|
|
|
Xəbərlər  |
|
|
Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi
Əli İbrahimov tarih 17.09.2010, 18:40 (UTC) | | Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.
Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.
Romantik sevgililərin bir-birləri ilə olan söhbətlərində, yazdıqları şerlərdə “hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm” kimi ifadələr işlədilir. Halbuki hara baxılsa, hara gedilsə düşünülməsi vacib olan tək varlıq, aləmlərin Rəbbi olan Allahdır.
Göründüyü kimi xalq arasında geniş yayılmış bu sevgi növü, əslində Allah Qatında lənətlənmiş olan “şirk qoşmanın” bir növüdür. Hər bir məsələdə olduğu kimi şeytan bu tip sevgi anlayışını da təhrif edərək insanlara bəzəkli göstərir və insanların əksəriyyəti şeytanın yolunu izləyir:
Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar! (Nəhl Surəsi, 63)
…Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı. (Ənkəbut Surəsi, 38)
Quranda, qadınlara qarşı bəslənən ehtiras dolu sevgiyə xüsusilə diqqət çəkilir. Bu qadın, insanın həyat yoldaşı, sevgilisi, hətta “platonik” olaraq sevgi bəslədiyi hər hansı bir qadın da ola bilər. Əgər bu, Allahı unutduran, Allahı lazımı kimi xatırlamağa maneə törədən, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi növüdürsə, insanı birbaşa şirkə aparır. Bu təkcə kişilər üçün deyil, qadınlar üçün də eyni dərəcədə təhlükəlidir.
Romantik qadın-kişi münasibətlərini yaşayanlar çox vaxt bu gerçəklərdən xəbərsizdir. Özlərini öz əlləri ilə içinə atdıqları təhlükənin şüurunda deyillər. Çünki uşaqlıqdan cəmiyyətdən alınan yanlış təlqinlərin və özlərinə doğru yolu göstərəcək tək rəhbər – Qurandan xəbərsiz olmanın nəticəsi olaraq etdiklərinin Allah Qatında günah olduğunun fərqində deyillər.
Allahın dinindən uzaq yaşadıqları üçün, böyük bir bataqlığın içində olmalarına baxmayaraq özlərini doğru yolda zənn edirlər.
Ağılsızlıq içində yaşanan şirk sevgisi, bir-birlərini ilah etmiş qadın və kişiləri bəzən çox böyük fəlakətlərə sürüyür. Məsələn, bir-birinə aşiq iki gənc eşqlərini sözdə “əbədiləşdirmək”, “ruhlarının sonsuza qədər birlikdə olması” kimi mənasız təlqinlərlə özlərini körpüdən ata bilirlər. Halbuki bunu edərkən, əslində özlərini cəhənnəm çuxuruna atdıqlarının fərqində deyillər. Haram olan bir hərəkəti edərək Allaha qovuşacaqlarına deyil, bir-birlərinə qovuşacaqlarına inanırlar. Amma ölüm mələklərini gördükləri zaman artıq iş işdən keçir. Qəzetlərdə tez-tez ümidsiz aşiqlərin intiharlarından, bir-birlərinə yazdıqları romantik məktublardan bəhs edən xəbərlərə rast gəlmək mümkündür. Bütün bunlar romantizmin insanların ağıllarına və şüurlarına nə dərəcə təsir etdiyinin konkret nümunələridir.
İnsan bu dünyada bağlandığı, ilah etdiyi sevgilisini axirətdə öz nəfsini qurtarmaq üçün fidyə olaraq verməyə qalxacaq. Çünki gözündəki pərdə qalxmış, özünə vəd edilən əzabın gerçək olduğunu anlamışdır. Ayələrdə bu şəxslərin axirətdəki rəftarları belə təsvir edilir:
Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını, övrətini və qardaşını, (çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrəbasını) (Məaric Surəsi, 11-14)
Bir başqa ayədə də eyni vəziyyət belə təsvir edilir:
O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). (Əbəsə Surəsi, 34-37)
Şirkə söykənən romantik sevgi anlayışı cəmiyyətdə “eşq”, “romantizm”, “saf və təmiz duyğular” vs. şəklində günahsız göstərilir, hətta ucaldılıb təşviq edilir. Xüsusilə gənc yaşdakı insanları təsirinə bu romantizm təlqini ağıl və şüurun inkişafını maneə törətdiyi üçün dindən, imandan, yaradılış məqsədlərindən xəbəri olmayan, Allahı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii bir davranış, bir həyat tərzi halına gətirmiş nəsillər ortaya çıxarır.
Televiziyalarda və filmlərdə romantizm və romantik mövzular insanlara təlqin edilir. Romantizm sanki insanın təbii ehtiyacı kimi göstərilir. Romantizm – mahnılarda, şerlərdə, kitablarda ən əsas mövzudur. Şeytan, romantizmin insanların gerçəkləri görmələrini, Allahı xatırlamalarını, yaradılış məqsədlərini və axirəti düşünmələrini maneə törədən, onları dini yaşamaqdan uzaqlaşdıran, şirkə aparan xəstəlik olduğunu çox yaxşı bilir. Buna görə bütün vasitələrdən istifadə edərək insanlara romantizmi təlqin edir.
Bu səbəbdən şirk qoşmağı yalnız daşdan, taxtadan yonulmuş bütlərə səcdə etmək olduğunu sananlar, bu dünyada özlərini günahsız görüb axirətdə də “Rəbbimiz olan Allaha and olsun biz müşriklərdən deyildik” (Ən’am Surəsi, 22) deyənlərdən olmaqdan çox çəkinməlidirlər. | | |
|
Kişilər hansı tələblərə cavab verən qadınlarla evlənirlər
Əli İbrahimov tarih 17.09.2010, 18:22 (UTC) | | Kişilər evlənməyə qərar verdikdə, psixoloji olaraq beyninin irəli sürdüyü tələblərə cavab verən qadınlarla evlənirlər.Bu tələblər hansılardır?
Əgər kişi qadına baxıb ondan xoşlanırsa məntiqi gedişlə ilk punkt xarici görünüşdür. Zövqlərin müxtəlif olduğunu nəzərə alsaq, hər bir qadın seçilən ola bilər. Əksər qadınlar xarici görünüşlə bağlı tez-tez depressiyaya düşür və ya özlərini sevmirlər. Bu düzgün deyil. Çünki sevgi gələndə heç nəyə baxmır. Hər bir kişinin individual seçimi var, heç də onların hamısı standartları xoşlamır. Qadınlar isə sadəcə baxımlı olsalar, zövqlə geyinsələr, kifayət edər.
İkinci əsas məqam ağıldır. əksər kişilər xarici görünüşlə bərabər, gələcək həyat yoldaşının ağıllı olmasını mütləq hesab edir. Belə bir deyim var “ Gözəlin ağlı olmur, çirkinlər isə ağıllı olur”. Lakin bu sadəcə stereotipdir. Qadın gözəl və ağıllı, həmçinin çirkin və başıboş ola bilər. Lakin istənilən halda qadın ağlı kişilər tərəfindən tələb olunan əsas məqamdır. Ailə quracağı qadının hamı tərəfindən təriflənməsini istəyirlər. Başıboş qadını isə cəmiyyət arasına çıxarma onlarda utancaqlıq yarada bilər.
İntellektlə bağlı məsələnin öhdəsindən asan gəlmək olar. Çünki kişilərin heç də hamısı intellektli ağıl dəryası deyillər. Ortaq məsələlər tapmaq mümkündür. Hər halda qadın siyasəti işlətmək də kifayət edər. Lakin qadınların da əksəriyyəti intellektli kişilərə üstünlük verirlər. İstənilən halda, kişi ailənin başçısı hesab olunur.
