir ki, Quran həm müsəlmanları, həm də qeyrilərini onun özündə səhv axtarmağa çağırır. Hətta bunula kifayətlənməyərək, istəsələr belə, onda səhv tapa bilməyəcəklərini bildirərək, onlara meydan oxuyur”.

Daha sonra şərqşünas alim sözlərinə belə davam edir: “Yer üzündə heç bir alim, və ya yazıçı hər hansı bir kitab yazdıqdan sonra onda heç bir səhvin olmaması iddiasına cürət edə bilməz. Lakin Quran bizə onda heç bir səhvin olmadığını qəti surətdə deyir və üstəlik bizi özündə səhv axtarmağa çağıraraq, buna heç vaxt nail ola bilməyəcəyimizi bildirir”.

Millerin heyrətə düşdüyü digər bir ayə isə “əl-Ənbiya” surəsinin 30-cu ayəsidir. Uca Allah həmin ayədə belə buyurur: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər”.

Ayə barəsində Miller yazır: “Şübhəsiz, bu ayə 1973-cü ildə Nobel mükafatı almış elmi tədqiqatın mövzusunu əks etdirir. Bu tədqiqatın mövzusu isə “Böyük partlayış” nəzəriyyəsinə həsr edilmişdi. Nəzəriyyəyə görə, hazırkı kainat, eləcə də Yer və kainat böyük bir partlayışın nəticəsində meydana gəlib”.

İndi isə şeytanın peyğəmbərimizə (s) ilham verməsi barədə olan iddialara Millerin verdiyi cavaba nəzər salaq:

Allah Təala “əş-Şüara” surəsində bu haqda belə buyurur: “(Qur’anı) əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər. Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir”. Digər bir ayədə isə belə deyilir: “(Ya Rəsulum!) Qur’an oxumaq istədiyin zaman məl’un Şeytandan Allaha sığın! ("Əuzu billahi minəş-şeytanır-rəcim" sözlərini de)”. (Millerin sözləri:) “Necə hesab edirsiniz? Məgər şeytanın hər hansı bir kitab yazmaqda metodu ola bilərmi? Fikirləşin! Şeytan bir kitab yazacaq, sonra sənə bu kitabı oxumamışdan qabaq “mənim şərrimdən Allaha sığın” deyəcək. Sizcə, bu, məntiqsiz bir şey deyilmi?!”

Quranda şərqşünas alimin diqqətini cəlb edən digər bir maraqlı cəhət isə Məhəmməd peyğəmbərlə (s) Əbu Ləhəb arasında baş verən hadisələrdir.

Şərqşünas bu haqda belə deyir: “Bildiyimiz kimi, Əbu Ləhəb İslama hədsiz nifrət edirdi. İslama o qədər kin bəsləyirdi ki, Peyğəmbər din barəsində insanlara bir şey danışdığı zaman onlara yaxınlaşır və Peyğəmbərin dediklərinin yalan olduğunu iddia edirdi. Bir sözlə, Peyğəmbərin dediklərinin əksini insanlara çatdırıb onlarda şübhə yaratmağa çalışırdı. Məlumdur ki, Quranda Əbu Ləhəb haqqında nazil olan bir surə vardır ki, bu surə onun ölümündən on əvvəl nazil olmuşdur. Bu surədə açıq-aşkar Əbu Ləhəbin cəhənnəmə gedəcəyi və heç bir zaman İslama girməyəcəyi bildirilib. İndi isə fikirləşin: əgər Quran Allah tərəfindən nazil olmasaydı və insan beyninin məhsulu olsaydı, Əbu Ləhəb bu müddət ərzində insanların qarşısına çıxıb: “Ey insanlar! Məhəmməd iddia edir ki, mən heç bir zaman müsəlman olmayacağam və cəhənnəmə girəcəyəm. Lakin onun dediklərinin əksinə, mən indi sizin gözünüzün qabağında İslamı qəbul edirəm” sözlərini deyə bilərdi. Ancaq etdiyi bütün hərəkətlərinin Peyğəmbərin (s) etdiklərinə zidd olmasına rəğmən Əbu Ləhəb bunu etmədi. Əgər istəsəydi, bu sözünə də qarşı çıxıb, buna da müxalif ola bilərdi. Bu surə nazil olandan sonra Əbu Ləhəb on il yaşadı. Əgər istəsəydi, bir saniyə içində İslamı məhv edərdi. Lakin bütün bunlar bir daha sübut edir ki, bu sözlər Məhəmmədin (s) sözləri deyil, əksinə qeybi bilən və Əbu Ləhəbin heç bir zaman İslamı qəbul etməyəcəyindən xəbərdar olan Uca Allahın sözləridir!”