Seks bu siyahıda üçüncü yerdədir. Əgər həyat yoldaşı seçimi olmasaydı, seks xarici görünüşdən sonrakı yeri tutacaqdı. Burada hər şey sadədir: ağıllı kişi fiziki olaraq onu özünə cəlb edən qadınla evlənir. Ağıllı qadın isə kişidən bu reaksiyanı almağı bacarır. Əksər hallarda qadın kişini istədiyini (seksual istək) yalandan edir. Bu kişiləri həvəsləndirir. Əgər qadın hər şeyi düzgün edirsə, zamanla bu vərdişə çevrilir və hər iki tərəf bundan zövq alır.
Siyahıda növbəti yeri məişət məsələləri dayanır. Qadın bişirməyi, yır-yığışı, uşaqlara baxmağı yaxşı bacarmalıdır. İlk üç xüsusiyyət ikinci plana keçdikdə məişət məsələləri daha vacib olacaq.
Bəzi kişilər üçün həyat yoldaşının dost olması da önəmlidir. Təbii ki, bu belədir. Yaxşı dost qadın daim kişinin yanında olur, ən çətin vaxtlarda ona mənəvi dəstək olmağı bacarır. Buna görə də qadının kişiyə ən yaxın dost olub, onunla hər şeydə bölüşməsi vacibdir. Bunu yadda saxlayın.
Ailənin qurmağın asan olduğunu, lakin birgə həyatın daha çətin olduğunu hər birimiz bilirik.
“Əvvəlcə görüdüyünə vurulursan, sonra eşitdiyinə. Sonra toxunuşdan zövq alırsan. Səni yedirdiyi yeməklərə vurulursan. Daha sonra ona baxıb düşünürsən: “Mən necə də axmağam, düşündüm ki, onsuz yaşaya bilərəm”. Bu sözlər kişinin həyat yoldaşı haqda dediyi sözlərdir.
Daim sevin və sevilin. Ailə xoşbəxtliyini özünüz yaradın. Bu hər ikinizin əlindədir. Düşünün ki, ömür keçir. Bu günlər bir daha yaşanmayacaq. Xoşbəxtliyin açarı ilə bütün qapıları açın. | | |
|
Xarici dil kursları - pərdə arxası
WWW.FORUM.FOX.AZ tarih 16.06.2010, 13:03 (UTC) | | Dünyada mövcud olan sosial, iqtisadi və siyasi problemlər Azərbaycandan da yan keçməyib. Xüsusən, dövlətlər arasında baş verən inteqrasiya əmək bazarına münasibətdə özünü büruzə verir. Artıq müasir dünyada dövlət sərhədlərini aşmaq elə bir problem yaratmadığından yaxşı əmək şəraiti və şərtləri ilə iş axtarmaq arzusunda olan insanlar sənaye cəhətdən inkişaf etmiş ölkələrə üz tuturlar. Əsasən keçid dövründə olan ölkələrdə miqrant işçilərin sayı artıq olur ki, inkişaf etmiş ölkələrin əmək resurslarına olan tələbat məhz onların hesabına təmin olunur. Aydındır ki, bu zaman işaxtaranlar qarşısında ağır şərtlər qoyulur ki, bu da insan hüquqları baxımından qəbuledilməzdir. Az əmək haqqı ödəməklə birbaşa insanların əməyinin istismarı baş verir ki, hüquqi baxımdan onun qarşısını almaq asan başa gəlmir. Məhz belə faktları əsas götürən Azərbaycan dövləti məşğulluq siyasətinin gücləndirilməsi, əhalinin bu sahədəki problemlərinin həlli və məşğulluq işinin daha da səmərəli təşkil edilməsini qarşıya başlıca prinsip kimi qoyub. Milli əmək resurslarından maksimum istifdə olunmasına çalışan dövlət buna nail olunması üçün yeni iş yerlərinin açılması, əmək bazarının müasir sosial-iqtisadi inkişaf tələblərinə uyğunlaşdırılmasına önəm verir. Ancaq etiraf edilməlidir ki, insanların daha yaxşı iş şəraiti və yüksək əmək haqqı istəyi bütövlüklə işsizlik problemini həll etməyə imkan vermir. Ona görə, təkcə dövlət tədbirləri ilə sözügedən məsələnin aradan qaldırılması qeyri-mümkündür. Bu səbəbdən özəl məşğulluq mərkəzlərinin fəaliyyətinə ehtiyac duyulur ki, insanların iş problemlərinin həllində yardımçı olsunlar. Ancaq belə fəaliyyət növü ilə məşğul olan qurumlar doğrudanmı insanların əmək problemlərinin həllinə önəm verirlərğ
Özəl məşğulluq xidmətlərinin işə cəlbetmə metodları
Təcrübə göstərir ki, özəl məşğulluq mərkəzlərinin əksəriyyəti insanları aldatmaqla böyük gəlir əldə etmək istəyindədirlər. Daha doğrusu, bu istiqamətdə fəaliyyətlərini qurublar. Belə fəaliyyətlərini isə müxtəlif üsullarla həyata keçirirlər. Nəticədə insanların əməyi istismar olunur, məcburi əməyə cəlb olunur və insan alverinin qurbanına çevrilirlər. Belə hallar daha çox qadınlara qarşı baş verir ki, bu problem də artıq cəmiyyəti narahat etməkdədir. Xüsusi metodlarla işlərini quran özəl məşğulluq mərkəzlərinin fəaliyyəti nəticəsində belə faktlara tez-tez rast gəlinir. Məlumata görə, bir sıra özəl məşğulluq xidmətləri böyük miqdarda gəlir əldə etmək məqsədilə insanların məcburi əmək və insan alverinə cəlb olunması kimi cinayətlərə əl atırlar. Öz faliyyətlərini ictimaiyyət arasında reklam və elanların verilməsi ilə təşkil edən belə qurumlar yüksək səviyyəli məlumat və elan materialları hazırlayır, mövcud xidmətlər barədə geniş məlumatlar yayırlar. Eyni zamanda, şəxsi əlaqə və şəbəkələrin yaradılmasına böyük önəm verilir. Qəzetlərdə isə verilən elanlar insanların “tora salınması”nda xüsusi rol oynayır. İşaxtaranlarla əlaqə qurmaq üçün öz adamlarından istifadə özəl məşğulluq xidmətləri üçün sınanılmış metod hesab olunur. Belə ki, həmin şəxslər adətən kinoteatr kimi əhalinin geniş toplandığı ictimai yerlərdə şirkətin xidmətini reklam edir. Lakin heç bir halda fəaliyyəti barədə rəsmi məlumat təqdim etmir. Vətəndaşlarla digər əlaqə qurmaq metodu internetdir ki, hazırda bu metoddan geniş istifadə edilir.
Özəl məşğulluq xidmətləri adətən “Qadın və qızların nəzərinə! Əgər sizə yüksək əmək haqqı və digər şərtlərlə iş və ya evlilik təklif edirlərsə, bizimlə əlaqə saxlayın”, “Birləşmiş Ərəb Əmirliyində ofis işində işləmək üçün iki gənc qız tələb olunur”, “İdeal” salonu masaj xidmətlərini həyata keçirmək üçün 30 yaşdan aşağı qadınları işə dəvət edir. Masaj xidməti olmayanlar xüsusi təlimlərdə iştirak edəcəklər” kimi elanlarla qadınları cəlb edirlər. Belə üsullarla əlaqə quran özəl məşğulluq xidmətləri daha çox qadınlarla işləməyə üstünlük verirlər. Onlara xarici ölkələrdə yüksək əmək haqqı və iş şəraiti vəd edərək insan alverinin qurbanına çevirirlər. Əsasən ofis işi, menecer, referent və otel xidmətləri kimi işlər təklif edilən qadınlar aldadılaraq müxtəlif üsullarla xarici ölkələrə göndərilir. Yeri gəlmişkən qeyd edək ki, özəl məşğulluq xidmətləri lisenziyasız fəaliyyət növünə aid edilsə də, xarici ölkələrə işçi göndərmək üçün xüsusi lisenziya tələb olunur. Ölkədə fəaliyyət göstərən özəl məşğulluq xidmətlərinin isə əksəriyyətinin belə lisenziyası yoxdur. Vasitəçilik missiyasını yerinə yetirməli olan belə qurumlar əslində insan alverinə şərait yaratmış olurlar. Xaricə göndərilən qadınlar isə məcburi qaydada cinsi istismara məruz qalırlar. Bundan yaxa qurtarmaq isə heç də asan başa gəlmir. Çünki həmin insanlarla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmır, əksər hallarda isə onların sənədləri əllərindən alınır. Belə halda insan alverinin qurbanı heç bir hüquqi addım almaq və ya fərdi qaydada qaçıb canını qurtarmaq iqtidarında olmur.
Qadınları necə yoldan çıxarırlar?
İnsan alverinin qurbanı olmuş Nailə Məmmədova(ad və soyad müsahibin istəyi ilə şərti verilir) deyir ki, ona Bakı şəhərindəki keçidlərin birində vizit kartı vermişdilər. Göstərilən ünvana getdikdə onun ilkin olaraq ingilis dilini bilib-bilməməsi ilə maraqlanıblar. Onun ingilis dilini öyrənmək istəyini gördükdə müxtəlif işlər təklif ediblər: “Orada mənə bir neçə iş təklif etdilər. Bunlar aşbaz köməkçisi, qocalara baxan və kafedə qabyuyan kimi işlərdən ibarət idi. Ofis işi istədikdə isə mənə kifayət qədər təhsilimin olmadığını bildirdilər. Sonra orada çalışan qadın işçilərdən biri mənə yüksək əmək haqqı olan iş təklif etdi. Bildirdi ki, onun yaxın dostları ilə əylənsəm, mənə yaxşı pul verərlər. Mən əvvəlcə buna etiraz etsəm də bir müddətdən sonra məni yoldan çıxara bildi”. Razılaşmadan sonra N.Məmmədovanı formal olaraq kafedə işə götürürlər: “Kafedə məni işə düzəldən qadınla müxtəlif yerlərə gedirdik. Əvvəlcə müştərilərə çay təklif edirdim. Sonra isə intim xadmətləri göstərməyə başladım. Həmişə yanımda olan qız mənim nə qədər qazandığımı bilirdi. Dərhal da pulun yarısını yerin sahibinə verəcəyi adı ilə alırdı”. Bir müddətdən sonra N.Məmmədovaya Türkiyədə işləməyi təklif edirlər. Guya o, Türkiyədə yaşlı adamlara qulluq etməli idi.” Onlar mənə xarici pasport düzəltdilər. Bildirdilər ki, qulluq edəcəyim şəxsin həyat yoldaşı yoxdur və o məni özünə arvad edə bilər. Reallıqda isə hər şey əksinə oldu. Türkiyədə 7 ay kafedə qabyuyan işlədim, sonra isə müştərilərə seksual xidmətlər göstərmyə başladım. Bir müddətdən sonra polis tərəfindən aşkarlanaraq Azərbaycana göndərildim. Məlum oldu ki, həmin agentlik qadınları cinsi istismar məqsədilə xarici ölkələrə göndərirmiş”.
İşaxtaranlar hələ də iş axtarır
Digər müsahib isə özəl məşğulluq agentliyinə müraciət etməsindən xeyli müddət keçməsinə baxmayaraq, hələ də işə düzələ bilməməsindən gileylənir: “Qəzetdən elanı oxuyub göstərilən telefon nömrəsi ilə əlaqə yaratdım: “İlk öncə agentliyin fəaliyyəti məndə xoş təəssürat yaratdı. Sonra isə onların fəaliyyətinə şübhəm oyandı. Mənə kompüter, ingilis dilləri kursu təklif etdilər. Həmin kursların hər biri iki ay davam edir və təxminən 200 manata başa gəlir. Kursu bitirdikdən sonra iş yeri tapmaq mümkün olmadı. Məndən kursların pulunu tələb etdikləri halda, mənim işə düzəlməyim barədə düşünmürlər”. Məlumata görə, orta hesabla ölkədə fəaliyyət göstərən özəl məşğulluq xidmətlərinə gün ərzində 150-yə yaxın vətəndaş müraciət edir. Onların işədüzəltmə göstəricisi isə il ərzində bu göstəricini keçmir.
Ekspertlərin fikrincə, özəl məşğulluq mərkəzlərinin təşkil etdikləri tədris və təlim kursları heç bir rəsmi dövlət orqanı tərəfindən təsdiq edilməyib. Belə ki, onların belə fəaliyyəti yalnız özlərinin əldə etdikləri proqramlar əsasında həyata keçirilir. Bu zaman həmin agentliklərin kursu bitirənlərə verdikləri şəhadətnaməni nə dərəcədə keçərli hesab etmək olarğ Qeyd edək ki. Təhsil Nazirliyi tərəfindən belə tədris kursları üçün hazırlanmış metodoloji proqramlar kifayət qədərdir. Ancaq nədənsə, özəl xidmət sahələri bu vəsaitdən istifadə etməkdə maraqlı görünmürlər.
İnsan alverinin qurbanları şikayət etməkdən çəkinirlər
Çünki bəzi özəl məşğulluq xidmətləri vergi və digər ödəmələrdən yayınmaq məqsədilə gizli fəaliyyətə üstünlük verirlər. Əsasən metro keçidləri və insanlar kütləvi hərəkət etdiyi digər yerlərdə fəaliyyət göstərən agentliklər işədüzəltmə bürolarının funksiyalarını yerinə yetirirlər. Mütəxəssislərin fikrincə, adətən belə agentliklərdə ixtisaslı kadrlar azlıq təşkil edir, hətta elə özəl məşğulluq mərkəzləri var ki, cəmi 2-3 işçi ilə fəaliyyət göstərir. Buna baxmayaraq, həmin qurumların qeyri-qanuni hərəkətlərinan qarşısını almaq asan deyil.
Ekspertlərin qənaətincə, insanların məcburi əməyə cəlb olunması və ya insan alverinin qurbanına çavrilməsi onların təhsilinin, dünyagörüşünün və iradəsinin zəif olması ucbatından baş verir. Bu tip ciinayətlərin subyektləri isə əsasən əhalinin aztəminatlı təbəqəsi və ailə problemi ilə üzləşən qadınlar, kimsəsiz uşaqlar olur. Odur ki, yalnız işədüzələnlərin hüquqi sənədlərin əllərində olması insan alveri və məcburi əmək hallarının qarşısını almaq mümkün olmur. Digər tərəfdən, özəl məşğulluq agentliklərinin maliyyə fəaliyyətinin yoxlanması ilə də belə halların aradan qaldırılmasına gömək etmir. Çünki qanunsuz fəaliyyəti ilə külli miqdarda qazanc əldə etmək istəyən belə qurumlar daimi insanların kövrək vəziyyətindən istifadə edərək cinayət əməlləri törədirlər. Nəticə etibari ilə isə insan alveri və məcburi əmək kimi cinayətlərini birbaşa sübut etmək üçün sübut və dəlil əldə etmək çətin olur. İşəgötürənlər adətən cavan, gözləməli qızlar axtarır və onların heç bir iş təcrübəsiin olmasını şərt kimi irəli sürmürlər. Bununla razılaşan bir çox qadınlar isə insan alverinin qurbanına çevriləməli barədə heç də hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bununla da faktiki cinayət törətmiş işəgötürənlər barədə heç bir hüquqi ölçü götürmək mümkün olmur.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın 8,603 milyon əhalisinin :,805 milyon nəfəri əmək qabiliyyətinə malik insanlardır. Ümumilikdə 200 min insan uyğun iş yeri axtarmaq üçün rəsmi qeydiyyata düşüb. Bu isə işsiz əhalinin dövlət qeydiyatından keçmiş az bir hissəsidir. Deməli, insan alverinin qurbanına çevrilmək və məcburi əməyə cəlb edilmək ehtimalı olan vətəndaşların sayı kifayət qədərdir. | | |
|
DÜNYA FUTBOL TARIXINDƏ ƏN MARAQLI 11 HADISƏ
CİMBOM tarih 02.06.2010, 21:43 (UTC) | | 1. Futbol tarixində ən erkən qolu Uruqvay əsilli futbolçu Rikkardo Oliveyra vurub - 2,8-ci saniyədə.