Bundan başqa şərqşünas Quranda müsəlmanların yəhudi və xristianlarla olan əlaqələrindən bəhs edən ayələrə də toxunub. Qurani-Kərimdə yəhudilərin müsəlmanların ən qəddar düşməni olduqlarını və bunun günümüzə qədər davam etdiyini bildirən şərqşünas, bunun böyük bir mesaj olduğunu deyib. Çünkü yəhudilərin bugünə qədər bu iddianı puç etmək üçün əllərində böyük imkanları olub. Onlar Quranda deyilənin əksinə olaraq bu gün belə deyə bilərdilər: “Biz sizinlə xoş rəftar edirik, lakin Quran bizim sizə ən pis düşmən olduğumuzu deyir. Deməli Quranda səhv var”. Ancaq 1400 ilə yaxındır ki, onların bütün bu ayələrdən xəbərlərinin olmasına baxmayaraq, biz belə bir hadisənin baş verdiyinin şahidi olmamışıq. Çünkü, bu sözlər insan beyninin məhsulu olmayıb qeyb aləmini bilən Uca Varlığın kəlamıdır. Bu haqda Uca Allah belə buyurur: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (mö’minlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir. Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz! Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq”.

Nəhayət şərqşünas alim Quranın heç bir kitabda rast gəlinməyən ecazkar üslubuna da toxunaraq sözünü belə tamamlayır: “Quran sənə bilmədiyin şeylər haqqında məlumat verir və sənə bunları əvvələr bilmədiyini deyir. Məsələn, “(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: "Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin” (Ali-İmran, 44); “Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir” (Hud, 49); “(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki, onların yanında deyildin” (Yusif, 102).

Heç bir dini kitabda bu cür üsluba rast gəlmədim. Bütün başqa kitablar bu məlumatların haradan gəldiyini xəbər verən məlumatlar toplusundan ibarətdir. Məsələn, təhrif olunmuş hər hansı bir İncili götürüb oxuduğun zaman orada keçmişdə var olan bir insanının harada yaşadığı, hər hansı bir döyüşçünün necə vuruşduğu, kimin neçə övladı, nə qədər var-dövləti olması və s. haqda məlumatlarla rastlaşırsan. Bu kitablar sənə hər zaman oxuduqların haqda daha çox şey bilməyin üçün sənə bu və başqa kitabları da oxumağı məsləhət görür. Ancaq Quranı oxuduğun zaman, yuxarıdakı aylərdən də göründüyü kimi, oxuduqlarının yeni bir şey olduğunu görürsən. O, səndən oxuduqlarından əmin olmağı, onların bəşər qələminin məhsulu deyil, Tək Allahın kəlamı olduğuna inanmağı tələb edir.

İnsanı daha da heyrətləndirən digər bir fakt bu ayələrin endyi bir vaxtda Məkkə əhlinin olanlara qarşı göstərdiyi reaksiyadır. Onlar hər bir zaman bu ayələri və Quranda onlara qarşı olan mesajları eşidirdilər. Nazil olan bütün bu ayələri nə Məhəmməd (s) nə də onun qövmü bilirdi. Bütün bunlara baxmayaraq, onlar bir dəfə də olsun belə demədilər: “Bu, yeni bir şey deyil. Biz bütün bunları bilirik”, yaxud “Biz Məhəmmədin bunları hardan gətirdiyini bilirik" Ancaq danılmaz bir fakdır ki, heç bir kəs bütün bu ayələri nə yalanladı, nə də onlara cavab verə bildi. Çünkü, həqiqətən, bunlar heç kimə məlum olmayan yeni şeylər idi. Bunlar bir insan tərəfindən deyil, keçmişi, indini və gələcəyi bilən Uca Allah tərəfindən bildirlən qeybi məlumatlar idi.
 