2. Dünya çempionatları tarixində ən erkən qolun müəllifi Hakan Şükürdür - 9-cü saniyədə (2002-ci il, Türkiyə-Cənubi Koreya)
3. Çempionlar Liqasının ən erkən qolu 2002-ci ildə PSV Eyndhoven-Arsenal qarşılaşmasında qeydə alınıb. Braziliyə əsilli Jilberto Silva 20-ci saniyədə vurduğu qolla ingilisləri hesabda önə keçirib.
4. Dünya çempionatları tarixində ən erkən qırmızı kartı Romen İon Vladoui görüb - 1994-cü ildə keçirilən DÇ-də çıxdığı matçın 3-cü dəqiqəsində komandasını azlıqda qoyub.
5. Dünya çempionatları tarixində bir çempionat ərzində ən çox qol vuran Just Fontendir. 1958-ci ildə keçirilən DÇ-də 13 qolla bombardir olub.
6. Beynəlxalq səviyyəli qarşılaşmalarda ən böyük hesab Avstraliya-Samoa adaları qarşılaşmasında qeydə alınıb: 31-0
7. Dünyanın ən fantastik het-triki irland əsilli futbolçu Cimmi O.Konnora məxsusdur. İnanmayacaqsınız, amma Cimmi 1967-ci ildə çıxdığı bir rəsmi matçda 2 dəqiqə 13 saniyə ərzində üç qola imza atıb (orta hesabla hər 44 saniyəyə bir qol!)
8. Karyerası ərzində ən çox qol vuran futbolçu əfsanəvi Peledir. «Futbol kralı» 1956-1977 aralığında çıxdığı 1363 oyunda 1297 qol vurub.
9. Künc zərbəsindən bir oyunda ən çox qolu «Asqreen UTD»də top qovan Stiv Qromey vurub. O, 2002-ci ildə bir oyunda künc zərbəsindən düz üç dəfə fərqlənib!
10. Futbol tarixində topa ən güclü toxunan və ona inanılmaz sürət verən oyunçu ispan əsilli Xavyer Marindir. Onun bir toxunuşundan sonra top saatda 129 km sürətlə hərəkət edib.
11. İndiyə qədər futbol tarixindən ən böyük qalmaqal İngiltərədə - 1969-cu ildə keçirilən «Tongham Youth Club» - «Havey» qarşılaşmasında qeydə alınıb. Belə ki, oyunda hər iki komandanın bütün futbolçuları (22 nəfər)… birbaşa qırmızı vərəqə ilə meydandan qovulub
FİKİRLƏRİNİZİ BİLDİRMƏYİ UNUTMAYIN | | |
|
RUHLAR HAQQINDA
Əli İbrahimov tarih 17.02.2010, 20:57 (UTC) | | Qiyamət gününədək ruh ruhlar aləmində öz həyatını davam etdirir
Bizləri əhatə edən aləm iki hissədən ibarətdir. Biri - təbiət aləmidir. Planetlər, dağlar, bitkilər, heyvanlar, bütün maddi varlıqlar bu aləmə aiddir. Digər aləm isə fövqəltəbii aləmdir. Qeyb aləminə aid varlıqlar, o cümlədən də mələklər bu sırada yer alır. İnsan - bu iki aləmi özündə cəmləşdirən unikal bir varlıqdır. Allah insanı bir tərəfdən maddi aləmdən xəlq edib, digər tərəfdənsə öz ruhundan üfürərək ona ruh əmr edib.
Ölüm
Allah ana bətnində rüşeymə ruh verib onu insan edir. Lakin bir gün dünyaya göz açan kimsə, bir gün də bu fani dünya ilə vidalaşır: «Harada olursunuz-olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq». («Nisa» surəsi, ayə 78). Ölümüylə insanın ruhu onun bədəni ilə əlaqəsini kəsir, amma yox olmur! İnsan, sadəcə, bu dünyadan o biri dünyaya köçür. Qarşıda isə onu axirət həyatı gözləyir. Qiyamət günündə kimisi əbədi səadətə - Cənnətə, kimisi isə əbədi bədbəxtliyə - Cəhənnəmə vəsiqə alır…
Torpağa tapşırılandan sonrakı həyat
İnsanın fiziki cəsədi yerə tapşırılır və bir müddət sonra çürüyüb torpağa qarışır. Lakin ruh yox olmur və ruhlar aləminə qovuşur. Həmin ruhlar dünyası Bərzəx adlanır. Qiyamət gününədək də ruh həmin ruhlar aləmində öz həyatını davam etdirir. Öz dünyadakı cismi ilə əlaqəsi kəsilsə də, bərzəxdəki ruhların bu dünya ilə əlaqələri tam kəsilmir. Onlar hətta bəzən insanlarla təmasa da girir…
Məni mən edən ruhdur!
Bu dünyada insanın həyat sürməsi fiziki bədənə malik olmasıyla şərtlənir. Amma insanı İNSAN edən ilk növbədə RUHdur! İnsanın bütün fəaliyyətləri məhz ruhdan irəli gəlir. İnsanın bədəni sanki bir maşın, ruhu isə sükan arxasında oturan sürücüdür. Sürücü sükanı hara fırlatsa, maşın da o istiqamətə yönələcəkdir. Hər birimiz üçün bir «MƏN» anlayışı var. Oturanda da, duranda da, yol gedəndə də, hətta yuxu görəndə də həmin «MƏN»i duyuruq, yaşadırıq. MƏNimizi MƏN edənsə məhz bizim RUHumuzdur!
Vəsvəsə və ruhun cavabı…
Şeytan da məhz insanın ruhuna vəsvəsə salır. Ruhunun qapısını şeytanın üzünə açanlar tam olaraq bu vəsvəsəyə uyur, şeytanın hiyləsinə aldanır, onun çağırışına müsbət cavab verir və öz ruhunu şeytana yuva edir. Şeytanın hakim olduğu ruh isə daim təşviş hissi keçirər, insana çirkin işləri görməyi əmr edər, belə bir ruhdan mənəviyyatsız əməllər, davranışlar hasil olar. Şeytan səy göstərir ruhu maddiyyata tabe etsin, insan nəfsini maddiyyat çərçivəsinə sürükləsin. İnsanın ruhu pak olanda Allahın himayəsində olur və şeytan ona yaxın düşə bilmir. Ruhların digər ruhlara - insanlara təsiri də var. Müsbət ruh - tərəqqiyə yönəldər, mənfi ruh isə tənəzzülə sürükləyər. Bu isə baxır kimin hansı ruhun təsiri altına düşməsinə…
Ruh bədəndən başqa bədənə keçirmi?