2011/2012-ci tədris ili üzrə qəbul imtahanlarına dair yeniliklər elan olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tarih 24.10.2010, 14:12 (UTC)
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üzrə qəbul imtahanlarına dair qərarlar qəbul edib. Bunlar aşağıdakılardır:


III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları 2011-ci ildən II ixtisas qrupuna keçirilir. Beləliklə, adı çəkilən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupu üzrə imtahan verməlidirlər.
2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərziə qəbulunun və qəbul imtahanının I mərhələsinin 2011-ci ilin fevral ayında aparılması nəzərdə tutulub. Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılır.
Abituriyentlərə qəbul imtahanlarına səmərəli hazırlaşmaqda kömək məqsədilə 2011-ci ilin yanvar ayında Bakı şəhərində, eləcə də Respublikanın müxtəlif bölgələrində 1 sınaq imtahanı keçiriləcək. Növbəti sınaq imtahanları isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.
2011-ci ildə keçiriləcək qəbul imtahanlarında Riyaziyyat fənni üzrə test tapşırıqlarının bəziləri açıq tipli olacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.
 

Zaman Keçdikcə Quran Cavanlaşır
Əli İbrahimov tarih 22.09.2010, 20:03 (UTC)
 Qurani Kərim Ənam surəsi 59-cu ayətdə quruda, dənizdə, yerin qatlarında yaş və quru nə varsa,hər şeyin apaydın şəkildə bu Kitabda olduğunu qeyd edir. Ayəti oxuyan hər kəsdə belə bir sual yarana bilər-həqiqətən Quranda hər şeydən bəhs edilirsə, bəs biz onu niyə görmürük, Qurani Kərim ayələrinin elmi ecazından danışmadan öncə qeyd etmək lazımdır ki, Quran nə fizika, nə coğrafiya, nə kimya, nə də astronomiya kitabıdır. O, Allah tərəfindən nazil edilən və bizə öz qulluq vəzifələrimizi açıqlayan müqəddəs kitabların sonuncusudur. Quran müfəssəl olaraq ayrı-ayrı elmlərdən bəhs etmədiyi halda, orada müxtəlif elm sahələrinə aid dəlil və işarətlərə rast gəlmək olar. Tibb, astronomiya, fizika, coğrafiya və s. elm sahələrilə bağlı Quranda mövcud olan bu həqiqətlər heç də onu elmi əsərə çevirmək məqsədi daşımır. Bütün bu elmi həqiqətlərin Quranda zikr olunması Onun İlahi bir möcüzə olduğunu təsdiqləməklə yanaşı, insanlarda Allaha imanı daha da dərinləşdirir.

Hz. Məhəmməd 1400 il bundan əvvəl nazil edilən Qurani Kərimdə günümüzdə, hətta gələcəkdə çatacağımız elmi naliyyətlərlə bağlı maraqlı faktlar mövcuddur. Lakin bu elmi faktların əsasən alimlər tərəfindən üzə çıxarılması məşhur İslam alimlərindən birinin hikmətli sözünü təsdiqləməkdədir. O, bununla bağlı belə deyir:

"Qurani Kərimdə hər şey vardır, lakin hərkəs hər şeyi görə bilməz".

Qurandakı elmi həqiqətlərin bəzisi çox açıq olduğu halda, bəziləri də üstü örtülü, işarət və düstur olaraq qeyd olunur.

Quran ayələrinin elmi yolla təfsir edilməsi (şərh edilməsi) ilk halda bəzi etirazlar doğurdu. Bu etirazlara səbəb ayələrin əsas qayəsinin (məqsədinin) bir kənarda qalması ilə izah olunurdu. Lakin daha sonra Quran ayələrini elmi yolla araşdıraraq ondakı həqiqətləi üzə çıxaran və İslamı qəbul edən xristian və digər dinlərə mənsub olan alimlər, bu etrazları aşmağa təkan verdilər. Quranın elmi həqiqətlərini üzə çıxarmaqda daha zirək tərpənən qeyri müsəlman alimlər bizə nümünə oldular. Doğrudur, son zamanlar Harun Yəhya, Dr.Zəğlul Nəccar kimi məşhur İslam alimləri də bu sahədə böyük elmi araşdırmalar aparmış və Quran ayələrinin elmi həqiqətlərini üzə çıxarmışlar.

Qurani Kərimin qədim rəvayət və hekayələrdən ibarət bir kitab olduğunu söyləyənlər artıq bu elmi həqiqətlər qarşısında heyrətini gizlədə bilmirlər. Elm irəlilədikcə, Quranla daha sıx əlaqəyə girərək Onun İlahi bir möcüzə olduğunu hər kəsə duyurmaqdadır. Peyğəmbərimizin (s.ə.s.) "zaman keçdikcə hər şey qocaldığı halda, Quran cavanlaşır" şəklində kəlamı da bunu təsdiqləməkdədir. Zira, zaman keçdikcə insanların əldə etdiyi nailiyyətlər Quran həqiqətlərinin üzə çıxarılmasına səbəb olur.

Qurani Kərimin nazil olma səbəblərindən biri də insanları hidayətə çatdırmaqdır. Allah: "Ey ağıl sahibləri, düşünün" - deyə əmr etməkdədir. Dinimizin zor və məcburiyyətə qarşı olduğunu, ümumiyyətlə, dində məcburiyyətin olmadığını Quran bizə aşıladığı kimi hidayət yolunun da insanlara ən doğru təbliğinin məhz Quran ayələrinin elmi ecazı olacağı şübhəsizdir. Bununla bağlı çoxlu misallar göstərmək mümkündür. Lakin bu günkü məqalədə onlardan yalnız bir neçə nümunə göstəriləcək. Növbəti məqalələrdə isə məşhur Misir alimi Zağlul Nəccarın Quran ayələrinin elmi ecazı mövzusunda apardığı araşdırmalara daha geniş yer verəcəyik. Bu gün isə haqqında danışacağımız elmi ecazlar Süleyman peyğəmbərin möcüzələri ilə bağlıdır.

Süleyman Peyğəmbərin iki aylıq məsafəni bir gündə qət etməsindən bəhs edən Səba surəsinin 12-ci ayəsinin elmi təfsirini edən alimlərdən biri bu barədə belə yazır: "1400 il öncə nazil olan bu ayə insana hava ilə uzun məsafələrin qısa bir müddətə qət edilməsindən xəbər verməkdə idi. Allah bu yolun insan övladına açıq olduğunu göstərməklə yanaşı, onu bu nöqtəyə çatmağa təşviq edirdi". Allah sanki öz qullarına belə deyirdi: "Ey insan! Elçim (Hz.Süleyman) öz nəfsinin istəklərini tərk etdiyi üçün ona bir sıra möcüzələr bəxş etdim. Onlardan biri də uzun məsafələri uçaraq qısaltması idi. Siz də nəfsinizin tənbəlliyini kənara qoyub təbiətə qoyduğum qanunlardan ağıllı şəkildə istifadə edin və bunu əldə edin.

Hz Süleymanın Yəmən padişahı Bəlqisin taxtını bir göz qırpımında öz hüzuruna gətirməsi də möcüzə olmaqla yanaşı, elmi ecazkarlığı baxımından alimlərin marağına yol açmışdır. Nəml surəsindəki bu ayət uzaq məsafələrdə mövcud olan əşyanın və ya onun surətinin nəqlinin mümkünlüyündən bəhs edir. Əşyanın uzaq məsafələrdən surətinin nəqli bu günün texnologiyası ilə əldə edilsə də, özünün nəqli məsələsi üzərində alimlər çalışmalarını davam etdirməkdədirlər. Onlar bunun gələcəkdə reallaşacağına əmindirlər.