Bəzi inanclara görə, insan öldükdən sonra onun ruhu başqa bir bədənə keçir. Bu zaman guya ölənin ruhu ana bətnindəki rüşeymə keçir və yenidən başqa bir adam kimi dünyaya gəlir, bir daha uşaq, gənclik və qocalıq dövranını yaşayır, yenidən ölür. Sonra bu hal yenə və yenə də təkrarlanır. Guya sonsuzluğadək ruh bir bədəndə ölüb, digərinə keçir. Bütün bu fikirlər İlahi dinlərə görə cəfəngiyatdır! Üstəlik, belə bir inanc insanı dindən çıxarır. Belə ki, axirət həyatına iman bütün İlahi dinlərin başlıca prinsiplərindəndir. Hər bir insan bu dünyada öz ruhu ilə yalnız bir kərə yaşayır və bu həyatına görə də öz aqibətini təyin edir. Bir ruhla bir neçə şəxsiyyəti təsəvvür etmək mümkünsüzdür. Hər insan özü üçün müstəqil bir şəxsiyyətdir. Və öz şəxsi həyatına görə də məsuliyyət daşıyır. Bizim hər birimiz ayrılıqda məhz ÖZümüzün həyatımıza görə cavabdehik! Bərzəxdə və Qiyamətdə də yalnız yaşadığımız bu həyatımıza görə sorğu-sual ediləcəyik.
Ölü ilə rabitə
Ruhlar bir-biri ilə də təmasa girə bilirlər. İmanlı insanların bir-birinə bağlılığı, doğmalığı, Allahın buyurduğu kimi, bir-biriylə qardaş olması, əslində, ruhlarının bir-birinə bağlılığı və doğmalığıdır. Ruhən saf olan insanlar bir-biriylə ruhani bir yaxınlıq hiss edir, bir-birləri ilə təmasdan zövq alırlar. Ruhən çirkaba bulaşan insanlar da bir-birinə ruhani bir bağla bağlanırlar. Necə deyərlər, hər kəs öz tayını tapır…
Qeyd edək ki, hipnotizmin özü də bir növ insanın ruhi ilə təmasdır. Amma ruhların təması yalnız diri insanlar arasında olmur. Dünyasını dəyişən insanların da ruhlarıyla təmas mümkündür. Axı insan dünyasını dəyişdikdə yox olmur, onun ruhu öz həyatını bərzəx aləmində davam etdirir. Ruh ölmür! Bərzəxdəki ruhlarla da əlaqə mümkündür. Məsələn, namaz qılanlar hər namazın sonunda Məhəmməd Peyğəmbəri (s.ə.s.) salamlayıb deyirlər: «Allahın salamı, mərhəməti və bərəkəti olsun Sənə, ey peyğəmbər!». Peyğəmbər bu salamı eşitmirsə, onda milyonlarla müsəlman boş yerəmi gündə 5 dəfə onu salamlayır? Quranda da buyrulduğu kimi, salamın cavabını vermək vacibdir. Elə isə Peyğəmbərimiz salamlarımızı cavabsız qoyarmı? Əlbəttə ki o bizimlə ruhani bir təmasda salamlaşır, salamımızı alıb, onu cavablandırır…
Ölülər eşidirmi?..
Burada belə bir sual yarana bilər: «Ölülər də eşidir ki?..». Ölü olaraq dünyasını dəyişən insanın cəsədini qəbul etsək, əlbəttə ölülər eşitməz! Onların cismani varlığı öz həyatını bitirib, orqanlarının fəaliyyətinə xitam verilib. Amma ruh ölməzdir, ölü deyil ki onun eşidə bilməsini qeyri-mümkün hesab edək. Ruhlar, əlbəttə, eşidə, hətta cavab da verə bilər. Məhəmməd Peyğəmbərdən (s.ə.s) nəql olunan bir hədisdə deyilir ki, Peyğəmbər Bədr döyüşündə öldürülən kafirlərə üz tutub, danışır. Səhabələri «Ya rəsulallah, axı onlar ölüdürlər, məgər səni eşidirlərmi?» - deyə soruşduqda isə Peyğəmbərimiz onların həqiqətən də eşitdiklərini buyurur. Eşidən isə, heç şübhəsiz, ölü deyil, diri olan ruhdur! Tarixdə ruhlarla təmasa girən çoxlu insanlar haqda məlumatlar var. Əlbəttə, onların hamısı həqiqətə uyğun olmasa da, bir çoxları həqiqətdir. Məsələn, böyük ariflərdən biri olan Seyid Əli Qazinin dünyasını dəyişdikdən sonra da öz tələbəsinə ruhani varlığıyla dərs keçdiyi məlumdur.
Medium fenomeni
Bir sıra insanlar ruhlarla təmasa girdiyini iddia edir. Təcrübə göstərir ki, bu insanların çoxu yalan danışır və bu yolla fırıldaqçılıq edib, pul qazanırlar. Sadəlövh insanları aldadıb, guya yaxınlarının ruhunu çağırıb, onlardan nələrsə soruşurlar. Amma ümumilikdə isə ölən insanların ruhunu çağırmaq, onlarla ünsiyyətə girmək mümkündür. Dünyasını dəyişən insanların diri (!) ruhlarıyla təmasa, ruhani ünsiyyətə girənlər də az deyil. Bu, həm yuxuda ola bilər, həm də oyaq halda. Xüsusi vasitələrlə ruhani təmas yarandıqda, doğrudan da, ruhlarla əməlli-başlı söhbət etmək olar!..
Ruhlar özlərini necə hiss edir?
İnsan o biri dünyasının aqibətini bu dünyada ikən özü qurur: Allahla yaşayanın ruhu bərzəxdə sevinc içində, Allahdan uzaq olanların ruhu isə əziyyət içində olur. Ümumilikdə, kimin cənnətlik, kiminsə cəhənnəmlik olması bu dünyadakı əməllərimizlə şərtlənir. Amma bərzəx aləmindəki ruhların halına az da olsa, təsir etmək olar. Məsələn, vəfat edən birisinin övladları, yaxınları Allah yolunda xeyir bir iş görsələr, sədəqə versələr, ehtiyaclılara ehsanlar etsələr və bu işlərin savabını dünyasını dəyişən valideynlərinə ithaf etsələr, onların ruhunu şad etmiş olarlar. Həmçinin də Allahdan mərhum üçün bağışlanma və ruhunun şad olmasını diləsələr, Allah bu duaları qəbul edər. Lakin bu o demək deyil ki cəhənnəmlik birisi bu işlərlə cəhənnəmdən xilas olar. Amma hər halda, zindanda olana dadlı yeməklər göndərdikdə, onlar zindandan xilas olmasalar da, müəyyən mənada könülləri xoş olduqları kimi, dünyasını dəyişən belələrinin də ruhları şad olar.
Təmtəraqlı məzar daşları…
Bəziləri ad-san üçün külli miqdarda pul xərcləyib, təmtəraqlı məzar daşları, büstlər, qəbiristanlıq sarayları və s. düzəldir, halbuki bütün bunlardan vəfat edənin ruhuna zərrə qədər də fayda olmaz! Belə isə dünyadan köçmüşlərimiz üçün dualar edək, onlara ithaf olaraq ehtiyaclılara əl tutaq, sədəqə verək və mərhumlarımızın ruhlarını şad edək. Amma onu da deyək ki, dünyadan müşrik və kafir kimi gedənlərə bütün bu savablardan heç bir pay yoxdur. Belələri üçün dua etməyin də faydası olmaz. Onlar Allahsız həyatlarıyla özlərini bütün bu imtiyazlardan, Allahın rəhmətindən məhrum ediblər… Bir şeyi də qeyd edək ki, insanlar bu dünyada ikən o biri dünyaya davamlı azuqə də hazırlaya bilər. Məsələn, birisi Allah yolunda məscid, məktəb, xəstəxana, körpü, yol və bu kimi şeylər tikib getsə, nə qədər ki insanlar bu şeylərdən faydalanır, o zamanadək onlara öldükdən sonra da savab yazılar, o dünyada ruhlarını şad edər. Yaxud da birisi bu dünyada əxlaqsızlıq yuvası və bu kimi məkanlar yaradıb getsə, bu yerlərdə Allahın qanunlarına zidd hərəkətlər davam edənədək onun da ruhu incidilər, bu şeylərin cəzasını və əzabını çəkər. Elə isə özümüz də öz ruhumuzu şad edək!..