Qurani Kərimdə yuxarıda qeyd edilən misalların sayı olduqca çoxdur. Ayələrin məhz qapalı şəkildə verilməsinin bir digər hikməti də, insan zəkası və insan ağlına verilən dəyərdir. İnsan övladı tənbəllikdən uzaqlaşaraq öz ağlı sahəsində bu həqiqətləri üzə çıxarmağa qadirdir. Elə isə Quranı sadəcə oxumaqla kifayətlənməməli, onu anlamağa da çalışmalıyıq.
 

Səflərin düzəldilməsi haqqında ətraflı məlumat...
Əli İbrahimov tarih 17.09.2010, 18:51 (UTC)
 Əbu Məsud deyir ki, biz namaz üçün dayananda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əli ilə çiyinlərimizə sürtər və deyərdi: «Bərabər dayanın, (əyri-üyrü dayanıb) ayrılmayın ki, qəlbləriniz də ayrılmasın...»[2].
Noman ibn Bəşir deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səflərimizi düzəldərdi. Sanki bu səflər ox ucluqlarına taxılacaqdı. Sonra biz səfləri tam düzəltməyə alışdıq. Amma bir gün o namaza durduqda, təkbir etməyə az qalmış bir nəfərin sinəsinin səfdən önə çıxdığını gördü və dedi: «Ey Allah bəndələri, səflərinizi düzəldin, əks halda Allah sizin üzlərinizi bir-birinizdən ayıracaqdır»[3].
İbn Ömər, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin, çiyinlərinizi bərabər tutun, boşluqları doldurun, qardaşlarınızla qarşılıqlı şəkildə mülayim davranın, şeytan üçün boş yer saxlamayın. Kim səfi birləşdirərsə Allah da ona Öz rəhmətini çatdırar. Kim səfi ayırarsa Allah da onu Öz rəhmətindən ayırar»[4].
Ənəs, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin, səflərin arasını yaxınlaşdırın, çiyinlərinizi də bərabər tutun. Nəfsim əlində olana and olsun, mən şeytanın səflərin boşluqlarından necə keçdiyini görürəm. O, sanki qara rəngli kiçik qoyuna bənzəyir»[5].

Səflər necə düzəldilir:
Ənəs, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin. Mən sizi arxamda da görürəm». Ənəs deyir ki, bizim hər birimiz çiynini yanındakının çiyninə, ayağını da yanındakının ayağına birləşdirərdi.[6]
Noman ibn Bəşir isə belə deyir: «Bizi (namaza durarkən görsəydin) görərdin ki, hər kəs topuğunu yanındakının topuğuna birləşdirərdi»[7].

Kişi və qadınların səfləri:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kişilərin ən xeyirli səfi birinci, ən şəri isə axırıncı səfdir. Qadınların ən xeyirli səfi axırıncı, ən şəri isə birinci səfdir»[8].

Öndəki səfflərin və onların sağ tərəfinin daha fəzilətli olması:
Bəra ibn Azib deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deyərdi: «Həqiqətən Allah və mələkləri öndəki səflərə salavat edərlər»[9].
Həmçinin o başqa rəvayətdə deyir ki, biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) arxasında namaz qılarkən onun sağ tərəfində olmağı xoşlayardıq. Çünki o üzünü bizə tərəf çevirərdi. Sonra rəvayətçi deyir ki, mən onun belə dediyini eşitmişəm: «Ey Rəbbim, bəndələrini dirildib həşr etdiyin gün məni əzabından qoru»[10].

İmamın arxasında kim dayanır?
Əbu Məsud əl-Ənsari deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deyərdi: «Mənim arxamda aranızda ən dərrakəli olanlar dayansınlar. Sonra onlardan bir az aşağı səviyyəlilər, sonra da bir az aşağı səviyyəlilər dayansınlar[11]»[12].

Sütunlar arasında səf qurmaq məkruhdur:
Müaviyə ibn Qurra atasının belə dediyini rəvayət edir: «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında bizə sütunların arasında səf qurmaq qadağan edilir və orada dayanarkən qovulurduq»[13].
Bu qadağa, camaatla namaz qılanlara aiddir. Amma təkbaşına namaz qılan kimsənin iki sütun arasında dayanması eyb etməz. Əsas odur ki, qarşısına sütrə qoysun.
İbn Ömər deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Usamə ibn Zeyd, Osman ibn Talha və Bilal ilə Kəbəyə daxil oldu və orada namaz qıldı və çıxdı. Mən ondan sonra içəri daxil olan ilk adam oldum. Bilala yaxınlaşıb Peyğəmbərin harada namaz qıldığını soruşdum? Bilal: Qarşıdakı iki sütunun arasında – deyə cavab verdi[14].

[1] Müslim: 1/ 324/ № 433. Rəvayətin bu mətni onundur. Buxari: 2/ 209/ № 723. Əbu Davud: 2/ 367/ № 654. İbn Macə: 1/ 317/ № 993.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 961. Müslim: 1/ 323/ № 432.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3972. Müslim: 1/ 324/ № 436. Əbu Davud: 2/ 363/ № 649. Tirmizi: 1/ 143/ № 227. Nəsai: 2/ 89. İbn Macə: 1/ 318/ № 994.
[4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 620. Əbu Davud: 2/ 365/ № 652.
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 621. Əbu Davud: 2/ 366/ № 653. Nəsai: 2/ 92.
[6] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 393. Buxari: 2/ 211/ № 725.
[7] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 124. Buxari: 2/ 211. Rəvayət müəlləqdir (yəni, hədis sənədinin Buxari tərəfdən başlayan hissəsində bir neçə rəvayətçi qeyd edilməmişdir (tərc.)).
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3310. Müslim: 1/ 326/ № 440. Əbu Davud: 2/ 374/ № 664. Tirmizi: 1/ 143/ № 224. Nəsai: 2/ 93. İbn Macə: 1/ 319/ № 1000.
[9] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 618. Əbu Davud: 2/ 364/ № 650. Nəsai: 2/ 90.
[10] Hədis səhihdir. ət-Tərğib vət Tərhib: № 500. Müslim: 1/ 492 - 493/ № 709.
[11] Peyğəmbərin bu sözü heç də müsəlmanları təbəqələrə bölmək üçün deyilməmişdir. Bu sözlər ona görə deyilmişdir ki, Peyğəmbərin namazda etdiklərini ən yaxşı yaddaş sahibləri görsünlər və olduğu kimi də insanlara çatdırsınlar. Həmçinin namazda səhv etdikdə, yaxud Quran qiraətini unutduqda ona kömək etsinlər. Belə ki, biz Peyğəmbərin digər sözlərinə baxdıqda onun bu sözlərinin deyilən mənadan başqa mənaya keçməsi əsla mümkün deyildir. Çünki o özü vida xütbəsində hamının qarşısında ərəblə əcəminin Allah qorxusundan başqa heç bir şeydə üstünlüyü olmadığını vurğulamışdır. (tərc.)
[12] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 626. Müslim: 1/ 323/ № 432. Əbu Davud: 2/ 371/ № 660. İbn Macə: 1/ 312/ № 976. Nəsai: 2/ 90.
[13] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 821. İbn Macə: 1/ 320/ № 1002. Hakim: 1/ 218. Beyhəqi: 3/ 104.
[14] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 139. Buxari: 1/ 578/ № 504.
 