Ölüyə Quran oxumaq?
Doğrudanmı, ölülərə Quran oxumaq lazımdır? Nəzərdən qaçırmayaq ki, Qurani-Kərim ölülər üçün deyil, dirilər üçün nazil olub! Bu ilahi kitab ölüyə deyil, diriyə oxunmalı, mənası açıqlanmalı və ona əməl olunmalıdır. Quran bizim dünya və axirət həyatımızın səadət yolunu göstərən bir kitabdır. Və əlbəttə, bu kitabı, onun surələrini, ayələrini oxumaqda böyük savab var. Bəs bu savabdan dünyasını dəyişənlər üçün də bir pay göndərmək olarmı? Əbəttə ki olar! Sədəqə verib, savab qazanaraq, həmin savabı mərhumun ruhunun şad olması üçün töhfə etdiyimiz kimi, Quran oxuyub, onun savabını da mərhumun ruhunun şad olması üçün töhfə edə bilərik. Bu zaman Quran ölü üçün oxunmuş olmur, diri üçün oxunur. Sadəcə, Quran oxumaq savab iş olduğundan, həmin savabı dünyasını dəyişənlərin ruhunun şad olması üçün onlara ithaf etmiş oluruq. Bu zaman diri insanlar da faydalanır, dünyasını dəyişənlərin diri ruhları da!..
Ölü insan yuxuya girəndə nə etmək lazımdır?
Elə bir insan tapmaq çətindir ki, indiyədək yuxusunda dünyasını dəyişən bir yaxınını, nənə-babasını, tanışını görməmiş olsun. Bunu da hardasa bir ruhani təmas hesab etmək olar. Bu zaman yaxşı olar ki, yuxudan oyandıqda dua edək, Allahdan onların ruhunun şad olmasını diləyək və imkan daxilində ehtiyaclı insanlara sədəqə verərək, bu savabı mərhuma töhfə edək. Dünyasını dəyişən yaxınlarımızı yuxuda görməkdən danışmışkən, «Karvan» jurnalının redaksiyasına həmvətənimiz Hamiyə Muradovanın ünvanladığı məktubdan yan keçə bilmədik. Gəlin birlikdə baş verən bu əhvalatla tanış olaq və aydınlıq gətirək:
«…Atam 12 ildir rəhmətə gedib. Keçən il bir yuxu gördüm: haradasa oturub qohumlarla söhbət edirəm, bu an qapılar açılır və atam içəri girir. Əlində balaca banka, içində marlaya bükülmüş sap, ilan qabığı, buynuz var idi. Bankanı mənə uzadan zaman gözündən bir damla yaş axdı və çıxıb gedəndə dala dönərək «gələrsən» deyib getdi… Yuxudan oyanan kimi qəlbimdən atamın qəbrini ziyarət etmək keçdi. Bir gün dayım oğlu və bacımla birlikdə atamın qəbri üstünə getdik. Atamın qəbrini təmizləyəndə qəbrin ayaq tərəfində bir çala gördüm. Əlimi deşikdən içəri saldım. Gözlərimə inanmadım! Atam yuxuda mənə nə vermişdisə, bankadan da o çıxdı… Bu yaxınlarda yenə yuxu gördüm: atamın qəbrinin sağında əmisinin qəbri var. O qəbri təmizləyirdim, birdən qəbrin ağzı açıldı, oradan işıq gəldi. Bu an arxamda atamın səsini eşitdim: «Get gir ora, ora sənin yerindir!». Mən isə «Yox, nə danışırsan, bura sənin əminin yeridir, oxu da başdaşını», - dedim. Ancaq başdaşına baxanda gözlərimə inanmadım, orada mənim adım, soyadım, doğum tarixim (23.06.1985) və ən dəhşətlisi - ölüm tarixim yazılmışdı - 30.03.2009-cu il. Atam məni itələyərək «İstəsən də, istəməsən də, bura sənin yerindir, keç gir ora…», - dedi… O gündən bu yuxunun təsirindəyəm, elə bil başqa aləmdəyəm, durduğum yerdə ağlayıram. Yenə də qəbir üstünə getmək istəyirəm: özümdən asılı deyil, qəbiristanlıq məni çəkir. Özü də dəfələrlə olub ki, atam məni nə bəla gözləyirsə, öncədən yuxuma gələrək xəbərdarlıq edir. Halva çalmışam, Yasin də oxutdurmuşam. Bilmək istəyirəm: həqiqətənmi mən 30.03.2009-cu il tarixində öləcəyəm? Bu yuxum necə yozulur? «Karvan»dan cavab gözləyirəm.
Karvanın cavabı
Ölüm Allahın əlindədir. Heç bir insanın öz ölümünün necə baş verəcəyindən xəbəri yoxdur. Bu cür yuxular şeytanın vəsvəsəsi də ola bilər. Bəzi şeylər, məsələn, Qiyamət günü, insanların ölüm günü və digər məsələlər var ki, insanlar bunların zamanını bilə bilməz. Bunu ancaq Allah bilir. Sizin sədəqə verməyiniz məsləhətdir. Çünki belə bir hədis də var ki, sədəqə vermək insanı gözləyən bəlanın qarşısını alar. Hətta Allah-Təalanın qərarlaşdırdığı bəla olsa belə, sədəqə verdikdə, Allah bəlanı uzaqlaşdırar. Yuxu bəzən insanın xəyalları ilə də əlaqədar olur. Belə ki, insanın xəyalında qurduğu şeylər, arzular onun yuxusuna təsir edə bilər. Sizin belə yuxu görməyiniz atanızı çox istəməyinizin təzahürüdür. Narahat olmağa heç bir lüzum yoxdur. Gördüyünüz yuxunu unutmağa çalışın və hər şeyin ancaq yaxşı olacağına ümid edin.
| | |
|
"Bermud üçbucağı" haqqında bilmədiyimiz faktlar
Əli İbrahimov tarih 17.02.2010, 20:50 (UTC) | | Haqqında sohbət acacagimiz yer planetin ən dəhsətli,ən mudhis ərazisi hesab olunur.
“Bermud üçbucağı”: insanların fantaziyasidir, yoxsa sadəcə sərt və siltaq təbiətli məkan?
Bermud üçbucağı, kutləvi informasiya vasitələrinin təqdimatinda naməlum fizika qanunlarinin etibarli oldugu və ya fizika qanunlarinin isləmədiyi qeyri-adi bolgə kimi məshurlasmisdir.
Seytan üçbucağı və ya Seytan dənizi kimi taninan Bermud üçbucağı okeanın təqribən yarim milyon kvadrat mil (1.2 milyon km2)sahəsini tutur.
Bermud üçbucağı Atlantik okeani ərazisində,ABS-in sərq sahili hissəsini əhatə edir.
Bermud üçbucağının təpə noqtələri Atlantik okeanın simalinda Florida, Bermud adalari və Puerto Rikonu birləşdirən sərti xətlərin əhatə etdyi ucbucaq ərazidir.Bu sahil gəmilərin, qayiqlarin və təyyarələrin itdiyi yuksək qəza bolgəsi kimi qeyd edilmisdir.
Bermud üçbucağı - burada coxlu itmiş obyekt gore batmis yer və anomal zona kimi sayilir. Bu ucbucaqda bir cox təyyarə və gəmilərin qeybe cekildiyi kimi bir inanc oldugu halda, ABS və bir cox diger dövlətlər statistikalari ilə bu cur qəzalarin diger seyahet bolgelərində də cox oldugunu tesdiq edirlər.
Cox adam, gəmilər və təyyarələr bu ərazidə müəmmalı yox olmusdurlar.
Bermud üçbucağı efsanesinin muasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarsilasaraq yoxa çıxması ilə baslamisdir.Həmin hadisələrin ekseriyyeti 1945-ci ildən sonra bas verib.Sözü gedən zonada son 27 ildə mindən cox adam həlak olub. Lakin axtarışlar neticesində bir dəne də olsun meyit və diger elametlər aşkar olunmayıb.Buradan bele bir sual ortaya cixir.
Bəs,insanları narahat edən və qorxudan, minlərlə insanın yox oldugu, bir-birinin ardinca bir cox sirrlər saxlayan bu möcüzə nədir? Insanlar hara yox olur? Naməlum dunyaya dusur, yoxsa sirli kosmik varlıqlar terefindən əsir goturulur? 1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualti qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kesf etdi. Bu təhlükələri ugurla dəf etsə də, burani Seytan adasi adlandirdi. Ele onun adinin serefine həmin yer Bermud üçbucağı adlandirildi. Atlantik okeanın bu müəmmalı yerine hem ciddi niyyetle, hem də sensasiya axtarışı ilə onlarla ekspedisiya gəlmişdir. Saysiz-hesabsiz ferziyyelər ireli surulmusdur, coxlu kitablar yazılmışdır, amma bu müəmmalı yerin sirri hele də acilmamisdir.
Təqribən 20-ci esrin ikinci yarisindan sonra dunya metbuati bu təbii fenomene diqqet yetirmeye basladi. “Bermud üçbucağının” müəmmalarina maraq gosteren tədqiqatçılar kecmis zamanlardan indiye kimi melumat toplayirlar. Atlantikanin bu ərazisindən kecen Xristofor Kolumb musahidə etdiyi qeribe hadisələri qeleme almisdir.
Böyük seyyahi su sethinin qeyri-adi pariltisi və havaya qalxan od pariltisi valeh etmisdir.Bermud üçbucağı yalniz həmin yere aid deyil. Orada bermud adasinin zirvəsidir. Atlantik okeanın xeritesində Bermud üçbucağı oz klassik formasinda kesilmez xetlərle tesvir olunur.
Amerika yazicisi C.Berlitsa yazir: “Burada coxlu gəmilər və təyyarələr heç bir iz qoymadan yox olurlar.Ancaq axtarış vaxti ne bir cesedə, ne də bir gəmiye rast gelinirdi. Bu havada da musahidə olunurdu. Həmin ərazidə ucan təyyarə yoxa cixirdi və onun da heç bir izine rast gelinmirdi. Bu hele yelkenli gəmilərin oldugu vaxtda da bas vərirmis.
Bermud üçbucağındaki hadisələri bir az da olsa aydinliq 1840-ci ildəki felaket getirdi. Baqam adalarinin paytaxti Nassau limanı yaxınlığında fransiz yelkənli gəmisi aşkar etdilər-gəmi dreyfdə idi və onun “Rozali” gəmisi oldugu müəyyən olundu. Gəmidə butun yelkənlər qaldirilmis, her sey də oz yerində idi, yalniz idare heyəti yox idi. Gəmini yoxladiqdan sonra gördülər ki, gəmi ozu ela vəziyyetdədir, heç bir yerində siniq və s. yox idi. Lakin idare heyəti, insanlar harda idi??Gəmi jurnalinda heyətin başınagelen hadise baredə heç bir qeyd aparilmamisdi.Bununla da müəmmalı Bermud üçbucağının tarixcesi baslayir. Bu tarixin sehifesində 103 ton su tutumu olan "Mariya Celesta" gəmisinin başınagelen müəmmalı hadise (7 noyabr 1872-ci il) xususi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Cox kecmir ki, kerosin yuku ilə Nyu-Yorkdan Genuaya istiqamet alan "Dəi Qratia" gəmisi Azor adalari rayonunda aşkarlanir. Gəminin göyərtəsində heç kim yox idi. Yaxinliqdan kecen gəminin kapitani Morxaus ses guclendiricisi vasitesilə gəmidə kiminse olmasini yoxlamaq isteyir. Lakin cavab gelmir.
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanin "Freya" ticaret gəmisine rast gelinir. Yene də gəmidə heyət yoxa çıxmışdı. 4 mart 1918-ci il. ABS-in 12 min ton su tutumu olan "Siklop" gəmisi 309 nefer heyət uzvu ilə Barbados adasından sefere cixir. Baltimora istiqamet goturen "Siklop" teyin olunan yere gelib catmir. Her hansi bir heyecan siqnali da qeydə alinmir. O da yoxa cixir. Evvəlce bele bir vərsiya ireli surulur ki, həmin gəmiye alman sualti qayigi hucum edib.Həmin illərdə I Dunya Muharibəsi gedirdi. Atlantika sularinda coxlu sayda alman sualti qayiqlari vardi. Lakin herbi arxivlər arasdirilanda bu vərsiya ozunu dogrultmayıb. Eger almanlar "Siklop"u batirsaydilar, yeqin ki, bu baredə butun dunyaya car cekerdilər. "Siklop" ise sadəce olaraq yoxa çıxıb.Bir nece il kecdikdən sonra ABS-in herbi dəniz donanmasinin komandanligi bele bir beyanatla cixis edir: ""Siklopu"un yoxa çıxması böyük və cetin hell olunan meselelərdən biridir". ABS-in o vaxtki prezidənti Vudro Vilson beyan edir ki, gəminin başınagelen hadise baredə yalniz Allah bilir. Sonradan Bermud üçbucağında təyyarələr də yoxa cixir. Bununla da dənizçilər, təyyarəcilər, alimlərle yanasi, olke hokumetləri də Bermud üçbucağına maraq gostermeye baslayir.
Diger anlasilmaz hadise 1911-ci il iyunun 14-də dəmiryol gəzintisi vaxti bas vərmisdir. Roma vagzalindan gəzintiye cixan vaqon seherin gormeli yerlərine yol alir. Qatar yeni cekilən dəmir yolu tuneline yaxinlasir. Qatardan atilmaga imkan tapan iki sernisinin dədiklərine gore, birdən etrafi ag duman burudu, qatar tunele yaxinlasdiqca duman qatilasdi. Sahidlərin dədiyine gore, duman getdikce yapisqan mayeye cevrilirdi. Qatar tunele girdi və yox oldu. On ildən sonra həmin qatar Poltava vilayetinin Zavalici kendi yaxınlığında gorundu. Masinistin kabineti bos idi, perdələr bagli idi. Qeyri-adi hadisələr arasdiran komissiyanin sedri V.P. Lesatey kecmisdən qayitmiş bu qatari tedqiq etmeye cehd etdi. Onun qeydlərine gore qatar naməlum sekildə zamani kecerek bizim dovre gəlmişdir. 1991-ci ildə həmin komissiyanin sedri Lesatey ozu bunu oyrenmeye cehd etdi, lakin qatarin pillekenine tullanmagi ilə ozu də yoxa cixdi. Qatar hal-hazirda Zavalici kendində dayanib, lakin heç kes onu oyrenmeye cesaret etmir. Alimlər zamanin yerdəyismesi idəyasi ilə razilasiblar.
Burada neinki zaman möcüzələri bas vərir, elece də buradaki insanların vaxtindan evvəl qocalmalari da musahidə olunub.
Tədqiqatçılarin fikrince, vaxt butun bedəne müəyyən təsir gostermisdir. Amerikanin sualti gəmisində qeribe hadise bas vərmisdir. Bermud üçbucağı ərazisində 70 metr dərinlikdə uzen gəmidə matroslar qeribe ses-kuy esitmişlər. Bunun ardinca onlar hiss etmislər ki, heyət uzvləri cox suretle qocalmislar. Hekimlərin cehdine baxmayaraq heyət geri qayidandan sonra da qocalmis. Ezeleləri, gorme və esitme qabiliyyetləri pislesmisdir. Bir sozle, müəmma aciq qalir.
5 dəkabr 1945-ci il. Floridada dislokasiya olunmus ABS herbi hava quvvələrində adi gunlərdən biridir. 2500 saatdan cox ucmus pilotlardan biri, leytenant Carlz Teylor cox tecrubeli komandir idi. Onun rehberliyi altinda ucus heyətini Bimini adasinin simalinda yerlesen Ciken Soal ərazine istiqamet goturmek kimi asan bir tapsiriq vərilmisdi. Adi mesq ucuslari zamani herbi təyyarəcilər zarafat edir, eylenirdilər. Lakin onlardan biri qelbində ne ise narahatliq hiss edirdi və o digerlərindən ferqli olaraq havaya qalxmayaraq yerdə qaldi. Bu onun heyatini xilas etdi.5 "Evəndjer" ("Qisascilar") bombardmanci təyyarəsi havaya qalxaraq serqe dogru istiqamet gotururlər. Təyyarələrdə 5 saatliq yanacaq var idi.Sonra ise onlari goren olmadi.Təyyarələrin başınane is gelib, bunu yalniz Allah bilir. Muxtelif vərsiyalar ireli suruldu. Lakin təyyarələrdən heç biri tapilmadigindan, bu mulahizelər də tesdiq olunmamis qaldi.Itmiş təyyarələrin tapilmasi üçün havaya qalxan bombardmancilar eli bos bazaya qayitdilar. Onlardan biri də axtarış zamani yoxa çıxmışdı.1965-ci ildə "Cayta" gəmisi teyin olunmus yere yox (Tokelauya), Fici adasina gedib çıxıb. Gəmidə kapitan Millərdən basqa hami yoxa çıxıb. Bu hadise də naməlum olaraq qaldi.
1987-ci ildə mehz orada -Meksika korfezinin tekində 40-ci illərin istehsali olan "Evəndjer"lərdən biri tapilir ("Pravda" 2.03.1987). Istisna deyil ki, yerdə qalan 4 təyyarə də haradasa yaxindadir. Birce sual qalir: Təyyarələr heç bir yerdə gorunmedən 700 kilometr simala nece gedib çıxıblar? 2 fevral 1953-cu il. Bermud üçbucağından bir qədər simalda Ingilterenin 39 nefer heyətdən ibaret herbi neqliyyat təyyarəsi ucur. Qefil onunla radioelaqe itir. Teyin olumus vaxtda ise təyyarə bazaya qayitmir. Onun qəzaya ugradigi ehtimal olunan yere gondərilən "Vuduord" yuk təyyarəsi heç ne aşkarlaya bilmir.
Duz 1 il sonra ele həmin yerdə 42 nefer heyətdən ibaret olan ABS herbi dəniz quvvələrine mexsus təyyarə yoxa cixir. Təyyarənin heç olmasa dagintilarinin tapilmasi üçün 100-dən cox gəmi okeana cixir. Lakin yene də axtarışlar bir netice vərmir. Hadisenin sebeblərni ABS mutexessisləri izah edə bilmirlər. 1973-cu ilin marti. Nor-folq limanından Hamburqa istiqamet goturen "Anita" gəmisi Bermud üçbucağı rayonunda itir. Bir nece gundən sonra dənizdə "Anita"ya mexsus yalniz bir xilasetme dairesi tapilir.
Hadisələrdən biri ise ingilis ”Meri Selist” gəmisinin yoxa çıxmasıdir.Lakin sonra (1872) “Dəja Qrasiya” ingilis gəmisi tesadufen ”Meri Selist” gəmisine rast gelir.Gəmidə heyat elameti olmasada, gəmidəki butun esyalar, senedlər, carpayilar, stol, erzaq və s. seliqe ilə yerində olmusdur.
Sonralar bir cox gəmilər, ekspedisiyalar da buranin qurbanı olmuslar. 1945-ci ildə patrul ucusa gedən bombardmanci təyyarələr, gəmiye gelen təyyarələr, 1974-cu ildə Norvəc gəmisi, 1970-ci ildə “AN-22” təyyarəsi və s. heç bir iz qoymadan Bermud üçbucağında yoxa çıxmışdır.
Son 40 ildə 100-dən cox təyyarə və gəmi itmişdir. Bezen təyyarə və ya gəminin birdən yoxa çıxması, sonra yenidən gorunmesi, vaxtindan
evvəl teyinat yerine catmasi hadisələri də olmusdur. Helelik bu ugursuz üçbucağın sirri acilmayıb.
Mənim fikrimce ise,bu qeyri-adi,sirlərle dolu adanin ustu acilib.Lakin bunun dunaya xalqlari üçün maraqli olguna gore, metbuata aciqlamirlar.Cunki 1960-ci illərdən sonra bu bolgedə gəmilərin yoxa çıxması xeyli azalmisdir.Qisaca, ekseriyyet insanlar terefindən Bermud üçbucağı sadəce meshurlasdirilmis və qeydi-adi bolgeye cevrilmis bir efsane kimi qebul olunmusdur.
Umumiyyetle ise Bermud üçbucağının bir Amerikan jurnalistinin mehsulu oldugunu dusunenlər də az deyil.Bu haqda yazici və arasdirmacilar terefindən seytanin bolgesi, Atlantis olkisinin qaliqlari, pis fikirli insanların eks cazibe apartlarini istifadə etmesi, dorduncu boyutun burada hokmran olmasi kimi bir cox nezeriyyelər ireli surulmusdur. Qeribe maqnit sahələri və okean dibinin qazla zengin olmasi kimi dusuncelər bunlarin arasinda en cox isledilən nezeriyyelərdir.Məne ele gelir ki,gəmilərin itmesine sebeb Burmud üçbucağında olan qeyri-adi bir sey deyil.Ensteynin nezeriyesi olub ki, gəmiye fantastiq suret vərib və gəmi yoxa çıxıb nece vaxtdan sonra gəmini tapiblar və ordakilarin hamisinin dəli oldugunu gorublər.Sonralar ise Ensteyn oz nezeriyelərini yandirib və bize yalniz en cox gelen nisbilik nezeriyesidir.Hele bir ara butun melumat vasitelərində yazilirdi ki,Bermud üçbucağıni sirri tapildi.Uzun illərdir davam edən arasdirmalar bir nece il once bir netice vərdi və bu gizli hadisenin eslində sadə bir "Təbii qaz hadisesi" oldugu aciqlandi. Bu bolge Gulf Stream deyilən isti su axintisinin da gecdiyi yerdir. Tavanin bezen isinmesi sebebindən bu "tebasir qazlar" eriyir və sudan hefif olduqlari üçün uze dogru yukselirlər. O anda tavandan üzə qədər bir bosluq (vakum-girdab) yaranir və okean ele bil dəlinir. Həmin vaxt oradan gecen ne varsa dərin bir quyuya dusen kimi suretle okeanın dibini gedir.Buradan bele bir sual ortaya cixir.Bəs təyyarələr hara yoxa cixir? O ki suyun dibine cokmur olmur?Alimlər hesab edir ki, bu qeyri-munasib təbii serait (geomaqnit, anomaliya, temperatur və tezyiqlik qeyri-adidir və s.) holfstrim axini və son dərece siltaq hava ilə izah olunur.Bermud üçbucağına oxsar sahil Yaponiya sahillərində və Leyk Ontario statinin yaxınlığında da oldugu iddia edilir.Mənce bu yere “Atlantik qebristanligi”da dəmek olar.Cunki,bu yer Atlantik okeanında yerləşir və buradan kecmeye calisan gəmi və təyyarələr yox olurlar.Bermud üçbucağında ilk qurban Kristofor Kolumbun donanmasi olub.Bermud üçbucağının diger bele yerlərdən yalniz bir ferqi var.Onlar daim fəaliyyətdə olmurlar lakin,Bermud üçbucağı daim fəaliyyətdə olanlardandir.Gorunur haqqında bu qədər müəmmalar yazilan bu yer gorunur hele uzun müddət sirli qalacaqdır.
| | |
|
|
|
|
|
|
|