"MƏGƏR SƏN PEYĞƏMBƏRSƏN?"
Əli İbrahimov tarih 17.09.2010, 18:47 (UTC)
 Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Allah Rəsulunun (s.a.s) səhabəsi Sad bin əbu Vaqqas (r.a) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (s.a.s) sevimli xanımlarından biri, möminlərin anası Aişəni (r.a) və rəşidi xəlifələrin üçüncüsü, Cənnətlə müjdələnmiş on nəfərdən biri, mələklərin utandığı Osmanı (r.a) söyürdü. Ömrünün ən gözəl günlərini Cənnətlə müjdələnmişlərlə keçirən və artıq qocalığın nuru ilə şərəflənən Sad bu mənzərədən hiddətləndi. Qəzəbi gözlərindən oxunan Sad (r.a) adama yaxınlaşdı və ondan söyüşlərini kəsməsini istədi.
Adam Sada (r.a) “Kəsməsəm nə olacaq?” deyə, kinayəli cavab verdi.
Sad da (r.a) ona “Kəsməsən, Allaha sənin üçün dua edəcəm!” dedi.
Adam yenidən istehza ilə “Məgər sən peyğəmbərsən ki, etdiyin hər dua anındaca qəbul olunsun?” dedi. Beləcə heç nə deməyən Sad (r.a) üz tutdu Allah Rəsulunun (s.a.s) məscidinə. Bu hadisənin şahidi olanlar söyləyirlər ki, Sad bin əbu Vaqqas (r.a) iki rükət namaz qılıb dua etdi. O, hələ məsciddən çıxmamış artıq meydanda insanların qışqırıq səsləri gəlirdi. Görənlər şahidlik ediblər ki, bir qudurmuş dəvə meydana girərək söyüş söyən adamı ayaqları altına salaraq tapdalayırdı.
Bəli, bu Allah Rəsulunun (s.a.s) səhabələrinin kəramətlərindən idi.
Həmin adam Sada (r.a) “Məgər sən peyğəmbərsən ki, etdiyin hər dua anındaca qəbul olunsun?” deyərkən bir şeyi unutmuşdu ki, Allah elçisi (s.a.s) bir vaxtlar dua edərək “Allahım, Sadın dualarını qəbul et” demişdi.
 

Qəribə deyilmi?
Dilavər Məmmədov tarih 17.09.2010, 18:44 (UTC)
 - Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dostlarımızla deyib-güləndə isə deyil!?
- Qəribə deyimi ki, Qurandan 1 hissəni candərdi oxuyuruq, amma xoşladığımız roman heç əlimizdən düşmür!?
- Qəribə deyilmi ki, Qurandan 1 hissəni əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq!?
- Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tez inanır, Allahın kitabi Quranda yazılanlara isə tərəddüdlə yanaşırıq!?
- Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyir, amma bunun üçün zəhmətə qatlaşmaq istəmirik!?
- Qəribə deyilmi ki, hər birimiz başqalarının günahlarını gördükdə hakim olur, öz günahlarımızı gördükdə isə vəkilə çevrilirik!?
- Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir! Əks halda kafirdir!" – deyə ittiham edən müsəlmanın ailəsi Allahı tanımır!?
- Qəribə deyilmi ki, "Allaha qurban olum, Onun yolunda canımdan da keçərəm!!!" - deyən şəxs gündəlik ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir!?
- Qəribə deyilmi ki, ömrümüz boyu başqalarının hörmətini, razılığını qazanmaq üçün əlimizdən gələni edirik, Allahın razılğını qazanmağa gəlikdə isə "vaxtım yoxdur" bəhanəsilə “aradan çıxırıq”!?
- Qəribə deyilmi ki, məzhəb mübahisələrinə bu qədər vaxt ayıran biz müsəlmanlar ətrafdakı böyük təhlükələri görmürük!?
Sizcə də qəribə deyilmi?
 

<- Geri  1 ...  5  6  7  8  9 10  11  12 Devam -> 
 
 
Search in the Quran
Search in the Quran:
in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

Prayer Times For 6 Million Cities Worldwide
Country:

Search in the Hadith
Search: in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

English to Arabic to English Dictionary
Find word:
Exact Word / Starting Word Sub Word
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
www.SearchTruth.com

Quran Auto Reciter

Search in Quran and Hadith

Islamic Softwares

Azan Times

Read Quran Online

Listen Quran Online

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol